Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-617/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili Rüstəmov Ramil Litvin oğlunun, Cavabdeh QSC-nin vəkili Ağamirov Mirağa Mirbəşir oğlunun iştirakları ilə, İddiaçı və vəkili Rüstəmov Ramil Litvin oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-10501/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhə ri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(004)3006/2019 saylı qətnaməsi ilə (hakim R.B.Cavadzadə) İddiaçı Cavabdeh QSC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-10501/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi F.Ş.Talışinski, Z.Ə.Əliyev, R.Ə.Eyvazov) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(004)-3006/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh QSC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC tərəfindən bağlanmış xx.xx.2013-cü il tarixli, 01M 000001469 saylı ipoteka müqaviləsinin etibarsız bilinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh QSC tərəfindən X2 xx xxxx 2012-ci il tarixdə kredit xətti müqaviləsi üzrə verilən kredit üçün İddiaçı himayəsində olan qızına- psixi xəstəlikdən əziyyət çəkən və fəaliyyət qabiliyyəti olmayan X6 məxsus ünvan 1 ünvanında olan 3 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. İddiaçı qızının adına olan mənzilə borcun yönəldilməsi barədə Masallı Rayon Məhkəməsinin qətnaməsini aldıqdan sonra bilmişdir ki, fəaliyyət qabiliyyəti olmayan X6 məxsus ünvan 1 ünvanında olan 3 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir və mənzil verilən kredit üçün xx xxxx 2013-cü il tarixdə girov qoyulmuşdur. X8 1990-cı ildən psixi xəstəlikdən əziyyət çəkir, dəfələrl ə 1 və 2 saylı psixiatriya klinik xəstəxanalarında müalicələr almış, hal-hazırda xəstədir. O, bu günə qədər öz hərəkətlərini dərk etmir və öz iradəsini sərbəst ifadə edə bilmir. X11 Rayon Məhkməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(011)-4621/2018 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan elan edilmişdir. Buna görə də, Cavabdeh QSC tərəfindən bağlanmış xx.xx.2013-cü il tarixli, 01M000001469 saylı ipoteka müqaviləsi etibarsız hesab edilməlidir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılma sına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı və vəkili Rüstəmov Ramil Litvin oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı və vəkili Rüstəmov Ramil Litvin oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edib şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh QSC-nin vəkili Ağamirov Mirağa Mirbəşir oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edib şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı, vəkili Rüstəmov Ramil Litvin oğlunun, Cavabdeh QSC-nin vəkili Ağamirov Mirağa Mirbəşir oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ya nında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, RX seriyalı, №0084460 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan aydın olur ki, ünvan 1 ünvanında olan 3 otaqlı mənzil ümumi birgə mülkiyyət hüququ üzrə X5 adına qeydə alınmışdır. İşdə olan Cavabdeh QSC ilə X8 və digərləri arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 01M000001469 saylı ipoteka müqaviləsindən görünür ki, xx xxxx 2012-ci il tarixdə Cavabdeh QSC ilə X4 arasında bağlanmış kredit xətti müqaviləsinin təminatı olaraq X6 məxsus ünvan 1 ünvanında olan 3 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Cavabdeh QSC ilə X8 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 01S000007179 saylı zaminlik müqaviləsindən görünür ki, X8 bank qarşısında X1 öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüş və həmin kredit müqaviləsi üzrə olan öhdəliyə borclu ilə birgə məsuliyyət daşıyır. İşdə olan Masallı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(050)-515/2018 saylı qərardadından görünür ki, cavabdeh X5 Masallı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(050)-515/2018 saylı qərardadından vermiş olduğu şikayət əsassız olduğundan təmin edilməmiş, şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -337.2-ci maddəsinə görə əqd barəsində mü bahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. -337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. -337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. -337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qayt armaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. -342.1-ci maddəsinə əsasən psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir. İşin faktiki hallarından aydın olur ki, X3 Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(011)-4621/2018 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs sayılmışdır. İpoteka müqaviləsi isə xx.xx.2013-cü il tarixdə bağlanmışdır. Həmin ipoteka müqaviləsini imzalayarkən şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması bağlı heç bir sənəd olmamışdır.X5 ipoteka müqaviləsi bağlandıqdan 5 il sonra fəaliyyət qabiliyyətsiz sayılması sözügedən ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə nəzərə alaraq və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 1407 saylı, xx.xx.2018-ci il tarixli rəyinə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-4621/2019 saylı qətnaməsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28, 324, 342, 354, Azərbaycan Respublikası M PM-nin 342-ci maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə yoxlayan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin sübuta yetirilməyən dəlillərinə müvafiq qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etməmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə g əlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İdd iaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-10501/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-617/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-617/2020
11.02.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver