Məhkəmə qərarları › İş №2(102)-6143/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6143/2021

20.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6143/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri 45 saylı Notariat Ofisinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 qarşı “etibarnamənin ləğv edilməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: etibarnamənin ləğvi, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, İddiaçının vəkili Vəkil1, Üçüncü şəxsin vəkili Vəkil2 iştirakları il ə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 may 2021-ci il tarixli, 2(103)4687/2021 nömrəli qətnaməsindən üçüncü şəxsin qanuni nümayəndəsi xxx qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: X4 06 aprel 2010-cu il tarixdə Bakı şəhəri 45 saylı Notariat Kontorunda İddiaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus bütün əmlakının idarə edilməsinə və üzərində sərəncam verilməsinə dair 06 aprel 2040-ci il tarixə kimi qüvvəsi olan etibarnamə vermişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 aprel 2011-ci il tarixli qərarı ilə X4 Azərbaycan Respublikası CPM-nin 469.4-cü maddəsinə əsasən prosessual fəaliyy ət qabiliyyəti olmayan hesab edilmişdir. Bakı şəhəri 45 saylı Notariat Kontoru tərəfindən X4 adından İddiaçı verilmiş etibarnamənin hüquqi qüvvəsinə Qaradağ rayon Məhkəməsinin qərarına istinad edilməklə xitam verilmiş və bu barədə məlumat “Elektron notariat” informasiya sistemində 01 aprel 2012-ci il tarixdə yerləşdirilmişdir. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 03 sentyabr 2012-ci il tarixli sərəncamı ilə X5 fəaliyyət qabiliyyəti olmayan 01 iyun 1937-ci il təvəllüdlü X4 üzərində qəyyum təyin edilmişdir. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 08 oktyabr 2020-ci il tarixli sərəncamı ilə Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 03 sentyabr 2012-ci il tarixli sərəncam etibarsız hesab edilmiş, vətəndaş Zimmermann X6 Rayon Məhkəməsinin 25 aprel 2011-ci il tarixli qərarı ilə fəaliyyət qabiliyyəti olmayan 01 iyun 1937-ci il təvəllüdlü X4 üzərində qəyyum təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Bakı şəhəri 45 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 tərəfindən 06 aprel 2010-cu il tarixdə iddiaçıya verdiyi 06 aprel 2040-cı il tarixə kimi qüvvəsi olan ƏN-İ 198855 nömrəli etibarnamənin cavabdeh tərəfindən ləğv edilməsinin əsassız və qanunsuz olduğundan etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, etibarnamə X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qərarına əsasən ləğv edilmiş, lakin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə edilmiş sorğuya verilmiş cavabda n görünür ki, həmin məhkəmədə X2 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə heç bir material aşkar edilməmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(002)307/2021 nömrəli qətnaməsi ilə (hakim G.İ.Əhmədova) iddia təmin edilmiş, cavabdeh Bakı şəhəri 45 saylı Notariat X1 tərəfindən İddiaçı adına verilmiş 06 aprel 2010-cu il tarixli ƏN-İ 198855 №-li etibarnamənin ləğv edilməsinə dair hərəkətinin etibarsız hesab edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 31.1, 31.2, 31.3,, 32.1, 32.2, 33.1, 152.8, 337.1, 337.2, 337.3, 337.4, 337.56, 362.1, 362.2, 363.1, 365.1.7-ci maddələrinə, “Notariat haqqında” Qanunun 49-cu maddəsinə istinad edərək göstərmişdir ki, notariat haqqında qanunvericiliyin tələbinə əsasən etibarnaməyə xitam verilməsi mülki qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Mülki qanunvericiliyin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi etibarnaməyə xitam verilməsi üçün əsasdır. Həmçinin, mülki qanunvericiliyin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər, fiziki şəxslərin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasının qanunla müəyyənləşdirilmiş şərtlərinin və qaydasının gözlənilməməsi müvafiq məhdudiyyəti qoymuş dövlət orqanının və ya digər orqanın aktının etibarsızlığına səbəb olur, fiziki şəxsin hüquq qabiliyyətindən və ya fəaliyyət qabiliyyətindən tamamilə və ya qismən imtina etməsi və hüquq qabiliyyətini n və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına yönəldilmiş digər əqdlər əhəmiyyətsizdir. Eyni zamanda mülki qanunvericiliyin tələbinə əsasən spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla bilər. Göründüyü kimi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasının prosedur qaydaları və əsaları mülki və mülki prosessual qanunvericilikdə birmənalı, dəqiq şəkildə ehtiva edilmişdir. Belə ki, mülki və mülki prosessual qanunvericiliyin tələbinə əsasən şəxs yalnız qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında fəaliyyət qabiliyyəti olmayan və ya mə hdud fəaliyyət qabiliyyətli hesab edilə bilər və yalnız bu hal Mülki Məcəllənin 365.1.7-ci maddəsinə əsasən etibarnamənin xitam verilməsinin əsası qismində (fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, məhdud fəaliyyət qabiliyyəti sayılması halında) çıxış edə bilər. Məhkəmə həmçinin göstərmişdir ki, şəxsin cinayət prosessual fəaliyyət qabiliyyətli olmaması özlüyündə həmin şəxsin mülki qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi kimi qiymətləndirilməsinə əsas vermir. Eyni zamanda notariat qanunvericiliyində etibarnaməyə xitam verilməsinin məhz mülki qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməsi imperativ norma kimi qeyd edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri 45 saylı Notariat Ofisi tərəfindən müvafiq etibarnaməyə xitam verilərkən notariat haqqında və mü lki qanunvericiliyin normalarına əməl edilməmişdir. Belə ki, cavabdeh tərəfindən müvafiq etibarnaməyə məhz onu verən şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması əsası ilə xitam verildiyi halda, məhkəmə araşdırması zamanı etibarnamə vermiş şəxs qismində çıxış edən X2 fəaliyyət qabiliyyətinin olmayan hesab edilməsi və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına dair hər hansı məhkəmə qətnaməsinin olması halı müəyyən edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Üçüncü şəxsin qanuni nümayəndəsi xxx qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(002)-307/2021 nömrəli qətnaməsinin ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 may 2021-ci i l tarixli, 2(103)-4687/2021 nömrəli qətnaməsi ilə (hakim Ş.Ə.Məhərrəmovanın sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Məmmədovdan və R.M.Həsənovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(002)-307/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, Bakı şəhəri 45 saylı Notariat Ofisi tərəfindən müvafiq etibarnaməyə xitam verilərkən X2 prosessual fəaliyyət qabiliyyətli olmadığı əsas götürülməklə notariat haqqında və mülki qanunvericiliyin normalarına əməl edilməmişdir. Belə ki, X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına dair hər hansı məhkəmə qətnaməsi nin olması halı müəyyən edilməmişdir. Apellyasiya şikayətinin iddia müddətinin ötürülmüş olması ilə bağlı dəlilinə münasibət bildirən məhkəmə göstərmişdir ki, iddia tələbi notariusun hərəkətinin etibarsız hesab edilməsi olduğundan, qanunvericilikdə hazırki iddia tələbi üzrə iddia müddətinin olması nəzərdə tutulmamış, bununla da hazırki mübahisəyə iddia müddəti tətbiq edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin qanuni nümayəndəsi xxx qızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 may 2021-ci il tarixli, 2(103)-4687/2021 nömrəli qətnaməsinin ləğv edilməsinə və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, 06 aprel 2010-cu il tarixdə X2 bacısı və onun qızı - İddiaçı hər kəsdən və ailə üzvlərindən xəbərsiz olaraq X2 xəstə və hərəkətlərinin dərk etməməyindən istifadə edərək, onu Bakı şəhəri 45 saylı Notariat Ofisinə aparmış və orada X2 adından İddiaçı özünə məxsus bütün əmlaklarının idarə edilməsi və üzərində sərəncam verilməsinə dair etibarnamə verilmişdir. X4 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 aprel 2011-ci il tarixli qərarına əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 105 saylı 03 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə fəaliyyət qabiliyyəti olmayan X2 üzərində oğlu X5 qəyyum təyin edilmişdir. Daha sonra X2 qəyyumu olan X5 tərəfindən, İddiaçı notariat kontorunda 06 aprel 2010-cu il tarixli İddiaçı verilmiş etibarnaməyə xitam verilmişdir. Həmin etibarnamənin xitam verilməsi barədə X5 tərəfindən İddiaçı ərizə və müraciət yazılaraq ünvanına poçt zərfi vasitəsi ilə rəsmi məlumat bildirilmiş və həmin etibarnamənin qaytarılması tələb edilmişdir. Lakin hələ də həmin etibarnamə qaytarılmamışdır. İddiaçı qeyd edilən etibarnaməyə 2013cü ildən xitam verildiyini bildiyi halda, həmin etibarnamənin etibarsızlığı ilə bağlı iddia qaldırmaq müddətini ötürməklə, 7 il sonra iddia ilə məhkəməyə müraciət etmiş və məhkəmə də qanunsuz və ədalətsi z qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında üçüncü şəxsin qanuni nümayəndəsinin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən süb ut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kasator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyinə görə, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və p rosessual hüquq normalarına uyğun olmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səla hiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 365.1.7-ci maddəsinə əsasən etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xə bərsiz itkin düşmüş sayılması nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçmək lə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni baş qa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 4 18.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə ə sasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərli yi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, hazırki mübahisə üçüncü şəxs tərəfindən verilmiş etibarnamənin qüvvəsinə notariat orqanı tərəfindən xitam verilməsi ilə bağlıdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarından görünür ki, etibarnamə təmsilçiliyi üçüncü şəxslər qarşısında rəsmiləşdirən sənəddir. Təmsilçilik isə birtərəfli əqd olmaqla, təmsil edilən şəxs üçün hüquq və vəzifələrinin yaradılmasına, dəyişdirilməsinə və xitam verilməsinə dair təmsilçiyə verilmiş səlahiyyətdir. Yəni qanunun mənasına görə etibarnamə əsasında yalnız təmsil edilənin hüquqi statusunda dəyişikliklər baş verə bilər. Təsadüfü deyil ki, MM-in 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Bu mənada, iddia üzrə hüquqi dəyərləndirmə ilk olaraq etibarnaməyə xitam verilməsi ilə bağlı notariat orqanının hərəkətini mübahisələndirməyə subyektiv hüququnun müəyyən edilməsindən ibarət olmalıdır. Hazırki halda etibarnamə ilə təmsilçi olan iddiaçı ona verilmiş etibarnamənin ləğvini mübahisələndirsə də, notariat orqanının həmin hərəkətinin onun hansı hüquq və vəzifələrinə toxunduğunu əsaslandırmamışdır. Etibarnamənin ləğvi təmsil edilənin hüquq və mənafelərinə toxunursa, onun yeni etibarnamə vermək və ya notariat orqanının müvafiq hərəkətini mübahisələndirmək imkanları vardır. Xüsusən qeyd olunmalıdır ki, qeyd olunan məsələlər araşdırılmadan təmsil edilən şəxsin fəaliyyət qabiliyyətinə malik olub-olmaması və bunu n nəticəsi olaraq etibarnamənin qüvvəsinə xitam verilməsinin əsaslılığı məsələlərinin araşdırılmasına zərurət yoxdur. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan H üquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüq uq normalarının tələblərinə cavab vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən iddiaçının hazırki tələbi irəli sürməyə subyektiv hüquqa malik olubolmamasını araşdırmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgü n tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxsin qanuni nümayəndəsi xxx qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 may 2021-ci il tarixli, 2(103)-4687/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar