Məhkəmə qərarları › İş №2(102)-6121/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-6121/2022

13.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6121/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh YYYqızına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddiadan imtina, iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh YYYqızına qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 avqust 2022-ci il i tarixli, 2(103)-4860/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikas ı Ali Məhkəməsinin inzibati binasında 13 dekabr 2022ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh YYYqızı qonşu olmaqla Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsindəki 24 saylı binada yaşayırlar.

2. Həmin yaşayış binasının 8 saylı mənzili İddiaçı mülkiyyətində, 6 saylı mənzil isə Cavabdeh YYYqızının mülkiyyətindədir (bax: iş səh. 9 və 116). İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh YYYqızına qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, binanın daşıyıcı divarında cavabdeh tərəfindən qanunsuz açılmış pəncərənin cavabdeh tərəfindən öz vəsaiti hesabına hörülüb bağlanması, daşıyıcı divarın əvvəlki vəziyyə tinin bərpa edilməsi, zirzəminin iddiaçının istifadəsində və sahibliyində olan hissəsinə giriş qapısının arxadan cavabdeh tərəfindən mişar daşı ilə hörülmüş hasarın cavabdehin vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətə gətirilməsi və iddiaçının həmin hissədən istifadəsinə cavabdeh tərəfindən törədilən maneənin qadağan edilməsi, yaşayış binasının həyətində cavabdeh tərəfindən qanunsuz tikilmiş taxta hasarın cavabdeh tərəfindən öz vəsaiti hesabına sökülüb təmizlənərək əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 40 ildən artıq bir müddətdir mübahisəli ünvanda yaşayır. Cavabdeh binanın daşıyıcı (yüksaxlayan) divarında qanunsuz pəncərə açmış, bununla da binanın qəzalı vəziyyətə düşməsinə şərait yaratmışdır. Cavabde h həmçinin binanın həyətini zəbt edərək hasarlamış və burada bağça salmışdır. Cavabdehin bu özbaşınalığı və qanunsuz əməlləri nəticəsində binanın onsuz da kiçik olan həyəti daha da darısqal vəziyyətə düşmüş, həyətdə hərəkət etmək imkanı məhdudlaşmış, eyni zamanda həyətə giriş-çıxışa məhdudiyyət yaranmışdır. Yaşadıqları binanın zirzəmisi bina sakinlərinin ümumi istifadəsindədir. Belə ki, hər bir sakin binanın zirzəmisinin müəyyən hissəsini arakəsmə yolu ilə bağlayaraq oradan istifadə edir. Cavabdeh və o da həmin binanın zirzəmisindən qeyd edildiyi kimi istifadə edirlər. Lakin cavabdeh zirzəminin onun istifadəsində olan hissəsindəki giriş qapısını arxadan mişar daşı ilə bağlayaraq onun istifadəsini tam məhdudlaşdırıb. Hal-hazırda o, zirzəminin onun istifadəsində olan hissəsinə daxil ola bilm ədiyi üçün orada olan əşyalarından da istifadə edə bilmir. Cavabdehin özbaşına, qanunsuz tikdirdiyi hasar yaşayış binasının onun yaşadığı mənzilin olduğu dəhlizinin bilavasitə qarşısında yerləşdiyinə görə, onun mənzilinin giriş-çıxışına əsaslı şəkildə maneə yaradır, eyni zamanda bina sakinlərinin ümumi birgə istifadəsi üçün nəzərdə tutulmuş həyətdən istifadə etməkdən onu tamamilə məhrum edir.

5. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, cavabdehin evinin arxasında qonşu 3 mərtəbəli ev tikib və həmin ev cavabdehin evinə işığın düşməsinə maneə yaradır. Buna görə də, cavabdeh məcbur qalaraq mübahisəli pəncərəni açıb. Həmin pəncərə iddiaçının heç bir hüquqlarını pozmur. Bunu sübut edən məhkəmə qərarları da mövcuddur. Həmin evdə yaşayan əlil v ə azyaşlıların vəziyyətini də nəzərə almaq lazımdır. Ümumi iddia müddəti 10 ildir, mübahisəli pəncərə isə 15 ildən çoxdur ki mövcuddur. Bu da bir daha həmin pəncərənin iddiaçının hüquqlarını pozmadığını göstərir. Sadəcə tərəflər arasında torpaqla bağlı mübahisə olduğundan iddia qaldırıblar. Binanın qəzalı vəziyyətdə olmasını MİS-dən də bildiriblər, həmin bina sökülməlidir. Bu, cavabdehin açdığı pəncərə ilə əlaqəli deyil.

6. Birinci instansiya məhkəməsi tərəfindən yerində müayinə zamanı müəyyən edilmişdir ki, yaşayış binasının iddiaçı və cavabdehin də yaşadıqları mənzillərin girişinin qarşısında yerləşən torpaq sahəsi taxta hasara alınmış və giriş qapısı cavabdeh tərəfindən bağlanmışdır. Taxta hasarın içərisində hamam yerləşir. Yerində müayinə zamanı cavabdehin nümayəndəsi bildirmişdir ki, hamam onlara məxsusdur və hamamın yerləşdiyi bağçanı əhatə edən taxta hasarın qapısının açarı da onlardadır. Mülkiyyətçilərinin hər birinin istifadə və sahibliyinə haqqı çatan və ümumi istifadə üçün nəzərdə tutulmuş yaşayış binasının yerləşdiyi torpaq sahəsinin bir hissəsi (iddiaçı və cavabdehin də mənzillərinin yerləşdiyi girişə aid hissə) yalnız cavabdeh tərəfindən istifadə edilir və onun sahibliyindədir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 13 aprel 2022-ci il tarixli, 2(011)-41/2022 nömrəli qətnaməsi ilə (hakim P.M.Zamanlı) iddia qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, 24 saylı binanın həyətində tikilmiş taxta hasarın Cavabdeh tərəfindən öz vəsaiti hesabına sökülüb təmizlənərək əvvəlki vəziyyətə gətirilməsi qə t edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 227.1, 227.2, 157.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin taxta hasarın sökülməsi hissəsində ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 avqust 2022-ci il tarixli, 2(103)-4860/2022 nömrəli qətnaməsi ilə (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və E.C.Kazımov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişd irilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının bəhs etdiyi hasar sökülərsə, onların istifadə etdiyi hamam və tualetin qarşısı açıq qalmış olacaqdır. Həmin hasar 1980-ci ildən mövcuddur. İddiaçının özü də binanı digər tərəfini hasara almışdır. Sökülməsi nəzərdə tutulan hasar iddiaçıya heç bir maneə törətmir. b) Kassasiya şikayətinə etirazın dəlilləri

14. İddiaçı məhkəmə k ollegiyasına 12 oktyabr 2022-ci ildə notariat qaydada təsdiqlənmiş ərizə göndərərək, Cavabdeh YYYqızına qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia tələbindən imtina etdiyini bildirmiş, iddiadan imtinanın qəbul edilməsini, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

15. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya baxışının hədləri

16. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut k imi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

17. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya insta nsiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.

19. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan R espublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

21. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

22. Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.

23. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkəti qəbul etmir. Belə halda məhkəmə mübahisəyə mahiy yəti üzrə baxır.

24. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.

25. Maddə 261.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.

26. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

27. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, baxılan iş üzrə iddiaçının iddiadan imtina etməsi qəbul edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.

29. Belə ki, iddiadan imtina etmək iddiaçının əsas prosessual hüquqlarından biridir və mülki prosesin dispozitivlik prinsipindəm irəli gəlir. İddiadan imtina ciddi prosessual nəticələr törətdiyinə görə, iddiada n imtina edilməsinin ifadə formasına (şifahi və ya yazılı), imtinanın qəbul edilməsi qaydalarına dair bir sıra tələblər müəyyən olunmuşdur. Bu baxımdan iddiadan imtina bilavasitə iddiaçının iradəsini ifadə etməlidir. İddiadan imtina iddiaçının birtərəfli, prosessual mahiyyətli sərəncamverici iradəsidir və yazılı formada ifadə edilməlidir. İddiaçı məhkəmə iclasında iştirak etdikdə bilavasitə işə baxan məhkəməyə yazılı ərizə verməklə və ya məhkəməyə notariat qaydada təsdiq edilmiş yazılı ərizə göndərməklə iddiadan imtina edə bilər. İddiaçının iddiadan imtina etməsi dedikdə - onun cavabdehə olan öz maddi-hüquqi tələblərindən və deməli, məhkəmə prosesini davam etdirməkdən şərtsiz imtina etməsi başa düşülür. Eyni zamanda şifahi icraat zamanı məhkəmə iddiaçının etdiyi hərəkətlərin əhəmiyyətini v ə mənasını ona izah etməli və belə imtinanın könüllü olmasını müəyənləşdirməlidir.

30. Qanunverici iddiaçının iddiadan imtina etməsinin qəbul edilməməsi əsaslarını da müəyyən edib. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa, həmin hərəkətlər hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə iddiadan imtinanı qəbul etməkdən imtina etməlidir. Qeyd olunan hərəkətlərin qanuna zidd olması iki mənada başa düşülməlidir: birincisi, müvafiq prosessual hərəkətin qanunvericiliyin tələbi pozulmaqla edilməsi; ikincisi, həmin hərəkətin mahiyyətinin qanuna zidd olması.

31. Bu baxımdan iddiaçının cavabdehə qarşı iddia tələblərindən imtina etməsi prosessual qanunvericiliyin tələblərinə zidd deyil. İddiaçının iddiadan imtina etməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. İddiadan imtinanın qəbul edilməsini istisna edən hallar müəyyən olunmur. Buna görə də iddiaçının iddiadan imtina etməsi qəbul edilməlidir.

32. İddiadan imtina etmənin qəbul olunması, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməsinə səbəb olur.

33. MPM-nin 417.1, 417.1.5-ci maddələrinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

34. Məhkəmə kollegiyası xatırladır ki, MPM-nin 262.4-cü maddəsi nə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

35. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq, Qərara aldı: İddiaçı iddiadan imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 avqust 2022-ci il i tarixli, 2(103)-4860/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh YYYqızına qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işin icraatına, iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar