Məhkəmə qərarları › İş №2(102)-6121/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6121/2019

26.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6121/2019 26.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.03.2019-cu il tarixli, 2(105)-109/2019 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim T.Mahmudova) 21.12.2017-ci il tarixli, 2(060)17315/2017 nömrəli qətnaməsi ilə iddiaçı “x xxx” Lizinq Şirkəti QSC-nin cavabdehlər X2 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası qismən təmin olunaraq, cavabdehlər X1 və Cavabdeh2 08.09.2010-cu il tarixli, ************ saylı X6 Müqaviləsinə 05.09.2011-ci il tarixli öhdəliyin ötürülməsi haqqında əlavə razılaşmaya əsasən 10388.44 ABŞ dolları vaxtı keçmiş qalıq, 2277 ABŞ dolları faiz, 1135 ABŞ dolları sığorta haqqı və 20 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 13820.44 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun tutularaq iddiaçı “xxxx” Lizinq Şirkəti QSC-yə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat dövlət rüsumunun cavabdehlər X1 və Cavabdeh2 “xxxx” Lizinq Şirkə ti QSC-nin xeyrinə müştərək qaydada tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Rəhimov, G.Tağızadə, T.Quliyev) 19.03.2019-cu il tarixli, 2(105)-109/2019 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 21.12.2017-ci il tarixli, 2(060)-17315/2017 nömrəli qətnaməsinin faiz borcunun tutulması hissəsində dəyişdirilməsi, cavabdehlər X1 və Cavabdeh2 08.09.2010cu il tarixli, ************ saylı X6 Müqaviləsinə 05.09.2011-ci il tarixli öhdəliyin ötürülməsi haqqında əlavə razılaşmaya əsasən 2133.78 ABŞ dolları faiz borcunun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq iddiaçı “xxx x” Lizinq Şirkəti QSC-yə ödənilməsi, qalan hissələrdə qətnamənin dəyişdirilmədən saxlanması, iş üzrə keçirilmiş ekspertizanın xidmət haqqı olaraq 120 manat məbləğində pulun Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh2 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.03.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı “xxxx” Lizinq Şirkəti QSC cavabdehlər X2 və Cavabdeh2 qarşı “pul” tələbinə dair ərizə ilə 26.09.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, “xxxx” QSC Lizinq Şirkəti ilə bağlanmış 06.09.2010-cu il tarixli, ************ saylı X6 Müqaviləsinə 05.09.2011ci il tarixli öhdəliyin ötürülməsi haqqında əlavə razılaşmaya əsasən cavabdehlər X1 və Cavabdeh2 öhdəliklərin yerinə yetir ilməməsi nəticəsində müştərək qaydada dəymiş ziyan üzrə 10388.44 ABŞ dolları vaxtı keçmiş qalıq, 2277 ABŞ dolları faiz, 1135 ABŞ dolları sığorta pulu və 414 ABŞ dolları dəbbə pulunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarını tam araşdırmamış, tərəflər arasında münasibətləri aydınlaşdırmamış və bu səbəbdən Azərbaycan Respublikasının MPM-nin 217.3-cü maddəsinin tələblərini pozmuşdur. Hər iki məhkəmə instansiyası cavabdehlərin 46 ay ərzində hər ay 1000 AB Ş dolları (46000 ABŞ dolları kurs 78 qəpik olanda) ödəniş etmələrini nəzərə almamış və araşdırmamışdır. Digər tərəfdən lizinq obyekti olan obyekt iddiaçının bildirdiyi kimi 14.07.2016-cı il tarixdə deyil, onların xəbəri olmadan 2015-ci ilin dekabr ayında iddiaçı tərəfindən aparılmışdır və bu barədə cavabdehlərə sənəd təqdim edilməmişdir. Həmin müddət üçün faiz borcu hesablanmışdır. Lizinq obyekti iddiaçıda olaola həmin dövr üçün borc yazıla bilməzdi. Maşın xəbərsiz aparıldığı üçün cavabdehlərin iddiaçıya borcu yoxdur. Apellyasiya məhkəməsi ekspert rəyini cavabdehə verməkdən imtina etmişdir. Məhkəmə qətnaməsindən görünmüşdür ki, ekspert rəyi saxtadır. Göstərilənlərə əsasən onlar iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.03.2019-cu il tarixli, 2(105)-109/2019 nömrəli qət naməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçı “xxxx” Lizinq Şirkəti QSC nümayəndəsi, Cavabdeh2 vəkili Vəkil və digər cavabdeh X3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbayca n Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, “xxxx” Lizinq Şirkəti QSC ilə bağlanmış 06.09.2010-cu il tarixli ************ saylı X6 Müqaviləsinə 05.09.2011-ci il tarixli öhdəliyin ötürülməsi haqqında əlavə razılaşmaya əsasən “xxxx” Lizinq Şirkəti QSC 2006-cı il buraxılışı olan **-PC-*** dövlət qeydiyyat nişanlı, “Land Rover” markalı minik avtomobilini öz mülkiyyətinə əldə edərək, onu Cavabdeh1 müvəqqəti istifadəsinə vermişdir. Bununla da Cavabdeh1 38240 USD məbləğində borcu illik 19% olmaqla, 60 ay müddətində “xxxx” Lizinq Şirkəti QSC-yə ödəməyi öz öhdəsi nə götürmüşdür. Bu müqavilədən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə şirkət arasında bağlanmış 05.09.2011-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin lizinq alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Cavabdehlər Lizinq Müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş illik 19% olmaqla mütəmadi olaraq hər ay ödəniş etməli olduqları halda, müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödənilməli məbləği ödəməmişlər və bununla da öhdəliklərini vaxtında və lazımı qaydada icra etməmişlər. Bundan sonra, Cavabdeh1 tərəfindən lizinq obyekti 14.07.2016-cı il tarixdə “xxxx” Lizinq Şirkəti QSC-yə təhvil verilmişdir. Nəticədə cavabdehin X6 Müqaviləsi üzrə lizinq obyekti təhvil verilən tarixə kimi öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyinə görə borcu yaranmışdır. Apellyasiya kollegiyası borc məbləği ilə bağlı məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişvə əldə edilmiş ekspert rəyinə əsasən birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin faiz borcu hissəsində dəyişdirilməsi, qalan hissələrdə isə qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyek tindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci m addəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşı sında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətində göstərilən dəlillər formal xaraktlerli olmuş, iş materialları ilə öz təsdiqini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi işin hallarına ətraflı şəkildə hüquqi qiymətini verməklə münasibət bildirmiş, mübahisənin həllinə düzgün yanaşmış, maddi və prosessual hüquq normalarının tələblərinin pozuntusuna yol verməmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbayca n Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-109/2019 saylı, 19.03.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar