Məhkəmə qərarları › İş №2(102)-6149/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6149/2021

21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Liz
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6149/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı ASC Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6149/21 (Açar sözlər: lizinq müqaviləsinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: Cavabdeh və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2021-ci il tarixli, 2(103)3614/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 21 dekabr 2021-ci il tarixdə Ali Məhkə mənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı ASC məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, tərəflər arasında bağlanmış 15 sentyabr 2014-cü il tarixli, AL-1782 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan “Samand Se” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin geri qaytarılması, cavabdehdən sözügedən lizinq müqaviləsi üzrə lizinq obyektindən müvəqqəti sahiblik, istifadə etdiyinə görə 19 fevral 2018-ci il tarixə 5.328,84 manat əsas, 1.709,68 manat mükafat və həmin günə hesablanmış 5.749,13 manat dəbbə pulu olmaqla, cəmi 12.787,65 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməs ində icraat Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim M.C.Qarayeva) iddia təmin edilərək, tərəflər arasında bağlanmış 15 sentyabr 2014-cü il tarixli, AL-1782 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan “Samand Se” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iddiaçıya geri qaytarılması, cavabdehdən həmin müqavilə üzrə lizinq obyektindən müvəqqəti sahiblik və istifadəyə görə 5.328,84 manat əsas, 1.709,68 manat mükafat və həmin günə hesablanmış 5.749,13 manat dəbbə pulu olmaqla, cəmi 12.787,65 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı ilə X1 arasında 15 sentyabr 2014-cü il tarixli, AL-1782 saylı “Daxi li lizinq” müqaviləsi bağlanıb və həmin müqavilə ilə iddiaçı, 15 sentyabr 2014-cü il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsi”nə əsasən mülkiyyətində olan “Samand Se” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 9.500 manata Şahin Rzayevə lizinqə verib. Bundan sonra, 02 noyabr 2015-ci il tarixdə Şahin Rzayevlə cavabdeh arasında “Öhdəliklərin ötürülməsi haqqında” müqavilə bağlanıb və cavabdeh həmin müqavilə ilə bütün öhdəlikləri öz üzərinə götürüb. 02 noyabr 2015-ci il tarixli təhvil-təslim aktına əsasən iddiaçı sözügedən nəqliyyat vasitəsini cavabdehə təhvil verib. Eyni zamanda, tərəflər arasında imzalanmış ödəniş cədvəlinə əsasən cavabdeh illik 17 faiz hesablanmaqla 03 dekabr 2015-ci ildən 34 ay müddət üçün hər ay 281,57 manat olmaqla, 7.559,00 manat əsas, 2.014,29 manat mükafat olmaqla, ümumilikdə 9.573,29 manat pulu 03 sentyabr 2018-ci il tarixədək iddiaçıya ödəməyi öz öhdəsinə götürüb. Daha sonra, cavabdeh tərəfindən iddiaçıya sonuncu dəfə 01 fevral 2016-cı il tarixdə 297 manat ödəniş edilib. Həmçinin, 25 aprel 2018-ci il tarixli, 590 saylı maliyyə arayışına görə, cavabdehin 15 sentyabr 2015-ci il tarixli, AL-1782 saylı “Daxili lizinq” müqaviləsi üzrə 19 fevral 2018-ci il tarixə iddiaçıya ödənilməmiş 5.328,84 manat əsas, 1.709,68 manat mükafat və həmin günə hesablanmış 5.749,13 manat cərimə olmaqla, cəmi 12.787,65 manat borcu vardır. Göründüyü kimi cavabdeh sözügedən müqavilə üzrə öhdəliklərini pozub və onu lazımınca icra etməyib və onun iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilməmiş borcu yaranıb. Ona görə də iddia təmin edilməlidi r. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 747.1, 748-1.8, 748-1.12-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.A.Əsgərov sədrlik edən və məruzəçi, A.N.İmanov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və apellyasiya şikayətinə əsasən qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 747.1, 7481.8, 748-1.12-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarı lması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh və vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsini və vəkilini məhkəmə iclasına göndərmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddə sində göstərilir ki, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeələri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdir ilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahis əsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-7.11-ci maddəsinə əsasən, lizinq ödənişlərinin ümumi məbləğinə (lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq verənin mükafatının məbləği, lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin f aktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilm iş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, iddianın 5.749,13 manat dəbbə pulunun tutulması hissəsində istisna olmaqla, qalan hissələrdə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iddianı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması, lizinq müqaviləsi üzrə əsas borcu n və mükafatın tutulması hissələrində təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də kassasiya instansiyası məhkəməsi, qeyd olunan hissələrdə cavabdehin kassasiya şikayəti üzrə əlavə araşdırma aparmağa lüzum görmür və belə qənaətə gəlir ki, həmin hissələrdə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsi eyni zamanda hesab edir ki, apellyasiya instansiyası məhkəməsi, iddianı- cavabdehdən iddiaçının xeyrinə 5.749,13 manat dəbbə pulunun tutulması hissəsində təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsi ni dəyişdirilmədən saxlayarkən, dəbbə pulunun tənasübsüz surətdə yüksək olmasını nəzərə almayıb. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı ilə X1 arasında 15 sentyabr 2014-cü il tarixli, AL-1782 saylı “Daxili lizinq” müqaviləsi bağlanıb. Həmin müqavilə ilə iddiaçı, 15 sentyabr 2014-cü il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsi”nə əsasən mülkiyyətində olan “Samand Se” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 9.500 manata Şahin Rzayevə lizinqə verib. Bundan sonra, Şahin Rzayevlə cavabdeh arasında 02 noyabr 2015-ci il tarixli “Öhdəliklərin ötürülməsi haqqında” müqavilə bağlanıb və cavabdeh həmin müqavilə ilə bütün öhdəlikləri öz üzərinə götürüb və 02 noyabr 2015-ci il tarixli təhvil-təslim aktına əsasən, iddiaçı sözügedən nəqliyyat vasitəsini cavabdehə təhvil verib. Həmçinin, tərəflər arasında imzalanmış ödəniş cədvəlinə əsasən cavabdeh illik 17 faiz hesablanmaqla 03 dekabr 2015-ci ildən 34 ay müddət üçün hər ay 281,57 manat olmaqla, 7.559,00 manat əsas, 2.014,29 manat mükafat olmaqla, ümumilikdə 9.573,29 manat pulu 03 sentyabr 2018-ci il tarixədək iddiaçıya ödəməyi öz öhdəsinə götürüb. Daha sonra, cavabdeh tərəfindən iddiaçıya sonuncu dəfə 01 fevral 2016-cı ildə 297 manat ödəniş edilib. Hazırda 25 aprel 2018-ci il tarixli, 590 saylı maliyyə arayışına əsasən, cavabdehin 15 sentyabr 2015-ci il tarixli, AL-1782 saylı “Daxili lizinq” müqaviləsi üzrə 19 fevral 2018-ci il tarixə iddiaçıya ödənilməmiş 5.328,84 manat əsas, 1.709,68 manat mükafat və həmin günə hesablanmış 5.749,13 manat cə rimə, olmaqla cəmi 12.787,65 manat borcu vardır. Göründüyü kimi məhz cavabdehin sözügedən müqavilə üzrə öhdəliklərini pozması və onu lazımınca icra etməməsi və onun iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilməmiş əsas, mükafat borcunun olması mülki iş materialları ilə istisna edilmir. Əvvəla, Mülki Məcəllənin 462-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsi üsullarından biri olan dəbbə pulunun anlayışı verilib və dəbbə pulu- müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya peniya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təminatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunverciliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Başqa sözlə dəbbə pulu- borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Digər tərəfdən, mülki qanunvericiliyə görə, dəbbə pulunun miqdarı- öhdəliyin əhəmiyyəti və onun pozulduğu halda dəyə biləcək mümkün zərərin miqdarını nəzərə almaqla tərəflərin razılaşması əsasında müəyyən edilir. Belə razılaşma zamanı mümkün pozuntuya mütənasib olmayan dəbbə pulunun müəyyən edilməsi yolverilməzdir. Buna görə də məhz Mülki Məcəllənin 467-ci maddəsində tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunun məhkəmə tərəfindən azaldıla bilməsi nəzərdə tutulub. Lakin, hər bir halda məhkəmə yüksək məbləğdə təyin edilmiş dəbbə pulunu azaldarkən kreditorun bütün əsaslı mənafelərini, o cümlədən əmlak mənafelərini nəzərə almalıdır. Apellyasiya instansiyası məhkəməsi işin hallarını, habelə iddiaçının sözügedən müqavilə üzrə cavabdehdən əsas borca görə cəmi 5.328,84 manat pul tələb etdiyi halda, dəbbə puluna görə ondan da artıq məbləğdə, yəni 5.749,13 manat pul tələb etməsini və dəbbə pulunun açıq-aşkar tənasübsüz surətdə yüksək olmasını nəzərə almayıb və iddianı bu hissədə də bütövlükdə təmin etməklə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini pozub. Halbuki, həmin maddənin mənasına görə, işə baxan məhkəmə işin hallarını, eyni zamanda kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almaqla tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Hazırki işdə, cavabdehdən iddiaçının xeyrinə tutulacaq 5.749,13 manat dəbbə pulunun məbləğinin azaldılmasını istisna edən heç bir hal y oxdur. Əksinə, iddiaçının cavabdehdən əsas borcdan da artıq məbləğdə dəbbə pulu tələb etməsi, nə onun əmlak mənafelərinə, nə də işin bütün digər əsaslı mənafelərinə uyğun deyil. Çünki, dəbbə puluhüquqi təbiətinə görə, müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya peniya formasında ödəməli olduğu pul məbləğidir. Başqa sözlə dəbbə pulu əsas borcun əvəzi deyil. Azərbaycan Respublikası MPM-nin 417.1.2-ci maddəsində göstərilir ki, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehin kas sasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə qismən- dəbbə pulunun məbləğinə aid hissədə dəyişiklik edilməli, cavabdehdən iddiaçının xeyrinə tutulacaq 5.749,13 manat dəbbə pulunun məbləği azaldılaraq 500 manat müəyyən edilməli və qalan hissədə qətnamə cavabdehin kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2021-ci il tarixli, 2(103)-3614/2021 saylı qətnaməsinə qismən- dəbbə pulunun məbləğinə aid hissədə dəyişiklik edilsin, Cavabdeh İddiaçı ASC xeyrinə tutulacaq 5.749,13 manat dəbbə pulunun məbləği azaldılaraq 500 manat müəyyən edilsin və qalan hissədə qətnamə Cavabdeh kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar