Məhkəmə qərarları › İş №2(102)-6192/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6192/2021

29.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6192/2021 29.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 oğlunun, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (üçüncü şəxslər Gəncə şəhər 5 saylı Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Gəncə 3 saylı Ərazi İdarəsi) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsızlığı, aldatma, təmsilçinin özü üçün bağladığı əqd, məhkəmə aktının əsaslandırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçıların vəkili X1, Cavabdeh2 vəkili X5 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 oğlunun, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı, üçüncü şəxs Gəncə şəhər 5 saylı Notariat Ofisi cəlb edilməklə alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və alğı-satqı müqaviləsinə əsasən verilmiş çıxarışın ləğv edilməsi barədə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)876/2021 nömrəli iş üzrə 26 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 29 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Samux rayon Aqrar İslahatları Komissiyasının 15 avqust 2002-ci il tarixli 07 saylı Qərarı ilə Samux rayon Fizuli kəndi ərazisində ye rləşən 1.1054 ha pay torpaq sahəsi (bundan sonra - torpaq sahəsi) İddiaçı4, İddiaçı2 oğlunun, Cavabdeh2, Cavabdeh1 və İddiaçı1 mülkiyyətlərinə verilmişdir. Torpaq sahəsinə dair onların adlarına daşınmaz əmlakın dövlət reyestrindən 12.03.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 17.03.2020-ci il tarixli AR-İİ 033638 nömrəli etibarnamə ilə İddiaçı1, İddiaçı2 oğlu və İddiaçı4 torpaq sahəsindən onlara düşən hissə üzərində sərəncam vermək, istənilən qiymət və şərtlərlə satmaq, onların adından alğı-satqı müqaviləsini imza etmək, bağışlamaq, dəyişmək kimi səlahiyyətlər də verməklə İddiaçı3 5 il müddətinə etibarnamə vermişlər. 17.03.2020-ci il tarixdə qeyd edilən etibarnaməyə əsasən İddiaçı3 etibarnamə ilə ona verilmiş səlahiyyətlərin Cavabdeh1 keçməsi üçün sonuncuya ey ni məzmunlu 5 illik müddətinə etibarnamə vermişdir. 18.03.2020-ci il tarixli AN-İ № ******* saylı, 4Ə-370 reyestr nömrəli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsi ilə Əliyeva X3 X6 Hüseyn oğlunun verdiyi etibarnamə əsasında həmin tarixdə digər iddiaçıların adından çıxış etməklə torpaq sahəsini bütünlüklə Cavabdeh2 satmış, müqavilədən sonra sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 31.03.2020-ci il olan çıxarış verilmişdir. İddiaçılardan İddiaçı2 İddiaçı1 oğlu, İddiaçı4 isə onun arvadıdır. Cavabdehlərdən Cavabdeh1 İddiaçı1 baldızı, Cavabdeh2 isə onun qızıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2 oğlu, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı, ü çüncü şəxs Gəncə şəhər 5 saylı Notariat Ofisi cəlb edilməklə cavabdehlər arasında 18 mart 2020-ci il tarixli 4Ə-370 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına verilmiş torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir (iddia tələbinin həcmi artırılmış və iddia tələbinə dəqiqləşdirilmə edilmişdir). İddiaçı1 məhkəmədə iddia tələbini müdafiə edərək göstərmişdir ki, 26 dekabr 2019cu ildə o, digər iddiaçılardan olan oğlu X10 və arvadı Leyla paylı mülkiyyətdə olan torpaq sahəsində olan paylarını qeyri-rəsmi etibarnamə ilə digər iddiaçı olan İddiaçı3 6000 manata satmışlar və bu barədə ona 50 illik etibarnamə verərək torpaq paylarını da İddiaçı3 istifadəsinə vermişl ər. 17 mart 2020-ci il tarixdə İddiaçı3 onları Samux rayon Notariat Ofisinə çağırmışdır ki, ona yenidən etibarnamə versinlər, digər torpaq payçıları olan cavabdehlər Cavabdeh1 və X7 ilə danışıb onların pay torpaqlarını da 1500 manata alacaqdır. Lakin sonradan onlara məlum olmuşdur ki, Cavabdeh1 aldatma yolu ilə onların pay torpaqlarına dair İddiaçı3 etibarnamə aldıqdan sonra onların torpağını da formal olaraq alğı-satqı müqaviləsi bağlayıb borclu olduğu digər Cavabdeh2 adına keçirməklə borcunun əvəzinə vermişdir. Digər iddiaçılar İddiaçı2 və İddiaçı4 qızı da iddianı tələbini müdafiə edərək eyni məzmunlu ifadə vermiş, əlavə olaraq göstərmişlər ki, X5ə həm X6i, həm də onları aldadaraq torpaq paylarını əllərindən çıxarmışdır. İddiaçılardan İddiaçı3 iddia tələbini müdafiə edərək göstərmişdir ki, o, payçılardan digər iddiaçılar olan İddiaçı1, İddiaçı2 və İddiaçı4 paylarını hələ 2008-ci ildən onlara 6000 manat verməklə qeyri-rəsmi almış və həmin vaxtdan pay torpağı onun istifadəsində olmuşdur. Cavabdehlər olan digər payçılar öz paylarını ona satmadıqlarından digər iddiaçıların bu torpaq sahəsində olan paylarını uzun müddət adına sənədləşdirə bilməmişdir. Hətta, digər iddiaçılar torpaq sahəsində olan payları ilə bağlı ona 26.12.2019cu ildə 50 illik müddətinə etibarnamədə vermişlər. 17 mart 2020-ci il tarixdə o, digər iddiaçılar X9, Leyla və X10lə Samux rayon Notariat Ofisinə gəlmişlər ki, onlardan yenidən etibarnamə alıb, pay torpaq sahəsində olan paylarını adına keçirsin. Bu vaxt cavabdehlərdən Cavabdeh1 da ora gəlmiş və ona bildirmişdir ki, o, da torpaq sahəsində olan payını s atır, əgər alırsa digər payçı Cavabdeh2 da razı sala bilər və X7 da payını ona satar. O, X5ə ilə danışıb X5ənin və X7ın paylarını 1500 manata almağa razılaşmışdır. Bundan sonra X5ə ona bildirmişdir ki, O, digər iddiaçılar olan payçıların adından ona etibarnamə versin, o, da X7dan etibarnamə alıb bütün pay torpaq sahəsini bu gün bu notariusda alğı-satqı müqaviləsi bağlayıb onun mülkiyyətinə keçirsin. O, Cavabdeh1 sözünə inanmış və digər iddiaçıların ona verdiyi etibarnamə ilə verilən səlahiyyətlərin Cavabdeh1 verilməsi barədə ona elə həmin gün etibarnamə vermişdir. X5ə ondan etibarnamə alandan sonra çıxıb getmiş və bir daha qayıtmamışdır. O, notarius X8la birlikdə X5əni gözləsələr də X5ə gəlib çıxmamış, hətta onu tapmasınlar deyə telefonunu söndürmüşdür. Aradan bir neçə gün keçəndən sonra o na məlum olmuşdur ki, Cavabdeh1 onu aldadıb, digər iddiaçıların adından etibarnamə aldıqdan sonra elə səhəri günü bu etibarnamədən istifadə edib, həmin torpaq sahəsini bütünlüklə Gəncə şəhər 5 saylı Notariat Ofisində formal alğı-satqı müqaviləsi bağlamaqla borcunun əvəzinə digər Cavabdeh2 mülkiyyətinə keçirmiş və X7 da gedib bu barədə mülkiyyət hüququ haqqında çıxarış almışdır. Bundan sonra məcbur olaraq məhkəmədə yuxarıda göstərilən iddia tələbini qaldırmışlar. Bu etibarnaməni X5əyə verərkən X5ə ona heç bir pul verməmişdir. X5ə torpağı alğı-satqı edib onun adına keçirmək vədi ilə onu aldadıb ondan etibarnamə almışdır. Cavabdehlərdən Cavabdeh1 göstərmişdir ki, iddiaçılardan İddiaçı1, İddiaçı4 və İddiaçı2 bu paylı mülkiyyətdə olan öz pay torpaq sahələrini digər İddiaçı3 6000 manata qeyri-rə smi satıb ona etibarnamə vermişlər. Ancaq, o, və Cavabdeh2 öz paylarını İddiaçı3 satmamışlar. 17 mart 2020-ci ildə Notariat Ofisində olan zaman o, digər iddiaçıların pay torpağına görə İddiaçı3 6000 manat nağd pul vermiş və X6də digər iddiaçıların əvəzindən ona 5 illik etibarnamə vermişdir. O da bu etibarnamə ilə həm iddiaçıların payını, həm də öz payını 18 mart 2020-ci il tarixdə Gəncə 5 saylı Notariat Ofisində alğı-satqı müqaviləsi bağlayaraq 4000 min manata Cavabdeh2 satmışdır. Belə ki, onun Cavabdeh2 2019-cu ildən 3000 manat borcu olmuş və bu alğı-satqı müqaviləsi bağlananda həm onun 3000 manat borcu silinmiş, əlavə X7 ona 1000 manat da pul vermişdir. O, iddiaçıların heç birini aldatmamış, onların payına görə İddiaçı3 6000 manat pul vermişdir. Odur ki, iddianı qəbul etmir və onun rədd edilməsini xahiş edir. Cavabdehlərdən Cavabdeh2 göstərmişdir ki, iddiaçılar olan atası, anası və qardaşı bu torpaq sahəsində olan paylarını digər İddiaçı3 satmışlar. Ancaq, o və Cavabdeh1 öz paylarını X6ə satmamışlar. Digər cavabdeh olan xalası Cavabdeh1 da 2019-cu ilin mart ayından ondan 3000 manat borc pul almış, ancaq, sonradan bu borcu qaytara bilməmişdir. 17 mart 2020-ci ildə xalası olan Cavabdeh1 onun yanına gəlmiş və ona bildirmişdir ki, digər iddiaçıların əvəzindən İddiaçı3 etibarnamə almışdır, həm iddiaçıların pay torpağını, həm də öz torpaq payını ona satır, bunun müqabilində ona olan 3000 manat borcunu silsin, əlavə olaraq ona 1000 manat da pul versin. O da X5ənin təklifi ilə razılaşmış və səhəri gün, 18.03.2020-ci il tarixdə birlikdə Gəncə 5 saylı Notariat Ofisinə getmişlər. O, X5ənin ona olan 3000 manat borcunu silmiş və əlavə olaraq X5əyə 1000 manat pul vermiş, X5ədə iddiaçıların payıda daxil olmaqla torpaq sahəsini onun adına alğı-satqı müqaviləsi bağlamaqla ona satmışdır. Bu alğı-satqı müqaviləsinə əsasən də həmin torpaq sahəsinə dair 31.03.2020-ci il tarixdə mülkiyyət hüququ haqqında çıxarış almışdır. Torpaq sahəsini alğı-satqı ilə əldə etdiyində iddianı qəbul etmir və onun rədd edilməsini xahiş edir. Cavabdeh2, həmçinin göstərmişdir ki, X5ənin aldığı etibarnamənin əvəzinə İddiaçı3 6000 manat pul verib-verməməsindən xəbəri yoxdur. Çünki, həmin vaxt onların yanında olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Gəncə 3 saylı Ərazi İdarəsi birinci instansiya məhkəməsi tərəfindən maraqlı şəxs kimi işə cəlb edilmiş, lakin məhkəmə iclasında nümayəndəni n iştirakı təmin edilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Samux rayon Notariat Ofisinin notariusu vəzifəsində işləyir. Tərəfləri bu işlə əlaqədar olaraq tanıyır, onların heç biri ilə qohumluğu və ədavəti yoxdur. 17 mart 2020-ci il tarixdə iddiaçılardan İddiaçı1, İddiaçı2 və İddiaçı4 İddiaçı3 ilə birlikdə Notariat Ofisinə gəlmişlər ki, həmin şəxslər torpaq paylarını X6ə satıblar buna görə ona etibarnamə verəcəklər. O da onların İddiaçı3 verdikləri bu etibarnaməni rəsmiləşdirmişdir. Həmin vaxt cavabdehlərdən Cavabdeh1 da orada olmuş və X6lə danışıq aparmışdır ki, onun və X7ın da torpaq payını alsın. Onlar hətta, qiymətləşib razılaşmışlar. Belə məsləhət olub ki, İddiaçı3, X9, X10 və Leyladan aldığı etibarnamə ilə öz adına torpağın keçməsi üçün özüözünə alğı-satqı müqaviləsi bağlaya bilməz. İddiaçı3 ona verilən etibarnamə ilə səlahiyyətlərinin Cavabdeh1 keçməsi üçün X5əyə onların adından etibarnamə versin, Cavabdeh1 da digər payçı olan Cavabdeh2 etibarnamə alıb bu torpağın hamısını alğısatqı müqaviləsi bağlamaqla İddiaçı3 satsın. Bu razılaşmadan sonra elə həmin dəqiqə İddiaçı3 Cavabdeh1 5 illik etibarnamə vermişdir. Cavabdeh1 etibarnaməni alandan sonra bildirmişdir ki, burada olun gedib Cavabdeh2ı gətirib ondan etibarnamə alıb torpağın hamısını alğı-satqı yolu ilə Məmmədova X6ə satıb adına keçirəcəkdir. Ancaq Cavabdeh1 İddiaçı3 etibarnamə alıb gedəndən sonra mobil telefonunu söndürüb, bir daha geri qayıtmamışdır. Çünki onlar notariat ofisində çox oturub gözləmiş, dəfələrlə Cavabdeh1 mobil telefonuna zəng etmiş, anca q onun telefonu bağlı olmaqla özü də gəlib çıxmamışdır. Sonradan məlum olmuşdur ki, Cavabdeh1 İddiaçı3 aldığı bu etibarnamədən istifadə edib, torpağın hamısını Gəncədə 5 saylı notariat Ofisində alğı-satqı müqaviləsi bağlamaqla borcunun əvəzinə Cavabdeh2 satmışdır. Orada Cavabdeh1 İddiaçı3 6000 manat pul verməsi yalandır, belə şey olmamışdır. Əksinə Cavabdeh1 Cavabdeh2 etibarnamə aldıqdan sonra bu torpağın hamısını İddiaçı3 satmaqla öz torpağına görə X6dən pul almalı idi. Samux Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(058)510/2020 nömrəli mülki iş üzrə 21 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.Hümbətov) iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tədqiq edilmiş sübutlarla təsdiq olundu ki, həqiqətən də cavabdehlərdə n Cavabdeh1 17 mart 2020-ci il tarixdə paylı mülkiyyətdə olan torpaq sahəsində mülkiyyətçilər olan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 təmsilçisi İddiaçı3, digər payçı olan cavabdehlərdən Cavabdeh2 da etibarnamə alıb bütün torpaq sahəsini alğı-satqı ilə onun adına keçirəcəyi vədi ilə aldadaraq, ondan etibarnamə almış və aldığı bu etibarnamədən, yəni ona verilmiş bu mülki hüquqdan suiistifadə edərək mülkiyyətçilər olan iddiaçıların torpaq paylarını onların iradəsinin ziddinə olaraq 3000 manat borclu olduğu digər Cavabdeh2 adına formal alğı-satqı müqaviləsi bağlayıb borc əvəzinə verməklə, iddiaçıların mülkiyyətində olan torpaq paylarını əllərindən çıxarmaqla, onların qanunla qorunan mülkiyyət hüquqlarını pozmuşdur. Məhkəmə hesab etmişdir ki, bu aldatma olmasaydı mübahisəli alğı-satqı m üqaviləsi bağlana bilməzdi. Cavabdehlərdən Cavabdeh1 guya iddiaçılardan İddiaçı3 17.03.2020-ci il tarixdə etibarnamə alarkən ona digər iddiaçıların torpaq paylarına görə 6000 manat pul verməsinə dair izahatını məhkəmə inandırıcı hesab etməyərək qeyd etmişdir ki, əvvəla Cavabdeh1 iddiaçılara məxsus 6000 manat aldığı torpaq paylarını öz payı da daxil olmaqla 4000 manata deyil, daha baha qiymətə satmış olardı və onun bu ifadəsi şahid ifadəsi ilə də təkzib olunur. Bundan başqa Cavabdeh1 məhkəmə hazırlıq iclasında ifadə verərkən bildirmişdir ki, alğı-satqı zamanı Cavabdeh2 torpağa görə ona bir qəpik də olsa pul ödəməmişdir. Digər Cavabdeh2 da məhkəmə hazırlıq iclasında eyni məzmunlu ifadə verərək bildirmişdir ki, bu alğı-satqıya görə o, Cavabdeh1 bir qəpik də olsun pul ödəməmiş, bu torpaq sah əsini Cavabdeh1 ona olan 3000 manat borcunun əvəzinə onun adına alğı-satqı ilə keçirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, torpaq sahəsinə dair cavabdehlər arasında bağlanmış 18 mart 2020-ci il tarixli alğı-satqı müqaviləsi eyni zamanda uydurma və yalan bir əqd olmuşdur. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 560.1, 560.2, 560.3.1, 560.3.3, 560.3.4, 337.1, 337.2, 337.3, 337.4, 339.2, 339.3, 360.1, 340.1, 340.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Cavabdehlər qətnamədən apellyasiya şikayəti vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Şikayət onunla əsaslandırılmışdı r ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, alğısatqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun aparılmış və 309,75 manat dövlət büdcəsinə pul ödənilmişdir. Həmin vaxt heç bir yalan əqd olmamışdır İddiaçı1, İddiaçı2 və İddiaçı4 öz pay torpaqlarının satılmasını etibarnamə əsasında X6 Hüseynova etibar etmişlər. X10 rayon Notariat ofisində həmin pay torpaqlarının satılmasını ona həvalə etmişdir. Etbarnamə alınan zaman heç bir aldatma və qeyri-qanuni hərəkətlər olmamışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-876/2021 nömrəli iş üzrə 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məmmədov (sədrlik edən və məruzəçi), R.Muradov və F.Mehtiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsini n qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 17.03.2020-ci il tarixdə İddiaçı3 aldığı etibarnamədən istifadə edib, 18.03.2020-ci il tarixdə digər iddiaçıların da adından çıxış etməklə torpaq sahəsini 4000 manata bütünlüklə digər Cavabdeh2 rəsmi alğı-satqı müqaviləsi bağlamaqla satarkən, 17.03.2020-ci il tarixli etibarnamə hüquqi qüvvəyə malik olmuş və sonradan da ləğv edilməmişdir. Ona görə də, 18.03.2020-ci il tarixli həmin müqavilənin ləğvinə də yol verilmir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.1, 324.1, 325.1, 390.1, 347.1, 354.2, 337.1, 567, 646.1, 362, 362.2, 364.1, 364.2, 365.2, 366.2-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçılar qətnamədən birdə kassasiya ş ikayəti vermişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçılar (vəkil X2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən sübutları tam hərtərəfli araşdırmadan qarşı tərəfin əsassız sübutlarını sübut kimi qiymətləndirməklə MPM-in 88, 106.1, 217.3, 217.4-cü maddələrinin tələbini kobud şəkildə pozmuşdur. Kassasiya şikayətinə görə, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsi ilə nəticə hissəsi bir-birinə uyğun deyildir. Belə ki, qətn amənin əsaslandırıcı hissəsində apellyasiya şikayətinin təmin edilməsi göstərilsə də nəticə hissəsində apellyasiya şikayətinin təmin edilmədiyi göstərilmiş daha sonra qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilib, iddia tələbinin təmin edilməməsi göstərilmişdir. Məhkəmə cavabdehlərin hüququndan sui-istifadə edib Mülki Məcəllənin 560.3, 560.3.1, 560.3.3, 560.3.4-cü maddələrinin tələblərini pozmasına düzgün hüquqi qiymət verməmişdir. Nəticədə bu maddələrin tələblərinin pozulmasına da heç bir hüquqi qiymət verilməmişdir. Şikayətdə qeyd edilmişdir ki, Cavabdeh1 etibarnamə verilərkən torpağa görə 6000 manat verməsi tam yalandır. Bunun yalan olmasını iş üzrə şahid kimi dindirilmiş notarius X8 Əliyevanın İddiaçı3 6000 manat pul vermədiyini təsdiq etmişdir. Bu onu sübut edir ki, cavabdeh İdd iaçı3 aldadıb torpağa görə etibarnamə alıb sonra ona xəbər vermədən torpağı başqasına alğı-satqı etmişdir. Göründüyü kimi Cavabdeh1 İddiaçı3 aldadıb məndən etibarnamə alıb onun valideynləri tərəfindən ona 6000 manat etibarnamə ilə satılmış torpaq sahəsini digər cavabdehə formal olaraq satmışdır. Bununla da Mülki Məcəllənin 339.2-ci və 339.3-cü maddəsində nəzərdə tutulmuş hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə cavabdehlər arasında olan alğı-satqı müqaviləsinin uydurma, yalan əqd olmasını müəyyən etsə də, buna heç bir hüquqi qiymət verməmişdir. Çünki bu cavabdehlər etibarnamə ilə torpaq sahəsini öz aralarında formal olaraq alqı-satqı etmişlər. Məhkəmə hazırlıq iclasında Cavabdeh2 Cavabdeh1 bir manat pul verməməsi ilə bağlı dediklərinə də heç bir hüquqi qiymət verməmişdir. Məhkəmə yalan uydurma olan əqdlə bağlı qanunla heç bir addım atmamış nəticədə Mülki Məcəllənin 337.1-ci, 337.2, 337.3, 337.4-cü maddəsinin tələblərinə zidd olaraq iddia tələbini rədd etmişdir. Kassasiya şikayətinin əsası kimi Mülki Məcəllənin 560.1, 560.3.1, 560.3.3, 560.3.4, 339.2, 337.1, 337.2, 339.3, 340.1, 340.2-ci maddələrinə, MPM-in 88, 106.1, 217.3, 217.4, 418.1-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçıların vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh2 vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxs Gəncə şəhər 5 saylı Notariat Ofisi məhkəməyə məktub göndərərək mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər və üçüncü şəxs gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə məhkəmə iclasında olmayan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçıların kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağ landığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqd mübahisələndirilə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar b arəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifələri yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu görsün. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar olmalı idisə əqd mübahisələndirilə bilər. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Maddə 360.1. Əgər baş qa şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. MPM (işə baxıldığı dövrdə qüvvədə olmuş redaksiya) Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hü quqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir:... 392.1.5. məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbə r tutduğu qanunlar. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması q ətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə çıxarılmış və iddia təmin olunmamışdır. MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən belə olan halda tam hüquqlu məhkəmə kimi işə baxan apelyasiya instansiyası məhkəməsi öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Eyni zamanda prosessual qanunvericiliyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdi yi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir (MPM-in 217, 220-ci maddələri). Apelyasiya instansiyası məhkəməsi tərəfindən belə iş üzrə qəbul edilmiş məhkəmə aktında işin müəyyən edilmiş halları, məhkəmə nəticəyə gəlməsi barədə motivləri və rəhbər tutduğu qanunlar (iddia tələbinin qanuni əsası) göstərilməli, hansı dəlillərə əsasən qətnaməni ləğv edildiyi və iddianı rədd olunduğu əsaslandırılmalıdır. Lakin hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsi qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 17.03.2020-ci il tarixdə İddiaçı3 aldığı etibarnamədən istifadə edib, 18.03.2020-ci il tarixdə digər iddiaçıların d a adından çıxış etməklə torpaq sahəsini 4000 manata bütünlüklə digər Cavabdeh2 rəsmi alğı-satqı müqaviləsi bağlamaqla satarkən, 17.03.2020-ci il tarixli etibarnamə hüquqi qüvvəyə malik olmuş və sonradan da ləğv edilməmişdir. Ona görə də, 18.03.2020-ci il tarixli həmin müqavilənin ləğvinə də yol verilmir. Halbuki baxılan iş üzrə iddiaçıların adından Cavabdeh1 etibarnamə verildiyi və mübahisəli alqı-satqı müqaviləsi bağlanarkən həmin etibarnamənin qüvvədə olduğu işin mübahisə olunmayan halıdır. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Cavabdeh1 aldatma yolu ilə onlardan etibarnamə alaraq özünün digər Cavabdeh2 olan borcunun əvəzinə torpaq sahəsini sonuncunun adına formal olaraq rəsmiləşdirmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi öz mövqeyini tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmadan, işdə olan sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermədən iddianın rədd olunması barədə qətnamə qəbul etmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Məhkəmə kollegiyası hesab edir ki, sadəcə bir sıra qanunvericilik nor malarının sadalanması və mübahisənin mahiyyətinə qiymət vermədən iddianın əsassız olması barədə qənaəti əks etdirən bir cümlədən ibarət olan məhkəmə aktı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Bununla yanaşı, nəzərə alınmalıdır ki, baxılan işdə mübahisəli alqı-satqı müqaviləsi üzrə razılaşdırılmış məbləğin 3000 manat hissəsinin alıcı qismində çıxış edən Cavabdeh2 satıcıların nümayəndəsi qismində çıxış edən Cavabdeh1 ona olan borcuna sildiyi mübahisəsiz haldır. Başqa sözlə Cavabdeh1 təmsilçi kimi ona verilmiş səlahiyyət əsasında satıcıya olan borcunun əvəzində torpaq sahəsini Cavabdeh2 adına keçirilməsi barədə razılığa gəlmişdir. Halbuki Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi istinad olunan maddənin hazırkı mübahisəyə tətbiqi mümkünlüyünü ümumiyyətlə müzakirə et məmişdir. Qeyd edilənləri nəzərə almaqla Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və əsaslandırılmadığı üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, təkrar apelyasiya baxışı zamanı mübahisə ilə bağlı həm işin faktiki vəziyyəti əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməklə, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 oğlu, İddiaçı4 və İddiaçı3 tərəfindən birgə verilmiş kassasiya şikayəti tə min edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-876/2021 nömrəli iş üzrə 26 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar