Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6075/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın yekunları barədə protokolun, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hərracın yekunları barədə protokolun, alğı-satqı müqaviləsinin etibarsız hesa b edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-19*5/2*22 nömrəli, 27 iyul 2*22-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 6 dekabr 2*22-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin *1 may 2*19-cu il tarixli, 2(*43)98/2*19 saylı qətnaməsi ilə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış *2 iyul 2*15-ci il tarixli, 6*3 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı cəmi 49111,6 manat borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 3*,4* manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 1* manat dövlət rüsumu və 2* manat xidmət haqqının Bank “BTB“ ASC-nin xeyrinə tutulması, tutmanın İddiaçı məxsus, Göygöl rayonun Üçtəpə kəndində yerləşən *,*476 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 2*9,8 kv.m, yaşayış sahəsi 77,8 kv.m, yardımçı sahəsi 132 kv.m olan 4 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkib hissəsi olan Liter B, ayaq yolu, tikintialtı sahə 4,7 kv.m, Liter C, təsərrüfat dami, tikintialtı sahə 8,1 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi və onun açıq hərracda satılmaqla əldə olunan vəsait hesabına borcun ödənilməsinin təmin edilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 83*** manat məbləğdə müəyyən edilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin və fərdi yaşayış evinin tərkib hissəsi olan Liter B, ayaq yolu, tikintialtı sahə 4,7 kv.m, Liter C, tə sərrüfat damı, tikintialtı sahə 8,1 kv.m olan fərdi yaşayış evinin boşaldılması qət edilmişdir.
2. Həmin iş üzrə cavabdehin apellyasiya və kassasiya şikayətləri təmin olunmamış, Kəpəz Rayon Məhkəməsinin *1 may 2*19-cu il tarixli, 2(*43)-98/2*19 saylı qətnaməsi qanuni qüvvəyə minərək icraya yönəldilmişdir.
3. İpoteka predmeti olan evin açıq hərracda satılması Cavabdeh1 27.*8.2*21-ci il tarixli məktubu ilə "xxxx" MMC-nə sifariş verilmişdir.
4. Hərrac təşkilatı tərəfindən birinci hərracın keçirilməsi ilkin satış qiyməti 83*** manat olmaqla 24.*9.2*21-ci il tarixə təyin edilmiş, tərəflərə bu barədə 31.*8.2*21-ci il tarixli bildiriş göndərilmiş, “Birja yenilikləri” qəzetinin 31.*8.2*21-ci il tarixli nömrəsində elan verilmişdir.
5. Birinci hərrac baş tutmadığına görə təkrar hərrac 14.1*.2*21-ci il tarixə təyin edilmiş, ipoteka predmetinin satış qiyməti 15% azaldılaraq 7*55* manat müəyyən edilmiş, hərrac barədə tərəflərə 28.*9.2*21-ci il tarixli bildiriş göndərilmiş, “Birja yenilikləri” qəzetinin 28.*9.2*21-ci il tarixli nömrəsində elan verilmişdir.
6. Təkrar hərrac da baş tutmamış, bu barədə “Birja yenilikləri” qəzetinin 19.1*.2*21ci il tarixli nömrəsində elan dərc edilmişdir. Həmçinin hərrac təşkilatı tərəflərə və icra məmuruna 19.1*.2*21-ci il tarixli məktub göndərərək, təkrar hərracın baş tutmadığını bildirmiş, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 52912,5* manata almağı təklif etmişdir.
7. İpoteka saxlayan Bank "xxxx" ASC ipoteka predmetini əl də etmiş, bu barədə hərracın yekunları barədə 25.1*.2*21-ci il tarixli protokol və Göygöl rayonu Üçtəpə kəndində *.*476 ha torpaq sahəsində yerləşən 2*9.8 kv.m sahədən ibarət fərdi yaşayış evinin 52912.5 manat qiymətə Bank "xxxx" ASC-yə satılması barədə 25.1*.2*21-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh1nə, YYY-yə və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinə dair cavabdeh "xxxx" MMC tərəfindən keçirilmiş 25 oktyabr 2*21-ci il tarixli 73/*1-1 nömrəli hərracın yekunları barədə protokolun və 25 oktyabr 2*21-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı hal-hazırda mülkiyyət hüququ əsasında özünə məxsus olan Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Həmin ev Cavabdeh1 sifarişi əsasında "xxxx" MMC-nin təşkil etdiyi hərracda "xxxx" ASC-yə satılmışdır. Bütün bunlardan iddiaçı yalnız bu günlərdə xəbər tutmuşdur. Hərracın keçirilməsi barədə ona məlumat verilməmişdir. Hərrac qanunvericiliyin tələblərinin kobud surətdə pozulması ilə keçirilmişdir.
10. Göygöl Rayon Məhkəməsinin 2(*66)-261/2*22 saylı, 24.*1.2*22-ci il tarixli qərardadı ilə, İddiaçı adına olan Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinin üzərinə mübahisə həll edilənədək həbs qoyulması qərara alınmışdır. Qəra rdad icra olunaraq, İddiaçı məxsus olan Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur.
11. Göygöl Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(*66)-261/2*22 nömrəli, 25 aprel 2*22-ci il tarixli qətnaməsi ilə (hakim Qələmdar Abbasov) iddia təmin edilməmişdir.
12. Məhkəmə hesab etmişdir, hərracın keçirilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmamışdır. İddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə iclasında öz əksini tapmamışdır. İddiaçı məhkəmə baxışında hərracın yekunları protokolunun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 329.2, 331.1, 337.1, 414.1, 414.2, 414.3, 414.4, 414.5, 415.1, 415.2-ci, “İpoteka ha qqında” qanunu 42.1, 42.3, 42.6, 42.7, 42.8-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə heç bir araşdırma aparmadan, iddiaçının mülkiyyətində olan, eyni zamanda yeganə yaşayış yeri olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinə dair hərracın keçirilməsi barədə ona məlumat verilməməsi araşdırılmamışdır.
16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(1*4)-19*5/2*22 nömrəli, 27 iyul 2*22-ci il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Ədil Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətini hərracın keçirilməsindən məlumatsız olması ilə əsaslandırsa da, buna dair sübut təqdim etməmiş, eyni zamanda məhkəmə kollegiyasının araşdırması zamanı təkzib olunmuşur. "xxxx" MMC-nin təqdim etdiyi sənədlərlə müəyyən edilmişdir ki, iddiaçıya hərracın keçirilməsi barədə bildiriş, ipoteka predmetinin əldə edilməsi barədə təklif göndərilmişdir. Birinci instansiya məhkəməsi iş üzr ə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə və məhkəmə baxışı zamanı təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab etmişdir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası heç bir araşdırma aparmadan, tamamilə qanunsuz və əsassız olaraq iddianın təmin e dilməməsi barədə qətnamə çıxarmaqla “İpoteka haqqında” Qanunun tələblərini kobud surətdə pozmuşdur. Hərracın keçirilməsi barədə ona hər hansı məlumat verilməmiş, bildiriş çatdırılmamışdır. Məhkəmə kollegiyası Mülki Məcəllənin 415 və 416-cı maddələrinin tələblərini kobud surətdə pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
22. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.
23. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.
24. Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər.
25. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
26. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
27. Maddə 416.1 Müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
28. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunu
29. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 2* təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 3* təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildiri şdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
30. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 1* təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.
31. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 2* təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
32. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
33. Maddə 43.7. Bu Qanunun 4 3.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
34. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan is tifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamas ına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hə dləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instan siyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş halları bu qərarın 1-7-ci paraqraflarında qeyd olunmuşdur. İddiaçı hərracın nəticələrinin etibarsız sayılmasını tələb edir və dəlili ondan ibarətdir ki, hərracın keçirilməsi barədə ona məlumat verilməmişdir.
48. İddiaçının istinad etdiyi bu qayda “İpoteka haqqında” qanunun 42.1-ci maddəsində, tələb etdiyi hüquqi nəticə isə Mülki Məcəllənin 416.1-ci maddəsin də nəzərdə tutulmuşdur.
49. İşə baxmış məhkəmələr də işin hallarını həmin maddi hüquq normaları əsasında yoxlamış, iddianın təmin olunması üçün “İpoteka haqqında” qanunun 42.1-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərtləri olmadığı qənaətinə gələrək iddianı rədd etmişdir. Məhkəmələr müəyyən etmişdir ki, hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar iddiaçıya bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir.
50. Həmçinin iş materialları ilə müəyyən olunur ki, ipoteka predmeti olan evin ilkin satış qiyməti qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə 83*** manat müəyyən edilmiş, ev həmin qiymətlə hərraca çıxarılmış, lakin təkrar hərrac baş tutmadığından ipoteka saxlayan bağ evini təkrar hərracdakı ilkin satış qiymə tindən 25 faizdən az olmayan qiymətə, yəni 52912,5 manata əldə etmişdir.
51. Məhkəmə kollegiyası kassatorun hərrac barədə ona məlumat verilməməsi, bildirişlərin ona çatdırılmaması barədə dəlilləri ilə bağlı bildirir ki, hərrac təşkilatı iddiaçının qeydiyyatda olduğu ünvanla yanaşı, onun icra sənədində göstərilən faktiki yaşayış yerinə də xəbərnaməli bildirişlər göndərmişdir. Lakin iddiaçının qeydiyyat ünvanına (Kəpəz rayonu, N.ünvan 1 sahibinin köçməsi barədə qeyd, faktiki yaşadığı ünvan kimi göstərilən ünvana (Göygöl rayonun Üçtəpə kəndi) göndərilən bildirişlər isə bu ünvanda yaşamadığı barədə qeyd aparılmaqla geri qaytarılmışdır.
52. İddiaçı apellyasiya instansiyası məhkəməsinin iclasında verdiyi izahatında bildirmişdir ki, işlədiyi üçün gündüzlər yaşadığı evdə olmur və buna görə də ona ünvanlanmış məktublar ona çatdırılmamışdır.
53. Göründüyü kimi hərrac təşkilatı iddiaçıya ipoteka qoyan olaraq hərracın keçirilməsi təyin olunan vaxt və tarix barədə bildirişləri göndərmiş, qanunla müəyyən olunmuş vəzifəsini icra etmişdir.
54. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar” 3* dekabr 2**8-ci il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların m əcburi iştirakından asılı edərək qadağa qoyulmur.
55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
56. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-19*5/2*22 nömrəli, 27 iyul 2*22-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.