Məhkəmə qərarları › İş №2(102)-6111/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6111/2021

14.12.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6111/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) 14.12.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi Həsənov Kamran Eldar oğlunun və vəkili X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2(103)6013/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 27.11.2019-cu il tarixli əmək müqaviləsinə əsasən İddiaçı 17.12.2019-cu il tarixdən 24.07.2020-ci il tarixədək "ASG Business Aviation” MMC-nin “GHC” filialının “Aviayük” xidməti üzrə departamentinin Anbar işləri üzrə xidmətinin qablaşdırma üzrə operatoru vəzifəsinə işə qəbul edilmişdir.

2. İşəgötürənin 14.10.2020-ci il tarixli, 388 saylı əmri ilə “Aviayük” xidməti üzrə departamentin Anbar işləri üzrə xidmətin qablaşdırma üzrə operatoru İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (özünün xəstəliyi, yaxın qoh umunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) 14.10.2020-ci il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndində göstərilən halların (qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə ye tirə bilmədikdə) olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 07.02.2020-ci il tarixdə "ASG Business Aviation” Məhdud Məsuliyyətli Cəmiyyətində iş növbəsində olan zaman səhər saat 11 radələrində ağır çəkisi olan yük iddiaçının sol baldırının (dizinin) üzərinə düşmüş və iddiaçı istehsalatda xəsarət almışdır. Aldığı xəsarət ağır olduğundan işçi kollektivin köməkliyi ilə Bakı şəhərində yerləşən Travmotologiya İnstitutuna aparılmış və həkim müayinəsindən keçmişdir. Eyni zamanda xəsarət aldığı hissə rentgendən keçirilmiş, müayinə əsasında müəyyən edilmişdir ki, sol diz qapağı və vətər əzələlər əzilmiş, nəticədə şişmə baş vermişdir. Yeriyə bilmədiyindən taksi ilə evə yola salınmışdır. Bir gün sonra iş yerindən zəng edilərək səhhətinin necə olduğunu soruşmuşlar və həkimlə danışmağını xahiş etmişlər. Nəticə etibarilə xəsarətdən dolayı işə çıxa bilməmiş və iş yoldaşlarının vasitəsilə maaşdan əlavə ona müalicə üçün 70-100 manat arası xərclər göndərilmişdir. Bir müddət sonra iddiaçıdan mümkünsə işə çıxması xahiş edilmişdir. İddiaçı cavabında ayağının daha da pisləşdiyini və kənar şəxsin köməyi olmadan yeriyə bilmədiyini bildirmişdir. Belə ki, ayağında sınıq olmaya-olmaya ayağına gips qoyulmuşdur və bu da əzilmənin bərpasını çətinləşdirmiş, nəticədə gips əzilmiş damarları, əzələləri sıxıb və səhhətində olan problem daha da ağırlaşıb. Eyni zamanda MRT müayinəsindən keçmək üçün həkim tərəfindən istiqamətləndirilmədiyindən, sadəcə rentgen müayinəsi ilə kifayətlənmişdir. Bu barədə məlumatı işlədiyi müəssisəyə mütəmadi bildirdikdə n sonra müalicə xərcləri mart ayının axırında dayandırılmış və iddiaçıya bildirilmişdir ki, ona ancaq maaş veriləcək, eyni zamanda 2 və ya 3 dəfə overtime da yazılacaq. Ancaq overtime üçün bir dəfə pul verilmiş, bütün müalicə xərclərini aldığı maaş hesabına həyata keçirmək məcburiyyətində qalmışdır. İddiaçıya 2020-ci ilin iyun ayınadək maaş ödənilmişdir. İddiaçının iş vaxtı istehsalat xəsarəti almasından fəhlə heyətindən tutmuş rəhbərliyə qədər hamı məlumatlıdır. İstehsalat xəsarəti ilə bağlı səhhətində olan ciddi problemlə bağlı 25.05.2020-ci il tarixli, 19.06.2020-ci tarixli və 17.09.2020-ci il tarixli müraciətlərlər etməsi bunun sübutudur. Müəssisənin rəhbərliyi də onun işə çıxa bilməməsi səbəbinin aldığı xəsarətdən dolayı olduğunu bilmişdir. Dəfələrlə işlədiyi müəssisənin rəhbərliyin ə müraciət edərək “istehsalatda baş vermiş bədbəxt hadisə aktı”-nın verilməsini xahiş etmiş, lakin müəssisənin kadrlar və hüquq şöbəsindən ona bildirilmişdir ki, belə bir akt qanunvericilikdə ümumiyyətlə yoxdur və onlar mövcud olmayan aktı verə bilmir. İddiaçının Azərbaycan Respublikası Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə şikayəti üzrə araşdırmanın nəticəsi olaraq 01/2020 saylı “İstehsalatda baş vermiş bədbəxt hadisə aktı”-na əsasən, onun 07.02.2020-ci il tarixdə istehsalatda xəsarət alması sübut olunmuş (aktın 14.4-cü bəndi) və 14.09.2020-ci ildə təhqiqat aktı tərtib edilmişdir (aktın 13- cü bəndi). Lakin 14.09.2020-ci il tarixli 01/2020 saylı “İstehsalatda baş vermiş bədbəxt hadisə aktı” tərtib edildikdən sonra iddiaçıya bildirilmişdir ki, 14.10.2020-ci il tar ixli 62/A saylı əmrlə onun əmək müqaviləsinə xitam verilmişdir.

5. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı etiraz edərək bildirmişdir ki, 07.02.2020-ci il tarixində iş növbəsində olan zaman iddiaçı xəsarət almışdır. Həmin vaxtdan iddiaçıya müalicə xərcləri ödənilmişdir. Sonra 2020-ci ilin iyul ayında iddiaçıya işə çıxması, hətta başqa işə keçirilməsi təkif olunmuşdur. İddiaçı həmin vaxt əmək məzuniyyətinə çıxmışdır və daha sonra işə gəlməmişdir. Bir neçə dəfə ona izah edilmişdir ki, işə gəlməməsi barədə sənəd təqdim etsin, lakin iddiaçı bu barədə heç bir sənəd təqdim etməmişdir və bu səbəbdən işdən azad edilmişdir. Həmçinin iddiaçıya 2020-ci ilin fevral ayından iyun ayınadək əmək haqqı ödənilmişdir.

6. Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-583/2021 saylı, 18 mart 2021-ci il tarix li qətnaməsi ilə (hakim E.İ.Məmmədli) iddia tələbi təmin edilməmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, 07.02.2020-ci il tarixində Cavabdehndə iş növbəsində olan zaman səhər saat 11 radələrində iddiaçı istehsalatda xəsarət almışdır. Cavabdeh tərəfindən iddiaçıya 2020-ci ilin fevral ayından iyun ayınadək əmək haqqı ödənilmişdir. 2020-ci ilin iyul ayında iddiaçıya işə çıxması təklif olunmuşdur. İddiaçı 01 iyul 2020-ci il tarixindən iş yerində olmamışdır. İddiaçı işə çıxmadığı günlər üçün heç bir rəsmi sənəd təqdim etməmişdir. "xxxx" MMC-nin 62/A nömrəli, 14.10.2020-ci il tarixli əmri ilə "ASG Business Aviation” MMC-nin “GHC” filialının Aviayük xidməti üzrə departamentinin Anbar işləri üzrə xidmətinin qablaşdırma üzrə operatorunun əmək müqaviləsinə 14.10.2020-ci il tarixindən Azərbaycan Respublik ası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) xitam verilmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 72, 83cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsasaslandırmaqla birinci instansiya məhkəməsinin işi hərtərəfli və obyektiv araşdırmadığını qeyd etmiş, əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi, onun tərəfindən dəfələrlə cavabdeh müəssisənin r əhbərliyinə ünvanladığı və iddia ərizəsinə əlavə etdiyi müraciətlər barədə qətnamədə heç bir şey qeyd etməmişdir. Həmin müraciətlər işdən çıxarılmasından əvvəl və dəfələrlə cavabdeh müəssisənin rəhbərliyinə edilmişdir. İşə çıxa bilməməyinin səbəbləri barədə yazılı müraciətlər bunun sübutudur. Bundan başqa, cavabdeh tərəfindən ona işə çıxmaq, hətta başqa işə keçirilmək təklifinin edilməsini sübut edən heç bir sənəd yoxdur.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2(103)6013/2021 saylı qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və V.Ə.İbayev) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-583/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmiş, bu zaman əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş olması əsas götürülmüşdür.

12. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin eyni zamanda apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən işə çıxmadığı günlər üçün əmək qabiliyyətinin olmamasını təsdiq edən hər hansı sənəd təqdim etməmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının əmək müqaviləsi qanuni və əsaslı olaraq ləğv edildiyindən, iddia tələbi əmrin ləğv edilməsi və işə bərpa olunması hissəsində əsassız olması barədə bi rinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

14. İddia tələbinin digər hissəsinə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin halları baxımından iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndində göstərilən halların olması əsası ilə xitam verilməsi əsassızdır, belə ki, işin sadalanan faktiki halları ilə iddiaçının işə çıxmamasının səbəbi kimi əmək qabiliyyətinin olmamasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar q əbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının işdən azad edilməsi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-72-ci maddələrində göstərilən hallar mövcud olmamış, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, sübutlar düzgün araşdırılmamış, işin faktiki halları ilə bağlı məhkəmənin gəldiyi nəticə doğru olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

19. Cavabdeh MMC-nin vəkili X3 və nümayəndəs i Həsənov Kamran Eldar oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etdilər. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə

10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; Maddə

12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə

70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Maddə

71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər“

1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə

76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər

1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə

287. Fərdi əmək mübahisələri anlayışı Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Maddə

292. İşçinin pozulmuş hüquqlarının bərpasını iddia etmək hüququ

1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Maddə

294. Fərdi əmək mübahisələrinə baxan orqanlar“

1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Maddə

300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı öd ənilməklə işçinin vəzifəsinə bərpa edilməsi“barədə qətnamə“və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə“qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.“

21. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri“ 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

22. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaş dırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

23. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki halların ı araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq ol unmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Əmək müqaviləsinə xitam verilməsi barədə iddianın hüquqi əsası kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi“üçün vacib şərtlər kimi: 1. işəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi;

2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqavi ləsinə xitam verilməsi;

3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsini müəyyən etmişdir.

28. İşin məhkəmlər tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmiş, bu zaman iddiaçının bütün iş günü işə gəlməməsi əsas götürülmüşdür. Eyni zamanda həmin normada bu normanın tətbiqini istisna edən şərtlərin - iddiaçının özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi hallarının olmadığı müəyyən edilmişdir. İddiaçı sonradan da bu şərtlərin mövcud olmasına dair hər hansı sübut təqdim etməm işdir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən işə çıxmadığı günlər üçün əmək qabiliyyətinin olmamasını təsdiq edən hər hansı sənəd təqdim etməmişdir (qərarın 12-ci paraqrafı).

29. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında aktın mövcudluğu özlüyündə iddianın təmin olunmasını şərtləndirmir. Çünki həmin aktda iddiaçının hadisə nəticəsində işçinin aldığı xəsarətlə bağlı diaqnoz, əmək qabiliyyətinin itirməsi barədə xəstəlik vərəqəsi, işdən azad edilmə müddəti qeyd olunmamışdır. Ümumiyyətlə iş materiallarında iddiaçının 07.02.2020-ci il tarixdən onunla əmək müqaviləsinə xitam verilən 14.10.2020-ci il tarixədək əmək qabiliyyətinin olmaması barədə tibb müəssisənin vərəqi, xəsarətlə bağlı müalicə olunması barədə sübutlar yoxdur. İddiaçı tərəfind ən təqdim olunmuş yeganə sübut, mülki iş materiallarının 15-ci vərəqində olan “X1” tərəfindən iddiaçının MRT müayinəsi barədə 02.05.2020-ci il tarixli arayışdır. Həmin arayışda iddiaçının diz laterində fibular kollateral bağ və biseps femoris vətərində orta dərəcəli əzilmə (zədələnmə), diz ətrafı yumşaq toxumalarda ödem müşahidə olunduğu qeyd olunmuşdur. Bundan sonrakı ötən dövrdə müalicə və müayinə olunmasına dair hər hansı sübut təqdim edilməmişdir.

30. Kassatorun işəgötürən tərəfindən iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyinin əsaslandırılmaması, habelə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsində müəyyən ol unan şərtlərin araşdırılmaması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər əsassızdır.

31. Doğrudur ki, Əmək Məcəlləsinin 71-ci maddəsində görə həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi üçün işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi mövcud olmalıdır.

32. İşin halları – iddiaçının üzürlü səbəb olmadan (əmək qabiliyyətinin itirməsi barədə vərəqə və s.) uzun müddət işə çıxmaması, müəssisənin fasiləsiz xidmət sahəsində fəaliyyət göstərməsi, xüsusi iş rejiminə malik olması, iddiaçının bir neçə gün deyil, bir neçə ay işə çıxmaması, işəgötürənin qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi əsası ilə əmək müqaviləsinə xitam verməsinə əsas verir və kassatorun bununla bağlı dəlili formal xarakter daşıyır.

33. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2(103)6013/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar