Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6100/2019 21.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Mirzəliyev Əsəd Abdulla oğlu və X12 oğlundan ibarət tərkibdə, Quliyev Samir Rahib oğlunun katibliyi ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 may 2019-cu il tarixli 2(108)-71/2019 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Babək rayon məhkəməsinin 21 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.X.Əliyev, iş № 2(079)-04/2018) İddiaçı1 Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitə sinə və Cavabdeh1 qarşı Babək rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli 29 nömrəli qərarı ilə X3 ilə atası N oğluna Qaraxanbəyli kəndində torpaq islahatı zamanı verilmiş, lakin 2014-cü ildə yalnız N adına qeydiyyata alınmış, 12 avqust 2017-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi əsasında Pakizənin qızı Cavabdeh1 adına rəsmiləşdirilərək Qaraxanbəyli kəndi, 1-ci küçə, döngə 4, ev 11 ünvanında yerləşən 0,2513 ha torpaq sahəsinin ½ hissəsinin atası Çölü Rzayevin mülkiyyət hüququnun tanınması, Cavabdeh1 adına verilmiş 12 avqust 2017-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin 0,2513 hektar torpaq sahəsinin ½ hissəsinə münasibətdə qismən etibarsız hesab edilməsi, həmin vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh1 adına verilmiş ******* nömrəli Çı xarışın 0,2513 hektar torpaq sahəsinin ½ hissəsinə münasibətdə qismən etibarsız hesab edilməsi və özünün Rzayev Çölü K.Ələkbər oğlunun vərəsəsi kimi tanınması tələbinə dair iddiası rədd edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ə.K.Allahverdiyev, V.G.Kuimova və Y.S.Qurbanov) İddiaçı1 apellyasiya şikayəti təmin edilməmiş, Babək rayon məhkəməsinin 21 fevral 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı1 və İddiaçı2 2018-ci ilin fevral ayında iddia və dəqiqləşdirilmiş iddia ərizələri ilə məhkəməyə müraciət edərək Babək rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli qərarı ilə X3 ilə atası X5 Qaraxanbəyli kəndində torpaq islahatı zamanı verilmiş, lakin 2014-c ü ildə yalnız N adına qeydə alınmış, 12 avqust 2017-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi əsasında X1 Gültəkin Çölü qızının adına rəsmiləşdirilmiş Qaraxanbəyli kəndi, 1-ci küçə, döngə 4, ev 11 ünvanında yerləşən 0,2513 ha torpaq sahəsinin ½ hissəsinə atası N oğlunun mülkiyyət hüququnun tanınması, Cavabdeh1 adına verilmiş 12 avqust 2017-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin 0,2513 ha torpaq sahəsinin ½ hissəsinə münasibətdə qismən etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Cavabdeh1 adına verilmiş Çıxarışın 0,2513 kv.metr torpaq sahəsinin ½ hissəsinə münasibətdə qismən etibarsız hesab edilməsi və özünün N oğlunun vərəsəsi kimi tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı1 kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlan ılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, mübahisəli torpaq sahəsi rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli qərarı ilə N qızının adına qeydiyyata alınmışdır. İşin həmin halı iddiaçının atası N məlum olmuş, lakin o, buna etiraz etməmiş və 0,2513 ha torpaq sahəsinin Nın adına sənədləşdirilməsini ölənə kimi mübahisələndirməmişdir. İddiaçı1 atası 17 sentyabr 2009-cu il tarixdə vəfat etdikdən təxminən 6 ildən artıq müddət keçdikdən sonra mübahisəli torpaq sahəsinə dairNn adına dövlət reyestrində aparılmış qeydiyyatın qanuniliyini mübahisələndirmiş və Naxçıvan şəhər məh kəməsinin 05 noyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi əsassız hesab edilərək rədd olunmuşdur. Hazırda isə iddiaçı Nın adına verilmiş vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qanuniliyini mübahisələndirir. İşin 1-ci cildinin 27-ci səhifəsində olan 09 yanvar 2014-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Naxçıvan şəhəri, N-də yerləşən 0,2513 ha torpaq sahəsində yerləşən bir mərtəbəli iki otaqlı 11 saylı fərdi yaşayış evi X2 mülkiyyətindədir. 0,2513 kv.metr torpaq sahəsi Nın adına X9 kitabında 16 sentyabr 2013-cü il tarixdə qeydə alınmışdır. Müəyyən olunmuşdur ki, mərhum X15 adına qeydə alınmış torpaq sahəsindən öldüyü günə kimi istifadə etməmiş, həmin torpaq sahəsi yalnız Pakizə Quliyevanın istifadəsində olmuş, Nin adı təsərrüfat başına kita bda qalsa da, o, 1962-ci ildən qeyrirəsmi nikahda olduğu X8 ilə birlikdə başqa ünvanda yaşamışdır. Müəyyən olunmuşdur ki, N mübahisəli torpaq sahəsinin onun adına dövlət reyestrindən qeydə alınması üçün müraciət etməmiş və iddiaçı tərəfindən məhkəməyə həmin torpaq sahəsinin atasının adına qeydə alınmasına dair hər hansı bir hüquqmüəyyənedici sənəd mövcud deyildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. İşdən görünür ki, X10 rayonunun Qaraxanbəyli kəndində yerləşən şəxsi yaşayış evini əlavə tikililəri ilə birlikdə qızı X4 vəsiyyət etmiş və bununla əlaqədar 11 avqust 1998ci il tarixdə vəsiyyətnamə qoymuşdur. 12 avqust 2017-ci il tarixl i vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə və eləcə də “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 16.6-cı maddəsinə əsaslanaraq hesab etmişdir ki, Cavabdeh1 adına verilmiş Reyestrdən Çıxarışın qeyri-dəqiqliyi sübuta yetirilmədiyi üçün reyestrin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. İddiaçı1 vərəsə kimi iddia etdiyi torpaq sahəsinə atası N tərəfindən qanunla müəyyən olunmuş qaydada mülkiyyət hüququ əldə olunmadığından, eləcə də, o, sağlığında bunu etmədiyindən, mübahisəli torpaq sahəsi Nın mülkiyyətinə keçməklə bu zaman hər hansı bir qanun pozuntusuna yol verilmədiyindən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququ vərəsəlik qaydasında onun qızına keçdiyindən, məhkəmə kollegiyası iddianın əsassız olması barədə nəticəyə gəlmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara düzgün qiymət verilməklə və mübahisəli hüquq münasibətini tənzimləyən qanunların tələbləri gözlənilməklə çıxarılmış, bu zaman maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 08 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6100/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6100/2019
21.08.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver