Məhkəmə qərarları › İş №2(102)-6154/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6154/2021

22.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6154/2021 22.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi, kompensasiyanın məbləğinin müəyyən olunması, çəkişmə prinsipi, məhkəmənin prosessual fəallığı, işin mübahisəsiz halları, qətnamənin ləğvinə əsas olan prosessual pozuntu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı, onun vəki li Vəkil2, Cavabdeh1 və vəkili Vəkil1 Tofiq oğlunun iştirakı iİddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4614/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 22 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən mənzil (bundan sonra – mübahisəli mənzil) İddiaçı (bundan sonra - iddiaçı) mülkiyyətindədir.

2. İddiaçının oğlu X3 21 sentyabr 1991-ci il tarixdə Cavabdeh1 (bundan sonra – cavabdeh) ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan onların 3 övladı anadan olmuşdur – Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (bundan sonra – cavabdehlər).

3. X3 31 yanvar 2017-ci il tarixdə vəfat etmişdir.

4. Cavabdehlər mübahisəli mənzildə qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus mübahisəli mənzildən cavabdehlərin istifadə hüquqlarına 7000 manat kompensasiya verilməklə xitam verilməsi və onların həmin evdən çıxarılmalarına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X1 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, hazırda iddiaçının oğlunun uşaqları yetkinlik yaşına çatmışlar. 1998-ci il təvəllüdlü Cavabdeh4 ailə quraraq ərinin evin ə yerləşmişdir. İddiaçının oğlu vəfat edəndən sonra iddiaçı ilə cavabdehlər arasında mübahisələr başlamışdır. Mənzildaxili münaqişələrdən əlavə, cavabdehlər evə dair kommunal xərclərin ödənilməsində də iştirak etmirlər. İddiaçı təqaüdçüdür, işləmir, buna görə də, cavabdehlərə təqdim edə biləcəyi kompensasiyanın məbləği 7000 manatdır. Mübahisəli ünvan ətrafındakı eyni şəraitli kirayə mənzillərin dəyəri 150 manat təşkil edir.

7. Mübahisəli mənzilin real bazar dəyərinin müəyyən olunması məqsədi ilə birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi həvalə olunmuş "xxxx" MMC-dən məhkəməyə daxil olmuş 25 dekabr 2020-ci il tarixli məktubda göstərilmişdir ki, ekspertizanın keçirilməsinə şərait yaradılmamışdır.

8. Məhkə mə iclasında iddiaçı göstərmişdir ki, təyin olunmuş ekspertizanın keçirilməsinə özü maneçilik törətmiş, eksperti evə buraxmamışdır. Çünki, onun evi satmaq fikri yoxdur, belə olan halda evinin qiymətləndirilməsinə razı deyildir.

9. Məhkəmə iclasında cavabdehlərin vəkili Vəkil1 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, iddiaçı ilə cavabdehlər arasında ailədaxili münaqişələr olmuş, iddiaçı bir çox süni maneələr yaradaraq cavabdehlərin mübahisəli mənzildə yaşamalarına çətinliklər yaşatmış, bütün bunlar barədə həm Polisə, həm də İcra Hakimiyyətinə müraciət olunmuş, qanuni tədbirlər görülmüşdür. Hazırda cavabdehlər iddiaçıya məxsus mənzildə yaşaya bilmirlər, çünki iddiaçı onlara bu imkanı vermir. İddia tələbində göstərilən kompensasiya məbləği isə azdır. Ümumiyyətlə, iddiaç ının həmin məbləği hansı əsasla təklif etməsi məlum deyil. Məhkəmənin qərardadı ilə kompensasiya məbləğinin müəyyən edilməsi ilə bağlı evin qiymətləndirilməsi ekspertizası təyin edilsə də, iddiaçı ekspertlərə mənzilə daxil olmağa icazə vermədiyindən ekspertizanın keçirilməsi də mümkün olmamışdır. Belə olan halda iddianın təmin edilməsi üçün heç bir əsas yoxdur.

10. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-293/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev) iddia tələbi rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarına istinadla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia çının təklif etdiyi kompensasiya məbləği həmin qərarda göstərilən “əvəzləşdirilmə”yə uyğun deyil. Təklif olunan 7.000 manat məbləğində pul cavabdehə və övladlarına davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkan verilməsi üçün kifayət hesab edilə bilməz.

12. Həmçinin, məhkəmə hesab etmişdir ki, mübahisəli mənzilin dəyərinə və yerləşdiyi yerinə görə cavabdehlərə 7.000 manat məbləğində kompensasiyanın təklif edilməsi ağlabatan və reallığa uyğun deyil. Buna görə də iddia əsaslı olmadığından təmin edilə bilməz.

13. Məhkəmə öz mövqeyini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 158.1, 228.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

14. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun 26.09.2007-ci il tarixli qərarına formal olaraq istinad etmiş və qəbul etdiyi qətnaməni əsaslandırmamışdır. Belə ki, kompensasiyanın məbləği bazar qiymətinə uyğun olmalı, cavabdehlərin arzu və istəklərinə uyğun xəyali məbləğdə olmamalıdır. Əks halda mülkiyyətçinin mülkiyyət hüququ pozula və onun maddi durumu çıxılmaz, ağır vəziyyətə düşə bilər. Mübahisəli mənzildə cavabdehlərdən sav ayı başqa şəxslər də qeydiyyatdadır. Özü yaşlı qadındır, işsizdir və əmək pensiyası alır. Lakin cavabdehlər əmək qabiliyyətlidirlər. Münaqişələrdən dolayı birlikdə yaşamalı mümkün deyildir, ahıl yaşında sakit həyat sürmək istəyir. Hamıya məlumdur ki, Binəqədi qəsəbəsi Bakı şəhəri üzrə zonalar üzrə yeddinci zonadır. Yəni həmin ərazidə kirayə mənzil birinci ikinci üçüncü zonalar kimi yüksək deyildir. Lakin məhkəmə qətnamə qəbul edərkən bu halı nəzərə almamışdır. Mübahisəli mənzilin dəyəri təxminən 50-60 min manat civarında, həmin ərazidə mənzillərin kirayə haqqı təxminən 150-170-200 manat arasındadır. 150 manatdan hesablansa, uzun müddət, yəni üç illik kirayə xərci 5400, 170 manatdan hesablansa 6120 manat, 200 manatdan hesablansa 7200 manat təşkil edir. Buradan da belə nəticəyə gəlmək olar k i, əslində məhkəmə mənzilin bazar dəyəri deyil, həmin ərazidə mənzillərin kirayə haqlarının qiymətinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin etməli idi, lakin məhkəmə bunu nəzərə almamış, evin satışa çıxarılmış ev kimi bazar qiymətinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin etmişdir. Eyni zamanda, məhkəmə nəzərə almalı idi ki, cavabdehlər artıq bir il yarımdır ki, həmin evdə yaşamırlar, özlərini yaşayış yeri ilə təmin etmişlər. Hesab edir ki, iddianın kompensasiyanın az olmasına istinadla rədd edilməsi əsassız və qanunsuzdur, onun mülkiyyət hüququnun kobudcasına pozulması ilə nəticələnmişdir. 7000 manat ədalətli və əsaslı kompensasiyadır. Cavabdeh tərəfi də bu məbləğdə kompensasiya ilə razılaşaraq iddianı qəbul etməyə dəvət edir.

16. Məhkəmə iclasında iştirak edən iddiaçı apelly asiya şikayətini müdafiə edərək, 9000 manatın kompensasiya olaraq verilməsinə razılıq barədə ərizəni məhkəməyə təqdim etmiş, qətnamənin ləğv edilməsi və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş, cavabdehlərin mübahisəli yaşayış sahəsində yaşamadıqlarını və onlardan ikisinin ümumiyyətlə nikah münasibətlərinə daxil olaraq başqa yerə köçdüklərini bildirmişdir.

17. Cavabdeh1 izahatında qızlarının birinin gəlin köçdüyünü, özü ilə digər iki nəfərin isə birgə yaşaması mümkün olmadığından məcburiyyət qarşısında evi tərk etdiklərini, əvvəl dörd otaqda iddiaçı ilə birgə yaşadıqlarını, həyətdə başqa tikililərin olduğunu və qeydiyyatda olan digər şəxslərin orada yaşadıqlarını bildirmişdir.

18. İşin apellyasiya icraatı zamanı tədqiq edilmiş Əmlak Ekspert Mərkəzinin 10.06.2021-ci il tarixl i daşınmaz əmlakın orta aylıq kirayə dəyərinin müəyyən edilməsi barədə arayışında qeyd olunmuşdur ki, ünvan 2 ünvanı və yaxın ətraf ərazidə yerləşən, orta təmirli, 3 otaqlı fərdi yaşayış evlərinin 1 otağının ümumi istifadə yerləri nəzərə alınmaqla orta aylıq kirayə haqqı 10 iyun 2021-ci il tarixinə 180 manat təşkil edir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4614/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. İşə apellyasiya qaydasında baxan məhkəmə Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərb aycan Respublikasi Mülki Məcəlləsinin 228.2ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-ci tarixli qərarına istinadla qeyd etmişdir ki, hazırda mübahisəli yaşayış sahəsində cavabdehlərin ailə tərkibi olması və yetkinlik yaşında olan hər birinin ayrılıqda və ya bir ailə olaraq istifadə hüquqlarının mövcudluğu, onların hər birinin bu hüquqa malik olması və ya bəzilərinin artıq bu hüquqa malik olmadığı, yaşayış sahəsi üzrə digər sakinlərin istifadə hüquqları və onların yaşadıqları yaşayış sahəsi, habelə yaşayış sahəsini təsvir edən və digər önəmli xüsusatlar üzrə müəyyənedici sübutlar məhkəməyə təqdim edilmədiyindən ağlabatan kompensasiya məbləğinin müəyyən edilməsində dayanıqlı qənaət in formalaşması mümkün deyildir.

21. Məhkəmə qeyd etmişdir ki, mübahisə edilən hissədə apellyasiya şikayətinin qismən əsaslı dəlilləri, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 27, 152, 157.1, 157.2, 157.4, 228-ci maddələri nəzərə alınmaqla qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

22. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (V əkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

24. Şikayətdə qeyd olunmuşdur ki, həm iddiaçı, həm də cavabdehin üst-üstə düşən ifadələri əsasında dəqiq müəyyən edilmişdir ki, cavabdehlərdən biri ailə həyatı qurmuş və ərinin evində yaşayır. Məhkəmə isə bu faktı müəyyən etməkdə çətinlik çəkdiyini qeyd etmişdir. Bundan başqa, məhkəmə evdə yaşayan digər şəxsləri müəyyən edə bilmədiyini göstərmiş, halbuki iş materiallarında olan arayışdan və proses iştirakçılarının izahatlarından da müəyyən edilmişdir ki, mənzildə cavabdehlərdən başqa digər şəxslər də yaşayır. Lakin bu sübutlar məhkəmənin məsələni obyektiv, hərtərəfli araşdırmasına kifayət etməmişdir.

25. Məhkəmə iddiaçının nümayəndəsinin şahid in dindirilməsi ilə bağlı şifahi vəsatətini rədd etmişdir, halbuki şahid ifadəsi ilə də məhkəməyə qaranlıq qalan məsələlərə aydınlıq gətirilə bilərdi. Şahidin dindirilməsini rədd edərkən məhkəmə şahidin zalda olduğuna istinad etmişdir. Halbuki şahid məhkəmə zalında olsa da, məhkəmənin baxış iclasında iştirak etməmiş və şahidin yanında mülki işlə əlaqədar hec bir icraat aparılmamışdır, vəsatət prosesin əvvəlində verilmişdir. Əvvəlki məhkəmə iclası isə barışıq əldə edilməsi, ortaq fikrə gəlinməsi səbəbindən, işə mahiyyəti üzrə baxılmadan təxirə salınmışdır.

26. İddiaçının kompensasiyanın miqdarını 7000 manatdan 9000 manata qədər yüksəltməsi də məhkəməyə qəti mövqeyə gəlməyə yardım etməmişdir.

27. Bundan başqa, iddiaçı mübahisəli evə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışı məhkəməyə tə qdim etmiş və bildirmişdir ki, mübahisəli mənzil yalnız üç otaqdan ibarət olmaqla cavabdehlər öz arzuları ilə evdən çıxanadək hər zaman evin yalnız bir otağından istifadə etmişlər. Lakin məhkəmə bu cür mötəbər sübutu qiymətləndirmədən cavabdehin heç bir sübuta dayanmayan, guya evin 4 otaqlı olması, cavabdehlərin 2 otaqdan istifadə etməsi kimi uydurma ifadələrini əsas götürərək qeyri-müəyyənlik içində qaldığını bildirmişdir.

28. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-ci tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, kompensasiyanın məbləğini iddiaçının razılığı əsasında müəyyən etmək məhkəm ənin vəzifəsidir. Mübahisənin həllini cavabdehlərdən asılı etmək düzgün deyildir. Cavabdehlər artıq o mənzildə yaşamırlar və öz istəkləri ilə mənzildən çıxmışlar. Lakin iddiaçı mülkiyyət hüququnu həyata keçirməkdə çətinlik çəkir. Hazırda mənzilin mülkiyyətçisi olan iddiaçı cavabdehlərdən asılı vəziyyətdə qalmışdır ki, məhkəmə də buna şərait yaratmış, iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə iclasında kassator və vəkili ayrı-ayrılıqda şikayətin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdilər.

31. Cavabdeh və vəkili ayrı-ayrılıqda şikayətin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

32. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edil miş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. İddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq

35. Mülki Məcəllə Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (Maddə 152.1) Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşm a olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər (Maddə 228.2).

36. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il qərarı Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəs indən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Adətən, mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Mənzil hüququ beynəlxalq hüquqda faktiki olaraq tanınmasa da, bu Azərbaycan Respublikasının qanunvericiliyində uzun müddətdir ki, tanınmış hüquqdur.

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarının nəticə hissəsi “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir.

2. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılı ğını nəzərə almalıdır”.

38. MPM (işə baxıldığı dövrdə qüvvədə olmuş redaksiya) Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9.3). Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 167.1. Hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında aşağıdakı hərəkətləri edir: 167.1.1. işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verir, onların iştirakı ilə iddianın məhkəməyə çıxarılması məsələsi müzakirə edilir; 167.1.2. cavabdehin və ya cavabdehlərin iştirakı ilə iddia tələbinin mahiyyəti barəsində iddiaçıdan izahat alır, cavabdeh tərəfindən edilə biləcək etirazları araşdırır, hakim zəruri olan hallarda əlavə sübutların təqdim edilməsini təklif edir, prosessual hüquq və vəzifələrini ona izah edir; 167.1.3. cavabdehi çağırır, iddiaçının iştirakı ilə ondan işin halları barədə izahat alır, iddiaya qarşı nə kimi etirazlar olduğunu və həmin etirazların hansı sübutlarla təsdiq edilə biləcəyini aydınlaşdırır, xüsusi ilə mürəkkəb işlər üzrə işə dair yazılı sübutları müəyyən olunmuş müddətdə və surəti iddiaçıya verilməklə təqdim etməyi cavabdehə təklif edir, ona prosessual hüquq və vəzifələrini izah edir... Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi... Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi aşağıdakı hallarda l əğv edilməlidir:... 387.2.7. işdə məhkəmə iclasının protokolu yoxdursa və ya imzalanmamışdırsa. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin

39. Konsti tusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəmə sinin 18 mart 2019-cu il tarixli Qərarı Çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli o lduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Bununla yanaşı, mülki prosessual qanunvericilik işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün məhkəmənin göstərməli olduğu fəallığın bir sıra mühüm şərtlərini və hədlərini müəyyənləşdirmişdir. Bu prosessual hərəkətlərə: işdə iştirak edən şəxslərin iştirakı ilə iddianın məhkəməyə çıxarılması məsələsini müzakirə etmək; cavabdeh tərəfin iştirakı ilə iddia tələbinin mahiyyəti barəsində iddiaçıdan izahat almaq, cavabdeh tərəfindən edilə biləcək etirazları araşdırmaq, zəruri olan hallarda əlavə sübutların təqdim edilməsini təklif etmək, prosessual hüquq və vəzifələrini ona izah etmək; cavabdehi çağırmaq, iddiaçının iştirakı ilə ondan işin halları barədə izahat almaq, iddiaya qarşı nə kimi etirazlar olduğunu və həmin etirazların hansı sübutlarla təsdiq edilə biləcəyini aydınlaşdırmaq, xüsusi ilə mürəkkəb işlər üzrə işə dair yazılı sübutları müəyyən olunmuş müddətdə və surəti iddiaçıya verilməklə təqdim etməyi cavabdehə təklif etmək, ona prosessual hüquq və vəzifələrini izah etmək kimi mühüm hərəkətlər aiddir (MPM-in 167-ci m addəsi). Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. İlk növbədə nəzərə alınmalıdır ki, hazırkı mülki iş apellyasiya instansiyası məhkəməsinə daxil olarkən həmin məhkəmənin dövlət qulluqçuları tərəfindən 15.04.2021ci il tarixli akt tərtib edilmiş və aktda mülki işin materiallarında 22.02.2021-ci il tarixli məhkəmə iclasının protokolunun olmadığı əks olunmuşdur.

42. Həqiqətən də mülki işdən görünür ki, 17.02.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının vəsatəti əsasında onun vəkilinin iştirakını təmin etmək üçün işə baxılması 19.02.2021-ci il tarixinə təxirə salınmışdır (i.v.93).

43. İş üzrə hər hansı məhkəmə iclas protokolu tərtib edilmədən 22.02.2021-ci il tarixli qətnamə qəbul edilmiş, 19.02.2021-ci il tarixli və 22.02.2021-ci il tarixli məhkəmə iclas protokolları işə ə lavə olunmamışdır. MPM-in 387.2.7-ci maddəsinə əsasən (bənd 38) bu hal şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olduğu halda apellyasiya instansiyası məhkəməsi həmin maddənin tələbini pozaraq belə qənaətə gəlmişdir ki, qətnamə prosessual hüquq normalarının tələblərinə riayət edilməklə qəbul edilmişdir və dəyişdirilmədən saxlanılmalıdır.

44. Bununla yanaşı nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 228.2-ci maddəsi mülkiyyətçiyə məhkəmə qaydasında bazar qiyməti ilə müvafiq kompensasiya verməklə yaşayış sahəsinə istifadə hüququ olan şəxslərin bu hüququna xitam verilməsini tələb etmək imkanı verir. Bu cür mübahisələrə baxarkən məhkəmə iddiaçının mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququna malik olduğunu, hüququna xitam verilməsi tələb olunan şəxslərin yaşayış sahəsindən istifadə hüququnu əldə etdiyini və təklif olunan kompensasiyanın istifadə hüququna malik olan şəxslərin bu hüququna xitam verilməsi üçün yetərli olduğunu müəyyən etməlidir.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında ifadə edilmiş hüquqi mövqelərə əsasən kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Eyni zamanda Mülki Məcəllənin 228.2-ci maddəsində nəzər də tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil olmadığından belə işlərə baxarkən, birinci instansiya məhkəməsi iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, bu məbləği bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir (bənd 36-37).

46. Məhkəmələr tərəfindən kompensasiyanın müəyyən edilməsi qaydası belə işlərə baxılması zamanı mühüm əhəmiyyətə malik olmaqla, mübahisə tərəflərinin mülkiyyət və istifadə hüquqlarının daha səmərəli müdafiəsinə, tərəflər arasında yaranmış hüquq münasibətlərinə müəyyənlik gətirilməsinə, mübahisə tərəflərinin sonsuz məhkəmə çəkişmələrinə cəlb olunmasının qarşısının alınmasına və bununla da prosessual qənaət prinsipinin təmin olunmasına xidmət edir. Bu b axımdan istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələblərinə baxılması zamanı iddianı rədd edən məhkəmənin bu cür xitam üçün yetərli olan kompensasiya məbləğini müəyyən etməməsi Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir.

47. Baxılan iş üzrə mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçı gəlini və nəvələri olan 4 nəfər cavabdehə qarşı 7000 manat kompensasiya ödənilməklə həmin mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə iddia qaldırmışdır.

48. İddiaçı iddia ərizəsində cavabdehlərdən Cavabdeh4 ailə quraraq ər evinə köçdüyü, uzun müddətdir əri ilə birlikdə özlərinə məxsus evdə yaşadıqları, hal-hazırda mübahisəli mənzildə yaşayan digər cavabdehlərlə yola getmədiyi ilə əsaslandırmışdır.

49. Birinci instansiya məhkəməsi iş üzr ə cavabdeh kimi göstərilən şəxslərdən hansının mübahisəli mənzilə yaşayış sahəsindən istifadə hüququnun mövcud olduğu ilə bağlı hər hansı araşdırma aparmadan belə qənaətə gəlmişdir ki, kompensasiyanın məbləği cavabdehlərə davamlı surətdə və müəyyən müddət daxilində, başqa yerdə, mübahisəli evə xas olan şəraitə oxşar şəraitdə yaşamalarına imkan vermir. Odur ki, iddia əsassızdır və təmin edilməməlidir.

50. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükün ü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (bənd 38).

51. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (bənd 39).

52. Bu baxımdan mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. MPM-in 14.1 və 77.3-cü maddələrinə əsasən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq vəzifəsi daşıyan məhkəmə bunun üçün: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməlidir. Bu vəzifələri çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla mü zakirə etməlidir. Bu zaman işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi, o cümlədən surəti məhkəməyə təqdim edilmiş sənədin əslinin təqdim olunmasını tərəflərə təklif edə bilər.

53. Eyni zamanda MPM-in 167.1-ci maddəsinə əsasən hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verməyə, onların iştirakı ilə iddianın məhkəməyə çıxarılması məsələsini müzakirə etməyə, cavabdehin iştirakı ilə iddia tələbinin mahiyyəti barəsində iddiaçıdan izahat almağa, iddiaçının iştirakı ilə cavabdehin işin halları barədə izahatını almağa, cavabdeh tərəfindən edilə biləcək etirazları araşdırmağa, iddiaya qarşı nə kimi etirazlar olduğunu və həmin etirazların hansı sü butlarla təsdiq edilə biləcəyini aydınlaşdırmağa, zəruri olan hallarda əlavə sübutların təqdim edilməsini təklif etməyə, prosessual hüquq və vəzifələrini tərəflərə izah etməyə borcludur.

54. Lakin işə baxmış birinci instansiyası məhkəməsi sadalanan prosessual hüquq normalarının tələblərini nəzərə almadan və zəruri prosessual hərəkətləri yerinə yetirmədən iddianı təmin etməmiş və bununla bağlı mövqelərini tətbiq edilməli olan maddi hüquq normalarının tələblərinə uyğun əsaslandırmamışdır. Eyni zamanda birinci instansiya məhkəməsi mübahisəli yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün yetərli olan kompensasiyanın məbləğini də müəyyən etməmişdir.

55. MPM-in 385.1.1-ci maddəsinə əsasən (bənd 38) qeyd olunan pozuntular birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üç ün birbaşa əsas olsa da, iddiaçının apellyasiya şikayəti əsasında işə baxmış apellyasiya instansiyası məhkəməsi də eyni pozuntulara yol verməklə qətnaməni dəyişdirilmədən saxlamışdır.

56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.

57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4614/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar