Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6103/2019 29.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X5 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X2, Cavabdeh “xxxx” BOKT Açıq Səhmdar Cəmiyyətinin vəkili X1 iştirakı ilə, İddiaçı tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)2292/2019 nömrəli iş üzrə 14 avqust 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Sumqayıt şəhər məhkəməsinin (hakim Ceyhun Məmmədov).23 yanvar 2018-ci il tarixli, 2(060)-805/2018 saylı qətnaməsilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC, Cavabdeh2 və “xxxx” BOKT ASC-yə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və onunla bağlı hüquqmüəyyənedici sənədlərin ləğv olunması barədə dair iddia tələbi rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər – Elman Rəhimov sədrlik edən və məruzəçi, Nazim Nəsibov, Səyyad Qafari) 14 avqust 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt şəhər məhkəməsinin 23 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC -yə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin S umqayıt şəhəri üzrə İcra Şöbəsinə və “xxxx” BOKT ASC -yə qarşı hərracın yekunları barədə 14 iyul 2016-cı il tarixli, 34/05 saylı protokolun (alqı-satqının) etibarsız hesab edilməsi və onunla bağlı hüquq müəyyənedici sənədlərin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, “xxxx” BOKT ASC ilə aralarında bağlanılmış kredit müqaviləsin təminatı olaraq ona mülkiyyət hüququ ilə məxsus olmuş ünvanndə yerləşən 581 V saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Sahibkarlıq sahəsindəki uğursuzluq onun kredit müqaviləsi üzrə götürdüyü pulu qaytarmağa çətinlik yaratmış və Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinə əsasən kredit müqaviləsi üzrə yaranmış borcun tutulması onun fərdi yaşayış evinə yönəldilmişdir. Hərrac təşkilatı tərəfindən o nun fərdi yaşayış evi qiymətləndirilərkən 500000 manat dəyəri olan evin qiyməti 215000 manat qiymətləndirilmişdir. Qara ciyərində yaranmış problemlə bağlı uzun müddət xəstəxanada stasionar müalicədə olmuş və həmin ərəfədə onun fərdi yaşayış evi açıq hərracda satılmışdır. Hərracın keçirilməsindən onun məlumatı olmamış, bu barədə ona bildirişlər göndərilməmiş və onun konstitusion hüquqları kobud şəkildə pozulmuşdur.Hal-hazırda mənzilə dair “xxxx” BOKT ASCnin adına DƏDRX-ən mülkiyyət hüququna dair çıxarış verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 14 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsin i xahiş etmişlər. Məzmunu iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Tərəflərin izahatları: İddiaçı vəkili X7 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh “xxxx” BOKT Açıq Səhmdar Cəmiyyətinin vəkili X6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına ba xmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 14 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından göründüyü kimi, İddiaçı ilə “xxxx” BOKT ASC arasında kredit müqaviləsi bağlanmışdır. Həmi n müqavilənin təminatı olaraq, İddiaçı məxsus ünvanndə yerləşən 581 V saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Kreditor borclunun öhdəliyini lazımi qaydada həyata keçirə bilmədiyi üçün məhkəməyə müraciət etmiş, məhkəmə qətnaməsi əsasında iddiaçıdan borc öhdəliyinin tutlması və borcun ipoteka predmeti olan ünvanndə yerləşən 581 V saylı fərdi yaşayış sahəsinə yönəldilməsi qət olunmuşdur. İcra sənədinə əsasən borc tələbi ipoteka predmetinə yönəldilmiş, hərracın keçirilməsi və İddiaçı məxsus olan ünvanndə yerləşən yaşayış sahəsinə dair Sumqayıt şəhəri üzrə icra şöbəsi tərəfindən Azərbaycan Respublikası Xammal və X3 Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC sifariş verilmişdir. Əmlak mütəxəssis tərəfindən qiymətləndirilərək hərraca çıxarılmışdır. Mübahisəli mənzilə dair iki dəfə hərrac keçirilmişdir. “xxxxbank” ASC fərdi yaşayış evinə qoyulmuş 215000 manatın bazar qiymətindən artıq olması səbəbindən narazı qalaraq onun məhkəmə qaydasında mübahisələndirmiş və onun müraciəti əsasında hərracın keçirilməsi dayandırılmış, daha sonra zərurət aradan qalxdığına görə tələbkarın müraciəti əsasında hərrac yenidən davam elətdirilmişdir. Mənzil birinci hərraca 215000 manat, ikinci hərraca qanunvericiliyin tələbləri baxımından 15 % həmin məbləğdən ucuz qiymətə, yəni 182750 manata çıxarılmışdır. Hər iki hərrac baş tutmadığından tərəflərə 30 gün ərzində fərdi yaşayış evinin 137062,50 alınması təklif edilmişdir. Həmin təklifə “xxxx” BOKT ASC razılıq verərək alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evini əldə edərək, 137062,50 manat pulu hərrac təşkilatının hes abına keçirmişdir. Hal-hazırda həmin mənzil DƏDRX-nin verdiyi reyestrdən çıxarış əsasında “xxxxbank” ASC-nin hüquqi varisi olan “xxxx” BOKT ASC-yə məxsusdur. İş materillarına əlavə edilmiş açıq hərracın keçirilməsinə dair 01 saylı, 01 iyun 2015-ci il tarixli bildirişin surətindən görünür ki, birinci hərracın keçirilməsi 22 iyun 2015-ci il tarixinə təyin edilmiş, İddiaçı 1-ci hərracın keçirilməsinə 20 gün qalmış məktubla məlumat verilmişdir. İş materiallarında olan açıq hərracın keçirilməsinə dair 01 saylı, 18 iyun 2015-ci il tarixli bildirişin surətindən görünür ki, birinci hərracın keçirilməsi 22 iyun 2015-ci il tarixinə təyin edilmiş, İddiaçı 1-ci hərracın keçirilməsinə barədə yenidən məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş məlumatlardan görünür ki, birinci açıq hərracın 22 iyun 2015-ci ildə keçirilməsinə dair kütləvi informasiya vasitəsində 18.05.2015-ci ildə birinci elan, 01.06.2015-ci ildə ikinci elan dərc edilmişdir. İş materiallarına əlavə edilmiş açıq hərracın keçirilməsinə dair 02 saylı 06 iyul 2015-ci il tarixli bildirişin surətindən görünür ki, ikinci hərracın keçirilməsi 05 avqust 2015-ci il tarixinə təyin edilmişdir, İddiaçı 2-ci hərracın keçirilməsinə 30 gün qalmış məktubla məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş açıq hərracın keçirilməsinə dair 02/2 saylı, 21 iyul 2015ci il tarixli bildirişin surətindən görünür ki, ikinci hərracın keçirilməsi 05 avqust 2015-ci il tarixinə təyin edilmiş, İddiaçı 2-ci hərracın keçirilməsinə 15 gün qalmış sifarişli məktubla məlumat verilmiş, 29.07.2015-ci ildə Muradova (yəni İddiaçı qızı) soyadlı şəxs h əmin bildirşi almışdır. İş materiallarında olan məlumatdan görünür ki, ikinci açıq hərracın 05 avqust 2015-ci ildə keçirilməsinə dair kütləvi informasiya vasitəsində 03.07.2015-ci ildə birinci elan, 17.07.2015-ci ildə ikinci elan dərc edilmişdir. “xxxx” BOKT ASC-nin Sumqayıt şəhəri üzrə icra şöbəsinə ünvanladığı 22 iyul 2015-ci il tarixli, 159 saylı məktubundan görünür ki, “xxxxbank” ASC fərdi yaşayış evinə qoyulmuş 215.000 manatın yüksək olması səbəbindən Sumqayıt İcra Şöbəsinə qarşı Sumqayıt İnzibati İqtisadi Məhkəməsində iddia qaldırmış və hərracın keçirilməsinin dayandırılmasını xahiş etmişdir. “xxxx” BOKT ASC-nin Sumqayıt İcra İdarəsinə göndərdiyi 10.05.2016-cı il tarixli, 24641913 saylı məktubundan görünür ki, dayandırılmış icraatın bərpa edilməsini xahiş etmişdir. Sumqayıt şəhəri üz rə icra şöbəsinin Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC-yə ünvanlandığı 16088 saylı, 08.06.2016-cı il tarixli məktubundan görünür ki, ünvanndə yerləşən 581 V saylı fərdi yaşayış evinin açıq hərracda satılmasının dayandırılması üçün zərurət aradan qalxdığına görə hərracın davam etdirilməsi xahiş olunmuşdur. 17-23 iyun 2016-cı ildə kütləvi informasiya vasitəsində dərc edilmiş elandan görünür ki, hərrac təşkilatı hərracın dayandırılması üçün zərurətin aradan qalxması və hərracın davam etdirilməsi barədə elan vermişdir. Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC-nin Sumqayıt İcra şöbəsinə, “xxxx” BOKT ASC -yə və İddiaçı ünvanladığı 17.06.2016-cı il tarixli məktubundan görünür ki, hərrac təşkilatı təkrar hərracın baş tutmaması səbəbindən 30 təqvim ərzində ip oteka predmetini 137.062,50 manata əldə etməyi tərəflərə təklif etmişdir. Həmin məlumat İddiaçı sifarişli poctla çatdırılmış və 21.06.2016-cı ildə saat 17:45-də mənzildə olan şəxs tərəfindən qəbul edilmişdir. “xxxx” BOKT ASC -nin Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC -nə ünvanladığı 21 iyun 2016-cı il tarixli, 1301-1 saylı məktubun surətindən görünür ki, “xxxxbank” ASC-ti ünvanndə yerləşən 581 V saylı fərdi yaşayış evini 137.062,50 manata alınmasına razılıq vermişdir. Hərrac təşkilatçısı Azərbaycan Respublikası Xammal və X4 “xxxx” MMC-nin açıq hərracın nəticələri haqqında 34/05 saylı protokolun surətindən görünür ki, 14 iyul 2016-cı il tarixində keçirilən hərracın qalibi “xxxx” BOKT ASC hərracı udmuş şəxsdir və ünvanndə yerləşən 581 V saylı fərdi yaşayış evinin ilkin h ərrac qiyməti 21500 manat, təkrar hərracın qiyməti 182.750 manat olmuş və 137062,50 manata satılmışdır. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 14 iyul 2016-cı il tarixli müqavilənin surətindən görünür ki, ünvanndə yerləşən 581 V saylı fərdi yaşayış evinin 137062,50 manata alqı-satqısı barədə Azərbaycan Respublikası Xammal və X4 “xxxx” MMC ilə “xxxx” BOKT ASC arasında alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin reyestrdən çıxarışının surətindən görünür ki, ünvanndə yerləşən 581 V saylı fərdi yaşayış evi mülkiyyət hüququ ilə 16.11.2017-ci ildən “xxxx Bokt” ASC-yə məxsusdur. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək hərracın yekunları barədə 14 iyul 2016-cı il tarixli, 34/05 saylı protokolun (alqı-satqının) etibarsız hesab edilməsi və onunla bağlı hüquq müəyyənedici sənədlərin ləğv olunmasını xahiş etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 1) hərraca iki nəfərdən az alıcı gəldikdə; 2) hərracın iştira kçısı olmadıqda; 3) hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokolu imzalamaqdan imtina etdikdə; 4) hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin Qanunun 43.3-cü maddəsində hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5- cü maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaql a keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Apellyasiya instansiyası məhkəməsi iş materiallaırna əsasən müəyyən etmişdir ki, araşdırması zamanı hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi zamanı qanun pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Belə ki, birinci hərracın keçirilməsi barədə İddiaçı qeydiyyatda olduğu ünvana bildirişlər göndərilmiş və kütləvi informasiya vasitələrində hərrac gününə 30 gün qalmış birinci elan, 15 gün qalmış ikinci elan dərc edilmişdir. İkinci hərracın keçirilməsi bar adə prosedur qaydalarına da qanunla nəzərdə tutulmuş qaydada riayət olunmuşdur. Hərrac təşkilatı tərəfindən məhkəməyə təqdim edilmiş açıq hərracın keçirilməsinə dair 02 və 02/2 saylı bildirişlərdən məlum olur ki, mənzil ikinci hərraca ilkin satış qiymətindən 15 % aşağı qiymətə çıxarılmışdır. İddiaçının hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün istinad etdiyi dəlillərdən biri bundan ibarətdir ki, onun mülkiyyətində olan yaşayış evi sənəd üzrə 6 otaq olsa da, faktiki 16 otaqdan ibarətdir və belə olan halda evin qiyməti 500000 manat olmasına rəğmən 215000 manat qiymətləndirilməsi və hərraca çıxarılması qanunsuzdur. “xxxx” MMC-nin əmlakın qiymətləndirilməsi barədə 73 saylı, 03 aprel 2015-ci il tarixli hesbatından görünür ki, İddiaçı məxsus ünvanndə yerləşən 581 V saylı fərdi yaşayış evi texniki pasporta əsasən 6 otaqdan ibarətdir və reyestrdən çıxarışa əsasən 0,06 ha torpaq sahəsində yerləşməklə ümumi sahəsi 356,45 kvadrat metrdir (yaşayış 150 kv.metr, köməkçi 206,45 kvadrat metr). Hərracdan sonra əmlakı əldə etmiş “xxxx” BOKT ASC -nin adına verilmiş 16 noyabr 2017-ci il tarixli reyestrdən çıxarışdan görünür ki, ünvanndə yerləşən 581 V saylı fərdi yaşayış evi 0,06 ha torpaq sahəsində yerləşməklə 356,5 k.metr sahədən ibarətdir. Başqa sözlə, hərraca çıxarılmış evin ümumi sahəsi ilə hərrac nəticəsində əldə edilmiş əmlakın ümumi sahəsi eyni olduğundan iddiaçının bu dəlili əsassızdır və iş materialları ilə təkzib olunur. İddiaçının hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün istinad etdiyi digər dəlili isə hərracın keçirilməsindən onun xəbərinin olmaması barədə dir. İşdə olan poçt xəbərnamələrindən görünür ki, hərracın keçirilməsi barədə bildirişlər iddiaçının qızı J.B.Muradova tərəfindən imzalanaraq qəbul olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 28 iyun 2006-cı ildə 3228 nömrəsi ilə qeydiyyata alınmış “Poçt rabitəsi qaydalarının” 13-cü bəndinə və “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə əsasən sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. “Poçt rabitəsi qaydalarının” 79-cu bəndinə əsasən sifarişli məktublar, poçt kartları, banderollar, xəbərnamələr, pul baratının teleqramla xəbərnaməsi ünvan sahibinin yetkinlik yaşına çatmış ailə üzvünə və ya onun ərizəsinə əsasə n ev (mənzil) qonşusuna verilə bilər və yaxud abunəçinin poçt qutusuna salına bilər. İpoteka haqqında qanunun 42.1-ci maddəsinə əsasən hərrac təşkilatı ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməlidir. Göründüyü kimi, hərrac təşkilatı tərəfindən göndərilmiş sifarişli məktub (yəni təstiq etmə üsulu ilə olan bildiriş) mənzildə yaşayan şəxs (iddiaçının qızı J.Muradova) tərəfindən qəbul edilməsi məlumatın ipoteka qoyan X12 çatdırılmasl kimi qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olmuş və ipoteka ilə yüklü edilmiş yaşayış evi hərrac vasitəsilə özgəninkiləşdirilərkən heç bir qanun pozuntusuna yol verilmədiyinə görə İddiaçı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və onunla bağlı hüquqmüəyyənedic i sənədlərin ləğv olunması barədə iddia tələbi əsassızdır. Buna görə də birinci instansiya məhkəməsi düzgün nəticəyə gələrək tərəflərin hüquq münasibətlərinə maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək iddianı təmin etməməklə qanuni qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları və apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab etmişdir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsi nin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddi a tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 14 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər t utaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2292/2019 nömrəli iş üzrə 14 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-6103/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6103/2019
29.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver