Məhkəmə qərarları › İş №2(102)-6087/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6087/2019

11.10.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6087/2019 11.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı vəkili X3 və Cavabdeh1 vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 mart 2019-cu il tarixli, 2(103)2666/2019 saylı qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(004)3130/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim S. B.Mehrəliyev) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin mülkiyyətinə qaytarılması” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 avqust 2018-ci il tarixli, 2(103)9071/2018 saylı qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, S.F.Hacıyev və R.Ə.Eyvazov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 30 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2018-ci il tarixli, 2(102)-8033/2018 saylı qərarı ilə (hakimlər Ə.G.Nurməmmədov sədrlik edən, məruzəçi, M.T.Əhmədova və Ə.M.Rüstəmov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 mart 2019-cu il tarixli, 2(103)2666/2019 saylı qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov edən, məruzəçi, Ş.A.Məmmədova və V.T.Məmmədov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 30 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iddia ərizəsi təmin edilərək, İddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhəri, xxx küçəsi, 08 saylı evin, M-15, mənzil 3 dair bağlanmış 28 fevral 2017-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müq avilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi qət olunub. Cavabdeh1 qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, ona məxsus Bakı şəhəri, xxx küçəsi, 08 saylı evin, M-15, mənzil 3 dair bağlanmış 28 fevral 2017ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin mülkiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hü quqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh1 vəkili xx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı vəkili Elçin Sadıqov məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə ic lasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsini təmin edərkən, mübahisəli mənzilə dair bağışlama müqaviləsinin Mülki Məcələldə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmasına, həmin müqavilənin iddiaçının iradəsini ifadə etməməsinə və beləliklə də iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 339.1-ci maddəsinin tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tət biqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı 12 fevral 2011-ci ildə rəsmi nikah əsasında Cavabdeh1la ailə qurub və onların birgə nikahından 05 yanvar 2012-ci ildə Gülşən adlı uşaqları doğulub. 30 noyabr 2016-cı il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, xxx küçəsi, 8 saylı evin, ümumi sahəsi 148,6 kv.metr olan M-15, 3-cü mənzili mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Tərəflər ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayıblar. 16 may 2015-ci ildə iddiaçı bütün əmlakı üzərində sərəncam verməyə dair Cavabdeh1 adına ümumi etibarnamə verib. Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 27 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah pozulub. Nikahın pozulduğu günün səhəri, yəni 28 fevral 2017-ci ildə Cavabdeh1 iddiaçının adına olan sözügedən mənzili sonuncunun xəbəri, razılığı olmadan, etibarından sui-istifadə edərək notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən anası Cavabdeh2 bağışlamışdır. Hazırda iddiaçı cavabdehlərə qarşı iddia qaldıraraq, ona məxsus Bakı şəhəri, xxx küçəsi, 08 saylı evin, M-15, mənzil 3 dair bağlanmış 28 fevral 2017-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsini və mənzilin mülkiyyətinə qaytarılmasını iddia edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.1-ci maddəsində göstərilir ki, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını nəzərə alıb, işə əlavə edilmiş sübutları tədqiq edib müəyyən etmişdir ki, bağışlama müqaviləsi maddi maraqlara deyil, mənəvi dəyərlərə söykənən müqavilədir. Hədiyyə verən öz əmlakını başqa şəxsə verməklə onu zənginləşdirirsə, buna görə özü üçün heç bir əvəz almırsa, deməli, müqavilənin əsasında mənəvi dəyərlər dayanır. Nikahın pozulması barədə qətnamənin qəbul edilməsindən bir gün sonra tərəflərin (gəlin qaynananın) arasında mənəvi dəyərlərə əsaslanan münasibətin mövcüd olduğu müəyyən edilmir. Əksinə, həmin qətnamədən görünür ki, iddiaçı əri Cavabdeh1 ailə münasibətlərini gərginləşdirməkdə ittiham edir və onların bir ailədə birgə yaşamalarının mümkün olmadığını bildirib. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin gətirdiyi arqumentlərl ə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında nikahın pozulmasının qət edilməsindən bir gün sonra iddiaçının keçmiş əri Cavabdeh1 vasitəsi ilə mübahisəli mənzili qaynanası Cavabdeh2 bağışlamaq istəyində olması inandırıcı, ağlabatan görünmür. Bu isə onu təsdiq edir ki, nikahın pozulmasının qət edilməsindən bir gün sonra iddiaçının nümayəndəsi, yəni keçmiş əri Cavabdeh1 digər tərəflə, yəni öz doğma anası Cavabdeh2 ilə pis niyyətlə, yəni iddiaçını mənzildən məhrum etmək niyyəti ilə razılığa gəlmişlər və bu fakt açıq-aşkardır mülki iş materialları ilə tam təsdiq olunur. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxl ayıb hesab edir ki, nikahın pozulmasının qət edilməsindən bir gün sonra iddiaçının nümayəndəsi, yəni keçmiş əri Cavabdeh1 digər tərəflə, yəni öz doğma anası Cavabdeh2 ilə pis niyyətlə, yəni iddiaçını mənzildən məhrum etmək niyyəti ilə razılığa gəlmələri, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia ərizəsi təmin olunmuş və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilmişdir. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin həqiqi halları üzrə səhv nəticəyə gəlməsini, eləcə də mənzilə dair bağışlama müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmamaqla bağlanmasını və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı həqiqi halları üzrə səhvə nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmayıb və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan pros essual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayətitəmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 mart 2019-cu il tarixli, 2(103)-2666/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar