Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-61/2024 22.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 İmamverdi oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Şəmkir rayon 1 saylı notariat ofisi) ilkin; Cavabdeh3 və Cavabdeh4 İddiaçı və Cavabdeh1 İmamverdi oğluna qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X15, X16, X6, X13, X21, X14, İsgəndərova Hicran Kamal qızı, Cavabdeh2) qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: mirasın qəbul edilməsi, sübutların qiymətləndirilməsi, məhkəmə aktının əsaslandırılması, kassasiya instansiyası məhkəməsinin göstərişləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu, Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1708/2023 nömrəli iş üzrə 20 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X22 və X7 birgə ailə münasibətlərindən Dursun, İmamverdi, Güllüzar, Ələddin, Firuzə və Salatın adlı 6 uşaqları anadan olmuşdur.
2. X11 mülkiyyətində Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi olmuş, torpaq üzərində ümumi sahəsi 44,0 kv.m və 42,0 kv.m olan fərdi yaşayış evləri inşa edilmiş, tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
3. X17 12 noyabr 1969-cu il tarixdə, X22 isə 02 noyabr 1996-cı ildə vəfat etmişlər.
4. X11 övladlarından: X3 30 dekabr 1981-ci il, X4 14 mart 1985-ci il, X8 19 mart 1987-ci il, X12 08 fevral 2000-ci il, X9 24 yanvar 2002-ci il tarixlərində vəfat etmişlər.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi ilə 1898-ci ildə Şəmkir rayonun Düyərli kəndində anadan olmuş və 02 noyabr 1996-ci il tarixdə Şəmkir rayonun Düyərli kəndində vəfat etmiş X11 İddiaçı anası olması faktı müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 İmamverdi oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Şəmkir rayon 1 saylı notariat ofisi) iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonunun Düyərli kəndi ərazisində yerləşən, JN-350F Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında mərhum anası X10 miras qalmış 0,20 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı qanun üzrə birinci növbə vərəsə olaraq faktiki qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı anasından miras qalmış həmin həyətyanı torpaq sahəsini qanun üzrə birinci növbə vərəsəsi olaraq faktiki qəbul etmiş, həyətyanı torpaq sahəsini əkib-becərmiş, orada inşa etdirdiyi kiçik həcmli evdə yaşamaq üçün mərhum qardaşı İmamve rdinin oğlu, Cavabdeh1 imkan vermişdir ki, oğlu Samirin ailəsi ilə birlikdə həmin ünvanda yaşasınlar. Həmçinin, qardaşı Ələddinin nəvələri, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 imkan vermişdir ki, həmin torpaq sahəsində yerləşən kiçik həcmli evdə yaşasınlar. Eyni zamanda, həmin miras torpaq sahəsində bacısı Salatın analarının sağlığında ikən tikdirmiş olduğu kiçik həcmli evdə qızı Səmayə ilə birlikdə yaşamış, Salatının vəfatından sonra isə qızı Cavabdeh2 bir müddət yaşamış, sonra isə ərə gedərək, hazırda Göygöl rayonunda ailəsi ilə birlikdə yaşayır. Onun yaşadığı kiçik həcmli evdən isə digər cavabdeh Abbasın oğlu Samir istifadə edir. Mərhum qardaşı X2 nəvələri Cavabdeh3 və Cavabdeh4 ilə aralarında miras əmlaka olan payla bağlı narazılıqları vardır.
8. İddiaçılar Cavabdeh3 və Cavabdeh4 cavabdehlər İddiaçı, Cavabdeh1 İmamverdi oğluna qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X15, X16, X6, X13, X21, X14, İsgəndərova Hicran Kamal qızı, Cavabdeh2) qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ulu nənələri X10 miras qalan, Şəmkir rayonunun Düyərli kəndinin ərazisində yerləşən 0,20 ha torpaq sahəsi üzrə vərəsə tanınmaları, həmin torpaq sahəsindən paylarının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişlər.
9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, həmin tələb üzrə iddiaçılar X11 11 fevral 2000-ci il tarixdə vəfat etmiş övladı X2 qızı X1 uşaqlarıdırlar. Hazırda onlar ulu nənələri Sarayın mülkiyyətində olan torpaq sahəsində yerləşən evində yaşayırlar, nənəsindən qalan miras valideynləri tərəfindən qəbul ed ilmiş, valideynlərinin ölümündən sonra isə onlara qalmışdır. İddiaçı ərə gedən gündən ata evi ilə vidalaşmış, bir daha orada yaşamamış, yəni nə rəsmi, nə də faktiki olaraq mirası qəbul etməsini nümayiş etdirməmişdir.
10. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(076)-941/2022 nömrəli, 27 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim K.Məmmədov) ilk iddia təmin edilmiş, JN-350F KOD 50400058 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında mərhum X10 miras qalmış Şəmkir rayonunun Düyərli kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın qanun üzrə birinci növbə vərəsə olaraq İddiaçı tərəfindən faktiki qəbul olunması faktının müəyyən edilməsi, qarşılıqlı iddianın rədd olunması qət edilmişdir.
11. Birinci instansiya məhkəm əsi müəyyən etmişdir ki, hazırda miras qoyanın yeganə sağ qalan birinci növbə vərəsəsi İddiaçıdır və o, mübahisəli əmlakı qohumu Cavabdeh1 İmamverdi oğlunun vasitəsi ilə faktiki idarə etmək yolu ilə qəbul etmişdir. Miras əmlakın Cavabdeh1 İmamverdi oğlunun vasitəsi ilə iddiaçı tərəfindən faktiki olaraq idarə etmək yolu ilə qəbul edilməsi faktı məhkəmə iclasında Cavabdeh1 İmamverdi oğlunun öz izahatı ilə yanaşı, qarşılıqlı iddiaçıların vəkilinin çıxışında qeyd etdikləri ilə təsdiqini tapmışdır.
12. Bundan başqa məhkəmə qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək, hesab etmişdir ki, miras qoyanla qarşılıqlı iddiaçıların qohumluq əlaqələrinin nədən ibarət olması iş materialları ilə müəyyən edilmədiyi üçün, qarşılıqlı iddia tələbi əsaslı deyildir.
13. Məhkəmə mirasın faktiki qəbul olunması ilə bağlı tərəflərin istinad etdikləri dəlillərə hüquqi qiymət verərək qeyd etmişdir ki, tərəflər mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etsələr də, ilk iddiaçı həm mirasın nədən ibarət olması, həm miras qoyanla qohumluq münasibətini təsdiq edən sənədləri məhkəməyə təqdim etmiş, lakin cavabdehlər (qarşılıqlı tələb üzrə iddiaçılar) miras qoyanla qohumluq əlaqələrini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişlər. Bu səbəbdən, cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh3 və Cavabdeh4 hazırkı tələblə məhkəməyə müraciət etməyə subyektiv hüquqları olmamışdır.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin 528 və 552-ci, qüvvədə olan Mülki Məcəllənin 1146, 1160-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 22 aprel 2014-cü il tarixli və “M.Bağırovun şikayəti üzrə” 30 iyun 2008-ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
15. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.
16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-2370/2022 nömrəli, 02 noy abr 2022-ci il tarixli, qətnaməsi ilə (hakimlər F.Ə.Mehtiyevin sədrliyi və məruzəsi, R.Ş.Muradov və Ə.İ.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə ilkin və qarşılıqlı iddialar qismən təmin edilmiş, X10 miras qalmış, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın İddiaçı, Cavabdeh3 və Cavabdeh4 tərəfindən faktiki qəbul edilmələri müəyyən edilmiş, həmin torpaq sahəsinə İddiaçı 2/4 payının, Cavabdeh3 ¼ payının və Cavabdeh4 ¼ payının müəyyən edilməsi, ilk və qarşılıqlı iddiaların qalan hissədə rədd olunması qət edilmişdir.
17. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi göstərmişdir ki, Sa ray Quliyeva vəfat etdikdən sonra miras əmlak faktik olaraq onun birinci növbədə vərəsələri, qızı İddiaçı və oğlu Ələddin Məmmədov, sonuncunun ölümündən sonra isə qızı Gülnarə Abbasova, daha sonra onun uşaqları Cavabdeh3 və Cavabdeh4 tərəfindən qəbul edilmişdir.
18. Belə ki, Dursun anası Saray Quliyevanın ölümündən sonra həmin ünvana gəlibgetmiş, Ələddin Abbasov isə vəfat edən günə kimi miras əmlakda yaşamış, onun ölümündən sonra qızı Gülnarə, sonuncunun ölümündən sonra isə uşaqları Ələddin və Ələs həmin həyətdə olan evdə yaşamışlar. Digər vərəsələr - iddia və qarşılıqlı iddia ərizəsində göstərilənlər - Cavabdeh1 İmamverdi oğlu, Cavabdeh2, X15, X16, X6, X13, X21, X14 və İsgəndərova Hicran Kamal qızı isə mərhum Saray Quliyevanın sağlığında daimi yaşamaq üçün oradan köçüb getmişlər. Onlar tərəfindən mirasın qəbulu iş materialları ilə təsdiq edilmir.
19. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, mirasın kütləsi müəyyən edildiyindən, habelə onun hansı vərəsələr tərəfindən qəbul edildiyi aşkar olduğundan miras onu qəbul etmiş vərəsələr arasında bölünməklə paylar müəyyən edilməlidir. Baxılan işdə miras əmlak 2 vərəsə - İddiaçı və mərhum Ələddin Abbasov tərəfindən faktiki qəbul edildiyi üçün onların hər birinin payı miras əmlakda 1/2 hissədə müəyyən edilməli, Ələddin Abbasovun ölümündən sonra qızı mərhum Gülnarə Abbasova, onun da ölümündən sonra isə uşaqları Ələddin və Cavabdeh4 vərəsə olduqları üçün, mərhum X10 miras qalmış, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin İddiaçı 2/4 payı, Cavabdeh3 1/4 payı və Cavabdeh4 1/4 payı müəyyən edilməlidir. 2
0. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəlləsinin 527, 530, 532, 552, 553-ci, hazırda qüvvədə olan Mülki Məcəllənin 1133, 1159.1, 1159.1.1, 1159.2, 1243.1, 1243.2, 1243.3, 1255-ci və MPM-in 14.2, 77.1, 88, 119.1, 217.2, 218.1, 218.3, 385.1, 385.1.1, 386cı maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiya məhkəməsində birinci icraat
21. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar, bu mümkün olmadıqda isə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir
22. Kassasiya şikayəti onunla əsasland ırılmışdır ki, apellyasiya məhkəməsi X2 doğumu haqqında şəhadətnaməsi və ya anası Saray Quliyeva ilə qohumluq faktını təsdiq edən qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olmadan Ələddin Abbasovun miras əmlaka qanun üzrə birinci növbə vərəsə olaraq bağlılığı sübut edilməmişdir. Bu səbəbdən qarşılıqlı iddiaçıların mirasa bağlılığın sübut edən mötəbər sübutun olmaması baxımından onların məlum qarşılıqlı iddianı qaldırmağa subyektiv hüquqlarının olmaması kimi qiymətləndirməli idi. Həmçinin, mərhum Ələddin Abbasovun miras əmlak olan həyətyanı torpaq sahəsini nə rəsmi, nə də faktiki olaraq qəbul etməməsi iş materialları ilə tam sübut olunmuşdur. Belə ki, Ələddin Abbasovun üç arvadı olmuş, rəsmi nikahda olduğu arvadı Gəncə şəhərində əri Ələddin Abbasovla birgə ailə şəraitində yaşamışdır. Qarşılı qlı iddiaçıların anası olan Gülnarə Abbasova isə Ələddin Abbasovun qeyri-rəsmi nikahda olduğu arvadından anadan olmuşlar. Gülnara Abbasova anası ilə həmin mübahisəli miras torpaq sahəsində olan kiçik həcmli evdə Saray Quliyevanın, onun vəfatından sonra isə iddiaçının razılığı ilə yaşamış, ancaq miras əmlak olan həyətyanı torpaq sahəsinin əkilibbecərilməsində iştirak etməmişdir. Ələddin Abbasov isə hərdən qanundankənar arvadı və uşaqlarının yanına qonaq kimi gəlib-getmişdir. Həmin miras sahəsini anasının sağlığında və ölümündən sonra faktiki olaraq o idarə etmiş, əkilib-becərilməsini onun vəsaiti ilə qardaşı İmamverdinin oğlu Cavabdeh1 və sonuncunun oğlu Samirə həvalə etmişdir.
23. Kassator hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən 01 sentyabr 2000-ci ilədək qüvvədə o lmuş Mülki Məcəllənin 527, 530, 532, 552-ci, hazırda qüvvədə olan Mülki Məcəllənin 1133, 1159.1, 1159.2, 1243, 1255-ci, MPM-in 217.1, 372.1, 384.0.2, 392, 393-cü maddələrinin tələbləri pozulmuşdur
24. Həmçinin ilk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh3 və Cavabdeh4 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələblərinin tam təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişlər.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəlləsinin 552-ci, MPM-in 76.3, 77.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, İddiaçı mirası n açıldığı tarixdən qanunla müəyyən olunmuş müddətdə nə notariusa ərizə verilməklə, nə də ki, miras əmlaka yiyələnməklə və onu idarə etməklə qəbul etməmişdir. İddiaçı mübahisəli miras əmlakı qohumu Cavabdeh1 İmamverdi oğlunun vasitəsilə faktiki idarə etmək yolu ilə qəbul etməsini sübut edə bilməmişdir. İş materiallarında İddiaçı tərəfindən Cavabdeh1 adına miras əmlakı qəbul etmək və idarə etməklə bağlı hər hansı etibarnamə yoxdur. İddiaçı Bakı şəhərində yaşayır, 1978-ci ildən Bakı şəhərində uşaq bağçasında işləyir. İddiaçı gah miras əmlakı Cavabdeh1 vasitəsilə, gah da şəxsən idarə etməklə qəbul etdiyini bildirir. Bu isə həmin izahatları və etirazları şübhə altına alır.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)1686/2023 nömrəli iş üzrə 19 aprel 2023-cü il tari xli qərarı ilə (hakimlər Elşad Şamayevin sədrliyi və məruzəsi ilə, Elşanə Vəliyeva və Əhliman Xıdırovdan ibarət tərkibdə) ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti təmin, ilk iddia üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 kassasiya şikayəti isə qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, miras qoyan X22 1996-cı ildə vəfat etməklə, miras həmin tarixdə açıldığından, hazırkı mübahisəyə həmin dövrdə qüvvədə olmuş Mülki Məcəllənin müddəaları tətbiq olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi isə həmin Məcəllənin 553-cü maddəsinə istinad etsə də, iddiaçının mirası qəbul etdiyini nə ilə m üəyyən etdiyini əsaslandırmamışdır. Belə ki, iddiaçının mirası qəbul edib-etməməsi işin mübahisəli halıdır. Cavabdeh3 və Cavabdeh4 həm qarşılıqlı iddia ərizələrində, həm də birinci instansiya məhkəməsinin qətnaməsindən verdikləri apellyasiya şikayətində İddiaçı ərə gedəndən sonra ata evindən çıxmasını və miras əmlakı nə rəsmi, nə də ki, faktiki olaraq qəbul etməməsini iddia etmişlər.
28. İddiaçının özünün təqdim etdiyi Şəmkir Rayonu İcra Hakimiyyəti başçısının Düyərli kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 10 avqust 2018-ci il və 10 fevral 2022-ci il tarixli arayışlarında göstərilmişdir ki, X11 qızı İddiaçı Bakı şəhəri, M.Hadi küçəsi, ev 51, mənzil 87-də qeydiyyatdadır və orada yaşayır. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçı tərəfindən mirasın qəbulunu 1 cümlə ilə: “Dursu n anası Saray Quliyevanın ölümündən sonra həmin ünvana gəlib-getmiş...” əsaslandırmışdır.
29. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mirasın faktiki qəbuluna dair iddiaçı tərəfinin izahatına MPM-in 88 və 106.1-ci maddələrinə uyğun işdə olan digər sübutlarla birgə hüquqi qiymət verməmişdir.
30. Digər tərəfdən iş materiallarında olan apellyasiya şikayətinə etirazdan müəyyən olunur ki, iddiaçı apellyasiya instansiyası məhkəməsində cavabdehlərin miras qoyanla qohumluq münasibətlərində olmasını mübahisələndirmişdir. Lakin, apellyasiya məhkəməsi iddiaçının bu dəlillərinə ümumiyyətlə hüquqi qiymət verməmişdir.
31. Həmçinin qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi cavabdehlərin anasının mirası atası olan Ələddin Abbasovdan qəbul etdiyini əsaslandırarkən qüvvədə olan Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə istinad etmişdir. Halbuki, X12 08 fevral 2000-ci il tarixdə ölmüşdür. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin maddi hüquq normasının tətbiqində səhvə yol verməsi də müəyyən olunur. c) Apelyasiya instansiya məhkəməsində ikinci icraat
32. Apellyasiya instansiyası məhkəməsinin 2(104)-1708/2023 nömrəli iş üzrə 20 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanovun sədrliyi və məruzəsi ilə, İslam Həsənov və Şamil Rzaquliyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, ilkin iddia rədd, qarşılıqlı iddia təmin edilmiş, qarşılıqlı iddiaçılar Cavabdeh3 və Cavabdeh4 tərəfindən mirasın qəbul edilməsi faktının və mərhum X10 JN–350F say lı torpağa mülkiyyət hüququna dair şəhadətnamə əsasında miras qalmış Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsində vərəsəlik üzrə ½ hissədə Cavabdeh3, ½ hissədə Cavabdeh4 paylarının müəyyən edilməsi qət edilmişdir.
33. Məhkəmə müəyyən etmişdir ki, X22 1996-cı il tarixdə vəfat etmiş, onun vəfatından sonra Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi miras qalmış, İddiaçı mirası qəbul etməmiş, mərhum anasının sağlığında, yəni 1978-ci ildə ailə həyatı qurması ilə əlaqədar Bakı şəhərinə köçmüş və həmin vaxtdan Bakı şəhərində yaşayır. Bununla belə, Dursun anasının dəfnində iştirak etmiş, tez-tez həmin mülkə gəlib getmişdir.
34. Birinci instansiya məhkəməsi İddiaçı mirası qohumu Cavabdeh1 İmamverdi oğlu vasitəsilə qəbul etməsini müəyyən e tsə də, lakin iddiaçı tərəfindən həmin şəxsə bununla bağlı müvafiq etibarnamənin verilməsi müəyyən olunmur. Digər tərəfdən, onun məhkəməyə verdiyi izahatı ilə atası İmamverdinin 1982-ci ildə Bakıda vəfat etməsi və həmin həyətdə oğlu Samirin 2007-ci ildən yaşaması müəyyən olunur.
35. Göründüyü kimi, İddiaçı mirası faktiki və ya notariat kontoruna ərizə vermək yolu ilə rəsmi qaydada qəbul etmədiyinə görə, hazırkı tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır.
36. Digər tərəfdən iş materialları ilə müəyyən edilir ki, X22 1996-cı il tarixdə vəfatından sonra, mirası onun birinci növbə vərəsəsi X12, onun 11 fevral 2000-ci il tarixdə vəfatından sonra qızı X5, onun xx.xx.2015-ci ildə vəfatından sonra isə uşaqları, hazırkı iş üzrə qarşılıqlı iddiaçılar Cavabdeh3 və Cavabdeh4 tərəfin dən faktiki olaraq qəbul edilmişdir. Belə ki, onlar miras qoymuş ulu nənələri Sarayın mülkiyyətində olan torpaq sahəsində yerləşən miras əmlakı valideynlərinin sağlığında və onların ölümündən sonra miras 0,20 ha həyətyanı torpaq sahəsinə sahiblik edərək, ailəsi ilə birlikdə orada yaşamaqla və torpağı əkib-becərərək idarə etməklə mirası faktiki qəbul etmişlər.
37. Məhkəmə kollegiyası mövqeyini 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 527, 528, 532, 552-ci, qüvvədə olan Mülki Məcəllənin 1133.1, 1133.2, 1145, 1151.1, 1159.1.1, 1159.1.3, 1243.1, 1243.2, 1243.3, 1246-cı, MPM-in 217.1, 217.2, 217.4, 218.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyas iya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi, yaxud işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
39. Kassator şikayətini iddianın dəlillərinə uyğun əsaslandırmış, həmçinin qeyd etmişdir ki, cavabdehlərin (onların valideynlərinin) mirası qəbul etməsi işdə olan heç bir sübutla təsdiq edilməyib, yalnız izahatlar əsasında müəyyən edilib. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin Mülki kollegiyasının göstərişlərini yerinə yetirməmiş, qarşılıqlı iddiaçıların babaları X2 miras sahibi olan X35 ilə olan qohumluğunu araşdırmamış, qətnamə prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmamışdır.
40. Kassa tor şikayətini 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 527, 530, 532, 552-ci, qüvvədə olan Mülki Məcəllənin 1133, 1159.1, 1159.2, 1243 və 1246-cı, MPMin 372.1, 384.0.2, 392, 393, 402-406-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsi
42. Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.
43. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.
44. Maddə
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.
45. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcə lləsi
46. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
47. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
48. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
49. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
50. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündə n sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
51. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
52. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bunun la da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.[790]
53. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
54. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Prosessual Məcəllə
55. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
56. Maddə 9.3. Hakim b ütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
57. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi r.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 61. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
62. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
63. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
64. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
65. Maddə 392.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir: 66.... 392.1.5. məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar.
67. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlil lərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.
68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
70. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
71. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
72. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
73. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddia üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
74. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə çıxarılmış və ilkin iddia rədd, qarşılıqlı iddia təmin olunmuşdur.
75. MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən belə olan halda tam hüquqlu məhkəmə kimi işə baxan apelyasiya instansiyası məhkəməsi öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.
76. Eyni zamanda prosessual qanunvericiliyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir (MPM-in 217, 220-ci madd ələri).
77. Apelyasiya instansiyası məhkəməsi tərəfindən belə iş üzrə qəbul edilmiş məhkəmə aktında işin müəyyən edilmiş halları, məhkəmənin nəticəyə gəlməsi barədə motivləri və rəhbər tutduğu qanunlar (iddia tələbinin qanuni əsası) göstərilməli, hansı dəlillərə əsasən qətnamənin ləğv edildiyi və iddianı rədd olunduğu əsaslandırılmalıdır.
78. Hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsi miras qoyanın birinci növbə vərəsəsi olan iddiaçının miras əmlakı faktiki qəbul etməsi faktının müəyyən edilməsi tələbinin rədd olunmasına dair mövqeyini ziddiyyətli dəlillərlə əsaslandırmışdır. Belə ki, məhkəmə bir tərəfdən iddiaçının miras əmlakı faktiki qəbul etdiyini sübuta yetirə bilmədiyini, digər tərəfdən isə iddiaçının həmin iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olmadığını qeyd etmiş dir.
79. Halbuki MPM-in 4.1-ci maddəsinə müvafiq olaraq bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 80. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür... İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
81. Baxılan iş üzrə iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmuş şəxsin birinci növbəli vərəsəsi – qızıdır. O, miras qoyanın ölümündən sonra qanunla müəyyən olunmuş müddət ərzində miras əmlakı faktiki qəbul etdi yini iddia edir. Həmin halın məhkəmə tərəfindən sübuta yetirilməsi iddiaçının miras əmlaka hüququnun təmin olunmasına əsas yaratmış olar. Lakin iddiaçının ümumiyyətlə hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması barədə apellyasiya instansiyası məhkəməsini gəldiyi qənaət Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin vərəsələrin miras əmlaka hüquqlarını müəyyən edən normalarına, o cümlədən, 552-ci maddəsinə və MPM-in 4.1-ci maddəsinə zidd olmuşdur.
82. Bununla yanaşı, baxılan iş üzrə qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırda onlar ulu nənələri Sarayın mülkiyyətində olan torpaq sahəsində yerləşən evdə yaşayırlar, nənələrindən qalan miras valideynləri tərəfindən qəbul edilmiş, valideynlərinin ölümündən sonra isə onlara qa lmışdır. Qarşılıqlı iddiaçıların ulu nənələri Saray Quliyeva 1996-cı ildə, babaları Ələddin Abbasov isə xx.xx.2000-ci ildə ölmüşdür. İddiaçı həm cavabdehlərin miras qoyanla qohum olduqlarını, həm də X26 Quliyevanın ölümündən sonra, Gülnarə Abbasovanın isə Ələddin Abbasovun ölümündən sonra həmin dövrdə qüvvədə olmuş əvvəlki Mülki Məcəllə ilə müəyyən edilən müddət ərzində miras əmlakı faktiki qəbul etdiyini mübahisələndirmişdir.
83. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, X11 1996-cı il tarixdə vəfatından sonra, mirası onun birinci növbə vərəsəsi X12, sonuncunun 11 fevral 2000-ci il tarixdə vəfatından sonra qızı X5 qəbul etmişdir.
84. Lakin apellyasiya instansiyası məhkəməsi bu hissədə mülki prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı tələblərinə riayət etməmi ş, qarşılıqlı iddiaçıların qeyd olunan izahatlarının işdə olan hansı sübutlarla təsdiq edildiyini və işdə olan hansı sübutlar əsasında qeyd olunan qənaətə gəldiyini əsaslandırmamışdır.
85. Nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun.
86. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, z iddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
87. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitu siya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
88. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir.
89. Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir (Kuznetsov və digərlərinin Rusiya Federasiyasına qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli qərar).
90. Qeyd olunanlarla yanaşı, iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibinin göstərişlərindən biri də ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin mirasqoyanla qohumluq münasibətlərində olmadığı barədə iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməlidir.
91. İşə yenidən baxmış apellyasiya instansiyası məhkəməsi MPM-in 420-ci maddəsinin tələblərini pozaraq, yuxarıda qeyd olunan göstərişi nəzərə almamış, bununla bağlı hüquqi dəyərləndirmə aparmamış və qəbul etdiyi qətnamədə ümumiyyətlə bu məsələyə toxunmamışdır.
92. Qeyd edilənləri nəzərə almaqla Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və əsaslandırılmadığı üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndəril məli, təkrar apelyasiya baxışı zamanı mübahisə ilə bağlı həm işin faktiki vəziyyəti əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməklə, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır.
93. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1708/2023 nömrəli iş üzrə 20 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.