Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-607/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: XXXqızı Cavabdeh: Cavabdeh1 və Bakı şəhəri 14 saylı notariat kontoru Üçüncü şəxs: DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi İddia tələbi: vərəsəlik şəhadətnamənin etibarsız hesab olunması, reyestrdə aparılmış qeydin ləğv olunması və vərəsəliyin qəbul olunması Açar sözlər: Mirasın qəbul edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Cavabdeh1 və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Ko llegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən XXXqızının kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları XXXev X1, X15, X16, Səlmina İmamverdi qızının, X11 adına qeyd edilmişdir və bu barədə xx.xx.1948-ci il tarixdə qeydiyyat aparılmışdır. Əlibala Qəmbərov xx xxxxxxxx 1983-cü ildə vəfat etmişdir. Bakı şəhəri 13 saylı X14 tərəfindən verilmiş xx xxx 1998-ci il tarixli vəsiyyətnaməyə əsasən X6 Bakı şəhəri, 2-ci Paralelni küçəsi, 70-də yerləşən şəxsi mülkün ona çatası hissəsini bərabər dərəcədə X4, X7, X23 Bala qızına, X21 Bala qızına vəsiyyət etmişdir. Minaxanım Qəmbərova isə xx xxxxxx 1998-ci ildə vəfat etmişdir. xx xxxxxx 2003-cü il tarixli qanun üzrə vərəsəlik hü ququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 X3 XXXevdən düşən paydan ibarət miras əmlakdan irs almışdır. Onun mülkiyyət hüququ xx.xx.2005-ci ildə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat xx xxxxxx 2018-ci il tarixdə İddiaçı Cavabdeh1, Bakı Şəhəri 14 saylı X14 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, XXX(hazırkı Balababa Məcidov 72) mülkdə olmuş atası X1 1/5 payına Bakı şəhəri 14 saylı X14 tərəfindən cavabdeh bacısı Cavabdeh1 Əlibala qızma 2V01/15 nömrə ilə reyestrdə qeydiyyata alınmaqla ona verilmiş xx xxxxxx 2003-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin paya dair onun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidm ətinin Bakı Ərazi İdarəsində qeydə alınmış mülkiyyət hüququnun ləğv edilməsi, X1 1/5 payının faktiki olaraq tərəfindən qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bu yaxınlarda bilmişdir ki, atasının payında olan mülkin hissəsi 2003-cü ildə notariat qaydasında, digər paylarının isə 2005-ci ildə məhkəmə qətnaməsi ona məlumat verilmədən bacısının adına qanunsuz olaraq rəsmiləşdirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1520/2018 nömrəli iş üzrə xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim P.A.Hüseynov) iddia təmin edilmiş, XXXevin X2 aid hissəsi ilə əlaqədar Bakı şəhəri 14 saylı X8 Cavabdeh1 verilmiş xx xxxxxx 2003-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin əmlakla bağlı daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına xüsusi mülkiyyət kimi aparılmış qeydiyyatın ləğv edilməsi, Bakı şəhəri, 2-ci Paralelni küçəsi,70 saylı evin X2 aid hissəsinin X9 tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən mühüm əhəmiyyəti olan faktiki hallar araşdırılmamışdır. O, məhkəməyə iddiaçının və digər vərəsə X5 imzası ilə təsdiq olunmuş vərəsəlikdən onun xeyrinə imtina etməsi ilə bağlı ərizəni təqdim etsə də, məhkəmə onu sübut kimi qəbul etməmiş, işə əlavə etməmişdir. Mübahisə predmetinə dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmiş, onun mülkiyyət hüququ tanınmışdır. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə qüvvəsində saxlanılmışdır. Qeyd edilən kimi iddiaçı onun mülkiyyət hüququnun qeydə alınmasından məlumatlı olmuş, 15 il susmuş, yalnız aralarında ailə mübahisəsi yarandıqdan sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddia müddətinin tətbiqi barədə ərizə versə də, məhkəmə qəbul etməmişdir Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1613/2019 nömrəli iş xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər –E.Q.Nəbiyev, R.Ə.Qurbanov, A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası mə hkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3531/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.M.Rüstəmov, M.T.Əhmədova və Ə.G.Nurməmmədov) Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq işin halları araşdırılmamış, 2-1304/05 №-li mülki iş Nəsimi rayon Məhkəməsindən tələb edilərək nəzərdən keçirilməmiş, iddiaçı İddiaçı adından yazılmış ərizənin qeyd ol unan mülki işdə olub-olmaması yoxlanmamış, ərizənin əslinin və ya notariat qaydasında təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsini cavabdehə təklif etməmiş və həmin ərizənin iddiaçı tərəfindən yazılıb-yazılmaması, iddiaçı tərəfdən müddətin ötürülüb-ötürülməməsi və iş üçün əhəmiyyət kəsb edən digər hallar prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada tədqiq edilməmiş, həmçinin apellyasiya şikayətinin dəlillərinə qiymət verilmədən birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlər təkrarlanmaqla kifayətlənilmiş, nəticədə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10305/2019 nömrəli iş xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlə r –X.A.Cəmilova, A.Q.Hüseynov, İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Apellyasiya məhkəməsi hazırki iş üzrə vərəsəliyin açıldığı, yəni miras qoyan- Əlibala Qəmbərovun vəfat etdiyi xx xxxxxxxx 1983-cü il tarixdə qüvvədə olan Mülki Məcəllənin müvafiq müddəalarını mübahisəyə tətbiq edərək belə qənaətə gəlmişdir ki, hazırki iş üzrə İddiaçı miras əmlakı faktiki olaraq qəbul etmədiyini 14 il bundan əvvəl 2-1304/05 saylı mülki iş üzrə verdiyi ərizəsi ilə etiraf etmiş və Cavabdeh1 miras kütləsinə mülkiyyət hüququnun tanınmasına heç bir etiraz etməmişdir. Bu hallar qanuni qüvvəsini almış məhkəmə aktı ilə öz təsdiqini tapmışdır. Başqa sözlə, iddiaçının hazırki işdə mübahisələndirdiyi vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında daşınma z əmlakın dövlət reyestrindən çıxarış Cavabdeh1 2-1304/05 saylı xx.xx.2005-ci il tarixli qətnaməsinin icrası ilə bağlı verilmişdir. Belə olan halda iddiaçının mübahisələndirdiyi vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mülkiyyət hüququ ilə bağlı aparılmış qeydiyyatın ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmir. Apellyasiya məhkəməsi hesab edir ki, iddiaçının iştirak edib müvafiq izahatını verdiyi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olmuş 2-1304/05 saylı mülki işi üzrə müəyyən edilmiş halları hazırki işdə mübahisələndirmək hüququ olmadığından və onun hazırki işdə mübahisələndirdiyi vərəsəlik hüququ haqqında şəhadətnamə və ona əsasən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Cavabdeh1 xx.xx.2005-ci il tarixli məhkəmə qətnaməsinin icrası ilə b ağlı verildiyindən iddia əsassızdır və təmin edilə bilməz. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə məlumatlandırılmış kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh və vəkili kasasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində iş in hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq 2000-ci il sentyabrin 1-dək qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək haqqında ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmə diyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 553-cü maddəsinə əsasən mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzürlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dö vlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. Həmin Məcəllənin 556-cı maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Apellyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillərə qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-607/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-607/2021
03.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver