Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6083/2019 26.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və X4 ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili X15 və iddiaçının vəkili X12 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(004)-2543/2018, hakim X.B.Məhərrəmova) iddiaçı X9 Cavabdeh2, X16 və xüsusi notarius X6 qarşı “miras əmlak üzərində payların müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası vəCavabdeh2 X14 və xüsusi notarius X6 qarşı “miras əmlak üzərində payların müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və dəfn xərlərinin əvəzinin ödənilməsi” tələbinə dair qarşlıqlı iddiası qismən təmin edilmiş, 03.07.2017-ci il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 1 ünvanda yerləşən 70 nömrəli mənzilə X93/16 hissədə pay hüququ, Cavabdeh2 25/48 hissədə pay hüququnun müəyyən edilməsi, miras əmlakın X13 aid 1/4 hissəsinə, X1 1/48 hissəsinə və X2 1/48 hissəsinə dair pay hüququnun müəyyən edilməsi məsələsinin açıq saxlanılması qət edilmiş, qarşılıqlı iddia qalan hissədə rədd edilmişdir. Bakı A pellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 avqust 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-8800/2018, hakimlər R.Ə.Qurbanov, E.Q.Nəbiyev, A.N.İmanov) X9 apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh2 apellyasiya şikayəti tam təmin edilmiş, qətnamə ləğv edilmiş, ilk və qarşılıqlı iddialar təmin edilmiş, ünvan 1 ünvanda yerləşən 70 nömrəli mənzilə qanun üzrə ikinci növbəli vərəsələr kimi X9 payının 3/12 hissədə, Cavabdeh2 payının 9 12 hissədə müəyyən edilməsi, bununla bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 3 saylı Asan Xidmət Mərkəzinin xüsusi notariusuna həvalə edilməsi, həmin mənzilin satılması və əldə edilən məbləğdən 41.743 manat məbləğində pulun xərclərin əvəzi kimi Cavabdeh2 ödənilməsi, qalan məbləğin 3/12 hissəsinin X9 9/12 h issəsinin Cavabdeh2 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarı ilə (iş № 2(102)-8724/2018, hakimlər E.R.Vəliyeva, S.F.Hacıyev, Q.A.Əsgərov) X9 kassasiya şikayəti təmin edilmiş, qətnamə qismən, qarşılıqlı iddianın Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllə, 7a nömrəli evin 70 nömrəli mənzilin satılması və əldə olunan məbləğdən 41473 manat məbləğində pulun xərclərin əvəzi kimi Cavabdeh2 ödənilməsi, qalan məbləğin 9/12 hissəsinin Cavabdeh2, 3/12 hissəsi isə X11 ödənilməsi tələblərinin təmin edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2019-cu tarixli qətnaməsi ilə (iş № 2(103)-3738/2019, hakimlər İ.S.Şirinov, T.S.Səmədov, E.C.Kazımov)Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə qarşılıqlı iddianın xərclərə aid hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, xərclərə dair hissədə qarşılıqlı iddia qismən təmin edilərək dəfn xərclərinin 20.736 manat məbləğində müəyyən edilməsi, həmin məbləğin 3/12 hissəsinin X10 alınaraq Cavabdeh2 ödənilməsi qət edilmiş, xərclərlə bağlı qarşılıqlı iddia qalan hissədə rədd edilmiş, qətnamə mənzilin satılmasına dair hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh2 verdiyi kassasiya şikayətində qətnamənin qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilərək qarşılqılı iddianın tam edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 03.07.2 017-ci il tarixdə vəfat etmiş X7 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllə, 7a nömrəli evin 70 nömrəli mənzildən ibarət miras əmlak qalmışdır. 07.02.2018-ci il tarixdə X14 iddia ərizəsi, sonradan isə iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllə, 7a nömrəli evin 70 nömrəli mənzildən mübahisəli miras əmlak üzərində onun payının 3/12 hissədə müəyyən edilməsi və payına uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 mərhum X8 dəfn xərcləri ilə bağlı 41.743 manat məbləğində vəsait sərf etdiyinə istinad etməklə qarşılıqlı iddia qaldıraraq miras əmlak Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123 -cü məhəllə, 7a nömrəli evin 70 nömrəli mənzilinin üzərində öz payının 9/12 hissədə, X9 payının 3/12 hissədə müəyyən edilməsi, həmin mənzilin satılması, əldə olunan məbləğdən çəkdiyi xərclərin əvəzinin ona ödənilməsi, qalan məbləğin 9/12 hissəsinin ona, 3/12 hissəsinin X11 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, Mülki Məcəllənin 1157 və 1278-ci maddələri səhv tətbiq edilmiş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasını n iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, ilkin iddiaçının vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İlk iddia tələbinin əsasın ı miras əmlak üzərində payların müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi təşkil edir. Qarşılıqlı iddia tələbinin əsasını miras əmlak üzərində payların müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, eyni zamanda miras qoyanın dəfni üçün qarşılıqlı iddiaçı tərəfindən çəkilmiş xərclərin miras əmlakın satılması hesabına ödənilməsi təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən miras əmlak üzərində payların müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələblərinə dair ilkin və qarşılıqlı iddia qismən təmin edilmiş, qarşılıqlı iddia miras əmlak olan mənzilin satılması və dəfn xərclərinin ödənilməsi hissəsində rədd edilmişdir. Həmin qətnamə ilkin və qarşılıqlı iddiaçı tərəfindən mübahisələndirilmiş, apellyasiya məhkəməsi tərəfindən ilkin iddiaçının apellyasiya şikayəti qismən, qarşılıqlı iddiaçının apellyasiya şikayəti tam təmin edilməklə miras əmlak olan mənzilə tərəflərin payları müəyyən edilmiş, eyni zamanda həmin mənzilin satılması və dəfn xərclərinin ödənilməsi qət edilmişdir. İlkin iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini mənzilin satılması və dəfn xərclərinin ödənilməsi hissəsində kassasiya qaydasında mübahisələndirilmiş, qətnamə həmin hissələrdə ləğv edilmiş və işə həmin hissələrdə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşə yenidən baxan apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh2 tərəfindən mərhum Qüzul Şamailovanın dəfn mərasimlərinin keçirilməsinə ümumilikdə 12.000 manat, qəbirüstü abidənin hazırlanmasına ümumilikdə 28.473 manat vəsait sərf edilmişdir. Qarşılıqlı iddiaçı həmin məbləğin miras əmlak olan mənzilin satılması hesabına ödənilməsini bundan sonra qalan məbləğin paylara uyğun bölünməsini tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1278-ci maddəsinə əsasən miras şəriklərinin razılaşması üzrə bütün mirasın satılmasına və pulların vərəsələr arasında onların paylarına uyğun bölüşdürülməsinə yol verilir. Həmin maddənin məzmunundan göründüyü kimi, miras əmlakın satılması məhz miras şəriklərinin razılığı ilə şərtləndirilmişdir ki, hazırda miras şəriki olan Mirvari Meirov buna razı deyil. Digər tərəfdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, m iras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Göründüyü kimi qanunvericilikdə miras qoyanın dəfn xərcləri “lazımi”lik xüsusiyyəti ilə səciyyələndirilmişdir. Apellyasiya məhkəmə hesab etmişdir ki, yas mərasiminə çəkilmiş 12.000 manat xərc və 28.473 manat dəyəri olan qəbirüstü abidə “lazımi”lik anlayışını əhatə etməməklə, həmin vəsaitlər sərf edilərkən miras şəriki olan Mirvari Meirovun razılığı al ınmalı idi. Bununla bərabər, Mirvari Meirov dəfn xərclərinin 41.473 manat deyil, həmin məbləğin yarısı qədər, yəni 20.736 manat müəyyən edilməsi ilə razılaşdığını bildirmişdir. Apellyasiya məhkəməsi 20.736 manat məbləğində dəfn xərcinin tərəflərin mirasdakı paylarına uyğun olaraq bölüşdürülməsi barədə nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin ed ilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6083/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6083/2019
26.09.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver