Məhkəmə qərarları › İş №2(102)-6106/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6106/2019

25.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6106/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı və onun vəkili Cəlalzadə Mehdi Qurbanəli oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.12.2018-ci il tarixli, 2(105)4080/2018 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə Sum qayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, H.Zenalabdin qəsəbəsi, 7 saylı məhəllə, 53 saylı evin satılmasına dair “xxxx” MMC tərəfindən təyin olunmuş hərracın ləğv edilməsi və həmin yaşayış evinin yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 yanvar 2015-ci il tarixli, 003R********** saylı kredit müqaviləsinə əsasən "xxxx" QSC ona illik faiz dərəcəsi 1,8333 % olmaqla 30 ay müddəlinə 16000 ABŞ dolları kredit verilmişdir. Bu borcun təminatı olaraq Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, 7 saylı məhəllə, 53 saylı evi 30.01.2015-ci il tarixli, 003M**********01 sayiı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş fərdi evin ilkin satış qiyməti 10.000 ABŞ dolları müəyyən edilmişdir. Fər di ev 0,0117 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyət hüququ üzrə 1/2 hissədə İddiaçı və 1/2 hissədə X2 hər birinə məxsus olan 1 mərtəbədən, 4 otaqdan ibarətdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli, 2(105)-2423/2017 saylı qətnaməsi ilə tərəflərin apellyasiya şikayəti təmin edilməmiş, Suınqayıt şəhər Məhkəməsinin 26 aprel 2017-ci il tarixli, 2(060)-170/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda həmin qətnamə qanuni qüvvəsini almışdır. Sözügedən fərdi ev Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 12K-103/20 saylı sifarişi əsasında "xxxx" MMC tərəfindən 13 iyun 2018-ci ildə satılması üçün açıq hərraca çıxarılmışdır. Hərracın satış qiyməti 8500 ABŞ dolları müəyyən edilmişdir. Bu fərdi evi 8500 ABŞ dollarına satıla bilməz, çünki fərdi ev tam təm irlidir. Hazırda həmin fərdi evin bazar qiyməti 70-75 min manat olduğu halda, dəyərindən dəfələrlə az qiymətə satışa çıxarılmışdır. Fərdi ev 8500 ABŞ dollarına satılacağı halda onun mülkiyyətçi kimi mənzil üzərində hüquqları pozulacaqdır. Hazırda mənzil hərrac yolu ilə satılmamışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(060)-6925/2018 saylı qətnaməsilə İddiaçı cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi və “xxxx” MMC-yə qarşı hərracın ləğv edilməsi və mənzilin yenidən qiymətləndirilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.12.2018-ci il tarixli, 2(105)4080/2018 nömrəli qətnaməsi ilə iddiaçınınapelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin q ətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə prosesdə onun iştirakını təmin etməyərək işə baxmışdır. Bundan başqa, məhkəmə faktları dərindən araşdırmamış, qətnamə qəbul edilərkən işin faktiki halları hərtərəfli araşdırılmamışdır, sübutlar yanlış olaraq cavabdehlərin xeyrinə şərh edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Cəlalzadə Mehdi Qurbanəli oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkilinin dediklərinə uyğun izahat verdi. Cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 11.12.2018-ci il tarixli qətnaməsi ilə iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli, 2(105)-2423/2017 saylı qətnaməsinə əsasən, apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər məhkəməsinin 26 aprel 2017-ci il tarixli qətnaməsi iddia tələbinin təmin edilməyən mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 a y sonra cavabdehlər İddiaçı, X2 və X3 fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, həmin evdən çıxarılması, evin boşaldılmaqla iddiaçıya təhvil verilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, ünvan 1 ünvanında istifadədə olan 0.0117 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyət hüququ üzrə 1/2 hissədə İddiaçı və X2 hər birinə məxsus olan 1 mərtəbəli, 4 otaqlı, 70,7 kv.m yaşayış, 24,5 kv.m yardımçı və 95,2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər İddiaçı, X2 və X3 fərdi yaşayış evinə istifadə hüquqları itirilməklə, həmin evdən çıxarılmaları və fərdi yaşayış evinin boşaldılmaqla iddiaçı “xxxx” ASC-ə təhvil verilməsi qət olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. “xxxx” MMC-nin 25 may 2018-ci il tarixli bildirişindən görünür ki, ipoteka predemti olan Sumqayıt şəhəri, H.Zenalabdin qəsəbəsi, 7 saylı məhəllə, 53 saylı ev 8500 ABŞ dolları qiymətlə hərraca çıxarılmışdır və hərrac 13 iyun 2018-ci il tarixdə, saat 11:00-da keçiriləcəkdir. Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2017-ci il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı, X4 və X1 müştərək qaydada 13377,89 ABŞ dolları əsas kredit borcu, 1890,73 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 100 ABŞ dolları cərimə, cəmi 15368,62 ABŞ dolları (manat məzənnəsi ilə) alınaraq iddiaçı “xxxx” QSC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan ünvan 1 ünvanındakı 0,0117 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyət hüququ üzrə 1/2 hissədə İddiaçı və 1/2 hissədə X2 hər birinə məxsus olan 1 mərtəbəli, 4 ota qlı, 70,7 kv.m yaşayış, 24,5 kv.m yardımçı və 95,2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin hərracda ilkin satış qiymətinin 10000 ABŞ dollarımüəyyən edilməsi qət olunmuşdur.Həmin qətnamə qüvvəyə minmiş və icraya yönəldilmişdir. 27 iyun 2018-ci il tarixdə isə İddiaçı Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, H.Zenalabdin qəsəbəsi, 7 saylı məhəllə, 53 saylı evin satılmasına dair “xxxx” MMC tərəfindən təyin olunmuş hərracın ləğv edilməsi və həmin yaşayış evinin yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayətindən də görünür ki, hazırkı iddianın qaldırılmasına səbəb evin hərrac vasitəsilə satılmasının qa rşısını almaqdır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsindən görünür ki, mübahisəli fərdi yaşayış evi ipoteka predmeti kimi hərracda ilkin satış qiyməti 10.000 ABŞ dolları (manat məzənnəsi ilə) müəyyən edilmiş, onun açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan vəsait hesabına yaranmış borcun ödənilməsi qərara alınmışdır. Qətnamənin icra edilməsi məqsədilə icra məmuru öz vəzifəsini yerinə yetirmiş və sifarişlə hərracın keçirilməsini “xxxx” MMC-yə həvalə etmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Qanunun: 53.2-ci maddəsinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjala rı nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli fərdi yaşayış evi hərrac vasitəsilə hələ satılmamışdır. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hərracın keçirilməsinə, başqa sözlə qətnamənin icra olunmasına hazırkı iddianı qaldırmaqla maneçilik törədilməsi qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir. Bununla belə, iddiaçının hərrac baş tutandan sonra əgər qanunun tələbləri bu və ya digər qaydada pozulmuşsa hərracın nəticələrini müvafiq məhkəmədə mübahisələndirmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hazırkı halda isə onun iddiası əsassızdır və təmin oluna bilməz, çünki mübahisəli ev məhkəmənin müəyyən etdiyi qiymətlə hərraca çıxarılmışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlill ər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.12.2018-ci il tarixli, 2(105)-4080/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar