Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6139/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri 6 saylı Notariat kontoruna və X1 qarşı ilkin iddiası, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddiası üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsinin etibarsız hesab edilməsi, icra qeydinin ləğv edilməsi, pul tələbi, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhəri 6 saylı Notariat kontoruna və Cavabdeh1 qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilmə si” tələbinə dair ilkin iddiası, Cavabdeh1 İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4355/2022 nömrəli, 09 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli və 28 fevral 2017-ci il tarixli razılaşmalarda müvafiq olaraq YYY, LLL və FFFnın "xxxx" MMC-yə 60000 ABŞ dolları, 30000 ABŞ dolları və 40000 ABŞ dolları məbləğində 1 il müddətinə illik faiz dərəcəsi 20 faiz olmaqla vəsait verdiyi əksini tapmışdır.
2. İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh1 ilə borc müqaviləsi bağlayaraq, 100.000 ABŞ dolları məbləğində borc almağı və xx.xx.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Bakı şəhəri 6 saylı Notariat kontoruna və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 6 saylı Notariat kontorunda bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş icra qeydinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, bağlanmış kredit müqaviləsinə əsasən guya o, cavabdehdən 100000 ABŞ dolları məbləğində borc pul almışdır. Əslində isə cavabdehdən pul almamışdır. Cavabdeh onun atasının i şçisi olmuşdur. Atası xx.xx.2017-ci il tarixdə öləndən sonra cavabdeh ona demişdir ki, atası sağlığında ondan 130000 ABŞ dolları məbləğində borc pul almış, həmin borcdan 30000 ABŞ dolları məbləğində pulu qaytarmış, 100000 ABŞ dolları isə borclu qalmışdır. Cavabdeh həmin pulu ondan tələb etmiş və verməyəcəyi təqdirdə onu və atasını rüsvay edəcəyini bildirmişdir. O, biabırçılığın qarşısını almaq üçün məcbur olub 6 saylı notariat kontorunda müqavilə bağlamağa məcbur olmuşdur. Məcburiyyət qarşısında müqavilə bağladıqdan sonra qohumlarından pul alaraq cavabdehin borcunu tam qaytarmış və borcu olmadığını bildirdikdə cavabdeh ona demişdir ki, ona əlavə faiz də ödəməlidir, çünki atası pulu faizlə almışdır. O, buna etiraz etdikdə cavabdeh notariusdan icra qeydi alaraq icra məmurları vasitəsilə onda n pulu tələb etmişdir. O, cavabdehdən heç vaxt borc pul almamışdır və həmin kredit müqaviləsi yalan əqd olmaqla başqa əqdi pərdələmək məqsədilə bağlanmışdır.
5. Eyni zamanda Həsənova X2 Fuad Ceyhun oğluna qarşı qarşılıqlı iddia verərək, cavabdehdən 100.000 ABŞ dolları məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçını onun atası vasitəsilə tanımışdır. İddiaçı ondan borc pul istəmiş o, atasının xatirinə və ona inanaraq iddiaçıya 100000 ABŞ dolları məbləğində borc vermiş və borc müqaviləsini xx.xx.2018-ci il tarixdə 6 saylı notariat kontorunda rəsmləşdirmişlər. İddiaçı müqavilənin birinci səhifəsinin sonunda öz xətti ilə “pulu tam şəkildə aldım” sözlərini yazmışdır. Müqaviləyə görə iddiaçı pu lu xx.xx.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürsə də, heç bir ödəniş etməmişdir. Sonradan iddiaçı ona yenidən vaxt verməyi xahiş etmiş, onun mərhum atasına görə yenə də notariat kontorunda xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə xx.xx.2018-ci il tarixli əlavə saziş bağlamışlar, həmin sazişə görə iddiaçı pulu xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə şərtlərini pozaraq borcunu qaytarmamışdır. Borcu ondan istədikdə qaytarmayacağını bildirdiyindən xx.xx.2019-cu il tarixdə icra qeydinin verilməsi barədə elektron qaydada notariusa müraciət etmişdir.
7. Birinci instansiya məhkəməsində şahid X3 göstərmişdir ki, Cavabdeh1 tanımır. Lakin İddiaçı ona pul verdiyini bilirdi. İddiaçı Cavabdeh1 verdiyi pulun mərhum atasının borcu olduğunu ona demişdir. İ ddiaçı deyirdi ki, əsas borcu verib, indi də üstünü qaytarır. İddiaçının cavabdehə nə qədər pul qaytardığını bilmir, amma bir dəfə 2800 manat verməsinin şahidi olmuşdur. Cavabdehi ilk dəfədir məhkəmə iclas zalında görür. İddiaçı pulu verəndə cavabdeh qara rəngli maşında gəlmişdir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3007/2020 saylı, 05 noyabr 2020ci il tarixli qətnaməsi ilə (hakim P.Zamanlı) ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək, 100000 ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla) İddiaçı tutularaq Cavabdeh1 ödənilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.
9. Məhkəmə ilk iddianın rədd edilməsinə dair hissədə gəldi yi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı müqavilənin etibarsız hesab edilməsi üçün 2 dəlil irəli sürür. Birincisi, iddiaçı qeyd edir ki, cavabdehin deməsinə inanaraq guya atasının ona borcu olduğu üçün müqavilə bağlamış, müqavilədə göstərilən pul vəsaitini almamışdır. İkincisi, iddiaçı qeyd edir ki, müqaviləni hədə-qorxu təsiri altında məcburiyyət qarşısında bağlamışdır. Buna görə də borc müqaviləsini yalan əqd hesab edir. İddiaçının iddia etdiyi hallar, yəni kredit müqaviləsində qeyd edilmiş pul vəsaitinin ona verilməməsi və müqaviləni hədə-qorxunun təsiri altında bağlaması tərəflər arasında bağlanmış müqavilənin etibarsız əqd olması üçün əsasları yaratmış olur. Lakin əvvəla, iddiaçı müqavilənin etibarsız hesab edilməsi üçün irəli sürdüyü dəlillərini (pulu almamasını və müqaviləni hədə-qorxu təsiri altında bağladığını) sübuta yetirə bilməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi).
10. Həmçinin, iddiaçı xx.xx.2018-ci il tarixli müqaviləni yalan əqd hesab etsə də, bu əqdi başqa hansısa əqdin pərdələnməsi məqsədilə bağlandığını sübut edə bilməmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi, guya atasının borclu olduğuna görə sözügedən müqaviləni bağlaması əslində vərəsəlik hüquq münasibətlərindən doğan bir haldır ki, bu halda iddiaçının bağladığı xx.xx.2018-ci il tarixli müqavilə onun vərəsə kimi miras qoyanın kreditrolarının mənafeyini təmin etmə öhdəliyindən irəli gəlmiş olur ki, bu zaman sözügedən müqavilə yalan əqd ola bilməz.
11. Digər tərəfdən, iddia çı əqdin etibarsızlığına əsas olmuş halları bildiyi halda, onu mübahisələndirmək üçün qanunla müəyyən edilmiş 1 illik müddəti ötürməklə məhkəməyə müraciət etdiyindən iddia təmin edilə bilməz.
12. Birinci instansiya məhkəməsi həmin hissədə gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 354.2-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinad etmişdir.
13. Məhkəmə qarşılıqlı iddianın təmin edilməsi hissəsində mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında etibarlı borc (kredit) müqavilələri bağlanmış, iddiaçı öhdəliyini icra edərək razılaşdırılmış pul məbləğini cavabdehə verməklə, həmin pula olan mülkiyyət hüququnu da cavabdehə vermişdir. Lakin cavabdeh həm qanunvericilikdə, həm də tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyini pozaraq, razılaşdırıl mış müddət başa çatsa da, pulu qaytarmamaqla öhdəliyini pozmuşdur.
14. Məhkəmə bu hissədə mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 739.1, 740.2 və 385.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
24. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilərək, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin əsası olan kredit müqaviləsinin etibarsız sayılması üçün kifayət qədər əsaslar olsa da, məhkəmə buna hüquqi qiymət verməmişdir. Belə ki, cavabdehdən borc almamışdır və bu fakt borcun alınması üçün tələb olunan bank hesabının açı lmamasında, şahid ifadəsi ilə təsdiq olunmuşdur.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9587/2021 saylı, 3 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Vəfaddin İbayev və Rəşad Həsənov) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, İddiaçı cavabdehlər Bakı şəhəri 6 saylı Notariat kontoruna və Cavabdeh1 qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi” barədə iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat kontorunda bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 İddia çı qarşı 100000 ABŞ dolları məbləğində pulun İddiaçı alınaraq ona verilməsi barədə qarşılıqlı iddia ərizəsinin təmin olunmaması qət edilmişdir.
27. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılmayaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki: birinci instаnsiyа məhkəməsi mübаhisələndirilən müqavilənin etibarlı olub-olmaması ilə bağlı təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmununu dəqiqləşdirməmiş, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməmiş, bir sözlə əqdin еtibаrlılığını müəyyən еtməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən müqavilənin tərəflərin imzalaması və onun notariat qaydasında təsdiqlənməsinin mübahisə predmeti olmamаsı, mülki iş üzrə iddia tələbinin mə hz həmin müqavilənin sırf görünüş üçün bağlandığını, tərəflərin həqiqi hüquqi niyyətlərini əks etdirmədiyi səbəbindən etibarsız sayılması ilə bağlı olması nəzərə alınmamış, əqd iştirakçılarının iradə ifadələrinin həqiqi məzmununa qiymət verilməmişdir. 27.1. Belə ki, apellyasiya baxışı zamanı Cavabdeh1 izahatında göstərmişdir ki, İddiaçı atasının ona 160000 ABŞ dolları məbləğində borcu olmuş, həmin borc yaxın qohumları YYY, LLL və FFFnın adına rəsmiləşdirilmişdir, həmin borcdan cəmi 30000 ABŞ dollar məbləği ona qaytarılmışdır, lakin qalan pul ona qaytarılmamışdır. Həmin pulun İddiaçıla aralarında olan borc münasibətlərinə aidiyyatı olmamışdır. 27.2. Təqdim edilmiş xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli və 28 fevral 2017-ci il tarixli razılaşmadan görünür ki, "xxxx" MMC-nin direk toru CCC digər tərəfdən müvafiq olaraq YYY, LLL və FFF 60000 ABŞ dolları, 30000 ABŞ dolları və 40000 ABŞ dolları məbləğində "xxxx" MMC-yə 1 il müddətinə illik faiz dərəcəsi 20 faiz olmaqla vəsait vermişdir. 27.3. Lаkin аpеllyаsiyа bахışı zаmаnı Cavabdeh1 mərhum CCCun оnа оlаn bоrcunun ödənilmədiyi təqdirdə yеnidən özünün bildirdiyi kimi, xx.xx.2018-ci il tarixdə 6 saylı notariat kontorunun həyətində iddiaçıya оnun хаhişi ilə yеnidən 100000 ABŞ dolları məbləğində borc verməsinin səbəblərini məntiqi оlаrаq izаh еdə bilməmişdir. 27.4. Məhkəmə kоllеgiyаsı dа iddiаçının bu izаhаtınа tənqidi yаnаşаrаq hеsаb еdir ki, mərhum CCCun R.Həsənоvаyа оlаn bоrcu qаytаrılmаdığı təqdirdə, bаşqа sözlə, cаvаbdеhin bоrcunu gеri аlmаmış, xx.xx.2018-ci il tarixdə 6 saylı notariat kontorunun həyətində iddiaçıya 1 00000 ABŞ dolları məbləğində pulu nаğd şəkildə borc vеrməsi, bir sözlə iddiаçının cаvаbdеhdən bоrc pul istəməsi və bu bоrcu həqiqətən оndаn аlmаsı inаndırıcı görünməməklə yanaşı işin аrаşdırılmış digər hаllаrı ilə təsdiqlənmir. İşin həqiqi halları ilə müəyyən edilir ki, "xxxx" MMC-nin direktoru qismində X5 Babayeva, LLL və FFF arasında borc münasibətləri olmuş, Cavabdeh1 isə həmin pulun ona aid olmasını, lakin rəsmiləşdirilmənin YYY, LLL və FFF adına olmasını bildirmişdir. Səs danışıqları zamanı isə İddiaçıla bağlanmış müqavilə üzrə borca dair hər hansı danışıq olmamış, cаvаbdеh yаlnız mərhum CCCun bоrcunun qаytаrılmаsındаn dаnışmışdır. Digər tərəfdən Cavabdeh1 izahatında İddiaçıla aralarında bağlanmış müqaviləyə əsasən verilməli olan 100000 ABŞ dolları məbləğində pul vəsaiti notariusun hə yətində sonuncuya verilməsi fаktının mövcudluğunа dаir göstərdikləri də işin аrаşdırılmış hаllаrı ilə uzlаşmır. 27.5. Məhkəmə kоllеgiyаsı həmçinin iddiaçının müqavilənin birinci səhifəsinin sonunda öz əl yazısı ilə “pulu tam şəkildə aldım” sözlərini yazmаsınа birinci instаnsiyа məhkəməsinin istinаd еtməsinə tənqidi yаnаşаrаq bu hаlın əhəmiyyətsiz оlmаsı qənаtinə gəlməklə yаnаşı hesab etmişdir ki, müqavilə üzrə verilmiş 100000 ABŞ dollar məbləğində olan vəsaitin məhz İddiaçı tərəfindən alınması halı da işin аrаşdırılmış hаllаrı ilə öz təsdiqini tаpmаmışdır. Qeyd olnanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi məhz Cavabdeh1 mərhum CCCla aralarında olan borc münasibətlərini pərdələmək məqsədi ilə bağlandığından, bеləliklə də əhəmiyyətsiz əqd m ahiyyətində olduğundаn etibarsız hesab edilməlidir. 27.6. Məhkəmə kоllеgiyаsı həmçinin birinci instansiya məhkəməsinin iddia tələbinə iddia müddətini tətbiq etməsi ilə də rаzılаşmır. İddiаçı əhəmiyyətsiz əqd üzrə iddiа qаldırmış və həmin əqd bаğlаndığı аndаn еtibаrsız sаyıldığındаn hazırki iş üzrə iddia müddəti tətbiq edilə bilməz. 27.7. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi əhəmiyyətsiz əqd оlаrаq etibarsız hesab edildiyindən Cavabdeh1 100000 ABŞ dolları məbləğində pulun İddiaçı alınaraq ona verilməsi barədə iddiа tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, İddiaçı tələbində icra qeydinin də ləğv edilməsini xahiş etsə də, işdən görünür ki, icra qeydi məhz tərəflər arasında bağ lanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən verilmişdir ki, həmin müqavilə də artıq etibarsız hesab edilmişdir. Belə olan halda ilk iddia tələbi həmin hissədə və ilkin iddiа tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin еtibаrsızlığınа dаir hissədə təmin еdildiyi üçün qаrşılıqlı iddiа dа təmin еdilə bilməz.
28. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 389.1, 324.5, 404 və 337-ci maddələri, Mülki Proosessual Məcəllənin 76.2-ci maddəsi, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyа Məhkəməsi Plеnumunun xx.xx.2021-ci il tаriхli qərаrı, «N.Əsədovanın şikayəti üzrə Azər baycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyа Məhkəməsi Plеnumunun xx.xx.2021-ci il tаriхli qərаrı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarı, X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanu nlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli qərarına istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
29. Cavabdeh1 qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən araşdırılması üçün göndərilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 739.1-ci maddəsinin normaları pozulmuşdur. Belə ki, İddiaçı ilə 28 fevral 2018-ci il tarixdə bağlanmış müqavilə hər hansı bir əqdi pərdələmək üçün bağlanmamışdır. İddiaçı ondan borca pul istəmiş, atasının xatirinə və ona inanaraq İddiaçı 100000 ABŞ dolları borca pul vermişdir.
31. Müqavilə etibarsız sayıla bilməz. Müqavilə hədə-qorxu altında bağlanmış olsa idi ikinci, hətta üçüncü dəfə notariusa müqavilə müddətinin uzadılması üçün İddiaçı könüllü olaraq getməzdi. Bundan əlavə, İddiaçı hədə-qorxu altında müqaviləni bağladığını bildirir və bu səbəbdən də etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinin şərtlərini pozaraq müqaviləni etibarsız hesab etmişdir.
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)1712/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər: Ə.G.Nurməmmədov (məruzəçi), İ.R.Xələfov və A.Q.Hüseynovdan ibarət tərkibdə) Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
33. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018ci il tarixli borc müqaviləsini başqa əqdi pərdələmək məqsədi ilə bağlanan yalan əqd kimi qiymətləndirsə də, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaları diqqətdən qaçırmış, tətbiq etməmişdir. Halbuki apellyasiya məhkəməsinin özünün müəyyən etdiyi yuxarıda göstərilən hallardan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixli borc müqaviləsi bağlamaqla mərhum atası CCCun ("xxxx" MMC-nin) Cavabdeh1 olan borcun qaytarılmasını öhdəsinə götürmüş, müqavilə tərəflərinin əslində nəzərdə tutduqları razılaşma bundan ibarət olmuşdur.
34. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və h ərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir.
35. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 340, 385 və 739-cu maddələrinə istinad etmişdir. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
36. İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4355/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və V.Sadıqo v) apellyasiya şikayəti qismən təmin edilmiş, Xətai Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək, 100.000 ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla) vəsaitin İddiaçı tutulub Cavabdeh1 ödənilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işin müəyyən olunan hallarına görə İddiaçı atası CCCun "xxxx" MMC-nin direktoru kimi Cavabdeh1 yaxın qohumları, anası və xalaları ilə xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli və 28 fevral 2017-ci il ta rixli yazılı müqavilələrə əsasən cəmi 160000 ABŞ dolları məbləğində pulu 1 il müddətinə illik faiz dərəcəsi 20 faiz olmaqla borc alması mübahisəsizdir. CCC 27 noyabr 2017-ci il tarixdə vəfat etmişdir. Hazırkı iş üzrə tərəflərdən İddiaçı həmin borcun atası tərəfindən Cavabdeh1 alındığını, Cavabdeh1 ilə 100000 ABŞ dolları borc alması barədə müqaviləni atasının (yaxud "xxxx" MMC-nin) borcuna görə bağladığını, hətta borcun bir hissəsini qaytardğını göstərir, səs yazısı sübut kimi qəbul edilən iddiaçının anası da bu faktı inkar etmir. Cavabdeh1 da anasının və xalalarının adından bağlanmış borc müqavilələrinə əsasən "xxxx" MMC-nin direktoru CCCa 160000 ABŞ dolalrı məbləğində pulun onun tərəfindən verildiyini, həmin pulun 30000 ABŞ dollarının qaytarıldığını göstərir.
38. Birinci instansiya məhkəm əsinin qənaətinə görə İddiaçı müqavilənin etibarsız hesab edilməsi üçün irəli sürdüyü dəlillərini (pulu almamasını və müqaviləni hədə-qorxu təsiri altında bağladığını) sübuta yetirə bilməmiş, həmçinin, o, xx.xx.2018-ci il tarixli müqaviləni yalan əqd hesab etsə də, bu əqdi başqa hansısa əqdin pərdələnməsi məqsədilə bağlandığını sübut edə bilməmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi, guya atasının borclu olduğuna görə sözügedən müqaviləni bağlaması əslində vərəsəlik hüquq münasibətlərindən doğan bir haldır ki, bu halda iddiaçının bağladığı xx.xx.2018-ci il tarixli müqavilə onun vərəsə kimi miras qoyanın kreditrolarının mənafeyini təmin etmə öhdəliyindən irəli gəlmiş olur ki, bu zaman sözügedən müqavilə yalan əqd ola bilməz. Digər tərəfdən, iddiaçı əqdin etibarsızlığına əsas o lmuş halları bildiyi halda, onu mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 1 illik müddəti ötürməklə məhkəməyə müraciət etdiyindən iddia təmin edilə bilməz. Birinci instansiya məhkəməsi həmin hissədə gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 354.2-ci, Mülki Proosessual Məcəllənin 77.1-ci maddələrinə istinad etmişdir.
39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianın təmin edilməməsi barədə nəticəsini düzgün əsaslandırmamışdır.
40. Belə ki, kollegiya hesab edir ki, İddiaçı müqaviləni hədə-qorxu təsiri altında bağladığını sübuta yetirə bilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi düzgün olsa da, müqavilə bağlanandan sonra pulu almamasına dair dəlillərinin inandırıcı və əsaslı olmasına işin faktiki halları baxımından və Mülki Məcəllənin 404.1-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir.
41. Həmin normaya əsasən isə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 38.1. İşin materiallarından görünür ki, İddiaçı atası sağlığında cavabdehdən 130000 ABŞ dolları məbləğində borc pul almış, 30000 ABŞ dolları məbləğində pulu qaytarmış, 100000 ABŞ dolları isə borclu qalması müqabilində özünün də etiraf etdiyi kimi 100000 ABŞ dolları borc almasına dair 6 saylı notariat kontorunda müqavilə bağlamağı etiraf etmişdir. 38.2. Lakin İddiaçı ərizəsində həmçinin qohumlarından pul alaraq cavabdehin borcunu tam qaytarmasını göstərsə də, işin bu halını, eləcə də, cavabdeh tərəfindən pulun qaytarılmadığı təqdirdə atasını rüsvay edəcəyini bildirməsini və onun da biabırçılığın qarşısını almaq üçün məcburiyyət qarşısında qeyd edilən müqaviləni bağlamasına dair məhkəmələrə heç bir sübut təqdim etməmişdir. 38.3. Cavabdeh İddiaçı atasının ölümündən 4 ay sonra ona mərhumun xatirinə və iddiaçıya inandığı üçün borc pul verməsini bildirsə də, bununla bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. İddiaçı cavabdehlə müqavilə bağlaması məhz atasının borcu ilə bağlı olmasına dair dəlilləri isə işin faktiki və araşdırılmış halları baxımından daha inandırıcıdır. Çünki, əvvəla İddiaçı cavabdehdən borc pul almasına zərurət olması və bu borcu istəməsini təsdiq etməmiş, ikincisi də onun imzaladığı m üqavilə cavabdehin özünün də təsdiq etdiyi mərhumun qalan 100000 ABŞ dolları borcu ilə bağlı olmuşdur. Başqa sözlə, İddiaçı bu müqavilə ilə faktiki olaraq atasının cavabdehə olan borcunu etiraf etmişdir. 38.4. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından İddiaçı qeyd edilən müqavilə üzrə pul almamasını sübut edə bilmiş, cavabdeh isə konkret ona borc pul verməsini sübut edə bilməmişdir. 38.5. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçı əqdin etibarsızlığına əsas olmuş halları bildiyi halda, onu mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 1 illik müddəti ötürməklə məhkəməyə müraciət etdiyindən iddiası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsinin tələbləri baxımından da əsaslı sayıla bilməz. 38.6. Bununla belə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə məzununa əsasən onların əsas niyyətləri üzrə iradə ifadəsi olmasa da, bu həmin müqavilənin yalan əqd kimi deyil, iddiaçının atasının cavabdehə qalmış borc məbləğinin qaytarılması məqsədi ilə bağlanmış mövcud borcun etirafı haqqında mücərrəd müqaviləsi kimi qiymətləndirilməlidir. 38.7. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcu dluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. 38.8. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı etiraf edilmiş borc üzrə öhdəliyini icra edərək razılaşdırılmış pul məbləğini cavabdehə verməməklə həm qanunvericilikdə, həm də tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyini pozaraq razılaşdırılmış müddət başa çatsa da, pulu qaytarmamaqla öhdəliyi pozmuşdur. 38.9. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından qarşılıqlı iddia üzrə iddiaçı və cavabdeh arasında mücərrəd borcun etiraf ilə bağlı hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və sonuncunun ona qaytarılmayan borcla bağlı tələbi də məhz yaranmış münasibətlər çərçivəsində dəyərləndirilməlidir.
42. Məhkəmə gəldiyi nəticənin əsas ı kimi Mülki Məcəllənin 340, 385, 404, 739, 740 və 882-c maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 80, 88, 106, 217, 218, 384, 385 və 420-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
43. İlkin iddia üzrə İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi hazırkı işdə tətbiq edilməli olmayan maddi hüquq normasını - Mülki Məcəllənin 882.1-ci maddəsini tətbiq etmişdir. Məhkəmə əsassız olaraq iddiaçının özünün bağladığı “borc müqaviləsi”ni iddiaçının atasının bağladığı borc müqaviləsi üzrə “mövcud borcun etir afı” kimi qiymətləndirmişdir. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış əhəmiyyətsiz əqdin icrası da olmamış, yəni, cavabdeh əqddə nəzərdə tutulan pul vəsaitlərini iddiaçıya verməmişdir. Bununla bağlı apellyasiya məhkəməsinin Mülki Məcəllənin 385.1-ci maddəsinə istinad edərək, ilkin iddia üzrə iddiaçının üzərinə mövcud olmayan, arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqdə istinad edilməklə qarşılıqlı iddia üzrə iddiaçıya pul vəsaitləri ödəmək öhdəliyi müəyyən etməsi tamamilə əsassız və qanunsuz olmuşdur. Digər tərəfdən, məhkəmə nəzərə almamışdır ki, iddiaçının mərhum atasının cavabdehə olan borcunun qaytarılması məqsədi ilə məhkəmə qaydasında qarşılıqlı iddia üzrə hər-hansı bir tələb irəli sürülməmişdir. Ümumiyyətlə, belə iddia yalnız Mülki Mə cəllənin 1306.1-ci maddəsinə istinad edilməklə qaldırıla bilərdi. Həmin normaya görə, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İlkin iddiaçı tərəfindən mərhum atasının mirasını qəbul etməsinə dair heç bir sübut olmadığı halda vərəsə kimi mərhum atasının kreditorlarını təmin etmək vəzifəsi daşımır və buna dair bağlanmış əqd görüntü üçün bağlanmış əqddən başqa bir şey deyildir. Belə olan halda, əhəmiyyətsiz əqdə istinad etməklə, iddiaçının mərhum atasının borcunun ödənilməsi vəzifəsinin iddiaçının üzərinə qoyulması yuxarıda istinad edilən normaların tələblərinə zidd olmaqla qanunsuz və əsassız olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. Kassasiya şikayəti nə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
46. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
47. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
48. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstər məli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
49. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
50. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
51. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsin ə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
52. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
53. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
54. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdir ilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fa ktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yo xlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. Kassatorun məhkəmə tərəfindən maddi hüquq normasının düzgün tətbiq olunmaması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun b ağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).
66. Əqdin qurucu əsasını iradə ifadəsi təşkil edir. İradə ifadəsi arzu olunan nəticəyə uyğun olmalıdır. İddiaçının izahatı onu deməyə əsas verir ki, cavabdehlə bağlanmış müqavilə iddiaçının atasının borcunun qaytarılması üzrə danışıqlarının nəticəsi kimi ortaya çıxmışdır. Bu niyyət kifayət qədər aydın iradə ifadəsidir və olan borcun etirafını ehtiva edir.
67. Əqdin etibarsız sayılması üçün əsaslardan biri – bəyan edil miş iradə ifadəsinin zədələnmiş olmasıdır. İddiaçı sözügedən müqavilə bağlanarkən cavabdehin rüsvayedici təhdidləri səbəbindən atasının borcunu qaytarmaq barədə müqavilə bağlamağa məcbur olduğunu bildirsə də, apellyasiya instansiyası məhkəməsi bu halın sübut olunmaması barədə nəticəyə gəlmişdir. Bu hal, iddiaçının müqavilənin etibarsız sayılması barədə tələbinin təmin edilməməsi üçün əsasdır və məhkəmə ilkin iddianı rədd erməkdə haqlı olmuşdur.
68. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
69. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
70. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4355/2022 nömrəli, 09 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi an