Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6140/2019 07.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, cavabdeh “xxxx” QSC-nin vəkili Sadıqov Şahin Bəxtiyar oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.05.2019-cu il tarixli, 2(103)5777/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.S.Məmmədov) 07 yanvar 2019cu il tarixli qətnaməsi i lə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “daşınmaz əmlakın qiymətləndirilməsi barədə rəyin etibarsız hesab edilməsi tələbinə dair” iddiasının rədd edilməsi, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Q.Nəbiyev, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) 06.05.2019-cu il tarixli, 2(103)-5777/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 yanvar 2019-cu il tarixli qətnaməsidəyişdirilmədən saxlanılmışdır. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh Qapalı Səhm dar Cəmiyyətinə qarşı “daşınmaz əmlakın qiymətləndirilməsi barədə rəyin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Yasamal Rayon məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 128/34 nömrəli binanın 4-cü mərtəbəsində olan 3 otaqlı 27 saylı mənzil və Sumqayıt şəhəri, 21-ci mikrorayon, 9C ünvanında yerləşən 0,03 ha torpaq sahəsi barəsində keçirilmiş qiymətləndirmə rəylərinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2017-ci il tarixli, 2(060)-487/2017 saylı qətnaməsi ilə Cavabdeh QSC-nin iddia qismən təmin edilərək, ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə milli manat ekvivalentində əsas borc üzrə 39.729,8 ABŞ dollarının, faiz bor cu üzrə 6.496,52 ABŞ dollarının, cərimə borcu üzrə 500 ABŞ dollarının, ümumilikdə 46.726,32 ABŞ dollarının, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumundan 20 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının borclular X1, X2 və X3 müştərək qaydada tutularaq, kreditor Cavabdeh QSC-yə ödənilməsi, tələbin Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 128/34 nömrəli binanın 4-cü mərtəbəsində olan 3 otaqlı 27 saylı mənzilə və Sumqayıt şəhəri, 21-ci mikrorayon, 9C ünvanında yerləşən 0,03 ha torpaq sahəsinə yönəldilməsi, Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 128/34 nömrəli binanın 4-cü mərtəbəsində olan 3 otaqlı 27 saylı mənzilin ilkin satış qiymətinin 38.435,60 mana t, Sumqayıt şəhəri, 21-ci mikrorayon, 9C ünvanında yerləşən 0.03 ha torpaq sahəsi ilkin satış qiymətinin 28.238,40 manat müəyyən edilməsi, daşınmaz əmlakların açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 46.726,32 ABŞ dollarının və 82 manat məbləğində pulun Cavabdeh QSC-yə ödənilməsi, qalan vəsaitin isə X5 qaytarılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. 07.03.2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, kredit xətti müqaviləsinin təminatı olaraq, Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 128/34 nömrəli binanın 4-cü mərtəbəsində X4 mülkiyyətində olan 3 otaqlı 27 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.4-cü bəndinə əsasən, ipoteka ilə yüklü edilmiş əmlak 38.435,60 manat məbləğində qiy mətləndirilmişdir. 21.01.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, kredit xətti müqaviləsinin təminatı olaraq, Sumqayıt şəhəri, 21ci mikrorayon, 9C ünvanında yerləşən 0.03 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.4-cü bəndinə əsasən, ipoteka ilə yüklü edilmiş əmlak 28.238,40 manat məbləğində qiymətləndirilmişdir. Hazırda Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 128/34 nömrəli binanın 4-cü mərtəbəsində olan 3 otaqlı 27 saylı mənzilin hazırki bazar qiyməti təxminən 70.000-80.000 manat, Sumqayıt şəhəri, 21-ci mikrorayon, 9C ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin isə hazırki bazar qiyməti 60.000 manat təşkil edir. Göründüyü kimi, qeyd olunan mənzilin və torpaq sahəsinin qiymətləndirilməsi ilə hazırki dövrün qiymətləndirilməsi arasında kəskin fərqlər mövc uddur. Belə ki, həmin qiymətləndirilmənin üzərindən xeyli vaxt keçmişdir. Keçən dövr ərzində manatın məzənnəsində müəyyən dəyişikliklərin baş verməsi daşınmaz əmlak qiymətlərinə də təsirsiz ötüşməyərək, qiymət fərqlərinin ortaya çıxmasına səbəb olmuşdur. Digər tərəfdən, bankın qiymətləndirməni vətəndaşın maraqlarına uyğun deyil, öz maraqlarına uyğun keçirməsi də şübhə doğurmur. Belə ki, Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 128/34 nömrəli binanın 4-cü mərtəbəsində olan 3 otaqlı 27 saylı mənzilin ilkin satış qiymətinin 38.435,60 manat, Sumqayıt şəhəri, 21-ci mikrorayon, 9C ünvanında yerləşən 0.03 ha torpaq sahəsi ilkin satış qiymətinin 28.238,40 manat müəyyən edilməsi reallığa uyğun deyildir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, ləğv, işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” QSC-nin vəkili Sadıqov Şahin Bəxtiyar oğlu kassasiya şikayətinə etiraz edərək, onun rədd, apellyasiya instansiyası məhkəməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 06.05.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 yanvar 2019-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-487/2017 saylı, 06 iyun 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddia qismən təmin edilmiş, ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə milli manat ekvivalentində əsas borc üzrə 39.729,8 ABŞ dolları, faiz borcu üzrə 6.496,52 ABŞ dolları, cərimə borcu üzrə 500 ABŞ dolları, ümumilkdə 46.726,32 ABŞ dollarının, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumundan 20 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının borclular X1, X2 və X3 müştərək qaydada tutularaq, kreditor “xxxx” QSC-yə ödənilməsi; Tələbin Sumqayıt şəhəri, 1-ci mikroroynda yerləşən 128/34 nömrəli binanın 4-cü mərtəbəsində olan 3 otaqlı 27 saylı mənzilə və Sumqayıt şəhəri, 21-ci mikrorayon, 9C ünvanında yerləşən 0.03 ha torpaq sahəsinə yönəldilməsi; Sumqayıt şəhəri,1-ci mikroroynda yerləşən 128/34 nömrəli binanın 4-cü mərtəbəsində olan 3 otaqlı 27 saylı mənzil ilkin satış qiymətinin 38.435,60 manat, Sumqayıt şəhəri, 21-ci mikrorayon, 9C ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin ilkin satış qiymətinin 28.238,40 manat müəyyən edilməsi; Daşınmaz əmlakların açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərclərinin çıxıldıqdan sonra 46.726,32 ABŞ dolları və 82 manat məbləğində pulun Cavabdeh ASC-nə ödənilməsi, qalan vəsaitin isə X6ytarılması qət edilmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassa siya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırki mübahisənin predmetini təşkil edən Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 128/34 nömrəli binanın 4-cü mərtəbəsində olan 3 otaqlı 27 saylı mənzil və Sumqayıt şəhəri, 21-ci mikrorayon, 9C ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin ilkin satış qiyməti Sumqayıt şəhər Məhkəməsinin 2(060)-487/2017 saylı, 06 iyun 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edildiyindən həmin halların yenidən araşdırılmasına zərurət yoxdur. Məhkəmə aktı ilə müəyyən edilən hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, şikayətin qe yd olunan dəlillərinin əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Kollegiya özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımından əhəmiyyət kəsb etsinlər. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlillə ri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.05.2019-cu il tarixli, 2(103)-5777/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6140/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6140/2019
07.10.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver