Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6118/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “Yeni Yasamal" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin baxışdan çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızının sədrliyi və məruzəsi ilə, Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 avqust 2021-ci il tarixli, 2(103)456/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. MÜƏYYƏN ETDİ: İddiaçı̇ Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi və iddia tələbinə əlavə və dəqiqləşdirilmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda inşa edilmiş 2 girişli, 16 mərtəbəli yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində, ümumi sahəsi 155,6 kv.m olan 77 saylı mənzilə dair Cavabdeh ilə aralarında bağlanmış 29.04.2011-ci il tarixli müqavilənin və maliyyə arayışının 09.08.2011-ci il tarixdən (ləğv edilmə məktubu göndərildiyi tarixdən) ləğv edilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli 2(004)-2655/2019 nömr əli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-456/2020 nömrəli, 08 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli 2(004)- 2655/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnaməsindən İddiaçı nümayəndəsi X6 və vəkili X1 tərəfindən imzalanmış kassasiya şikayəti 07 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-456/2020 nömrəli, 11 avqust 2021-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Qərardada qeyd edilmişdir ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(103)-456/2020 saylı qətnaməsini 05 noya br 2020-ci il tarixdə rəsmi aldığı halda hazırki kassasiya şikayətini 2 aydan çox vaxt keçdikdən sonra, yəni qanunvericiliklə müəyyən olunmuş prosessual müddəti ötürməklə verdiyindən və müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmədiyindən kassasiya şikayəti geri qaytarılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 11.08.2021-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi X6 və vəkili X1 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6118/2021 nömrəli 29.10.2021-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə cavab vermədiyindən, şikayəti vermiş şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) tərəfindən imzalanmadığından qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-nin 407.3-cü maddəsinə görə kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Kassasiya şikayətini hüquqi şəxs olan İddiaçı nümayəndəsi kimi MTK-nın direktoru X2 tərəfindən 17.10.2017-ci il tarixdə verilmiş notarial etibarnamə əsasında vəkil X6 imzalamışdır (iş v. 67). MPM-in 69.2-ci maddəsinə görə, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. X5 verilmiş etibarnamə isə hüquqi şəxs tərəfindən yox notarius tərəfindən təsdiq edilmiş, etibarnaməyə hüquqi şəxsin möhürü vurulmamışdır. Eyni zamanda X6 hüquqi şəxsi Ali Məhkəmədə təmsil etmək üçün müvafiq quruma aid orderi təqdim etməmişdir. MPM-in 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışs a, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti geri qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Ali Məhkəmənin Mülki kollegiyasının 29.10.2021-ci il tarixli 2(102)-6118/2021 nömrəli işin icraata qəbul edilməsinə dair qərardadı ləğv edilərək kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 11.08.2021-ci il tarixli qərardadından verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiya sının 2(102)-6118/2021 nömrəli 29 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş kassasiya baxışından çıxarılsın. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6118/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6118/2021
20.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver