Məhkəmə qərarları › İş №2(102)-615/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-615/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-615/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişinin ödənilməsi) 07.02.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6411/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə 7 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin bi nasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 26.06.2018-ci il tarixli, PAT********** saylı İcbari Sığorta Müqaviləsindən görünür ki, “Chrysler 300 C” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil «Atəşgah Sığorta Şirkəti” ASC-də xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək sığortalanmışdır. 2. 19.07.2019-cu il tarixli, 091-32601-1219 saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən, Yasamal rayonu, Hüseyn Cavid prospekti 528-də piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. “Chrysler 300 C” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobili sahibi X8r. Hadisə zamanı avtomobili idarə edən X11 olmuşdur. 3. 07.08.2019-cu il tarixli, P2922-1 nömrəli Sığorta məktubundan əsasən, «Atəşgah Sığorta Şirkəti” ASC-yə daxil olmuş icbari sığorta müqaviləsi üzrə sığortalanmış “Chrysler 300 C" markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi törətməsi barədə məlumat və sənədlər araşdırılmışdır. 05 aprel 2019-cu tarixində "Chrysler 300C" markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobili X3 xəbəri olmadan, həmçinin etibarnaməsi və ya digər qanuni əsas olmadan qaçıraraq yol-nəqliyyat hadisəsi törətmişdir. 4. "Atəşgah Sığorta" şirkətində sığortalanmış avtomobil üzrə sığortalının mülki məsuliyyəti yaranmadığından sığorta ödənişinin verilməsindən imtina etmişdir.

5. İddiaçı Bakı şəhəri, Yasamal rayon Baş Polis İdarəsinə ünvanladığı notarial qaydada təsdiq olunmuş ərizəsin də 05 aprel 2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş oğlunun dəfn xərcləri və digər zəruri ödənişlərin təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir.

6. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-770/2019 saylı, xx.xx.2019-cu il tarixli Hökmündən görünür ki, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 və 2631.3-cii maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək X9 qəti olaraq 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ASC-dən 5000 manat sığorta məbləğinin və 70 manat dövlət rüsumunun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 8. xx.xx.2022-ci il tarixdə ərizə verərək, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsinin aidiyyatı üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-774/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş aidiyyətı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Nəsimi Rayon Məhkəməsi aidiyyət məsələsini mübahisələndirmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2939/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş aidiyyatı üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndəri lmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Chrysler 300 C” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X11 Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti üzrə hərəkət edərək “Yol hərəkətləri haqqında” Qanunun qaydaları pozaraq, yolun sağ kənarında dayanmış iddiaçının oğlu X6 vuraraq ona ağır bədən xəsarətləri yetirmişdir. Aldığı xəsarətlər nəticəsində o, xəstəxanada vəfat etmişdir. Aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, “Chrysler 300 C” markalı, **DC-*** dövlət qeydiyyat nişanlı avtomobili sahibi X8r, o həmin gün avtomobili idarə etməsi üçün açarları tanışı X9 təhvil vermişdir. “Chrysler 300 C” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə müvafiq olaraq "xxxx" ASC-də icbari sığorta olunmuşdur. Qanundan, habelə cavabdeh ilə Samir Vəliyev arasında bağlanmış icbari sığorta müqaviləsinə əsasən, avtonəqliyyat hadisəsi sığorta risklərinə aid edilmişdir, yəni cavabdeh üzərinə öhdəlik götürmüşdür ki, sığorta obyekti olan avtomobilinin istismarı zamanı baş vermiş avtoqəza nəticəsində üçüncü şəxslərə vurulan maddi ziyanı görə qanunla müəyyən edilmiş məbləğdə sığorta haqqı ödəyəcəkdir. Lakin, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməkdən imtina etmiş və imtinanın səbəbini belə əsaslandırmışıdır ki, zəzər çəkmiş şəxs Yasamal RPİ-nə ünvanladığı 05 aprel 2019-cu il tarixli ərizəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş X5 dəfn və digər xərclərinin təqsirləndirilən şəxs tərəfindən ödənildiyini bildirmişdir.. Qanunla iddiaçıya ödənilməli olan 5000 manat məbləğində sığorta ödənişi cavabdehin əməkdaşı olan X13 tərəfindən vəzifədən sui-istifadə yolu ilə mənimsənilmişdir. Bu əməlinə görə Paşa Hüseynov cinayət məsuliyyətinə cəlb edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalanmışdır.

10. Cavabdehin nümayəndəsi Vəkil xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim etmiş və etiraz ərizəsini onunla əsaslandırmışdır ki, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh Sığorta Şirkətində sığortalanmış X2 olan “Chrysler” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobil sahibinin xəbəri olmadan X11 tərəfindən qaçırılmış və 05 aprel 2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində piyada X1 ağır zərər vuraraq zərərçəkənin öl ümünə səbəb olmuşdur. Hadisə ilə bağlı araşdırma aparılmış və sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı müəyyən edilmədiyi üçün iş üzrə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Qeyd edilən hadisə ilə bağlı ərizəçi iddiaçıya 07 avqust 2019-cu il tarixli məktubla məlumat verilmişdir. Baş verən hadisə üzrə Qanunvericiliyin müddəalarından məlum olur ki, mülki məsuliyyətin icbari sığortası üzrə hadisənin sığorta hadisəsi hesab edilməsi üçün ilk növbədə avtomobilin sığorta olunan tərəfindən istismar edilməsi və mülki məsuliyyətin yaranması şərtdir. Baş verən hadisə üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan, cinayət işinin başlanması və icraata qəbul edilməsi ha qqında qərardan eləcə də Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2019-cu il tarixli məhkəmə hökmündən sığortalı və ya sığorta olunanın təqsirinin olması sübut edilmir. Sığortalının hüquqa zidd hərəkəti olmadığından mülki məsuliyyəti yaranmır və sığortaçı tərəfindən zərərçəkənin hüquqi varislərinə sığorta ödənişi verilməsi öhdəliyi yaranmır. Nəzərə alınmalıdır ki, sığortalının və ya sığorta olunanın təqsiri olmadan hər hansı şəxsə ödənişin verilməsi son nəticədə sığortalının mənafeyinin pozulması və onunla bağlı malus əmsalının tətbiqi ilə nəticələnə bilər. Bu isə gələcəkdə vətəndaşın haqlı şikayəti ilə nəticələnəcəkdir. Bundan əlavə, zərərçəkənin varisinə ödənişin verilməsini istisna edən digər hallar da mövcuddur. Belə ki, rəsmi sənədlərdən görünür ki, iş üzrə mülki iddia verilməmiş, ap arılan istintaq araşdırmaları və məhkəmə prosesi zamanı zərərçəkənin hüquqi varisi məhkəməyə müraciət edərək zərər vurana qarşı şikayətinin və hər hansı tələbinin olmadığını göstərmiş və bu fakt məhkəmə hökmü ilə təsdiq edilmişdir. İddiaçının Bakı şəhəri, Yasamal rayon Baş Polis İdarəsinə ünvanladığı notarial qaydada təsdiq olunmuş ərizəsində 05 aprel 2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş oğlunun dəfn xərcləri və digər zəruri ödənişlərin təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarına və ərizəçinin ərizəsinə əsasən dəfn xərcləri və digər zəruri ödənişlər təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyi üçün baxılan halda İddiaçının cavabdehə qarşı tələb hüququ yo xdur. Cavabdeh Sığorta Şirkəti etirazda qeyd olunanlara əsaslanaraq, iddiaçının “sığorta ödənişinin ödənilməsi tələbinə dair” iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-1095/2022 nömrəli iş üzrə 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Süleymanova) iddia təmin edilmiş, cavabdeh "Atəşgah” Sığorta Şirkəti ASC-dən 5000 (beş min) manat sığorta ödənişi və 70 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, 05 aprel 2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş oğlunun dəfn xərcləri və digər zəruri ödənişlər təqsirləndirilən şəxs tərəfindən iddiaçıya tam ödənilsə belə dəfn x ərcləri sığorta ödənişi məbləğinə daxil edilmir. 5000 manatın isə təqsirləndirilən şəxs tərəfindən iddiaçıya ödənilməsinə dair cavabdeh hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh Sığorta Şirkəti ASCdən 5000 (beş min) manat sığorta ödənişi tutularaq iddiaçıya ödənilməlidir.

14. Məhkəmə gəldiyi nəticəni “İcbari Sığortalar haqqında” Qanunun 21, 19.9-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 922.1, 926.1, 926.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələrinə istinadla etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin 14 iyul 2 022-ci il tarixli, 2(009)-1095/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-6411/2022 nömrəli iş üzrə 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və V.Sadıqov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, “Chrysler 300 C” markalı **DC-*** dövlət qeydiyyat nişanlı avtomobil talama məqsədi olmadan qaçırıldığı, yəni oğurlanmadığı üçün, sığorta qanunvericiliyinin məqsədləri baxımından həmin avtomobilin sahib inin mülki məsuliyyəti hər bir halda yaranır, lakin avtomobilin qaçırılmış olması ona qarşı subroqasiya tələbi yönəldiləcəyi zaman əhəmiyyət kəsb edə bilər.

18. Dəfn xərcləri və digər zəruri ödənişlərin təqsirləndirilən şəxs tərəfindən iddiaçıya tam ödənilməsi səbəbilə, onun şirkətə qarşı tələb hüququnun olmaması arqumenti ilə bağlı isə məhkəmə kollegiyası geniş əsaslandırma aparılmasına zərurət görməmişdir, belə ki, qanunvericilik sığortalının və ya sığorta olunanın ödədiyi dəfn xərclərinin sığorta ödənişi məbləğinə daxil edilmədiyini müəyyənləşdirmişdir

19. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

20. Məhkəmə qətnaməsini Azərbaycan Respublikasının Mülki Məcəllənin 21, 883.1, 904.1, 904.2, 922, 926.1, 927.1, 933.1, 933.3, 934.1, 1108.2-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 13.1, 13.4, 19.9, 21.1, 25.1, 27.1, 32.1, 50.1, 52.1, 52.2, 53.1, 53.2, 53.3, 53.4, 54, 56.1, 58.3-1-ci maddələrinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1, 185.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 77.1, 88, 217.3, 372.1, 372.6, 372.7, 372, 385-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2( 103)-6411/2022 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi X10 ilə bağlanmışdır. Sığortalı və sığorta olunan S.Ə.Vəliyev olmuşdur. Sığortalıya məxsus avtomobilin qaçırılmasında və cinayət törədilməsində təqsirli olan T.S.Rəsulov isə Sığortalı və ya Sığorta olunan deyildir. Məhkəmə qeyd edilən normanı düzgün tətbiq etməmiş və nəzərə almamışdır ki, bu iş üzrə sığorta hadisəsi “icbari sığorta qanunlarına” əsasən müəyyən edilməlidir. Məhkəmə bu normaya istinad etsə də, baxılan halda sığorta hadisəsinin baş verib-vermədiyi aydınlaşdırmamışdır. Halbuki, qanunvericiliyin tələblərinə əsasən, baş vermiş hadisə sığorta hadisəsi deyildir. İşin hallarına əsasən, avtomobil Sığortalı və ya Sığorta olunan tərəfindən deyil, qanuni əsaslar olmadan, hüquqa zidd hərəkət nəticəsində avtomobilə qanunsuz yiyələnmiş T.R.Rəsulov tərəfindən idarə olunmuş, cinayəti törətmiş şəxsin mülki məsuliyyəti sığortaçı tərəfindən sığorta olunmamışdır.

23. Baxılan halda isə avtomobil qanuni əsaslarla istismar edilməmiş, onun sahibinin (Sığortalının) iradəsinə zidd olaraq qanunsuz yiyələnərək qaçırmış T.S.Rəsulov tərəfindən idarə olunmuş və cinayət tərkibli əməl törədilmişdir. Məhkəmə isə sığorta hadisəsinin olub-olmamasını qiymətləndirmək əvəzinə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Buna görə də, Sığortalının mülki məsuliyyəti yaranmadığı üçün hadisə sığorta hadisəsi hesab edilmir. Əvvəldə qeyd edildiyi kimi bu halda hadisə sığortalı və sığorta olunanın (avtomobili qanuni əsasla idarə edən şəxs)hərəkəti nəticəsində baş vermədiyi üçün subroqasiya tələbi tətbiq edilə bilməz. Bundan əlavə iş materiallarına əsasən, iddiaçı ona dəymiş zərərin ödənildiyini və zərər vurana qarşı heç bir tələb və şikayətinin olmaması barədə iradəsini ifadə etmişdir. Zərər vuran T.Rəsulov isə Penitensiar Xidmət vasitəsilə göndərdiyi ərizəsində iddiaçıya hadisə ilə bağlı 14200 manat ödədiyini təsdiq etmişdir. Belə olan halda hətta subroqasiya hüququ yaranmış olsa da belə, Cavabdehin yenə də sığorta ödənişi verməkdən imtina hüququ yaranır. Həmçinin bu halda iddiaçının cavabdehdən sığorta ödənişi tələb etməsi ilə bağlı subyektiv hüququ yaranmır.

24. Apellyasiya instansiyası məhkəməsi tərəflərin qarşılıqlı münasibəti lə bağlı səhv nəticəyə gəlmiş, iş materialları ilə sığortalı və ya sığorta olunanın hərəkəti nəticəsində zərər vurulmadığı sübut edilsə də, sığorta münasibətlərinə uyğun olmayan, sığorta münasibətlərindən kənar (zərər vuran məhkuma qarşı mülki iddia) qaydada həll edilməli olan iş üzrə qanunvericiliyə zidd olan qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı iddiaçının etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu

26. Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin m üqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.

27. Maddə 13.4. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur.

28. Maddə 19.9. Üçüncü şəxsin ölümü halında sığortalının və ya sığorta olunanın ödədiyi dəfn xərcləri sığorta ödənişi məbləğinə daxil edilmir.

29. Maddə 21.1. Bu Qanunda müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə, sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəllə sində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı icbari sığorta müqavilələri üzrə aşağıdakı hallarda da sığorta ödənişi verilmir: 21.1.1. hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda; 21.1.2. sığorta tələbi üçüncü şəxsin pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, o cümlədən rəsm əsərləri, qravüralar, heykəllər, həmçinin modellər, plan və eskizlər, ixtira patentləri, sənədlər, kitablar və yazılar şəklində olan əmlakına dəymiş zərərlə bağlı olduqda; 21.1.3. sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda; 21.1.4. sığorta tələbi sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, peniya ödəməsi üzrə əmlak mənafeləri ilə bağlı olduqda; 21.1.5. bu Qanunun 36.3-cü maddəsində nəzərdə tutulmuş hallarda.

30. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

31. Maddə 27.1. İcbari Sığorta Bürosu (“Büro”) zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şə xslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə aşağıdakı funksiyaların həyata keçirilməsi məqsədilə bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxslərin ittifaqı kimi təsis edilən və fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır.

32. Maddə 32.1. Əmlaka və sağlamlığa dəyən zərərə görə bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi aşağıdakı hallarda mümkün olmadıqda, Büro tərəfindən kompensasiya ödənişi verilir: 32.1.2. üçüncü şəxsin sağlamlığına naməlum və yaxud oğurlanm ış avtonəqliyyat vasitəsilə zərər vurulduqda.

33. Maddə 50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir

34. Maddə 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.

35. Maddə 52.2. Avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur.

36. Maddə 53.1. M ülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar.

37. Maddə 53.2. Avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir.

38. Maddə 53.3. Avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyy ətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir.

39. Maddə 53.4. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir.

40. Maddə

54. Bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, a ilə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar.

41. Maddə 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat.

42. Maddə 58.3-1. Sığorta hadisəsi hesab edilə bilən yol nəqliyyat hadisəsi nəticəsində avtonəqliyyat vasitəsinin sürücüsü, sərnişini və ya piyada ölərsə, həmin avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətini sığortalamış sığortaçı səlahiyyətli dövlət orqanının bu faktı təsdiqləyən arayışını və ölüm haqqında müvafiq şəhadətnamənin surətini aldığı tarixdən 2 iş günü müddətində ölən şəxsin ailə üzvlərinə sığorta məbləğinin 20 faizi həcmində kompensasiya ödəyir. Sığorta hadisəsinin baş verməsində avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin yaranması faktı müəyyən edilərsə, sığorta ödənişinin qalan məbləği də bu Qanunda müəyyən edilmiş qaydada ödənilir. Sığorta hadisəsinin baş verməsində avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin yaranması faktı müəyyən edilmədiyi halda isə, piyadanın vurulması halı istisna olmaqla, ödənilmiş kompensasiya həcmində zərərvurana və ya onun mülki məsuliyyətini sığortalamış sığortaçıya qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Maddə

21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vuru lmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

44. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təs bit edildiyi razılaşmadır.

45. Maddə 904.1. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.

46. Maddə 904.2. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir.

47. Maddə

922. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (v ə ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.

48. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

49. Maddə 927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.

50. Maddə 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağ lı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.

51. Maddə 933.3. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda bu Məcəllənin 933.1.2-ci maddəsində nəzərdə tutulmuş sənəd tələb edilmir. Sağlamlığa zərər dəyməsi faktının mövcud olduğu hallar istisna olmaqla, könüllü sığorta müqaviləsi üzrə sığorta hadisəsi nəticəsində dəymiş zərərin həcmi bu məqsədlə müvafiq sığorta qaydalarında müəyyən edilmiş həddən az olduqda, həmçinin sığorta hadisəsinin baş vermə səbəbləri və təfərrüatlarının təhrif edilməsi barədə sığortaçıda hər hansı əsaslandırılmış şübhə olmadıqda, sığorta ödənişinin həyata keçirilməsi üçün bu Məcəllənin 933.1.2-ci maddəsində nəzərdə tutulmuş sənəd tələb edilməyə bilər

52. Maddə 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.

53. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

56. Maddə 217.4. Məhkə mə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

57. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 417.1.4. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

59. Maddə 417.2. Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Kassasiya baxış ının hədləri

60. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı göstərilən hissədə yoxlanılır Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

62. Məhkəmə kollegiyasının mövqeyi ond an ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

63. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh ilə Samir Vəliyev arasında bağlanmış icbari sığorta müqaviləsinə əsasən, avtonəqliyyat hadisəsi sığorta risklərinə aid edilmişdir, yəni cavabdeh üzərinə öhdəlik götürmüşdür ki, sığorta obyekti olan avtomobilinin istismarı zamanı baş vermiş avtoqəza nəticəsində üçüncü şəxslərə vurulan maddi ziyanı görə qanunla müəyyən edilmiş məbləğd ə sığorta haqqı ödəyəcəkdir. Lakin, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməkdən imtina etmiş və imtinanın səbəbini belə əsaslandırmışıdır ki, zərərçəkmiş şəxs Yasamal RPİ-nə ünvanladığı 05 aprel 2019-cu il tarixli ərizəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş X5 dəfn və digər xərclərinin təqsirləndirilən şəxs tərəfindən ödənildiyini bildirmişdir.

64. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Bu baxımdan kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

66. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkə məsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

67. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6411/2022 nömrəli, 06 oktyabr 2022-ci il qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar