Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6187/2019 17.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X18 və X6 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı, nümayəndəsi X2, vəkili X7, cavabdeh X12, vəkili X11 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 mart 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(011)-1378/2018, hakim N.Ə.Misirzadə) İddiaçı cavabdehlər “xxxx” MMC və “x xxx” MMC və X8 qarşı iddiası təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, 2935A ünvanında tikilən yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsində yerləşən, sahəsi 51 kv.m olan sahəyə dair “xxxx” MMC və X12 arasında 09 yanvar 2014-cü il tarixdə bağlanmış 107 saylı müqavilənin etibarsız hesab edilməsi, X3 həmin sahədən çıxarılması və sahənin iddiaçıya təhvil verilməsi, Bakı şəhəri, Xətai rayonu, 2935A ünvanında tikilən yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsində yerləşən, sahəsi 74,28 kv.m olan sahədən iddiaçının faktiki sahibliyi həyata keçirməsini və ondan istifadə etməsini məhdudlaşdıran maneələrin aradan qaldırılması və həmin sahəni 2 hissəyə ayıran divarların sökülməsi vəzifəsinin “xxxx” MMC və X3 üzərinə qoyulması, Bakı şəhəri, Xətai rayonu, 2935A ünvanında tikilən yaşayış binasının 1-c i blok, 1-ci mərtəbəsində yerləşən, sahəsi 74,28 kv.m olan sahənin ətrafında tikilmiş, binanın layihəsində nəzərdə tutulmayan qanunsuz tikililərin “xxxx” MMC və “xxxx” MMC-nin hesabına sökülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 mart 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-271/2019, hakimlər R.Ə.Eyvazov, Z.Ə.Əliyev, F.Ş.Talışinski) X3 apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: “xxxx” MMC iləİddiaçı arasında bağlanmış 30.12.2007-ci il tarixli müqaviləyə əsasən sonuncu “xxxx” MMC-ni n XXXünvanında tikəcəyi yaşayış binasının 1-ci blokunun 1-ci mərtəbəsində ümumi sahəsi 74,28 kv.m olan 2 otaqlı mənzili almışdır. Həmin mənzilin dəyəri 29.712 manat təşkil edir. 07.11.2014-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı həmin mənzilə görə 4.038 manat qalıq borcu qalmışdır. “xxxx” MMC ilə X12 arasında bağlanmış 09.01.2014-cü il tarixli müqaviləyə əsasən sonuncu XXXünvanında tikəcəyi yaşayış binasının 1-ci blokunun 1A mərtəbəsində ümumi sahəsi 51 kv.m olan 1 otaqlı mənzili almışdır. Həmin mənzilin dəyəri 31.000 manat там ödənilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2014-cü il tarixli hökmü ilə müəyyən edilir ki, təqsirləndirilən şəxs Kazım-zadə X17 prospekti 2935A ünvanında inşa etdiyi binanın 1-ci blokunun 1-ci mərtəbəsinin layihə-konstruksiya sənədlərində nəzə rdə tutulmadığı ölçülərdə mənzillərin olmadığına baxmayaraq, 1-ci mərtəbədə ümumi sahəsi 74,28 kv.m olan qeyri-yaşayış sahəsini 2 otaqlı nömrəsiz mənzil kimi 30.12.2007-ci il tarixli 223 saylı müqavilə ilə İddiaçı satmış, bununla da sonuncunun əmlakını aldatma yolu ilə ələ keçirməklə ona 12.547 manat külli miqdarda ziyan vurmuşdur. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10 iyun 2016-cı il tarixli, 2(103)3361/2016 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11.02.2016-cı il tarixli, 2(011)-212/2016 saylı qətnaməsi ləğv edilməklə, İddiaçı cavabdeh «xxxx» MMC-yə, «xxxx» MMC-yə və X9 qarşı «X13 ilə «xxxx» MMC arasında bağlanmış 15 iyul 2008-ci il tarixli müqavilənin etibarsız sayılması» barədə iddiası rədd edilmiş, X4 cavabdeh İddiaçı və qeyrisinə qarşı təl əbləri qismən təmin olunmuş, Bakı şəhəri, Gəncə prospekti, 2935 «A» ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 1-ci mərtəbəsində yerləşn ümumi sahəsi 127 kv.m olan sahədən X4 faktiki sahibliyinə və istifadəsinə maneələrin yaradılması İddiaçı və qeyrisinə qadağan edilmiş, sonuncuların həmin sahədən çıxarılması və «xxxx» MMC-yə və «xxxx» MMC-yə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən yaşayış binasının 1-ci blok 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74,28 kv.m olan 2 otaqdan ibarət mənzilin 30.12.2007-ci il tarixli 223 saylı müqaviləyə əsasən İddiaçı təhvil vermək vəzifəsinin həvalə edilməsi qət edilmişdir. 12 fevral 2017-ci il tarixdə İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə «xxxx» MMC arasında 09.01.2014-cü il tarixdə bağlanmış 107 saylı müqavilənin etibarsız hesab edilməsi, X3 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok 1-ci mərtəbəsində olan 51 kv.m sahənin boşaldaraq oradan çıxarılması və həmin sahənin ona təhvil verilməsi, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74,28 kv.m olan sahədən onun faktiki sahibliyi həyata keçirməsini və ondan istifadə etməsini məhdudlaşdıran manelərin aradan qaldırılması və mənzili 2 hissəyə ayıran divarların sökdürülməsi vəzifəsinin cavabdehlər X3 və «xxxx» MMC-nin üzərinə qoyulması, həmin sahənin ətrafında tikilmiş, binanın layihəsində nəzərdə tutulmayan qanunsuz tikililərin (mənzil və ya qeyri-yaşayış sahələri nin) «xxxx» MMC-nin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qeyd olunan ünvanda iddiaçıya aid 74,28 kv.m mənzilin layihə üzrə ümumiyyətlə nəzərdə tutulmaması və faktiki olaraq mövcud olmaması nəticəsinə gələrkən ekspert rəyləri ilə yanaşı Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.10.2014-cü il tarixli hökmünə əsaslanmış, bununla belə Bakı Apellyasiya Məhkəməsinin 10 iyun 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilən halları cavabdehin həmin işdə tərəf olmadığına istinad etməklə nəzərə almamış, maddi və prosessual hüquq normalarını pozmuşdur. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə kollegiyasının iclasında kassator, nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı onunla «xxxx» MMC arasında bağlanmış 30 dekabr 2007-ci il tarixli müqavilə üzrə Bakı şəhəri, Gəncə prospekti, 2935 «A» ünvanda yerləşən yaşayış binasının 1-ci blok 1-ci mərtəbəsində, sahəsi 74,28 kv.m olan 2 otaqlı mənzilin ona satılmasını, beləliklə həmin daşınmaz əmlak üzərində hüquqlarının yaranmasını, bu səbəbdən də həmin sahəyə dair cavabdeh X14 ilə bağlanmış 09 yanvar 2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsini tələb edir. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, iddiaçının istinad etdiyi 30 dekabr 2007-ci il tarixli müqavilədə göstərilən, sahəsi 74 kv.m olan 2 otaqlı mənzil yaşayış binasının birinci mərtəbəsində ümumiyyətlə nəzərdə tutulmamış və faktiki olaraq da mövcud deyildir. İddiaçı tərəf də qeyd edilən h alı təkzib etməyərək bildirmişdir ki, müqavilə bağlanan zaman ona yaşayış binasının birinci mərtəbəsinin qeyri-yaşayış hissəsindən müəyyən yer göstərilmiş, həmin yerin 2 otaqlı mənzil kimi yaşayış sahəsi halına salınaraq istifadə edə biləcəkləri bildirilmişdir. O, uzun müddət həmin sahədə heç bir tikinti işi aparmamış, sonralar müəyyən tikinti işləri aparan zaman əvvəlki məhkəmə mübahisəsi (hazırki iş üzrə iddiaçının cavabdeh X9 qarşı iddiası üzrə mülki iş) yaranmış, müəyyən edilmişdir ki, ona göstərilən sahə əslində başqa şəxsə məxsus olmuşdur. Həmin məhkəmə mübahisələri davam edən zaman cavabdeh X1 51 m2 olan sahədə mübahisəli yaşayış mənzilini təmir edərək, orada yaşamışdır. Göründüyü kimi, işin müəyyən edilmiş faktiki hallarına əsasən iddiaçının özü müqavilə ilə ona məhz hansı sahənin (mənzilin) ayrılmasını müəyyənləşdirməmiş, həmin vaxtı və ondan sonra müqavilədə göstərilən əmlakı təhvil almamış, eyni zamanda müqavilədə ayrılmış sahənin koordinatları göstərilməmiş, yalnız sahəsi 74,28 m2 olan 2 otaqlı mənzil qeyd edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış ekspertiza rəyi ilə, həmçinin apellyasiya icraatı zamanı təyin olunmuş əlavə məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında «xxxx» MMC-nin adına tərtib olunmuş layihədə yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 74,28 m2 olan 2 otaqlı mənzil nəzərdə tutulmamış, iddaçıya aid müqavilədə göstərilmiş, yaşayış binasının 1-ci blok 1-ci mərtəbəsində, sahəsi 74,28 kv.m olan 2 otaqlı mənzilin sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2016-cı il tarixli, 2(103)-3361/2016 saylı qətnaməsinə münasibətdə isə apellyasiya məhkəməsi hesab etmişdir ki, həmin qətnamə X10 münasibətdə preyudisial əhəmiyyətə malik deyildir. Çünki, sonuncu həmin iş üzrə tərəf olmamış, icraata cəlb olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni zamanda həmin qətnamədə iddiaçının müqaviləsində göstərilən daşınmaz əmlakın məhz X5 qanunsuz sahibliyində olması və ya sahələrin üst-üstə düşməsi və s. bu istiqamətdə də hər hansı h al müəyyən olunmamışdır. Göründüyü kimi, əvvəlki iş üzrə qəbul edilmiş qətnamədə hazırki iş üzrə mübahisənin qanuni həllinə təsir edən preyudisial hal mövcud deyildir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hət ta iddiaçıya və cavabdehə eyni mənzilin (sahənin) verilməsi halında belə (halbuki, yuxarıda qeyd edildiyi kimi, bu hal müəyyən olunmur), X14 əşyaya faktiki sahiblənən alıcı olduğundan, yəni əşya artıq Cavabdeh1ya faktiki olaraq verildiyindən və keçən 5 il müddət ərzində sonuncu ona yiyələnərək, mülkiyyətçi kimi sahiblik etdiyindən digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı aradan qalxmışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6187/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6187/2019
17.10.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver