Məhkəmə qərarları › İş №2(102)-61/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-61/2022

11.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-61/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı və digərlərinin cavabdeh Cavabdeh və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-61/22 (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyun 2021-ci il tarixli, 2(103)4403/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şi kayəti üzrə işə 11 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçılar İddiaçı və X1 məhkəmədə Cavabdeh və digərlərinə qarşı iddia qaldıraraq, cavabdehlə onlar arasında notarial qaydada bağlanmış 10 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsinin, habelə İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış 10 yanvar 2019-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş ediblər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim C.C.Musayeva) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni b elə əsaslandırıb ki, iddiaçı İlahə Həsənova ilə Cavabdeh arasında notarial qaydada bağlanmış 10 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsində yerləşən, ümumi sahəsi 131,9 kv.metr olan 39 saylı evin 1/6 hissəsini (21,9 kv.metr) İlahə Həsənovaya verməyi, sonuncu isə evi qəbul edib əvəzində müəyyənləşdirilmiş 36.500 manat pulu Cavabdeh ödəməyi öhdəsinə götürüb. Həmçinin eyni tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən Cavabdeh 31 avqust 2019-cu il tarixədək qaytarmaq şərti ilə İddiaçı 4.500 manata borc pul verib. Göründüyü kimi alqı-satqı və borc müqavilələri Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlanıb və işdə, həmin müqavilələrin aldatma təsiri altında bağlanmaqla etibarsız hesab e dilməsi üçün əsaslar yoxdur. Ona görə də iddia tələbləri rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 339.2, 339.3, 340.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov sədrlik edən, məruzəçi, E.C.Kazımov və E.Ə.Mehdiyev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsi qismən- kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbin rədd edilməsi hissəsində ləğv edilib, həmin hissədə iddia təmin edilərək, Cavabdehlə İddiaçı arasında 4.500 manat borca dair notarial qaydada bağlanmış 10 yanvar 2019-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsinin qətnaməsi alqı-satqı müqaviləsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, həmin müqavilədən görünür ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində yerləşən, ümumi sahəsi 131,9 kv.metr olan 39 saylı evin 1/6 hissəsini 36.500 manata İlahə Həsənovaya satıb. İlahə Həsənova alqı-satqı müqaviləsini ona görə mübahisələndirib ki, həmin müqav ilə aldatma nəticəsində bağlanıb. Aldatma onunla izah olunur ki, müqavilə bağlanarkən Cavabdeh İlahə Həsənovaya bildirib ki, evin 1/6 hissəsi 39,7 kv.metr təşkil edir, lakin İlahə Həsənovaya 27 kv.metr sahə verilib. Aldatma sübut olunmur. Belə ki, alqı-satqı müqaviləsinin mətnində satılan sahənin (yəni evin 1/6 hissəsinin) ölçüsünün 21,9 kv.metr təşkil etdiyi qeyd olunub, İlahə Həsənova nümayəndəsi İddiaçı vasitəsilə həmin müqaviləni imzalayıb. Ona görə də alqı-satqı müqaviləsi üzrə Cavabdeh vəzifəsi 21,9 kv.metr sahəni vermək olub. İddianı bu hissədə rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Kredit müqaviləsinə aid hissədə qətnamə ləğv edilməli və kredit müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki, həmin müqavilədən görünür ki, kredit verən Cavabdeh kredit ala n İddiaçı 4.500 manat pulu borc verməyi, sonuncu isə pulu 31 avqust 2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürüb. Kredit müqaviləsi uydurma əqd kimi etibarsızdır. Belə ki, alqı-satqı müqaviləsi və kredit müqaviləsi eyni gündə bağlanıb. Kredit müqaviləsində kredit verən Cavabdeh alqısatqı müqaviləsində satıcıdır. Kredit müqaviləsində kredit alan İddiaçı alqı-satqı müqaviləsində alıcı İlahə Həsənovanın nümayəndəsidir. Satıcı Cavabdeh alıcı İlahə Həsənovanın nümayəndəsi İddiaçı eyni gündə 4.500 manat borc pul verməsi ağlabatan deyil. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, sözügedən kredit müqaviləsi uydurma əqd olmaqla əhəmiyyətsizdir. Birinci instansiya məhkəməsinin bu tələb üzrə gəldiyi nəticə işin hallarına uyğun olmadığından qətnamə həmin hissədə ləğv edilməli və bu hissədə iddia rədd olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 339.2, 340.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz əriz əsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və Cavabdeh məhkəmə iclasında iştirak etsələr də vəkillə birgə təmsil olunmadıqları üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onları məhkəmə iclasında dinləmədi. İddiaçı İlahə Həsənova, Cavabdeh vəkili Vəkil və üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün o nun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanma lıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olar aq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh kassasiya şikayətində iş üzrə apellyasiya instans iyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Cavabdeh kassasiya şikayətində apellyasiya i nstansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın kredit müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassız olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 12 may 2017-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsində yerləşən, ümumi sahəsi 131,9 kv.metr olan 39 saylı fərdi yaşayış evinin 1/6 hissəsi Cavabdeh mülkiyyətində olub və sonuncu 10 yanvar 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən öz payını, yəni 1/6 hissəni (21,9 kv.metr sahəni) 36.500 manata İlahə Həsənovaya satıb. Eyni zamanda, həmin gün notarial qa ydada təsdiq edilmiş digər 10 yanvar 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 31 avqust 2019-cu il tarixədək qaytarmaq şərti ilə 4.500 manat pulu İddiaçı borc verməyi, sonuncu isə həmin tarixədək 4.500 manat pulu Cavabdeh qaytarmağı öhdəsinə götürüb. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları, o cümlədən işdə iştirak edən şəxslərin izahatlarını işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edib belə qənaətə gəlmişdir ki, sözügedən kredit müqaviləsi ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış uydurma əqddir. Belə ki, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur ki, sözügedən k redit müqaviləsi notariatda bağlanarkən Cavabdeh həqiqətən İddiaçı 4.500 manat borc pul verməyib. İşin bu halı iddia ərizəsi, apellyasiya şikayətinin dəlilləri ilə də istisna olunmur və İddiaçı özü də apellyasiya icraatı zamanı bildirib ki, kredit müqaviləsində göstərilən 4.500 manat alqı-satqı müqaviləsində göstərilən 36.500 manatın davamıdır. Belə ki, onun nümayəndəsi olduğu İlahə Həsənova ilə Cavabdeh arasında sözügedən evin sahəsi 39,7 kv.metr olan hissəsi ilə bağlı alqı-satqısına dair razılığa gəliblər və həmin sahənin alqısatqısını ümumilikdə 41.000 manata razılaşdırıblar, pulun 36.500 manatı satıcı Cavabdeh verilib, qalan 4.500 manat hissəsinin verilməsi isə “kredit müqaviləsi” kimi sənədləşdirilib, lakin həmin müqavilə üzrə Cavabdeh ona 4.500 manat borc pul verməyib. Mülki Məcəllən in 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddənin mənasına görə, əqdin uydurma əqd hesab edilməsi üçün aşağıdakı şərtlərin hamısının eyni vaxtda mövcud olması zəruridir: birincisi, əqdi bağlayanlar ona uyğun hüquqi nəticələr, yəni əqd üzrə hüquq və vəzifələr yaratmaq niyyəti olmadan həmin əqdi bağlamış olurlar. Başqa sözlə, əqdin tərəfləri həmin əqd üzrə hüquq və vəzifələrin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar; ikincisi, uydurma əqd sırf başqalarını aldatmaq məqsədilə bağlanmış olur. Mülki qanunvericiliyə görə, əqdin etibarsızlığı o deməkdir ki, əqd formasında həyata keçirilən hərəkətlər hüquqi fakt əlamətinə malik olmur. Etibarsız əqd onun eti barsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Hüquq normasına uyğun gəlməyən əqdlər bağlandığı andan buna aid iddianın qaldırılmasından və məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə əhəmiyyətsiz əqdlərdir. Bu cür əqdlərin etibarsızlığı nəticələrinin tətbiq edilməsi tələbini hər bir maraqlı şəxs irəli sürə bilər. Hətta məhkəmənin bu cür nəticələri öz təşəbbüsü ilə də tətbiq etmək ixtiyarı vardır. Apellyasiya instansiyası məhkəməsi, qeyd olunan maddənin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib düzgün olaraq qeyd etmişdir ki, 4.500 manat borca dair Cavabdehlə İddiaçı arasında bağlanmış 10 yanvar 2019-cu il tarixli kredit müqaviləsi uydurma əqddir, yəni ona uyğun hüquqi nəticə lər yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanıb. Belə ki, sözügedən alqı-satqı müqaviləsi və kredit müqaviləsi eyni gündə bağlanıb. Kredit müqaviləsində kredit verən Cavabdeh həmin alqı-satqı müqaviləsi üzrə satıcıdır. Həmçinin eyni gündə bağlanmış qeyd olunan kredit müqaviləsində kredit alan İddiaçı alqı-satqı müqaviləsi üzrə alıcı İlahə Həsənovanın nümayəndəsidir. Satıcı Cavabdeh (alıcının nümayəndəsindən 36.500 manat pul almalı olan şəxsin) eyni gündə alıcı İlahə Həsənovanın nümayəndəsi İddiaçı (ona 36.500 manat pul verməli olan şəxsə) 4.500 manat borc pul verməsi ağlabatan, inandırıcı görünmür. Birinci instansiya məhkəməsi, işə baxarkən qeyd olunan hallara diqqət yetirməyib və işin müəyyən edilmiş halları üzrə səhv nəticəyə gəlib. Kassasiya instansiyası məhkəməsi yuxarıda qey d olunanları nəzərə alıb hesab edir ki, Cavabdeh kassasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etirazının əsası kimi istinad etdiyi digər dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyun 2021-ci il tarixli, 2(103)-4403/2021 saylı qətnaməsi mü bahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar