Məhkəmə qərarları › İş №2(102)-6115/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6115/2021

06.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6115/2021 06.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri 12 saylı notariat ofisi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: miras əmlakdan payın müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı(sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçının nümayəndəsi X4 və vəkili Vəkil iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 may 2021-ci il tarixl i, 2(103)-3863/2021 nömrəli qətnaməsindən iddiaçının kassasiya şikayətinə 06 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri 12 saylı Notariat ofisinin İddiaçı ünvanladığı 12.11.2019-cu il tarixli məktubun surətindən görünür ki, vərəsəliyin qəbulu ilə əlaqədar iddiaçının ərizəsinə cavab olaraq, mərhum atası X3 25.03.1996-cı ildə vəfat etdikdən sonra 2005-ci ildə 12 saylı notariat ofisində vərəsəlik işi açıldığı, birinci növbəli vərəsələrin mirasın qəbulundan imtina etdiyi və miras əmlakın 3/4 hissəsinə ona, 1/4 hissəsinə isə X5 vərəsəlik şəhadətnaməsinin verildiyi, hazırda ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin 7/8 hissəsinə vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığı bildirilmiş, vərəs ələr arasında mübahisə olduğuna görə mirasın bölüşdürülməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5001/2019 saylı, 09.10.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X9 və X6 cavabdehlər İddiaçı, X17 və Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoruna qarşı İddiaçı Zəkariyyə qızına verilmiş 24.07.1992-ci il tarixli vəsiyyətnamənin, 23.02.2005-ci il tarixli vərəsəlik şəhadətnaməsinin, 24.03.2005-ci il tarixli Qeydiyyat Vəsiqəsinin (Çıxarış) və onlardan irəli gələn nəticələrin etibarsiz hesab edilməsi, mübahisə predmeti olan ünvan 3 ünvandakı mənzilin vərəsələr arasında paylara uyğun bölünməsi və həmin paylara vərəsələrin mülkiyyət hüquqlarının tanınması barədə iddia tələbi təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə minmiş dir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri 12 saylı notariat ofisi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin 7/8 hissəsində onun payının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X3 25.03.1996-cı ildə vəfat etmişdir. Onun vəfatından sonra anası da daxil olmaqla 8 nəfər birinci növbəli vərəsələr olmuş, 2005-ci ildə cavabdeh 12 saylı notariat kontorunda vərəsəlik işi açılmış, vərəsələrdən anası da daxil olmaqla 6 nəfər onun xeyrinə miras əmlakı qəbul etməkdən imtina etmişlər. Vərəsələrin mirasın qəbulundan imtina etməsi nəzərə alınaraq miras ə mlakın 3/4 hissəsinə ona, 1/4 hissəsinə isə miras payından imtina etməmiş qardaşı X5 vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Mərhum atalarından qalmış başqa miras əmlak ünvan 2 ünvanında yerləşən torpaq sahəsi də vərəsəlik işinin davamı kimi digər vərəsələrin onun xeyrinə vərəsəliyin qəbulundan imtina etmələri nəzərə alınmaqla bölünməli və müvafiq vərəsəlik şəhadətnaməsi verilməlidir. Bu məqsədlə cavabdeh Bakı şəhəri 12 saylı notariat ofisinə ərizə ilə müraciət etmiş, 12.11.2019-cu il tarixli məktubla xahişi təmin edilməmiş, imtina vərəsələr arasında mübahisə olması ilə əsaslandırılmış, bu səbəbdən də həmin torpaq sahəsinin 7/8 hissəsinə ona vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmaması qeyd edilmiş, eyni zamanda mübahisənin aradan qaldırılması üçün məhkəməyə müraciət etməsin in vacib olduğu bildirilmişdir. Hesab edir ki, cavabdeh 12 saylı notariat ofisinin imtinası əsassızdır və təklif etdiyi qaydada miras əmlak bölünməli və ona 7/8 hissəsinə vərəsəlik şəhadətnaməsi verilməlidir. Hesab edir ki, həmin vaxt vərəsəlik payları müəyyən edilərkən notarius tərəfindən səhvə yol verilmişdir. Belə ki, vərəsələrin 6 nəfəri onun xeyrinə imtina etmiş və 1 nəfəri imtina etməmişdir. Beləliklə də ona həmin əmlakdan 7 pay düşməli, 1 pay isə 3-cü şəxs X5 verilməli idi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 iddia ərizəsinə qarşı etiraz göndərərək bildirmişdir ki, iddiaçı ünvan 4 ünvandakı 12 saylı mənzili notariusda rəsmiləşdirərkən oğlu X13 adına 1994-cü ildə verilmiş vəsiyyətnamə olmuşdur. İddiaçı həmin vəsiyyətnaməni vərəsələrdən gizlədərək, vərəsələri aldatmış, öz ad ına vəsiyyətnamə olduğunu bildirərək bəzi vərəsələri öz paylarından imtina etməyə aldatma yolu ilə nail olmuş, vərəsə qardaşı X7 vərəsələr sırasında göstərməyərək onun payını mənimsəmişdir. Hazırki iddiasında da onun payını mənimsəmək, digər vərəsələri paydan kənarda qoymaq istəyir. ünvan 5 ünvandakı 12 saylı mənzil satılarkən onun 6000 manat pulunu mənimsəmişdir. Hazırda həmin iddia üzrə məhkəməyə müraciət etmişdir. Yalandan məhkəməyə ərizə verir ki, guya ona həmin əmlakdan 7\8 pay düşür. Halbuki, bütün vərəsələr verdikləri ərizədən imtina edirlər, hamısı payını tələb edir. Belə ki, hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında həmin mübahisəyə dair 2(103)-14995/2019 saylı mülki iş vardır. Həmin mülki iş üzrə iddia tələbi hazırki və digər miras əmlaklardan payın müəyyən olunması vəsiyy ətnamənin, vərəsəlik şəhadətnaməsinin ləğvi, alqı-satqı müqaviləsinin etibarsiz hesab edilməsi və sair tələblər üzrədir. Mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əncirli küşəsi 5 ünvanda yerləşən torpaq sahəsi mərhum ataları X1 miras qalmışdır. Həmin torpaq sahəsində ataları 1955-ci ildə ev inşa etmiş və onun vəfatına kimi və sonra həmin evdə yaşamışlar. 1996-ci ildə atalarının vəfatından və 2005-ci ildə ondan miras qalmış miras əmlaklara dair paylar müəyyənləşdikdən sonra o, qeyd etdiyi mübahisəli torpaq sahəsinə və evə dair mərhum atasının adına çıxarış almışdır. Qeyd etdiyi kimi o və digər vərəsələr atalarının vəfatından sonra həmin əmlakı faktiki olaraq qəbul etmişlər. Mübahisəli əmlak atalarının adına rəsmləşdirildiyindən həmin əmlakdan payları notarial q aydada müəyyənləşməmişdir. Bununla əlaqədar onlar 19 saylı dövlət notariusuna müraciət etmişlər. Digər tərəfdən ataları vəfat etdikdən sonra analarının payı yaranmış, həmin paydan da vərəsələrin payı müəyyən olunmamışdır. Göründüyü kimi mübahisəli əmlaka dair vərəsəlik işi mərhum atalarından qalmış paylar müəyyənləşəndən sonra, həmin əmlaka atalarının mülkiyyət hüququ olmadığından həmin bağ evini faktiki olaraq qəbul etmiş və üzün müddət ondan istifadə etmişlər. İddiaçı aldatma yolu ilə atalarından miras qalmış digər əmlakları əldə edib satdıqdan sonra, bu əmlaka dair məhkəmədə iddia qaldırmışdır. Qeyd olunanlara əsasən, iddia tələbi qanunsuz və əsassız olduğundan, rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Fərid Əyyubov) 29 yan var 2021-ci il tarixli 2(004)-92/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə 24.07.1997-ci il tarixli vəsiyyətnamə ilə X2 mülkiyyətində olan ünvan 3 ünvandakı mənzilini qızı İddiaçı vəsiyyət etmiş, həmin mənzilin 3/4 hissəsinə dair onun adına 23.02.2005-ci il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və bunun əsasında mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq daha sonra həmin mənzil özgəninkiləşdirilmişdir. İddia ərizəsi yalnız qeyd olunan mənzilin iddiaçıya vəsiyyət edilməsinə əsaslanmaqla digər miras əmlak kimi mübahisələndirilən ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin X2 mülkiyyətində olmasına və ondan miras qalmasına, iddiaçı tərəfindən həmin miras əmlakın qəbul edilməsinə dair heç bir mötəbər sübut təqdim olunmadığından hazırki iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1166, 1193, 1202.1, 1246, 1259, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 89.3, 106.1-ci maddələri ilə əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov və Azad İmanov) 03 may 2021-ci il tarixli, 2(103)-3863/2021 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmə yərək iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 29 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd etmişdir ki mərhum X3 24.07.1992-ci il tarixli vəsiyyətnamə ilə yalnız ünvan 3 ünvandakı mənzilini qızı İddiaçı vəsiyyət etmiş, mərhumun birinci dərəcəli digər vərəsələri da ərizə verərək məhz həmin mənzildən onlara düşən məcburi payı qəbul etmədiklərini və etməyəcəklərini bildirmişlər. 23.02.2005-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə mənzilin 3/4 payı İddiaçı verilmişdir. Hazırda həmin məsələ artıq mübahisə predmetini təşkil etmir və Kollegiya da mərhum Zəkəriyyə Useynovdan qalmış mənzilin vəsiyyət üzrə qəbulu və məcburi paydan imtina ilə bağlı məsələni yoxlamaq səlahiyyətində deyildir. Apelyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırda mübahisələndirilən ünvan 2 ünvanında yerləşən torpaq sahəsi həmin vaxt X2 adına mülkiyyət hüququ ilə qeydə alınmamış, bununla da 25.03.1996-cı ildə Zəkəriyyə Useynovun ölümü ilə ondan qalan miras kütləsinə daxil olmamışdır. Həmin torpaq sahəsi 08.04.2019-cu il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmişdir. Belə olan halda, digər vərəsələrin Bakı şəhəri, Yasamal rayonu, General A.Abbasov küçəsi (Kiyev prospekti) bina 7, 12 saylı mənzilə dair məcburi paylarından imtinalarını gələcək əmlak barəsində də imtina kimi qəbul etmək yolverilməzdir. Apelyasiya məhkəməsi zəruri olaraq onu da qeyd etmişdir ki, X2 öldüyü, yəni ondan qalan əmlaklara mirasın açıldığı vaxt mübahisəli t orpaq (bağ) sahəsi onun gözlənilən mülkiyyəti olmadığından, onun bu əmlakı sağlığında vəsiyyət etmək imkanı olmamış, nə də öldükdən sonra miras kütləsinə daxil olmamışdır. Apelyasiya məhkəməsinin qənaətinə görə vətəndaşların qanuni istifadəsindəki bağ (torpaq) sahələrinin qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsinin əsasını müəyyən edən «Torpaq islahatı haqqında» Qanun 16.07.1996-cı il tarixdə, yəni Zəkəriyyə Useynovun ölümündən təxminən 4 ay sonra qəbul olunmuşdur. Belə olan halda isə onun ölümü ilə vərəsəliyin açıldığı vaxt həmin torpaq sahəsinin miras kütləsinə daxil olması mümkün deyildi. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 537.1 538, 539, və 1193-cü maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 may 2021-ci il tarixli, 2(103)-3863/2021 nömrəli qətnaməsinin ləğv, tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı tərəfindən kassasiya şikayəti iddia ərizəsində və apellyasiya şikayətində göstərilən dəlillərlə əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi Useynov Hamlet Zəkəriyyə oğlu və vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. İşlə əlaq ədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir Tətbiq edilən hüquq: 01.09.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllə Maddə

563. Miras əmlakının bölünməsi qanun üzrə və vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır “Notariat haqqında” Qanun Maddə 9. 1-ci hissə. Notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat h ərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. Maddə

59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haq qında şəhadətnaməyə daxil edilə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 417.2. Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Maddə 418.

1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı i nstansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı apellyasiya məhkəməsi tərəfindən araşdırma aparılsa da, maddi və prossesual hüququ normaları düzgün tətbiq edilməmişdir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, qeyd edilən iddia notariat orqanına qarşı qaldırılmaqla, notariusun vərəsəlik şəhadətnaməsinin verilməsindən imt inasından şikayət üzrə mübahisədir. İddia ərizəsindən görünür ki, iddiaçı mirasa daxil olan əmlaklardan ünvan 7 ünvanında yerləşən evin 7/8 payına vərəsəlik şəhadətnaməsinin verilməsini tələb etmiş, notariat orqanı isə mirasa daxil olan başqa əmlakla bağlı iddiaçının ¾ payının müəyyən edilərək vərəsəlik şəhadətnaməsi verildiyinə, buna görə digər əmlaka münasibətdə 7/8 paya dair şəhdətnamə verilməsinin mümkün olmamasına, həmçinin vərəsələr arasında paylarla bağlı mübahisə olduğundan mirasın bölüşdürülməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İddiaçı digər vərəsələrə qarşı mirasın bölüşdürülməsi barədə iddia deyil, notariusa qarşı miras payının müəyyən edilməsi və şəhadətnamə verilməsi barədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 218.3-cü m addəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə qəbul edir. Apellyasiya məhkəməsi isə ümumiyyətlə vərəsəlik şəhadətnaməsi verilməsi tələb edilən əmlakın miras kütləsinə daxil olmadığı əsası ilə iddianı təmin etməmişdir. Halbuki 3-cü şəxsin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçının müraciəti əsasında 19 saylı Notariat Ofisində 07.01.2019-cu il tarixdə vərəsəli işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. 19 saylı Notariat Ofisinin müracəti əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi, Əncirlik küçəsi 5 ünvanında yerləşən 0,0787ha torpaq sahəsinə dair mərhum X2 mülkiyyət hüquqları 08.04.2019-cu il tarixdə qeydə alınmışdır.(iş v.168-170) Həmçinin ape lyasiya baxışı zamanı təqdim edilmiş Bakı Apelyasiya Məhkəməsinin 13.08.2018-ci il tarixli 2(103)-7332/2018-ci il tarixli qətnaməsindən görünür ki, X8 miras əmlak - ünvan 7 ünvanında yerləşən ev və Mərdəkan qəsəbəsi 8-ci X15 Şərq küçəsi 1445a ünvanında yerləşən bağ evinin qəbulu və vərəsələr arasında bölüşdürülməsi barədə ilkin iddia tələbi rədd edilmişdir, qətnamədə qeyd olunmuşdur ki, mübahisələndirilən ünvan 7 ünvanında yerləşən ev X2 adına daşınmaz əmlakın dövlət reyestrində nə onun sağlığında, nə də ölümündən sonra mülkiyyət hüququ ilə qeydə alınmadığından, həmin evin onun tərəfindən qoyulmuş miras kütləsinə aid edilməsi və bu əmlakdan tərəflərin vərəsəlik hüququ əsasında paylarının müəyyən edilməsi hüquqi baxımdan əsassızdır.(iş v.173-189) Lakin həmin qətnamənin qanuni qüvvəyə minm əsi barədə işdə hər hansı məlumat mövcud deyildir. Buna görə də, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qeyd edilən əsasla iddianın rədd edilməsi barədə qətnaməsi ləğv edilməli, notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin verilməsinə dair hazırki iddia o əsasla rədd edilməlidir ki, 12 saylı Notariat Ofisinin imtinası qanuni olmuşdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçı müvafiq ərizə ilə əvvəllər 19 saylı Notariat Ofisinə müraciət etmiş və mübahisə predmeti olan əmlaka dair vərəsəlik işi həmin notariat ofisində açılmış, əmlaka dair mərhumun adına çıxarış alınmışdır. Həmin vərəsəlik işinin nəticəsi barədə isə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İkincisi, vərəsələr arasında miras əmlakda payların müəyyən edilməsi ilə bağlı məhkəmə mübahisələri mö vcud olmuşdur. Qeyd olunan mübahisələrin həll edilməsi səlahiyyəti isə notariat orqanlarının qanunvericiliklə müəyyən edilmiş təyinat və funksiyasından kənar olmaqla hüquqi mübahisələrin həlli yeri kimi məhkəmələrə aiddir və belə mübahisələr digər vərəsələrə qarşı qaldırılmaqla iddia icraatı qaydasında həll edilməlidir. Oxşar mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 26.07.2021-ci il tarixli qərarında müəyyən edilməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aid olduğu göstərilmişdir. İddiaçının kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onu qismən əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən prossesual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbulu ilə nəticələnmişdir. Buna görə də, qətnamə ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməli, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaç ı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 may 2021-ci il tarixli, 2(103)-3863/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri 12 saylı notariat ofisi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin 7/8 hissəsində onun payının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsinə dair iddiası təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar