Məhkəmə qərarları › İş №2(102)-615/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-615/2024

13.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-615/2024 13.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-741/2022 nömrəli, 15 noyabr 2023cü il tarixli qərardadından Cavabdeh2 kassasiya şikayətinə 13 fevral 20 24-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Sumqayıt Şəhər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələblərinə dair iddiası rədd edilmişdir.

2. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-741/2022 saylı, 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin olunmuş, Sumqayıt şəhər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 17 fevral 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinın etibarsız hesab edilməsi, Cavabdeh2 adına İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışın ləğv edilməsi, İddiaçı Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 4/26, 38 saylı mənzilin üzərində mülkiyyət hüququnun bərpa edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 4/26-da yerləşən, 38 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi, azyaşlı uşağı ilə birlikdə mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçı X1 qaytarılması qət edilmişdir.

4. Cavabdeh1 qətnamədən kassasiya şikayəti vermişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin M ülki Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Əsas kimi kassasiya şikayətini imzalamış vəkilin adına Cavabdeh1 təmsil etmək hüququ verən etibarnamənin əlavə edilməməsi qeyd olunmuşdur.

6. Cavabdeh1 qətnamədən yenidən kassasiya şikayəti vermiş, iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 2(102)-6637/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-741/2022 nömrəli iş üzrə 2022-ci il 27 aprel tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti mümkün hesab edilməmiş və mülki işin Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Əs as kimi 2 aylıq müddəti ötürülməsi göstərilmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsi də eyni əsasla 22 fevral 2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətini geri qaytarmışdır.

9. Daha sonra Cavabdeh2 nümayəndəsi Vəkil3 11 may 2023-cü ildə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, qətnamənin surətinin rəsmi qaydada təqdim edilməsini xahiş etmiş, qətnamə 19 may 2023-cü il tarixdə nümayəndəyə təqdim edilmişdir.

10. Cavabdeh2 (Vəkil3) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-741/2022 saylı, 27 aprel 2022-ci il tarixli qətnaməsindən 14 iyun 2022-ci il tarixdə kassasiya şikayəti vermişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin 26 iyul 2023-cü il tarixli qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin ona geri qay tarılması qərara alınmışdır. Əsas kimi qeyd edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-741/2022 saylı, 27 aprel 2022-ci il tarixli qətnaməsinin surətini Cavabdeh2 nümayəndəsi olmuş, həm də iş üzrə cavabdeh olan Cavabdeh1 21 iyul 2022ci ildə məhkəmə qəbzini imzalamaqla almışdır. Cavabdeh2 kassasiya şikayətini 14 iyun 2023-cü il tarixdə elektron məhkəmə informasiya sisteminə yerləşdirməklə 2 aylıq müddəti ötürmüş, müddətin bərpası barədə vəsatət də verməmişdir.

12. Cavabdeh2 həmin qərardaddan kassasiya şikayəti vermişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 26 iyul 2023-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Əsas kimi qeyd edilmişdir ki, cavabdeh şikayətində 26 iyun 2023-cüil tarixli qərardadın ləğv edilməsini göstərsə də, mübahisələndirilən qərardadın tarixi 26 iyul 2023-cü ildir, başqa sözlə, cavabdeh mövcud olmayan qərardadı mübahisələndirmişdir.

14. Cavabdeh2 12 oktyabr 2023-cü il tarixdə yenidən 26 iyul 2023-cü il tarixli qərardadından kassasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə ilə müraciət etmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 26 iyul 2023-cü il tarixli qərardadından Cavabdeh2 kassasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmiş və kassasiya şikayətinin qaytarılması qərara alınmışdır.

16. Cavabdeh2 yenidən Sumqayıt Apellyasiya Məhkəməsinin 2 6 iyul 2023-cü il tarixli qərardadından kassasiya şikayəti vermişdir.

17. Sumqayıt Apellyasiya Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(105)741/2023 nömrəli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Lətifə Məmmədova)

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmənin 18 oktyabr 2023-cü il tarixli qərardadı ilə Cavabdeh2 kassasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməməsi və kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 18 oktyabr 2023-cü il tarixli qərardaddan şikayət vermək əvəzinə, yenidən 26 iyul 2023-cü il tarixli qərardadından kassasiya şikayəti vermişdir.

19. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 tə rəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402-409-cu maddələrinin tələblərinə uyğunluğu baxımından yoxlayaraq müəyyən etmişdir ki, kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi üçün prosessual əsaslar olmadığından kassasiya şikayəti ona geri qaytarılmalıdır.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 402-409-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh2 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 15 noyabr 2023-cü il tarixli qərardadının ləğv, ötürülmüş prosessual müddətin bərpa edilməsi və apellyasiya instansiya məhkəməsinin 27 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin mümkün hesab edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı deyil. Belə ki, cavabdehin vəkili Vəkil3 həm də nümayəndə olaraq Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)741/2022 saylı qətnaməsinin rəsmi qayda da təqdim edilməsini xahiş etmiş, həmin qətnamə cavabdehə rəsmi qaydada xx.xx.2023-cü il tarixdə təqdim olunmuş və xx.xx.2023-cü il tarixində rəsmi qaydada elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-741/2022 saylı qərard adından şikayət verərkən texniki səhv olaraq xx.xx.2023-cü il tarixi əvəzinə, xx.xx.2023-cü il kimi qeyd olunmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası mə hkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya d üzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əl avə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı tam mübahisələndirilib. Buna görə də məhkəmə kollegiyası qərardadı tam yoxlayır.

26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad q əbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

29. Apellyasiya instansiyasının müəyyən etdiyi işin hallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 26 iyul 2023-cü il tarixli qərardadından Cavabdeh2 kassasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpa edilməsinə dair dair ərizəsi təmin edilməmişdir. Cavabdeh2 prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilmədiyi halda Sumqayıt Apellyasiya Məhkəməsinin 26 iyul 2023-cü il tarixli qərardadından yenidən kassasiya şikayəti vermişdir.

30. Belə olan halda da, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri bağlı qeyd edir ki, bu dəlillər kassasiya şikayətinin qaytarılması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-741/2022 saylı qərardadı ilə bağlı dəlillərdir. Halbuki hazırda kassasiya baxışının predmeti isə həmin qərardad deyil, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-741/2022 nömrəli, 15 noyabr 2023-cü il tarixli qərardadıdır.

32. Bu baxımdan, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır.

34. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gə lir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-741/2022 nömrəli, 15 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar