Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-609/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış evinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı qaz boru kəmərinin mühafizə zonasında inşa edilmiş yaşayış evinin cavabdehin öz vəsaiti hesabına sökülməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-128/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 24 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X6 Kəmərləri Sahəsinin əməkdaşları Gədəbəy rayonu Xar-Xar kəndində yaşayan Cavabdeh tərəfindən Şəmkir-Gədəbəy Ds325m MQK qolu magistral qaz kəmərinin mühafizə zonasında yaşayış evi inşa edilməsi barədə 25 iyul 2019-cu il tarixli akt tərtib etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Gədəbəy rayonu Xarxar kəndi ərazisində 325 mm-lik yüksək təzyiqli magistral qaz kəmərinin 33 metr məsafədə inşa edilmiş tikilinin (yaşayış evinin) cavabdehin öz vəsaiti hesabına tam sökülərək mühafizə zonasında kənarlaşdırılması və ödənilmiş 10 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il tarixli 103 nömrəli qərarı və Az DTN 2.9-2 Magistral Boru kəməri Layihələndirmə Normalarının tələbləri pozularaq, Gədəbəy rayonunun Xar-Xar kəndi ərazisindən keçən diametri 325 mm-lik Şəmkir-Gədəbəy magistral qaz kəməri qolundan 33 metr məsafədə yaşayış evi inşa edilmişdir. Halbuki, həmin məsafədə hər hansı tikilinin inşa olunması qadağandır və daima təhlükə mənbəyidir.
4. Birinci instansiya məh kəməsinin qərardadı əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin verdiyi 29 noyabr 2019-cu il tarixli mütəxəssis rəyi ilə müəyyən edilib ki, Gədəbəy rayonu Xarxar kəndində yerləşən Cavabdeh məxsus 185,01 kv.m. tikili qaz kəməri xəttindən şimal tərəfdən 34,5 m-dək və cənub tərəfdən 32,6 m-dək məsafədə yerləşir.
5. Gədəbəy Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2(042)-31/2020 nömrəli (hakim F.Mirzəquliyev) qətnaməsi ilə iddia ərizəsi təmin edilməmiş, iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc 60,60 manat pulun iddiaçı “Qaz İxrac” İdarəsindən tutularaq "xxxx" MMC-nin hesablaşma hesabına köçürülməsi qət edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, işdə olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın və Azərbaycan Dövlət Tikinti Normativləri 2.6-2 X3 Layihələndirmə Normalarının tələbləri pozularaq Gədəbəy rayonu, Xarxar kəndində yaşayan Cavabdeh tərəfindən Gədəbəy rayonunun Tərsyer kəndində 325 mm-lik Şəmkir Gədəbəy magistral qaz kəməri qolunun 33 metr məsafəsində yaşayış evi inşa olunmuşdur.
7. Məhkəmə qeyd etmişdir ki, iş üzrə mütəxəssis tədqiqatı keçirilmiş və müəyyən edilmişdir ki, Cavabdeh məxsus yaşayış evi 185.1 kv.m tikili qaz kəməri xəttindən şimal tərəfdən 34.5 m-dək və cənub tərəfdən 32.6 m-dək məsafədə yerləşir. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qayda ları”na əsasən, kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, qaz kəməri torpağın alt hissəsi ilə çəkilmiş və cavabdeh yaşayış evi tikdirdiyi zaman yaxınlıqda yerin altında qaz-boru kəmərinin olmasını, bilməmişdir. İddiaçı tərəfindən torpağın altından magistral boru kəmərinin keçməsi haqqında müvafiq xəbərdaredici nişanların olması halı da sübut edilməmişdir. Yəni, cavabdeh yaşayış evini magistral qaz-boru kəmərinin yaxınlığında tikməsini bilməmişdir. Ona görə də, iddia ərizəsi təmin edilməməlidir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il t arixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “X4rşı” 18 iyun 2002-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, Gədəbəy rayonu Xarxar kəndindən keçən “Şəmkir-Gədəbəy” 12 atmosfer gücündə olan yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında cavabdehə məxsus tikilinin potensial təhlükə mənbəyi olması, eyni zamanda mənzil sakinlərinin həyatı və sağlamlığı üçün təhlükəli olması nəzərə alınmamışdır.
11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər R.Ş.Muradov (sədrlik edən və məruzəçi), R.Z.Mamedov və Ç.B.Məmmədov) 2(104)-128/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 29 noyabr 2019-cu il tarixli mütəxəssis rəyi alınmış və həmin rəyə əsasən Gədəbəy rayonu Xarxar kəndində yerləşən Cavabdeh məxsus 185,01 kv.m. tikilinin qaz kəməri xəttindən şimal tərəfdən 34,5 m-dək və cənub tərəfdən 32,6 m-dək məsafədə yerləşməsi müəyyən edilmişdir. Eləcədə apellyasiya icraatı zamanı şikayətin dəlillərinin tam, hərtərəfli və obyektiv araşdırlması üçün təkrar məhkəmə tikinti-texniki və torpaqşünaslıqyerquruluşu ekspertizaları təyin edilmiş, lakin iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsi mütəxəssis rəyinin verilməsi üçün tələb olunan dö vlət rüsumunu ödəməkdən imtina etdiyinə görə rəy verilməmişdir. Gədəbəy rayon İcra Hakimiyyətinin başçısının Xarxar kənd İƏD üzrə nümayəndəliyindən alınmış 22 sentyabr 2022-ci il tarixli 107 nömrəli arayışdan müəyyən olunur ki, Əhmədov X1 İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illəri təşkil edən 02 nömrəli ev təsərrüfatının uçotu kitabının 60 nömrəli səhifəsinin 154 nömrəli şəxsi hesabında qeydiyyatdadır, 0,12 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 568 kv.m-dən ibarət fərdi yaşayış evi var. Qeyd olunan fərdi yaşayış evi Cavabdeh yeganə yaşayış evidir. Göründüyü kimi sökülməsi tələb olunan fərdi yaşayış evi cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa olunmuş və həmin ev onun yeganə yaşayış yeri hesab olunur.
13. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Cavabdeh fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ var. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 152.1, 152.5-ci maddələrinə və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, sübutlara düzgün hüqu qi qiymət verməmiş, mütəxəssis rəyinə münasibətdə mövqeyini bildirməmiş və rəyin nə üçün nəzərə alınmadığını əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermə k üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
21. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz ə mlak özbaşına tikinti sayılır.
22. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
23. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
24. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu
25. Maddə 19.2. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” 2.7-ci bənd. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarın a normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. 2.23-cü bənd. X3nin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən b axıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. 26. 2.24-cü bənd. Kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvv əyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2015-ci il tarixli Fərmanı 27. 2-ci bənd. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak X3nin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tər əflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şika yətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozu ntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Ka ssasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğuna görə qətnamə ləğv olunmalı və iş yenidən baxılması üçün göndərilməlidir.
39. Belə ki, tərəflər arasında olan mübahisə magistral qaz boru xəttinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi üzrə yaranmışdır.
40. İstənilən işə baxılması zamanı məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
41. İddiaçının verilmiş tələblə bağlı subyektiv hüququ ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 180.4-cü maddəsində tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğuların müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur.
42. Mülki Məcəllənin 180.4-cü maddəsi Şəhərsalma və Tikinti Məcəlləsinə zidd olmayan hissədə qüvvəsini saxladığından, öz əşya hüquqlarının müdafiəsinin və təsərrüfat fəaliyyətinin həyata keçirilməsinin təmin edilməsi ilə bağlı pozulduğunu güman etdiyi hüquqlarının müdafiəsi ilə əlaqəda r istənilən fiziki və ya hüquqi şəxsin tikilinin və qurğunun sökülməsinə dair iddia qaldırması istisna olunmur.
43. Nəzərə alınmalıdır ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən, sənaye qurğularını, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər.
44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 1.1ci bəndində göstərilmişdir ki, «Qaz təch izatı haqqında» Azərbaycan Respublikasının Qanununa, digər qanunvericilik aktlarına, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanına uyğun olaraq, qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insan həyatı və ya sağlamlığını, ətraf mühiti və dövlətin əmlak maraqlarını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarını müəyyən edir.
45. Həmin Qaydaların 2.7-ci bəndində deyilir ki, boru kəmərlərinin, çəkilmə tərzindən asıl ı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir.
46. Göründüyü kimi mühafizə zonalarının müəyyən olunmasında qanunvericinin məqsədlərindən biri qaz kəmərlərinin istismarına normal şərait yaratmaq, zədələnmə hallarının qarşısını almaqdan ibarətdir. Buna görə də iddiaçının hazırki iddianı verməyə subyektiv hüququ vardır.
47. Həmçinin işin məhkəmələr tərəfindən müəyyən olunan hallarına görə Cavabdeh məxsus yaşayış evi (185.1 kv.m tikili) qaz kəməri xəttindən şimal tərəfdən 34.5 m-dək və cənub tərəfdən 32.6 m-dək məsafədə yerləşir.
48. Birinci instansiya məhkəməsi iddianı iki əsasla rədd etmişdir: 1. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən, kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır;
2. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, qaz kəməri torpağın alt hissəsi ilə çəkilmiş və cavabdeh yaşayış evi tikdirdiyi zaman yaxınlıqda yerin altında qaz-boru kəmərinin olmasını bilməmişdir. İddiaçı tərəfindən torpağın altından magistral boru kəmərinin keçməsi haqqında müvafiq xəbərdaredici nişanların olması halı da sübut edilməmişdir.
49. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı saymış, əlavə olaraq qeyd etmişdir ki, sökülməsi tələb olunan fərdi yaşayış evi cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa olunmuşdur və həmin ev onun yeganə y aşayış yeri hesab olunur.
50. Məhkəmə kollegiyası qeyd edir ki, Qaydaların 2.7-ci bəndində boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası müəyyən edir. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən boru kəmərləri üçün isə, onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası müəyyən olunur.
51. İddiaçı tələbində bəhs olunan boru xətti üçün mühafizə zonasının 50 metr olduğunu bildirmişdir. Lakin birinci instansiya məhkəməsinin gəldiyi nəticədən görünür ki, məhkəmə mübahisəli torpaq sahəsini kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi kimi qəbul etmişdir. Buna baxmayaraq, həmin faktı təsdiq edən hər hansı sübut işə əlavə olunmamışdır.
52. Eyni zamanda cavabdehin yaşayış evi inşa edən zaman yaxınlıqda yerin altından qazboru kəmərinin keçməməsini bilməməsi də iddianın rədd olunması üçün əsas deyildir. Çünki evin inşası zamanı ümumiyyətlə qanunvericiliklə müəyyən olunmuş qaydalara riayət olunması (torpaq sahəsinin alınması, evin inşa olunması üçün məlumatlandırma və s.) barədə hər hansı sübut əlavə olunmamışdır.
53. Bundan başqa, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticədən görünür ki, məhkəmə kollegiyası sökülməsi tələb olunan fərdi yaşayış evinin cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa olunduğuna əsaslanmışdır.
54. Nəzərə alınmalıdır ki, Torpaq Məcəlləsinin 66-cı maddəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə veril məsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirili r. 55. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
56. Həmin normanın 29 mart 2019-cu il tarixli 1545-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilənədək redaksiyasında deyilirdi ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 57. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Q anunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
58. Bu normalardan göründüyü kimi, torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət qeydiyyatı əsasında müəyyən olunur. Lakin apelyasiya instansiyası məhkəməsi, mübahisəli torpaq sahəsinin cavabdehin mülkiyyətində olması barədə nəticəyə gələrkən daşınmaz əmlakın dövlət reyestrində olan məlumata deyil, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısının Xarxar kənd İƏD üzrə nümayəndəliyindən alınmış 22 sentyabr 2022-ci il tarixli 107 nömrəli arayışına istinad etmişdir. Həmin arayışda isə, bu məlumatın hansı mənbədən verildiyinə dair heç bir qeyd yoxdur.
59. Bundan başqa, nəzərə alınmalıdr ki, hətta torpaq sahəsinin cavabdehin qanuni istifadəsində olması, özü özlüyündə onun üzərində lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarına və qaydalarına riayət edilmədən hər hansı tikili inşa etməyə hüquq vermir. Hazırki halda tikili qaz boru kəmərinin təhlükəsizlik və mühafizə zonasında yerləşir və tikintinin aparılmasına əsas ola biləcək zəruri razılıqlar müəyyən olunmadığından yuxarıda qeyd olunan normativ hüquqi aktlara əsasən özbaşına tikili hesab olunur.
60. Məhkəmələrin “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə Avropa Məhkəməsinin 18 iyun 2002-ci il tarixli qərarına istinad etməsi ilə bağlı məhkəmə koll egiyası qeyd edir ki, həmin qərarda eyni zamanda göstərilir ki, Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur.... Həyata qarşı ehtimal olunan hər bir təhlükə dövlət orqanlarının üzərinə həmin riskin qarşısını almaq üçün konkret tədbirlər görmək öhdəliyini qoymasa da, məsələn, əgər müəyyən edilsə ki, dövlət orqanları insanın və ya insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar idilər və ya xəbərdar olmağa borcl u idilər və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görməyiblər, o halda vəziyyət fərqlidir.
61. Bu növ iddialara baxılanda müəyyən edilməli əhəmiyyətli hallardan biri də boru xəttinin nə vaxt – ev inşa ediləndən əvvəl və ya inşa ediləndən sonra inşa edilməsidir. Lakin məhkəmələr bu halı da müəyyən etməmişdir.
62. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, zi ddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
63. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yenidən baxılması göndərilməlidir.
64. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmi n edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-128/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.