Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6104/2021 18.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh4 MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilələrin etibarsız hesab edilməsi, mənzillərin və qeyriyaşayış sahəsinin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasın ın 2(105)-1113/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 16 sentyabr 2007-ci il tarixdə icraçı kimi "xxxx" MMC ilə payçı kimi Cavabdeh2 arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin surətindən görünür ki, icraçı ünvan 1 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasında ümumi sahəsi 82 kv.m olan 192 №-li mənzili payçıya verməyi öz öhdəsinə götürmüşdür. Mənzilin ümumilikdə dəyəri 28.372 manat məbləğində qiymətləndirilmişdir. Müqavilənin 2-ci bəndindən və 16 sentyabr 2007-ci il tarixli maliyyə arayışından görünür ki, payçı tərəfindən icraçıya qeyd olunan məbləğ tam ödəni lmişdir. 16 may 2008-ci il tarixdə icraçı kimi "xxxx" MMC ilə payçı kimi Cavabdeh3 arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin surətindən görünür ki, icraçı ünvan 2 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasında ümumi sahəsi 87 kv.m olan 194 №-li mənzili payçıya verməyi öz öhdəsinə götürmüşdür. Mənzilin ümumilikdə dəyəri 34.800 manat məbləğində qiymətləndirilmişdir. Müqavilənin 2-ci bəndindən və 16 may 2008-ci il tarixli maliyyə arayışından görünür ki, payçı tərəfindən icraçıya qeyd olunan məbləğ tam ödənilmişdir. 11 avqust 2009-cu il tarixdə icraçı kimi "xxxx" MMC ilə payçı kimi Cavabdeh1 arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin surətindən görünür ki, icraçı ünvan 2 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasında ümumi sahəsi 50 kv.m olan 19 №-li mənzili payçıya verməyi öz öhdəsinə götürmüşdür. Mənzilin ümumilikdə dəyəri 10.000 manat məbləğində qiymətləndirilmişdir. Müqavilənin 2-ci bəndindən və 11 avqust 2009-cu il tarixli maliyyə arayışından görünür ki, payçı tərəfindən icraçıya qeyd olunan məbləğ tam ödənilmişdir. 14 dekabr 2009-cu il tarixdə icraçı kimi "xxxx" MMC ilə payçı kimi İddiaçı arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin surətindən görünür ki, icraçı ünvan 3 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasında ümumi sahəsi 55 kv.m olan 19 №-li mənzili payçıya verməyi öz öhdəsinə götürmüşdür. Mənzilin ümumilikdə dəyəri 19250 manat məbləğində qiymətləndirilmişdir. Müqavilənin 2-ci bəndindən və 14 dekabr 2009-cu il tarixli maliyyə arayışından görünür ki, payçı tərəfindən icraçıya q eyd olunan məbləğ tam ödənilmişdir. 14 dekabr 2009-cu il tarixdə icraçı kimi "xxxx" MMC ilə payçı kimi İddiaçı arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin surətindən görünür ki, icraçı ünvan 3 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasında ümumi sahəsi 85 kv.m olan 194 №-li mənzili payçıya verməyi öz öhdəsinə götürmüşdür. Mənzilin ümumilikdə dəyəri 29750 manat məbləğində qiymətləndirilmişdir. Müqavilənin 2-ci bəndindən və 14 dekabr 2009-cu il tarixli maliyyə arayışından görünür ki, payçı tərəfindən icraçıya qeyd olunan məbləğ tam ödənilmişdir. 14 dekabr 2009-cu il tarixdə icraçı kimi "xxxx" MMC ilə payçı kimi İddiaçı arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin surətindən görünür ki, icraçı ünvan 3 ünvanında tikilən 14 mərtəbəli yaşayı ş binasında ümumi sahəsi 85 kv.m olan 192 №-li mənzili payçıya verməyi öz öhdəsinə götürmüşdür. Mənzilin ümumilikdə dəyəri 29750 manat məbləğində qiymətləndirilmişdir. Müqavilənin 2-ci bəndindən və 14 dekabr 2009-cu il tarixli maliyyə arayışından görünür ki, payçı tərəfindən icraçıya qeyd olunan məbləğ tam ödənilmişdir. 04 sentyabr 2008-ci il tarixdə icraçı kimi "xxxx" MMC ilə payçı kimi İddiaçı arasında "xxxx" MMC-nin tikilməkdə olan binasında qeyri-yaşayış sahəsi almaq haqqında müqavilənin surətindən görünür ki, icraçı ünvan 3 ünvanında tikilən 2-ci blok 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108 kv.m olan qeyri-yaşayış sahəsini payçıya verməyi öz öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinin ümumilikdə dəyəri 129168 manat məbləğində qiymətləndirilmişdir. Müqavilənin 2-ci bəndindən və 04 sentyabr 2008ci il tarixli maliyyə arayışından görünür ki, payçı tərəfindən icraçıya qeyd olunan məbləğ tam ödənilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli hökmündən görünür ki, X6 Azərbaycan Respublikası CM-nin 178.3.2, 213.2.2, 308.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə zərərçəkmiş şəxslər Cavabdeh1 xeyrinə 7800 manat, Cavabdeh3, Cavabdeh2 xeyrinə 28372 manat pulun təqsirləndirilən şəxsdən tutulması müəyyən edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(105)-63/206 saylı, 08 noyabr 2016-cı il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli hökmü ləğv edilmiş, X3 Azərbaycan Respublikası CM-nin 178.3.2, 213.2.2, 308.2-ci maddələri ilə olan cinayət təqibinə təqsirləndirilən şəxsin ölümü ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. İddia ərizəsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, cavabdeh "xxxx" MMC-nin üzərinə 14 dekabr 2009-cu il tarixli müqavilələrdən və 04 sentyabr 2008-ci il tarixli müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmək və ünvan 4 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 4-cü mərtəbəsində sahəsi 55 kvadrat metr 1 otaqlı 19 n ömrəli mənzili, ünvan 4 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3cü blokunda 11-ci mərtəbəsində sahəsi 85 kvadrat metr 2 otaqlı 194 nömrəli mənzili, ünvan 4 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda 12-ci mərtəbəsində sahəsi 85 kvadrat metr olan 2 otaqlı 192 nömrəli mənzili və ünvan 5 ünvanında inşa edilən yaşayış binasının 2-ci blok 2-ci mərtəbəsində sahəsi 108 kvadrat metr olan qeyri-yaşayış sahəsini ağlabatan müddət ərzində tikib İddiaçı istifadəsinə vermək vəzifəsinin qoyulması qət olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2014-cü il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli qətnaməsi üzrə başlanmış icra icraatına xitam verilmişdir. Həmin qərardadla müəyyən olunur ki, icra sənədində göstə rilən mənzillər və qeyri-yaşayış sahəsi aparılmış icra tədbirləri nəticəsində tələbkar İddiaçı nümayəndəsi X4 təhvil verilərək, icra vərəqəsinin icrası təmin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu və Cavabdeh4 MMCyə qarşı müqavilələrin etibarsız hesab edilməsi, mənzillərin, qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 6 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1 blokunda, 4-cü mərtəbəsində sahəsi 55 kv.m olan 1 otaqlı 19 nömrəli mənzildən Cavabdeh1, ünvan 6 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3 blokunda, 11-ci mərtəbəsində sahəsi 85 kv.m olan 2 otaqlı 194 nömrəli mənzili Cavabdeh3 və ünvan 6 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 12-ci mərtəbəsində sahəsi 85 kv.m olan 2 otaqlı 192 nömrəli mənzili isə Cavabdeh2 çıxarılması və həmin yaşayış sahələrinin boşaldılması və ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 6 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1 blokunda, 4-cü mərtəbəsində sahəsi 55 kv.m olan 1 otaqlı 19 nömrəli mənzili Cavabdeh1, ünvan 6 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3 blokunda, 11-ci mərtəbəsində sahəsi 85 kv.m olan 2 otaqlı 194 nömrəli mənzili Cavabdeh3 və ünvan 6 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 12-ci mərtəbəsində sahəsi 85 kv.m olan 2 otaqlı 192 nömrəli mənzili isə Cavabdeh2 uzun müddətdir ki, zəbt etmişlər və çıxmaq istəmirlər. Bununla da ona mənəvi ziyan vurmuşlar. Daha sonra iddiaçı iddia tələbinin artırılmasına dair ərizə təqdim etmiş və göstərmişdir ki, "xxxx" MMC-nin direktoru olmuş X6, Cavabdeh2 ilə ünvan 7 ünvanında yerləşən 82 kv.m sahəsi olan 192 saylı mənzilin tikintisinə dair müqavilə bağlamış və müqavilənin dəyəri 28372 manat məbləğində müəyyən edilmişdir. 16.09.2017-ci il tarixində "xxxx" MMC-nin direktoru olmuş X1 Mehman Balış oğlu ilə ünvan 8 ünvanında yerləşən sahəsi 87 kv.m olan 194 nömrəli mənzilin tikintisinə dair müqavilə bağlamış və müqa vilənin dəyəri 34800 manat məbləğində müəyyən edilmişdir. "xxxx" MMC-nin direktoru olmuş X6 inşa etdirdiyi hündür mərtəbəli binada bir mənzili bir neçə nəfərə satdığına görə onun barəsində AR CM-nin 178, 213, 308-ci maddələri ilə cinayət işi açılmış və o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.09.2015-ci il tarixli hökmü ilə həmin cinayətlərin törədilməsində təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Eyni zamanda bu hökmlə zərərçəkmiş şəxs kimi tanınmış Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 mülki iddiaları təmin edilmiş və onlara vurulmuş maddi ziyanın məhkum edilmiş şəxs tərəfindən ödənilməsi barədə qərar qəbul edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.09.2015-ci il tarixli hökmünün 30-cu səhifəsində Cavabdeh2 28372 manat, həmin hökmün 31-ci səhifəsində Cavabdeh1 7800 manat və Vəkilov Yusif Məmməd oğluna 20500 manat, X2 11880 manat məbləğində pulun ödənilməsi qət edilmişdir. Yəni bu hökm ilə artıq onlar zərərçəkmiş şəxs kimi tanınmış və bu mənzillərin alınması ilə əlaqədar vəsaitin onlara qaytarılması hökmdə göstərilmişdir. Amma onların eyni bir alqı-satqı müqaviləsinə görə həm faktiki olaraq mənzili ələ keçirməkləri, həm də pul şəklində faydalanmaları qanunvericiliyin tələblərinə ziddir. AR MPM-nin 82.4-cü maddəsinə görə cinayət işi üzrə qəbul edilmiş hökmü ilə müəyyən edilmiş işin halları eyni tərəflər arasında eyni mübahisə üzrə mülki məhkəmə baxışı zamanı sübut kimi qəbul olunur. Eyni zamanda AR CPM-nin 180.2-ci maddəsinə görə cinayət işi üzrə qəbul edilmiş hökmdə mülki iddialar ilə əlaqədar və ya dəymiş ziyan ilə əlaqədar qərar qəbul olunarsa onda həmin iddia ilə əlaqədar yenidən mülki iddia qaldırmaq olmaz. İşin hallarından da görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.09.2015-ci il tarixli hökmü ilə onlara dəymiş ziyanın ödənilməsi qərara alınmışdır. Həmçinin məhkəmənin nəzərinə çatdırır ki, "xxxx" MMC-nin adı dəyişdirilərək 10.06.2013-cü il tarixindən Cavabdeh4 MMC adlandırılmışdır. Yəni Cavabdeh4MMC "xxxx" MMC-nin hüquqi varisidir. AR MM-in 56.5-ci maddəsinə görə hüquqi şəxs yenidən təşkil edilmə, hüququ təşkilatı formasının və ya adının dəyişilməsi ilə əlaqədar başqa adla fəaliyyət göstərərsə yeni yaradılmış hüquqi şəxs əvvəlki hüquqi şəxsin hüquqi varisi sayılır və onun bütün hüquq və vəzifələrini daşıyır. Qeyd etmək istəyir ki, "xxxx" MMC-nin direktoru olmuş X6 etibardan sui-istifadə edərək bir mənzili bir neçə nəfərə satmış və bununla da mənzilin alqı-satqı müqaviləsi görünüşü yaratsada əslində məqsədi həqiqətən bu mənzilləri satmaq olmamışdır. AR MMnin 339-cu maddəsinə əsasən etibardan sui-istifadə və aldatma yolu ilə bağlanmış əqd etibarsızdır. AR MPM-in 53-cü maddəsinə görə iddiaçı məhkəmə qətnamə qəbul edənə qədər iddianın həcmini dəyişdirə, artıra və ya azalda bilər. Ona görə də məhkəmədən Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi 1 ünvanında yerləşən 50 kv.m sahəsi olan 19 saylı mənzilin tikintisinə dair müqavilənin, 16.09.2007-ci il tarixində "xxxx" MMC-ci ilə Cavabdeh2 arasında ünvan 9 ünvanında yerləşən 82 kv.m sahəsi olan 192 saylı mənzilin tikintisinə dair müqavilənin, 16.05.2008-ci il tarixində "xxxx" MMC-i ilə Cavabdeh3 arasında ünvan 8 ünvanında yerləşən sahəsi 87 kv.m olan 194 nömrəli m ənzilin tikintisinə dair müqavilənin etibarsız hesab edilməsi və ünvan 6 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının İ blokunda, 4-cü mərtəbəsində sahəsi 50 kv.m olan 1 otaqlı 19 nömrəli mənzildən Cavabdeh1, ünvan 6 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3 blokunda, 11-ci mərtəbəsində sahəsi 85 kv.m olan 2 otaqlı 194 nömrəli mənzili Cavabdeh3 və ünvan 6 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 12-ci mərtəbəsində sahəsi 85 kv.m olan 2 otaqlı 192 nömrəli mənzildən isə Cavabdeh2 çıxarılması və həmin yaşayış sahələrinin boşaldılması və ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.Quliyeva, iş № 2(012)-2659/2018) iddia qismən təmin edilərək, ünvan 10 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 4-cü mərtəbəsində sahəsi 50 kv.metr olan 1 otaqlı 19 nömrəli mənzildən Cavabdeh1, ünvan 5 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 11-ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 194 nömrəli mənzildən Cavabdeh3 və ünvan 5 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 12-ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 192 nömrəli mənzildən isə Cavabdeh2 çıxarılması və həmin yaşayış sahələri boşaldılaraq İddiaçı təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında aldıqları mənzillərin və qeyri-yaşa yış sahəsinin cavabdeh "xxxx" MMC tərəfindən müqavilədə nəzərdə tutulmuş müddətdə onlara təhvil verilmədiyini bildirərək cavabdehin üzərinə müqavilə üzrə öhdəliklərin ağlabatan müddət ərzində yerinə yetirilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəf ona 10000 manat məbləğində mənəvi zərərin vurulması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişlər. Ona görə də məhkəmə hesab edir ki, müvafiq sübutlarla təsdiqini tapmadığından iddia tələbi bu hissədə təmin edilə bilməz. Əqdlərin etibarsızlığı ilə bağlı qanunda nəzərdə tutulan hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, eyni zamanda həmin şəxslərlə bağlı Sumqayıt Apell yasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 08 noyabr 2016-cı il tarixli hökmü də mövcuddur. Apelyasiya instansiyası məhkəməsində icraat Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, barəsində şikayət verilən məhkəmə aktında iddianın təmin edilməsi belə əsaslandırılmışdır ki, iddia əsaslı olduğu üçün qismən təmin edilməlidir. Barəsində şikayət verilən məhkəmə aktının 6-cı səhifəsinin 3-cü abzasında “lakin qətnamənin nəticə hissəsində "xxxx" MMC ilə 11.08.2008-ci il tarixdə aralarında ünvan 11 ünvanda yerləşən, 50 kvadrat metr olan otaqlı 19 saylı mənzilin tikintisinə dair müqavilənin etibarsızlığına dair heç bir yekun qərar yoxdur. Bundan başqa məhkəmə iddianı təmin edərkən Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.09.2015-ci il tarixli hökmü ilə Cavabdeh1 dəymiş ziyanın ödənilməsinə dair hissəni sübutlar baxımından düzgün qiymətləndirməmişdir. Həmin hökmə görə "xxxx" MMC cinayət məsuliyyətinə cəlb edilmiş, məhkum edilmiş rəhbər vəzifəli şəxsləri tərəfindən Cavabdeh1 ödəməli olduqları pul ödənilməmişdir. "xxxx" MMC-nin hüquqi varisinin Cavabdeh4 MMC olduğu barəsində şikayət verilən məhkəmə aktında da göstərilmişdir. Cavabdeh4 MMC qanunla müəyyən edilmiş qaydada fəaliyyətinə icazə verilmiş sahibkarlıq subyektidir. "xxxx" MMC-nin hüquqi varisi olan Cavabdeh4 MMC ilə müqavilə bağlaması, nəticədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.09.2015-ci il tarixli hökmü ilə Cavabdeh1 dəymiş ziyanın ödənilməməsi, əksinə Cavabdeh1 əlavə pul ödəyərək faktiki mülkiyyətində olan mənzilə görə «Abşeron LTD-2013” MMC-yə pul ödəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə tam uyğun olmuşdur. Məhkəmə nəzərə almalı idi ki, «Abşeron LTD-2013” MMC ilə aralarında bağlanmış 04 yanvar 2014-cü il tarixli müqavilə hazırda da qüvvədədir, mübahisəli mənzil həmin müqaviləyə uyğun olaraq Cavabdeh1 mülkiyyətindədir, həmin müqavilə mübahisə predmeti olmamışdır. Qətnamədən göründüyü kimi iddiaçı ilə "xxxx" MMC arasında müqavilə 14 dekabr 2009-cu il tarixdə, Cavabdeh1la isə 11.08.2008-ci il tarixdə bağlanmışdır. Yəni iddiaçı müqavilə ilə tikilib Cavabdeh1 mülkiyyətinə verilməli olan mənzilə həmin müqavilə qüvvədə ola-ola müqavilə bağlanmışdır ki, bu da iddiaçı ilə "xxxx" MMC arasında müqavilə 14 dekabr 2009-cu il tarixli müqavilənin etibarsızlığı kimi qiymətləndirilməlidir. Qəbul edilmiş qətnamə Cavabdeh1 mülki yyət hüquqlarını pozur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(012)-2659/2018 saylı qətnaməsinin ləğv edilməsini və iddianın Cavabdeh1 dair hissədə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 may 2021-ci qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə, iş № 2(105)-1113/2021) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(012)-2659/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-yə qarşı müqavilələrin etibarsız hesab edilm əsi, mənzillərin, qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehlərin məhkəmə iclasında iştirakını təmin etməmiş, bununla da ədalət mühakiməsinin çəkişmə prinsipini pozmuş, nəticədə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Tərəflərin məhkəmədə iştirakının təmin edilməsi qaydasını müəyyən edən mülki prosessual qanunvericiliyin qeyd olunan bu normalarının tələblərinə baxmayaraq, iş materallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərlə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmiş, nəticədə işə cavabdehlərin iştirakı olmadan və çəkişmə prinsipinə əməl edilmədən baxılmışdır. İş mate riallarında məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə göndərilən bildirişlərin cavabdehlər tərəfindən alınmasını təsdiq edən sübut yoxdur. Məhkəmə kollegiyası bunu prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirir və belə nəticəyə gəlir ki, qətnamə ləğv edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin məhkəmə baxışında iştirakının təmin edilməməsi barədə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Bundan başqa, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini maddi hüquq normaları baxımından da qanuni və əsaslı hesab etmir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzilə dair bağlanmış müqavilələr mahiyyət etibarı ilə podrat müqavilələridir. Müqavilələrdə cavabdeh mübahisəli mənzili inşa edərək iddiaçıya təhvil verməyi, sonuncu isə həmi n mənzilin dəyərinin ödənilməsini öz üzərinə götürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ilə mübahisəli mənzillərə dair müqavilə daha əvvəl bağlandığı üçün iddia tələbi əsassızdır. Müəyyən olunmuşdur ki, İddiaçı ilə mübahisəli mənzilə dair müqavilələr bağlanılarkən cavabdehlərlə bağlanmış müqavilələr qüvvədə olmuşdur, yəni bir mənzilə dair iki müqavilə bağlanmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiası əsassız olduğu üçün təmin olunmamalıdır. İddiaçı maddi və mənəvi zərərə dair hissədə əsaslandıra bilməmişdir. İş materiallarında iddiaçının hər hansı bir fiziki və mənəvi sarsıntı keçirməsi barədə məlumatlar mövcud deyildir. Bundan başqa iş materiallarından görünür ki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində iddia t ələbinin müqavilələrin etibarsız hesab olunmasına dair hissəsinin də təmin edilməsi qeyd olunsa da qətnamənin nəticə hissəsində buna münasibət bildirməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, kassasiya şikayətinin təmin olunması, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1113/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işi yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 30 iyul 2013cü il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin üzərinə 14 dekabr 2009-cu il tarixli müqavilədən və 04 sentyabr 2008-ci il tarixli müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmək və ünvan 12 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 4-cü mərtəbəsində sahəsi 55 kv.m 1 otaqlı 19 nömrəli, ünvan 13 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda 11-ci mərtəbəsində sahəsi 85 kv.m 2 otaqlı 194 nömrəli mənzili, ünvan 13 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda 12-ci mərtəbəsində sahəsi 85 kv.m olan 2 otaqlı 192 nömərli mənzili və ünvan 13 ünvanında inşa edilən binasının 2-ci blok 2-ci mərtəbəsində sahəsi 108 kv.m olan qeyri-yaşayış sahəsini ağlabatan müddət ərzində tikib İddia çı istifadəsinə vermək vəzifəsi qoyulmuşdur. Qeyd olunan məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya göndərilmişdir. Qətnamə icra edilmiş və icra sənədi üzrə icraata xitam verilmişdir. Qüvvədə olan məhkəmə qətnaməsi ilə hazırkı mülki iş üzrə mübahisələndirilən yaşayış sahələri İddiaçı istifadəsinə verilmişdir. MPM-in 82.3-cü maddəsinin tələblərinə əsasən qüvvədə olan Abşeron Rayon Məhkəməsinin 30 iyul 2013cü il tarixli qətnaməsi ilə müəyyən edilən halların yenidən sübuta yetirilməsinə zərurət qalmır. Həmin qətnamə ilə hazırda baxılan mülki işlə əlaqədar mübahisələndirilən yaşayış sahələrinə İddiaçı istifadə hüququ tanınaraq onun istifadəsinə verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli hökmü ilə X3 Azərbaycan Respublikası CM-in 178.3.2, 213.2.2, 3 08.2-ci maddələri ilə təqsirli bilinərək CM-in 66.3-cü maddəsinə əsasən 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə mülki iddialar qismən təmin olunmaqla zərərçəkmiş şəxslər Cavabdeh1 xeyrinə 78000 manat, Cavabdeh3 və Cavabdeh2 xeyrinə 28372 manat pulun təqsirləndirilən şəxsdən tutulması hökm edilmişdir. Cavabdehlər cinayət işi üzrə zərərçəkmiş və mülki iddiaçı kimi tanınmışlar. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli hökmü ləğv edilmiş, X3 CM-nin 178.3.2, 213.2.2, 308.2-ci maddələri ilə olan c inayət təqibinə təqsirləndirilən şəxsin ölümü ilə əlaqədar CPM-in 39.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Mülki işə baxan məhkəmə kollegiyası hökm və yekun qərarın preyudisiallığına əhəmiyyət vermədən MPM-nin 82.4-cü maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarına əsasən təqsirləndirilən Q.Məmmədovun hüquqi varisi X7 hüquqi varislikdən imtina etmişdir. Bundan sonra təqsirləndirilən Q.Məmmədovun vəkili cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Q.Məmmədov cinayət əməllər barəsində birinci instansiya məhkəməsinin hökmü və apellyasiya instansiyası məhkəməsinin qərarı ilə gəlinən nəticə hazırkı mülki iş üzrə cavabdehlərin müqavilələrini etibarsız hesab edilməsi üçün əsasdır. Cinayət işinin təsdiq edilmiş hallarına görə bu iş üzrə cavabdehlərlə bağlanmış müqavilələr mənzilin həmin şəxslərə məxsus olması və ya onlara təhvil verilməsi üçün əsas ola bilməz. Ona görə də mülki iş üzrə iddiaçı və cavabdehlərin müqavilələrin hansının əvvəl və hansının sonra bağlanmasının heç bir əhəmiyyəti yoxdur. Mülki iş üzrə bu xüsusat birmənalıdır və preyudisial xarakter daşıyır. Cinayət işi üzrə mülki iddiaçı və zərərçəkmişlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 cinayət işi üzrə təqsirli olan şəxslərdən dəymiş zərərin və digər ziyanın tələb edilməsi üçün hüquqi nəticə yarada bilər. Cinayət işi üzrə hazırkı mülki iş üzrə İddiaçı qarşı cinayət əməlləri törədilməsi aşkar edilməmişdir. Buna görə də İddiaçı zərərçəkmiş qismində tanınmamışdır. İddiaçıla "xxxx" MMC tərəfindən bağlanmış yaşayış və qeyri-yaşayış sahələr inə dair müqavilələrin etibarsız olmamasına dəlalət edir. Mülki iş materiallarına əlavə edilmiş Cavabdeh1 ifadəsində və mülki iddiasında təqsirləndirilən Q.Məmmədovun mənzil satması adı ilə onu aldatmasını və saxta müqavilə verməsini təsdiq etmişdir. Birinci instansiya məhkəməsi məhkəmə iclasının vaxtı və yeri barədə tərəfləri məlumatlandırmış, cavabdehlərin iştirakını təmin etmək məqsədilə məhkəmə iclaslarını dəfələrlə təxirə salmışdır. Mülki iş materiallarına cavabdehlərə bildirişlərin göndərilməsi barədə poçt qəbzləri mövcud olduğu halda apellyasiya instansiyası məhkəməsi hansı səbəbdən belə nəticəyə gəlməsini anlamaq mümkün deyil. Apellyasiya baxışında cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə baxışında iştirakını təmin etməmişdir. Məhkəmə onların iştirakı olmadan müvafiq qətnamə qə bul etmişdir. Məhkəmə həmin cavabdehlərin iddiaya qarşı mövqelərini, dəlillərini bilmədən, izahatlarını dinləmədən mübahisələndirilən qətnamədə qeyd edildiyi kimi «qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə» əsaslandırmışdır. Cavabdeh1 apellyasiya şikayətində göstərmişdir ki, cinayət işinə məhkəmədə baxıldığı ərəfədə ünvan 14 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasında ümumi sahəsi 50 kv.m olan 19 saylı mənzillə əlaqədar Cavabdeh1la Cavabdeh4 MMC ("xxxx" MMC-in hüquqi varisi) ilə 04 yanvar 2014-cü il tarixli yeni müqavilə bağlanmışdır. Eyni yaşayış sahəsinə yeni müqavilənin bağlanması ona dəlalət edir ki, cavabdehlər Cavabdeh1 ilə "xxxx" MMCnin hüquqi varisi Cavabdeh4 MMC, Abşeron rayon Xırdalan şəhəri Z.Tağıyev küçəsi ev 1 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasında ü mumi sahəsi 50 kv.m olan 19 saylı mənzilə görə bağlanmış 1 avqust 2009-cu il tarixli müqaviləni etibarsız hesab etmişdir, artıq yeni müqavilənin bağlanması ilə hazırda mübahisələndirilən müqavilə qüvvədən düşmüşdür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh1 kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 may 2021-ci il tarixli, 2(105)-1113/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun i zahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsi X5 izahatını dinləməmişdir. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmu ş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 337. 1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır 567-ci mad dəsinəəsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa vəöhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsindəəşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.4-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən vəödəməkdən imtina edirsə, satıcı öz seçimi iləəşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icr asından imtina edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müv afiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 134.1.-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir. 135.1.-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2.-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.5.-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 218.1.-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq e dilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.2.-ci maddəsinə əsasən hakim, işə əhəmiyyəti olan halları əlavə olaraq aydınlaşdırmağı və ya sübutları əlavə olaraq tədqiq etməyi zəruri hesab edərsə, məhkəmə iclasının təzələnməsi haqqında qərardad çıxarır. İşə mahiyyəti üzrə baxılması başa çatdıqdan sonra hakim yenidən tərəflərin çıxışlarını dinləyir. 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi ilə bağlı aşağıdakıları qeyd etmişdir ki, «...Tərəflərin məhkəmədə iştirakının təmin edilməsi qaydasını müəyyən edən mülki prosessual qanunvericiliyin qeyd olunan bu normalarının tələblərinə baxmayaraq, iş materallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmiş, nəticədə işə cavabdehlərin iştirakı olmadan və çəkişmə prinsipinə əməl edilmədən baxılmışdır. İş materiallarında məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə göndərilən bildirişlərin cavabdehlər tərəf indən alınmasını təsdiq edən sübut yoxdur. Məhkəmə kollegiyası bunu prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirir və belə nəticəyə gəlir ki, qətnamə ləğv edilməlidir.» «…Bu baxımdan məhkəmə kollegiyası cavabdehin məhkəmə baxışında iştirakının təmin edilməməsi barədə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edir.» «…Bundan başqa, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini maddi hüquq normaları baxımından da qanuni və əsaslı hesab etmir.» «… Beləliklə müəyyən olunmuşdur ilk öncə cavabdehlərlə mübahisəli mənzilə dair alqı-satqı müqavilələri bağlanmışdır.» İlkin olaraq qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlərdən yalnız biri Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinin hər hansı bir dəlili onun məh kəmə iclasının vaxtı yeri barədə məlumat verilməməsi ilə bağlı olmamışdır. Bu halda apellyasiya instansiyası məhkəməsinin cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmamasına dair dəlillərinə (halbuki belə dəlillərin olması müəyyən olunmur) əsaslanaraq qətnamənin ləğv olunmalı olması nəticəsinə gəlməsi və müvafiq olaraq apellyasiya tələbindən kənara çıxaraq (Cavabdeh1 apellyasiya şikayətində tələbi yalnız iddianın ona aid hissədə rədd olunmasından ibarət olmuşdur) digər cavabdehlərə münasibətdə də qətnamənin ləğv olunması nəticəsinə gəlməsi prosessual hüquq normalarının pozulması ilə nəticələnmişdir. Digər tərəfdən işin materillarından aydın olur ki, Abşeron Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, cavabdeh "xxxx" MMC-n in üzərinə 14 dekabr 2009-cu il tarixli müqavilələrdən və 04 sentyabr 2008-ci il tarixli müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmək və ünvan 4 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 4-cü mərtəbəsində sahəsi 55 kvadrat metr 1 otaqlı 19 nömrəli mənzili, ünvan 4 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda 11-ci mərtəbəsində sahəsi 85 kvadrat metr 2 otaqlı 194 nömrəli mənzili, ünvan 4 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3cü blokunda 12-ci mərtəbəsində sahəsi 85 kvadrat metr olan 2 otaqlı 192 nömrəli mənzili və ünvan 5 ünvanında inşa edilən yaşayış binasının 2-ci blok 2-ci mərtəbəsində sahəsi 108 kvadrat metr olan qeyri-yaşayış sahəsini ağlabatan müddət ərzində tikib İddiaçı istifadəsi nə vermək vəzifəsinin qoyulması qət olunmuşdur. Həmin qətnamənin icrasının başa çatması ilə bağlı Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2014-cü il tarixli qərardadı ilə başlanmış icraata icraatına xitam verilmişdir. İş materiallarına əlavə olmuş cinayət işinin materialları ilə müəyyən olunur ki, Cavabdeh1 MMC-nin rəhbərliyi tərəfindən aldadıldığını və ev satmaq adı ilə ondan pul alındığı, müqavilə verildiyini göstərmiş, o, cinayət işində müvafiq olaraq zərərçəkmiş və mülki iddiaçı olaraq tanınmışdır. Belə olan halda kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən iddiaçının sübut olaraq istinad etdiyi əvvəlki mülki icraat zamanı müəyyən edilmiş hallara, həmin qətnamənin icra edilərək mübahisə predmeti olan mənzillə rin iddiaçıya təhvil verilməsinə və cinayət işi üzrə toplanmış və baxılan işdə sübut olaraq təqdim edilmiş materialları işdə olan digər sübutlarla birlikdə qiymətləndirməmiş və faktiki olaraq həmin sübutların araşdırılmasına cəhd göstərməmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz...Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə ko llegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun olmadığından ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 4 19-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1113/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6104/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6104/2021
18.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver