Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6083/2022 21.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Qax rayon Notariat ofisinə (DƏDRX-nin 12 saylı Şəki ərazi idarəsi maraqlı şəxs olmaqla) qarşı iş üzrə QƏRARİ İş № 2(102)-6083/2022 (Açar sözlər: qətnamənin işdə iştirak etməyən şəxsin hüquq və vəzifələrinə toxunması) Bakı şəhəri, 21 noyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1077/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmi ş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınan 0.13 ha torpaq sahəsinin X6 aid 0.065 ha torpaq sahəsinə dair qanunla müəyyən edilmiş mirasın qəbul etmə müddətinin buraxılmasmın səbəblərini üzrlü hesab edərək mirasın qəbulu müddətinin uzadılması, vərəsəliyin açılması və miras qalan əmlakdan tam payın müəyyən olunaraq mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə işə baxılıb qətnamə çıxarılana qədər İddiaçı etibarnamə üzrə nümayən dəsi, vəkil Nümayəndə1 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək mərhum X6 aid 0.065 ha torpaq sahəsinə dair və X4 adına paylı mülkiyyətidə olan Qax rayonu Zərnə kəndində yerləşən JN-0085 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.99 ha əkin sahəsindən X7 aid hissəsinə qanunla müəyyən edilmiş mirasın qəbul etmə müddətinin buraxılmasının səbəblərini üzrlü hesab edərək mirasın qəbulu müddətinin uzadılması, vərəsəliyin açılması və miras qalan əmlakdan tam payın müəyyən olunaraq mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Qax Rayon Məhkəməsinin 2021-ci il 30 aprel tarixli, 2(024)-263/2021 nömrəli qətnaməsi ilə (hakim M.Qarayev) iddia təmin edilmiş, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarə si tərəfindən verilmiş **********07 qeydiyyat nömrəli Dövlət reysetrindən Çıxarışa əsasən mərhum X4 paylı mülkiyyətində olan 0.065 ha torpaq sahəsinə və JN-0085 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.99 ha əkin sahəsinin X6 aid ½ hissəsinə vərəsəlik açılsın və miras əmlak üzrə qanunla müəyyən edilmiş mirasın qəbul etmə müddətinin buraxılmasının səbəbləri üzrlü hesab edərək mirasın qəbulu müddətinin uzadılması və miras əmlaklar üzərində iddiaçının payının tam müəyyən olunaraq onun mülkiyyətinə verilməsi qət edilmişdir.
3. Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Qax Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixdə apellyasiya şikayətini baxılması üç ün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə Maraqlı şəxs apellyasiya şikayətinə baxılması mümkün sayılmışdır.
6. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), V.Məlikov və M.Əsədli) 2022-ci il 28 sentyabr tarixli, 2(107)-1077/22 nömrəli qərardadı ilə xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi, işin apellyasiya baxışından çıxarılması və birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır.
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, şikayətinə maraqlı şəxs kimi tanınma və prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə əlavə etmişdir. Birinci instansiya məhkəməsi həmin apellyasiya şikayətini baxılması üçün apellyasiya məhkəməsinə göndərməklə Maraqlı şəxs hazırki iş üzrə maraqlı şəxs kimi tanımış və prosessual müddəti ötürülməmiş hesab etmiş olsa da, sonuncunun qeyd olunan ərizələrinə heç bir hüquqi mövqe bildirməmiş, hazırki iş üzrə qətnamənin onun maraqlarına hansı şəkildə toxunduğunu əsaslandırmamışdır.
8. Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəb ul edir. Bu qərardaddan şikayət verilə bilər.
9. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli 05 saylı qərarına əsasən X14 və X4 ümumbirgə mülkiyyətinə 0.13 ha həyətyanı torpaq sahəsi verilmişdir. X14 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. X9 isə xx.xx.2009-cu il tarixdə Zaqatala rayonu, Aşağı Tala kəndində vəfat etmişdir. xx.xx.2012-ci il tarixdə Qax rayonu, Zərnə kəndində yerləşən X10 miras qalmış torpaq sahəsinə dair Qax rayon Dövlət Notariat Kontorunda vərəsəlik işi açılmış, X12 vərəsəsi X5 qanun üzrə X11 şəhadətnamə verilmişdir. X6 düşən əmlaka dair vərəsəlik işi açıq saxlanmışdır. İşə əlavə edimiş Qax rayon DNK-nun verdiyi xx.xx.2012-ci il tarixli X17 X2 təsdiq olunmuş surətindən görünür ki, X1 2 vərəsəsi Qax rayonu Zərnə kəndində yaşayan qızı X5 çatacaq, həmin şəhadətnamə verilən əmlak Qax rayonu Zərnə kəndində yerləşən Qeydiyyat nömrəsi ******* saylı Çıxarışa əsasən verilmiş 0.065 ha torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********07 qeydiyyat nömrəli Dövlət reysetrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Zərnə kəndində yerləşən 0.13 ha torpaq sahəsinin 0.065 ha hissəsi Babayeva Səlminaz X1, 0.065 hissəsi isə X3 paylı mülkiyyətindədir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin işdə iştirakının əsasını məhkəmə qətnaməsinin onların tərəflərdən biri ilə olduğu hüquq münasibəti ilə bağlı hüquq və vəzifələrinə təsir etməsinin mümkünlüyü təşkil edir. Onlar tərəflərdən biri ilə hər hansı maddi hüquq münasibətində olur, lakin bu münasibətlər məhkəmə baxışının predmetini təşkil etmir və məhkəmənin mübahisə ilə bağlı qətnaməsi bu şəxslərin birinə münasibətdə hüquq və vəzifələrinə təsir edə bilər. Göründüyü kimi, hazırki iş üzrə mübahisəli miras əmlakdan X5 çatmalı olan pay onun tərəfindən rəsmi qaydada qəbul edilmiş, ona bununla bağlı X11 Şəhadətnamə və həmin Şəhadətnamə əsasında Dövlət reysetrindən Çıxarış verilmişdir.
10. Hazırki halda, X5 məxsus payla bağlı heç bir mübahisə mövcud deyildir və hazırki işin nəticəsinin ona məxsus paya və sonuncunun həmin pay üzərindəki hüquqlarına heç bir təsiri olmayacaqdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. Mara qlı şəxs kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi məhkəmə aktını qəbul edərkən həm mirasın açılması, həm mirasın qəbul edilməsi və mirasın qəbul edilməsi vaxtının uzadılması, həm də irsi transmissiya ilə bağlı maddi hüquq normalarını və sübutetmə vəzifəsi, qətnamənin əsaslılığı baxımından prosessual hüquq normalarını pozduğundan, torpaq sahəsi faktiki istifadəsində olduğu və gözlənilən mülkiyyət hüququ olduğu üçün maraqlarına toxunulan şəxs qismində apellyasiya şikayəti vemişdir. Mübahisələndirilən torpaq sahəsi paylı mülkiyyətdə olan ə mlakdır. Bu halın özü subyektiv hüququn mövcudluğunun, hüququnun pozulma ehtimalının mövcud olmasının və şəxsin hüquqi müdafiəyə ehtiyacı olmasının açıq-aşkar göstəricisidir. Apellyasiya instnasiyası məhkəməsinin qərardadı qanuni və əsaslı deyildir. Belə ki, məhkəmə qətnaməsinə münasibət bildirərkən prosessual baxımdan da səhvə yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
14. Maddə 15.4. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir.
15. Maddə 357.1. Azər baycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
16. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir.
17. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər.
18. M addə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
19. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
20. Maddə 384.0.6. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.
21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şika yət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
22. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır.
23. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasi ya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətanməsi prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır.
25. İşdən göründüyü kimi Maraqlı şəxs hüquq və vəzifələrinə toxunmasını bildirərək, iştirak etmədiyi mülki iş üzrə Qax Rayon Məhkəməsinin 2021-ci il 30 aprel tarixli, 2(024)263/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir.
26. Birinci instansiya məhkəməsi qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunmasını yoxlamadan və MPM-nin 364.2-ci maddəsinə uyğun olaraq bu barədə qərardad çıxarmadan şikayəti baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir (§ 17)
27. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyası da xx.xx.2022-ci il tarixli qərardadı ilə Maraqlı şəxs apellyasiya şikayətinə baxılmasını mümkün sayılmışdır.
28. Apellyasiya şikayətinə baxılarkən məhkəmə tərkibi aşkar etmişdir ki, şikayət qanunvericiliyin göstərilən tələblərinə zidd şəkildə icraata qəbul olunmuşdur. Bu səbəbdən apellyasiya məhkəməsi MPM-nin 384.0.6-cl maddəsinə əsasən, icraata qəbul qərardadını ləğv edərək işin apellyasiya baxışından çıxarılması və birinci instansiyası məhkəməsinə qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərardad qəbul etmişdir.
29. Qərardad “MPM-nin 364.2-ci maddəsindəki tələblərə əməl olunmadan Maraqlı şəxs şikayəti üzrə apellyasiyanın qeyri-mümkünlüyü” hissəsində əsaslı olsa da, apellyasiya kollegiyasının həmin qərardadda “Maraqlı şəxs məxsus payla bağlı mübahisənin mövcud olm aması və hazırkı işin nəticəsinin ona məxsus paya və sonuncunun pay üzərindəki hüquqlarına heç bir təsirinin olmayacağı” barədə mövqe bildirməsi prosessual hüquq normalarına uyğun deyil.
30. Belə ki, MPM-nin 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər.
31. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin işdə iştirak etməyən şəxslərin hüquq və vəzifələrinə toxunmasını yoxlamaq və bu barədə qərardad çıxarmaq səlahiyyəti birinci instansiya məhkəməsinə aiddir. Apellyasiya instansiyas ı məhkəməsi isə həmin qərardaddan verilmiş şikayətə baxa bilər.
32. Qeyd edilənlər ona dəlalət edir ki, apellyasiya məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadında “işin nəticəsinin Maraqlı şəxs hüquqlarına təsirinin olmayacağı” barədə mövqe bildirməyə haqlı olmamışdır.
33. Kollegiya həmin qərardadı dəyişdirilmədən saxlamağı ona görə mümkün hesab etmir ki, apellyasiya məhkəməsinin hazırkı məqamda səlahiyyətinə daxil olmayan məsələ üzrə mövqeyinin qüvvədə qalması, qətnaməsinin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunub-toxunmaması barədə birinci instansiya məhkəməsinin qəbul edəcəyi qərardada təsir edə və ya (fərqli nəticəyə gəlinəcəyi halda məhkəmə aktları arasında) ziddiyyət əmələ gətirə bilər. Çünki bu məsələyə ilkin olaraq hüquqi qiymət vermək məhz birinci instansiya məhkəməsinin səlahi yyətindədir.
34. Ona görə də, apellyasiya məhkəməsinin qərardadı ləğv edilməli, Maraqlı şəxs apellyasiya şikayətinin mümkünlüyü məsələsinə prosessual qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
35. Göstərilənlərə əsasən və MPM-in 417-419 və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1077/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin və iş apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.