Məhkəmə qərarları › İş №2(102)-6128/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6128/2019

26.09.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6128/2019 26.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Rüstəmov Əli Məhəmməd oğlu ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, cavabdehlərdən Cavabdeh3 və vəkili X8 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(075)92/2019 hakim E.M.Mehdiyev)İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Şəki şəhər 2 saylı Xüsusi Notariat Kontoruna qarşıiddiası qismən təmin edilmiş, İddiaçı tərəfindən Şəki şəhəri, X29 prospekti, dalan 7, ev 8 ünvanında yerləşən fərdi yaşayış evinin anası X2 mülkiyyətində olan 1/4 hissəsindən və dayıları X12 mülkiyyətində olan 1/4 hissəsinin 1/8 hissəsindən ibarət mirasın qəbul edilmiş hesab edilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmiş, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşılıqlı iddiası təmin edilmiş, Şəki şəhəri, X29 prospekti, dalan 7, ev 8 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə ümumi əmlakdan onların hər birinə 1/12 hissə və 1/32 hissə olmaqla paylarının müəyyən edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 may 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(107)-1297/2019 hakimlər Ə.T.Məcidov, İ.F.Quliyev, M.A.Əsədli) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinəgöndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən, anası Əlibalayeva Ehyə Məhyəddin qızından, xalaları X9, X3 və dayısı X10 miras qalmış əmlakın (fərdi yaşayış evi və sahə) bütöv olaraq yalnız onun tərəfindən qəbul edilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Şəki şəhəri, X29 prospekti, dalan 7, ev 8 ünvanında yerləşən miras əmlaka münasibətdə subyektiv vərəsəlik hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 miras əmlaka paylarının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia vermişlər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlnin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üçün əhəmiyyət kəsb edən hallar düzgün araşdırılmamışdır. Belə ki, qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməli olmadığı halda icraata qəbul edilərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəll əsinin 155-ci maddəsinin tələbləri pozulmuşdur. Eyni zamanda cavabdehlərin miras qoyanın dəfn mərasimlərində iştirakı miras əmlakı faktiki olaraq qəbul etmə kimi qiymətləndirilərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1246-cı maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə iclasənın vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsi nə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Tərəflər arasındakı mübahisə miras əmlakla bağlı olmaqla, Şəki şəhəri, X29 prospekti, dalan 7, ev 8 ünvanında yerləşən həmin əmlak iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçıların mərhum babasına və nənəsinə məxsus olmuş, əmlaka 1989-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Onların vəfatından sonra həmin əmlak hər birinə 1/4 hissə olmaqla qeyd olunan şəxslərin övladlarına- X6, X22, X16 və X17 vərəsəlik qaydasında keçmişdir. Hazırki iş üzrə İddiaçı 2000-ci ildə vəfat edən Ehyə Əliba layevanın, qarşılıqlı iddiaçılar Qalib, Sahib və Cavabdeh2lar isə 2005-ci ildə vəfat edən Minirə Qasımovanın birinci növbə vərəsələridir. İddiaçı miras əmlak olan həmin mülkə yalnız özünün faktiki sahiblik etməklə qəbul etdiyinə istinad edərək Qalib, Sahib və Cavabdeh2ların vərəsəlik hüquqlarının itirilmiş hesab edilməsini tələb edir. Qarşılıqlı iddiaçılar isə miras əmlakda paylarının müəyyən edilməsini tələb edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan evin paylı mülkiyyətçilərindən X7 münasibətdə İddiaçı, X11 münasibətdə isə Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, X18 münasi bətdə isə X19 və X13 birinci növbəli vərəsələr sayılırlar. Həmin evin paylı mülkiyyətçilərindən X17 münasibətdə isə X14, X16 və X15 uşaqları, yəni hazırki iş üzrə tərəflər də daxil olmaqla 8 nəfər ikinci növbəli vərəsələrdir. Qanunvericiliyin tələblərinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Buna görə də mübahisə predmeti olan evin paylı mülkiyyətçilərindən X11 münasibətdə onun birnci növbəli vərəsələri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, X18 münasibətdə isə X19 və X1 olmaları, 21 iyul 1994cü il tarixdə vəfat etmiş X20 ailə və övladlarının olma ehtimallarını nəzərə alaraq onlara münasibətdə sonrakı növbənin vərəsəsi kimi İddiaçı vərəsəliyini istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbul edilməsi əsaslarını müəyyən edən 1243-cü maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunun mənasına görə mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət ərzində mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, qarşılıqlı iddiaçılar miras əmlaka faktiki sahiblik etməklə, mirası qəbul etmişlər. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, qətnamə maddi və prosess ual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar