Məhkəmə qərarları › İş №2(102)-6092/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6092/2021

21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6092/2021 21.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçının vəkili Osmanov Zaur Məzahir oğlunun iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4758/2021 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabd eh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 28.12.2013-cü il tarixli, lizinq müqaviləsindən görünür ki, İddiaçı Lizinq Şirkəti QSC ilə X2 arasında lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən X2 35460 ABŞ dolları məbləğində borcu illik 21 faiz olmaqla 11 ay müddətinə İddiaçı Lizinq Şirkəti QSC-yə ödəməyi öz üzərinə götürmüşdür. 28.12.2013-cü il tarixli daxili maliyyə lizinq müqaviləsinə 28.01.2015-ci il tarixli restrukturizasiya haqqında razılaşmaya əsasən cavabdeh 35460 ABŞ məbləğində borcu illik 21 faiz hesablanmaqla 11 ay müddətində İddiaçı Lizinq Şirkəti QSC-yə ödəməyi öz öhdəsinə götürülmüşdür. 28.12.2013-cü tarixli zaminlik müqaviləsindən görün ür ki, Cavabdeh2 28.12.2013-cü il tarixli lizinq müqaviləsi üzrə zamin kimi məsuliyyəti üzərinə götürmüşdür. Məhkəmə Ekspertizası Mərkəzinin 03 may 2019-cu il tarixli məhkəmə əmtəəşünsalıq ekspertizasının rəyindən görünür ki, 28.12.2013-cü il tarixli, lizinq müqaviləsi üzrə X1 17.09.2015-ci il tarixə ümumilkdə 30283.74 ABŞ dolları müəyyən edilir. 07.08.2017-ci il tarixli maliyyə arayışın surətindən görünür ki, Cavabdeh1 17.09.2015 –ci il tarixinə 15279.95 ABŞ dolları vaxtı keçmiş borc, 2339 ABŞ dolları faiz borcu, 4454 ABŞ dolları məbləğində dəbbə pulu borcu vardır. Pretenziya məktubundan görünür ki, İddiaçı Lizing Şirkəti QSC pretenziya qaydasına riayət edərək, cavabehlərdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə borcun ödənilməsi barədə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Lizing Şirkəti QSC cavabehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Lizing Şirkəti QSC ilə bağlanmış 28.12.2013-cü il tarixli 1845T/13/B saylı X5 Muqaviləsinə 28.12.2013-cü il tarixli resturiktirizasiya haqqında razılaşmaya əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində müştərək qaydada dəymiş ziyan üzrə 15279.95 ABŞ dolları əsas məbləğdən gecikmə, 2339 ABŞ dolları faiz, 4454 dəbbə pulu borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X2 ilə bağlanmış 28.1 2.2013-cü il tarixli 1845T/13/B saylı X5 Muqaviləsinə əsasən İddiaçı Lizinq Şirkəti QSC 2013-cü il buraxılışlı 10-S-735 dövlət qeydiyyat nişanlı “XCMG ZL 50 G” markalı minik avtomobilini öz mülkiyyətinə əldə edərək, onu cavabdehin müvəqqəti istifadəsinə vermişdir. X2 35460 ABŞ dolları məbləğində borcu illik 21 faiz olmaqla 11 ay müddətinə İddiaçı Lizinq Şirkəti QSC-yə ödəməyi öz üzərinə götürmüşdür. Cavabdeh Lizing Müqaviləsinə 1 saylı Əlavədə (X4) göstərilmiş illik 21 faiz olmaqla mütəmmədi olaraq hər ay ödəniş etməli olduğu halda müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu məbləği ödəməmiş və bununla da öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. X2 lizinq obyektini 17.09.2015-ci ildə QSC-ə təhvil vermişdir. Odur ki, X2 və Cavabdeh2 müştərək qaydada 15279.95 ABŞ dolları vaxtı keçmiş borc, 2339 ABŞ dolları faiz borcu, 4454 ABŞ dolları dəbbə pulu borcu yaranmışdır. Cavabdehlər öhdəliklərini tam və vaxtında yerinə yetirmədiyi üçün şirkət tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yaranmış borcunu ödəməmişdir. AR MM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Həşimova, iş № 2(002)-606/2021) iddia qismən təmin edilərək, cavabdehlərdən 15279 (on beş min iki yüz yetmış doqquz) ABŞ dolları 95 (doxsan beş) sent əsas borc, 2339 (iki min üç yüz otuz doqqu z) ABŞ dolları faiz borcu, 100 (yüz) ABŞ dolları dəbbə pulu borcu, ümumilikdə 17718 (on yeddi min yeddi yüz on səkkiz) ABŞ dolları 95 (doxsan beş) sent (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə) və ödənilmiş 30(otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Lizing Şirkəti QSC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər iddiaçı ilə bağladığı lizinq müqaviləsindən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, müvafiq ödənişləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə onun banka həmin müqaviləyə görə 8692.69 əsas borc və 1241,38 manat faiz borcu məbləğində pul borcu yaranmışdır. Sadalananan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəm ə hesab edir ki, cavabdehlər müqavilənin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçının həmin müqaviləni lazımınca icra edilməməsi ilə əlaqədar tələbi əsaslıdır. Həmçinin məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, müqavilə üzrə 100 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak məna feləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur, həmçinin əsas pul ilə yanaşı, müvafiq olaraq müqaviləyə görə 100 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov, R.Həsənov, iş № 2(103)-4758/2021) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)606/2021 saylı iş üzrə qəbul etdiyi 15 fevral 2021-ci il tarixli qətnaməsi “Cavabdeh2 15279,95 ABŞ dolları əsas, 2339 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları dəbbə pulu borcu, ümumilikdə 17718,95 ABŞ dollarının ( ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə) və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı Lizing Şirkəti QSC-yə ödənilməsi” hissəsində ləğv edilməsi, İddiaçı Lizing Şirkəti QSC-nin iddia tələbləri Cavabdeh2 aid hissədə təmin olunmaması, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı Lizing Şirkəti QSC ilə Cavabdeh2 arasında bağlanmış 28 dekabr 2013-cü il tarixli zaminlik müqaviləsinin 4-cü bəndində göstərilmişdir ki, həmin müqavilə lizinq müqaviləsi üzrə öhdəliklər tam icra olunduğu vaxta kimi qüvvədədir. Kollegiya hesab edir ki, zaminlik müqaviləsinin 4-cü bəndinin şərti Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alın maqla şərh olunmalı və nəzərə alınmalıdır ki, qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Bu baxımdan kollegiya hesab etmişdir ki, zaminlə bağlanmış 28.12.2013-cü il tarixli müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Bankla Cavabdeh1 arasında bağlanmış 28.12.2013-cü il tarixli lizinq müqaviləsində tərəflər razılaşdırmışlar ki, borcalan aldığı krediti 24 ay müddətində, yəni 28.12.2015-ci il tarixinə qədər qaytarmalıdır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı təşkilat zaminə qarşı 29.12.2016-cı il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən sonrakı bir il müddətində onlara qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)4758/2021 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş ed ir. Kassasiya şikayətində göstərilmişdir ki, cavabdeh apellyasiya şikayətində lizinq müqaviləsi üzrə hesablanmış əsas və faiz borcunun düzgün hesablanmadığını göstərsə də məhkəmə mühasibatlıq ekspertizası təyin etmək əvəzinə, işdə olan 03 may 2019-cu il tarixli məhkəmə əmttəşünaslıq ekspertizasının rəyinə istinad etmişdir. Lakin məhkəmənin istinad etdiyi həmin sənədlə cavabdehn 17.09.2015-c il tarixə ümumilikdə 30283,74 ABŞ dolları borcunun və ya lizinq əmlakının qalıq dəyərini müəyyən etmək mümkün deyildir. 28.12.2013-cü il tarixli daxili lizinq müqaviləsinə və həmin müqavilənin 28.01.2015-ci ilin fevral ayında 1-ci, dekabr ayında 2-ci devalivasiya nəticəsində manatın faktiki olaraq 2 dəfədən artıq dəyərdə düşməsi və qiymətlərin dəyişməsinin əvvəlcədən görülməsi mümkün olmadığından kred it borcunun ödənilməsi üçün planlaşdırılmış gəlir əldə edilə bilməmişdir. Lizinq müqaviləsi bağlanarkən 1 ABŞ dolları 0,78 manat olduğu halda, 1-ci devolivasiyadan sonra məzənnə 1,05 manat, 2015-ci ilin dekabr ayında isə 1 ABŞ dolları 1,85 manat civarında olmuşdur. Bu səbəbdən borcun ödənilməsində çətinlik yarandığından dəfələrlə müqavilə şərtlərinə yenidən baxılmaqla 50000 ABŞ dollarıdan artıq vəsaitin əsas borca yönəldilməsi xahiş edisə də, iddiaçı həmin ödənişləri, lizinq əmlakının qalıq dəyərini, lizinq muzdu üzrə faizlərin qalığı və digər xərcləri nəzərə almadan lizinq obyektini geri almışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Osmanov Zaur Məzahir oğlu ka ssasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlənd irilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh Mehrləiyev Ehtibar Nüsrət oğlu kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kred itorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəizini ödəməyə borcludur. 443.5-ci maddəsinə əsasən borclu icranı kecikdirdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 747.1-ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. 748.1-ci maddəsinə əsasən lizinq müqaviləsi yazılı formada bağlanılır. 748-10.1.-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır. İddia ərizəsində tərəflər arasında daxili lizinq müqaviləsi və onun restruk turizasiyası ilə bağlı 28.01.2015-ci il tarixdə razılaşmanın olmasına istinad edilir. İddiaçı həmin müqaviləyə əsaslanır və qeyd edir ki, məhz ikinci müqavilə üzrə borc yaranmış, razılaşmada qalıq borc məbləği, əvvəlki müqavilədən fərqlənən yeni ödəniş qaydası və müddəti müəyyən olunmuşdur. Bu halda tərəflər arasında icra edilməli olan və qarşılıqlı öhdəliklər yaradan yeni müqavilə şərtlərinin mövcudluğu aşkardır. İddia ərizəsindən aydın olur ki, iddiaçı qalıq əsas və digər borc məbləğlərini razılaşma əsasında hesablamış və tələb edir. Lakin işə baxan birinci instansiya məhkəməsi və onun mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi tərəflər arasında borcun hesablanmasını, məbləğini, müddətini və ödənilmə qaydasını müəyyən edən yeni müqavilənin şərtlərini deyil, tərəflər arasında 28.12.2013-cü il tarixdə bağlanmış daxili lizinq müqaviləsinin şərtlərini əsas götürmüşdür. Belə ki, ekspertiza təyin olunmuş və 28.12.2013-cü ildən lizinq obyektinin qaytarılması tarixinə (17.09.2015-ci il) borcun mövcud olması və hansı məbləğdə olmasına dair suallar qoyulmuş və müvafiq olaraq da ekspert məhz həmin müddətlər daxilində tədqiqat aparmış və iddiaçının iddia ərizəsində göstərilən məbləğdən kəskin fərqlənən məbləğdə borcunun mövcud olması müəyyən edilmişdir. İşin mübahisəsiz halları isə ondan ibarətdir ki, 28.12.2013-cü ildə daxilin lizinq müqaviləsi, bundan sonra 28.01.201-ci ildə restrukturizasiya ilə bağlı razılaşma müqaviləsi bağlanmış, 2-ci müqavilə ilə ödənilməli olan məbləğ (əsas və mükafat) və ödənilmə qaydası və müddəti müəyyən olunmuşdur. 17.09.2015-ci il tarixdə isə lizinq obyekti lizinq verənə qaytarılmışdır. Bu halda lizinq müqaviləsinin şərtləri nəzərə alınmaqla borcun yaranması müddəti əlavə razılaşmanın bağlanması tarixindən lizinq obyektinin geri qaytarılması anınadək müəyyən edilməlidir. Apellyasiya instansiya məhkəməsi isə tələb olunan borc məbləğinin düzgün hesablanmaması ilə bağlı cavabdeh tərəfin dəlillərin mövcud olmasına baxmayaraq heç bir araşdırmanın aparmamışdır. Bu halda apellyasiya instansiya məhkəməsi borcun məbləğinin düzgün müəyyən edilməsi üçün cavabdeh tərəfin dəlillərindən çıxış edərək iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsinin zəruriliyini tərəflərlə birlikdə müzakirə etməli olduğu halda belə müzakirənin aparımasını təmin etməmişdir. (MPM-nin 88-ci, 97.1-ci maddələri) Mülki qanunvericiliyə görə əgər tərəflərdən bir i xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Apellyasiya məhkəməsi tərəfindən bu xüsusat üzrə lazımi araşdırma aparılmamış, həmin hala qanunvericliyin tələbləri baxımından hüquqi qiymət verilməmişdir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4758/2021 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar