Məhkəmə qərarları › İş №2(102)-6116/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6116/2021

21.12.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6116/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: SOCAR İddiaçıt Birliyinin cavabdeh Abdullayev Zeynal Nüsrəddin oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6116/21 (Açar sözlər: tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: SOCAR “Azneft” İB nümayəndəsi X1 və vəkili Vəkil, Cavabdeh: Cavabdeh1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2(103)5301/2021 sa ylı qətnaməsindən iddiaçı SOCAR “Azneft” İB kassasiya şikayəti üzrə işə 21 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı SOCAR “Azneft” İB məhkəmədə Cavabdeh1 qarşı iddia qaldıraraq, iddiaçının istifadəsində olan torpaq sahəsində Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsində Cavabdeh1 tərəfindən (cizgidə əlavə olunmuş koordinatlar üzrə) zəbt edilmiş təxminən 3.000 kv.metr torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması, zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması, Cavabdeh1 və başqalarının qanunsuz tikilidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları B irinci instansiya məhkəməsində icraat Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim M.A.Bağırova) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, sökülməsi tələb olunan tikililər özbaşına tikili deyil. Cavabdehin təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, həmin sahədə 1987-ci ildən “Azərmetaltəmirtikinti” İB təsərrüfat hesablı təmir-tikinti müəssisəsi fəaliyyət göstərib və Cavabdeh1 müəssisənin direktoru olub. 1998-ci ildə müəssisə dövlət proqramına uyğun olaraq özəlləşdirməyə çıxarılıb və güzəştli şərtlərlə əmək kollektivinə satılıb. 1998-ci ildə müəssisənin bazasında "xxxx" İnşaat-Ticarət Firması təsis edilib və hazırda həmin tikililər firmanın mülkiyyətindədir. Hazırki iddia həm də ona görə tə min edilə bilməz ki, iddiaçının tələbi buna cavab verməli olan şəxsə qarşı yönəlməyib. Belə ki, iddiaçı tələbini Cavabdeh1 qarşı yönəltmiş olsa da, mübahisəli ərazidə "xxxx" İnşaat-Ticarət Firması fəaliyyət göstərir. Yəni, hazırki tələb üzrə cavab verməli olan şəxs adıçəkilən firma ola bilər. Ona görə də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.5-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2021-ci il tarixli qətnaməs i ilə (hakimlər V.N.Sadıqov sədrlik edən və məruzəçi, Q.A.Əsgərov və A.N.İmanov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.5-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətin in dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı SOCAR “Azneft” İB nümayəndəsi Ariz Həsənov və vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh1 məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instans iyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Üçüncü şəxs Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkild ə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlillə ri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmasını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəl illəri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsi “Bibiheybət” NQÇİ ərazisində yerləşir. Məhkəmə tikinti texniki ekspertizasının 23 noyabr 2020-ci il tarixli ekspert rəyinə görə, iddiaçının iddia etdiyi və göstərdiyi, koordinatları müəyyən edilərək ölçülmüş tikili 1830 nömrəli ləğv olunmuş neft quyusunun üzərində inşa olunub. Mübahisəli ərazi 2877 nömrəli işlək neft quyusundan 93 metr, 2467 nömrəli işlək neft quyusundan isə 127 metr kənarda yerləşir. İddiaçının iddia etdiyi və göstərdiyi, koordinatları müəyyən edilərək ölçülmüş tikilinin yerləşdiyi torpaq sahəsi “Bibiheybət” NQÇİ ərazisində yerləşir. İddiaçının iddia etdiyi və göstərdiyi koordinatları müə yyən edilərək ölçülmüş tikilinin yerləşdiyi torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir. Eyni zamanda, Reyestr Xidmətinin 06 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyinə görə, iddiaçının iddia etdiyi və göstərdiyi, koordinatları müəyyən edilərək ölçülmüş tikili 1830 nömrəli ləğv olunmuş neft quyusunun üzərində inşa olunub. Mübahisəli ərazi 2877 nömrəli işlək neft quyusundan 93 metr, 2467 nömrəli işlək neft quyusundan isə 127 metr kənarda yerləşir. İddiaçının iddia etdiyi və göstərdiyi, koordinatları müəyyən edilərək ölçülmüş tikilinin yerləşdiyi torpaq sahəsi “Bibiheybət” NQÇİ ərazisində yerləşir. İddiaçının iddia etdiyi və göstərdiyi koordinatları müəyyən edilərək ölçülmüş tikilinin yerləşdiyi torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir. Həmçinin “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” 02 iyun 98-ci il tarixli Şəhadətnaməyə əsasən, Cavabdeh1 və qeyriləri Bakı şəhəri, Mojayski küçəsi, 8 saylı Təsərrüfat hesablı ixtisaslaşdırılmış təmir tikinti sahəsini qüvvədə olan qanunvericilik əsasında satın almışlar. 26 sentyabr 1997-ci il tarixli “Müəssisənin (obyektin) alqı-satqı müqaviləsin”dən görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən 19 may 1998-ci il tarixdə Bakı şəhəri, Mojayski küçəsi 8-də yerləşən tikinti sahəsi Cavabdeh1 tərəfindən satın alınıb və Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən ünvan 1 ünvana yerləşən obyektə dair texniki pasport verilib. Daha sonra, 17 iyun 1998-ci il tarixli "xxxx" İnşaat -Ticarət Firmasının təsis müqaviləsindən görünür ki, Cavabdeh1 və qeyriləri arasında təsis müqaviləsi bağlanıb. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə üzrə tərəflər Bakı şəhəri Təsərrüfat hesablı ixtisaslaşdırılmış təmin tikinti sahəsinin əmlakında ifadə olunan paylarını birləşdirir və "xxxx" İnşaat-Ticarət firmasını (bundan sonra müəssisə) təsis edirlər. Dövlət Əmlak Komitəsi tərəfindən Cavabdeh1 verilmiş arayışdan görünür ki, kiçik müəssisələrin Nizamnamə kapitalının 15 faizinin start qiyməti ilə Dövlət Əmlak Komitəsi tərəfindən əmək kollektivinə özəlləşdirmə çekləri müqabilində satışını təşkil edən Komissiyanın, 25 may 1998-ci il tarixli iclasının qərarı ilə ünvan 2 ünvanda yerləşən T/h ixtisaslaşdırılmış təmir tikinti sahəsinin start qiyməti ilə nizamnamə kapitalının 15 faizi-2.3 52.150 manat həqiqətən özəlləşdirmə çekləri ilə ödənilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını p ozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, sökülməsi tələb olunan tikililər özbaşına tikili deyil. Cavabdehin təqdim etdiyi sənədlərlə müəyyən olunur ki, həmin sahədə 1987-ci ildən “Azərmetaltəmirtikinti” İB təsərrüfat hesablı təmir-tikinti müəssisəsi fəaliyyət göstərib və Cavabdeh1 müəssisənin direktoru olub. 1998-ci ildə müəssisə dövlət proqramına uyğun olaraq özəlləşdirməyə çıxarılıb və güzəştli şərtlərlə əmək kollektivinə satılıb (Şəhadətnamə və Texniki Pasport verilib). 1998-ci ildə müəssisənin bazasında "xxxx" İnşaat-Ticarət firması təsis edilib və hazırda h əmin tikililər firmanın mülkiyyətindədir. Apellyasiya instansiyası məhkəməsi, işə əlavə edilmiş sübutları araşdırıb qeyd etmişdir ki, hazırki iddia həm də ona görə təmin edilə bilməz ki, iddiaçının tələbi buna cavab verməli olan şəxsə qarşı yönəldilməyib. Belə ki, iddiaçı tələbini Cavabdeh1 qarşı yönəltmiş olsa da, mübahisəli ərazidə "xxxx" İnşaat-Ticarət firması fəaliyyət göstərir. Yəni, hazırki tələb üzrə cavab verməli olan şəxs adıçəkilən firma ola bilər. İddiaçı kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəmələrinə heç bir sübut təqdim etməyiblər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların da irəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Digər tərəfdən, iddiaçının sökülməsini tələb etdiyi tikililər cavabdehin və digərlərinin mülkiyyətindədir və həmin sənədlər qüvvədə olmaqla, məhkəmə qaydasında mübahisələndirilməyib. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı SOCAR “Azneft” İB kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2(103)-5301/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar