Məhkəmə qərarları › İş №2(102)-6069/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-6069/2018

05.09.2018 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6069/2018 05.09.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 05 sentyabr 2018-ci il İş № 2(102)-6069/2018 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi ilə, Ərizəçi, maraqlı şəxs Müdafiə Nazirliyinin vəkili X1-in iştirakı ilə, Maraqlı şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1063/2018 nömrəli iş üzrə 19 aprel 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Şəki rayon Məhkəməsinin (hakim Kamran Süleymanov) 29 yanvar 2018-ci il tarixli 2(075)283/2018 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi 02 iyun 1992-ci il tarixdən 01 noyabr 1992-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində erməni ekspedisiyası korpusuna qarşı döyüşlərdə iştirak etməsi hüquqi faktı təsdiq edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, Gündüz Abbasov, Elçin Hüseynov) maraqlı Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli 2(075)283/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun 02 iyun 1992-ci il tarixdən 01 noyabr 1992-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində erməni ekspedisiyası korpusuna qarşı döyüşlərdə iştirak etməsi hüquqi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 14 iyun 1966-cı il tarixində anadan olmuşdur. O, Şəki şəhər Komissarlığı tərəfindən səfərbər olunaraq 02 iyun 1992-ci il tarixində nömrəli hərbi hissəyə hərbi qulluğa göndərilmiş və 05 iyul 1992-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində erməni ekspedisiyası korpusuna qarşı vuruşmuşdur. Onun 02 iyun 1992-ci il tarixdən 01 noyabr 1992-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində erməni ekspedisiyası korpusuna qarşı döyüşlərdə iştirak etməsi ilə bağlı çox sayda şahidləri, döyüş yoldaşları vardır. Bununla bağlı məhkəməyə təqdim etdiyi arayışlarda müvafi q qeydlər olsa da, həmin sənədlər onun müharibə veteranı adı alması üçün kifayət etmir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Maraqlı şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1063/2018 nömrəli iş üzrə 19 aprel 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Ər izəçi hansı hərbi hissənin tərkibində xidmət keçməyin qeyd etməklə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə müraciət etməmişdir. Müraciət olunduğu təqdirdə arxivdə ərizəçi barədə hər-hansısa məlumatın olması istisna edilmirdi. Birinci insyansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, faktın müəyyən olunması ərizəçinin veteran adının alınması üçün lazımdır. Lakin nə rayon nə də ki, apellyasiya məhkəməsində ümumiyyətlə ərizəçinin müharibə veteranı adının alınması üçün rəsmi Müdafiə Nazirliyinin müvafiq komissiyasına müraciət edib-etməməsi araşdırılmamışdır. Belə olan halda məhkəmə tərəfindən iddianın mümkünlüyüdə yoxlanılmadan qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Maraqlı şəxs Müdafiə Nazirliyinin vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək t əmin edilməsini xahiş etdi. Ərizəçi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətind ən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarına əsasən Şəki şəhər Hərbi Komissarlığı tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi hərbi komissarlıq tərəfindən səfərbər olunaraq 02 iyun 1992-ci il tarixində N saylı hərbi hissəyə hərbi qulluğa göndərilmiş və 10 iyul 1992-ci il tarixə qədər N saylı hərbi hissənin tərkibində erməni ekspedisiya korpusuna qarşı vuruşmuşdur. Ərizəçi məxsus hərbi biletdə aparılmış qeyddən görünür ki, o, 05 iyul 1992-ci il tarixindən, 07 avqust 1992-ci il tarixinədək N saylı hərbi hissənin tərkibində Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Ap ellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Ərizəçi Şəki şəhər Komissarlığı tərəfindən səfərbər olunaraq 02 iyun 1992-ci il tarixində N nömrəli hərbi hissəyə hərbi qulluğa göndərilmiş və N nömrəli hərbi hissənin tərkibində erməni ekspedisiyası korpusuna qarşı vuruşmuşdur. Ərizəçi 02 iyun 1992-ci il tarixdən 01 noyabr 1992-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində erməni ekspedisiyası korpusuna qarşı döyüşlərdə iştirak etməsi ilə bağlı işin həmin faktiki halları ərizəçinin izahatı, onun döyüş yoldaşları olmuş şahidlərin ifadələri, məhkəməyə təqdim edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, ərizəni təmin etməkdə birinci instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası məruzəçini, maraqlı şəxsin vəkilinin izahatını dinlə yib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)1063/2018 nömrəli iş üzrə 19 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşdən müəyyən edilir ki, Ərizəçi Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, onun məktubuna cavab olaraq 13.10.2014-cü il tarixli məktubla bildirimişdir ki, “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Müdafiə nazirinin 06 yanvar 1998-ci il tarixli 4 nömrəli əmri ilə “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adların ın verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair təlimata uyğun olaraq 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında «Müharibə veteranı» adı və vəsiqəsi Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən «Veteran adlarının və müvafiq vəsiqələrinin verilm əsi üzrə komissiyasının qərarı əsasında verilir. Sizə «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi üçün döyüş əməliyyatlarında iştirakınızı təsdiq edən sənədləri (hərbi xidmətiniz haqqında arxiv arayışı və hərbi biletinizin notarial qaydada təsdiq olunmuş kserosurəti və sair sənədləri) ərizənizlə birlikdə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya»ya göndərdiyiniz təqdirdə komissiyanın iclasında baxılaraq müvafiq qərar qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün o lmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qeyd edilən hüquq normalarından müəyyən olunur ki, şəxsin ərizəsi əsasında məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edir ki, həmin faktlar başqa qaydada alına bilinmir, əgər itirilmişsə də bərpası mümkün deyil. İşdən göründüyü kimi, ərizəçinin müraciətinə cavab olaraq ona döyüş əməliyyatalarında iştirakı təsdiq edən sənədlərin, yənin hərbi xidmət haqqında arxiv arayışının və hərbi biletin notarial qaydada təsdiq edilmiş sürətini ərizəyə əlavə edilməklə müraciət edilməsi göstərilmişdir. Ərizəçinin isə həmin nazirliyi n Arxiv İdarəsinə müraciət etməsi və göstərilən sənədləri ala bilməməsi işdən müəyyən edilmir. Digər tərəfdən ərizəçinin N saylı hərbi hissənin tərkibində 1992-ci ildə döyüşlərdə iştirak etməsini təsdiq edən hərbi bilet və Şəki Hərbi Komisarlığının arayışı mövcuddur. Belə olan halda prosessual qanunvericiliyin yuxarıda qeyd edilən maddəsində təsbit edilmiş “lazımi sənədlərin başqa qaydada ala bilməməsi” əsası yaranmamışdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya bax ışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya q ərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Maraqlı şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfndən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1063/2018 nömrəli iş üzrə 19 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar