Məhkəmə qərarları › İş №2(102)-6193/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6193/2021

20.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6193/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1nə və "xxxx" QSC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 qarşı “hərracın yekunları barədə protokolun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin hərracdan satılması, hərracda bağlanılan əqdin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin prezumpsiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı ndan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 iyun 2021-ci il tarixli, 2(104)1062/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Gəncə Apellyasiya Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə X2, İddiaçı və X3 müştərək qaydada 50000 ABŞ dolları məbləğində əsas kredit borcu, 2662,47 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə faizlər olmaqla, ümumilikdə 52662,47 ABŞ dolları məbləğində pulun ödəniş gününə manata məzənnə nisbəti ilə, habelə 10000 manat məbləğində əsas kredit borcu və 567,55 manat faiz borcu olmaqla, cəmi 10567,55 manat pulun, məhkəmə xərclərinin tutularaq "xxxx" QSC-nin hesabına ödənilməsi, İddiaçı mülkiyyətinə olan və ipoteka ilə yüklü edilmiş ünvan 1 saylı mənzilinin ilkin satış qiymətinin 53339,2 manat hesab edilməsi, tələbin mübahisəli mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına X4 Banka olan borcunun ödənilməsi, ipoteka predmeti olan mübahisəli mənzil satıldıqdan 1 ay sonra iddiaçının həmin mənzildən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə icra olunması üçün Tovuz Rayon İcra Şöbəsinə göndərilmiş, 12 iyun 2017-ci il tarixdə icra icraatına başlanmış, 03 avqust 2017-ci il tarixli məktubla mübahisəli mənzilin hərracda satılması ilə əlaqədar icra sənədi müvafiq sənədlərlə "x xxx" MMC-yə göndərilmiş və həmin fərdi yaşayış evinin açıq hərracda satılması üçün açıq hərrac təyin edilmişdir. Mənzilin açıq hərracda satılması baş tutmadığından, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən açıq hərracın yekunları barədə 28 noyabr 2017-ci il tarixli, 64/01 nömrəli protokol və Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə 28 noyabr 2017-ci il tarixli müqaviləyə əsasən, mənzili 34003,74 manata tələbkar "xxxx" QSC əldə etmişdir. "xxxx" QSC ünvan 1 ünvanda yerləşən mənzili 21 yanvar 2020-ci il tarixdə X1. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1nə və "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 saylı mənzi linin Cavabdeh1 sifarişinə əsasən "xxxx" QSC-yə 34003 manata satılmasına dair ipoteka saxlayanla ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 28 noyabr 2017-ci il tarixli 64-01 saylı protokolun və eyni tarixli alğı-satqı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(062)-1618/2019 nömrəli qətnaməsi ilə (hakim N.Q.Mustafayev) iddia təmin edilmiş, ünvan 1 saylı evin ümumi sahəsi 50,75 kv.metr olan 2 otaqlı 14 saylı mənzilinin "xxxx" QSC-yə satılmasına dair Tovuz rayon İcra Şöbəsinin təqdimatına əsasən keçirilmiş 28 noyabr 2017-ci il tarixli 64/01 nömrəli “hərracın yekunları barədə protokol”un və 28 noyabr 2017-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqa vilə”nin etibarsız hesab edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, icra sənədi üzrə icraat dayandırıldıqdan sonra hərrac keçirilmiş və hərracın nəticələri əsasında mübahisə predmeti olan əmlaka dair sözügedən alqı-satqı müqaviləsi bağlanmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh "xxxx" QSC apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(062)-1618/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 dekabr 2019-cu il tarixli, 2(104)-4509/2019 nömrəli qətnaməsi ilə (hakim L.S.Süleymanovun sədrliyi və məruzəsi ilə, hakimlər S.B.Hüseynovdan və Ş.Q.Rza quliyevdən ibarət tərkibdə) cavabdeh "xxxx" QSC-nin apellyasiya şikayəti təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 22 avqust 2019cu il tarixli, 2(062)-1618/2019 nömrəli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər "xxxx" QSC-yə və qeyrilərinə qarşı hərracın yekunu üzrə protokolun və alğı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə icra sənədi üzrə icraat dayandırıldığı halda hərrac keçirildiyi üçün həmin hərracın nəticələrinin etibarsız olmasına dair nəticəyə gəlsə də, Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən "xxxx" QSC-yə ünvanlanmış 23 avqust 2019-cu il tarixli məktubdan görünür ki, iddiaçının mülkiyyətində olan mənzilin icra sənədi ilə bağlı hərracların keçirilməsi dövründə Cavabdeh1 tərəfindən heç bir dayandırılma məktubu daxil olmamışdır. Həmçinin iş materiallarından, o cümlədən cavabdeh Bankın apellyasiya dəlillərindən görünür ki, tələbkar Bank tərəfindən hərracın dayandırılmasına dair Cavabdeh1 qərarından şikayət verilmiş və Tovuz Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qərardadı ləğv edilmiş və həmin qərardad Gəncə Apellyasiya Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qətnamə qəbul edilərkən məhkəmənin istinad etdiyi hərracın dayandırılmasına dair qərar əsassız olduğu üçün ləğv edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məh kəməsinin Mülki kollegiyasının 05 dekabr 2019-cu il tarixli, 2(104)-4509/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(102)4298/2020 nömrəli qərarı ilə (hakim A.Q.Hüseynovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.G.Nurməmmədovdan və Z.Ə.Əliyevdən ibarət tərkibdə) iddiaçının kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 dekabr 2019-cu il tarixli, 2(104)-4509/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 21.8-ci maddəsinə əsasən dayandırılmış icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinin yolverilməz olduğu barədə qayda müəyyən edilmişdir. Həmin qayda hər hansı icra hərəkətinin aparılmasını istisna etməklə yanaşı, bu halı icra hərəkətinin və ya onun bir hissəsinin həyata keçirildiyi orqanlara (təşkilatlara) icraatın dayandırılması barədə məlumatın verilib-verilməməsindən asılı etmir. Göründüyü kimi hər hansı iş üzrə icra məmuru və ya məhkəmə tərəfindən icra icraatının dayandırılması barədə qanunla müəyyən olunmuş qaydada qəbul edilmiş qərarın mövcudluğu icra məmuru və ya digər orqanlar tərəfindən icra hərəkətlərinin aparılmasını istisna edir. Apellyasiya instansiyası məhkəməsinin iddianın rədd olunması üçün istinad etdiyi halla bağlı qeyd edilməlidir ki, məhkəmə həmin halın mövcudluğunu Bankın nümayəndəsinin izahatı (apellyasiya şikayətinin dəlilləri) əsasında müəyyən etmişdir. Cavabdeh Bank apellyasiya şikayətinə əlavəsində Tovuz Rayon İcra Şöbəsinin 07.08.2017-ci il tarixli qərarının məhkəmə qaydasında ləğv edildiyini bildirsə də, bu halı təsdiq edən məhkəmə aktlarını şikayətinə əlavə etməmiş və məhkəmə baxışı zamanı təqdim etməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 iyun 2021-ci il tarixli, 2(104)-1062/2021 nömrəli qətnaməsi ilə (hakim A.V.Bayramovun sədrliyi və məruzəsi ilə, hakimlər R.Z.Mamedovdan və Ə.G.Abdullayevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(062)-1618/2019 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq, İddiaçı cavabdehlər "xxxx" MMC-ə, Cavabdeh1nə və "xxxx " QSC-yə qarşı “hərracın yekunları barədə protokolun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İkinci apellyasiya baxışı zamanı mübahisələndirilən mənzilin satılması müəyyən edildiyindən, hazırki mülkiyyətçi X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası MM-in 140, 148.2, 149.2-ci maddələrinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarına istinad edərək göstərmişdir ki, mübahisəli əmlak hərraca çıxarılmış və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə 28 noyabr 2017-ci il tarixli müqaviləyə əsasən, cavabdeh "xxxx" QSC tərəfindən əldə edilmişdir. Sonradan cavabdeh "xxxx" QSC 21 yanvar 2021-ci il tarixli müqavilə ilə mənzili X1. Apellyasiya instansiyası məhkəməsi X5 vicdanlı alıcı olmasını nəzərə alaraq hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və müvafiq normativ aktlarla təsdiq olunduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 iyun 2021-ci il tarixli, 2(104)-1062/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şi kayəti iddia ərizəsində qeyd olunan hallara istinad olunmaqla onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, icra sənədi üzrə icraat dayandırıldığı halda, mübahisələndirilən hərrac keçirilmiş, 90000-95000 manat dəyərində olan mənzil ucuz qiymətə banka satılmış, iddiaçının maddi və ailə vəziyyəti nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, vəkillərin iştiraklarını təmin etməmiş və səbəbləri barədə məlumat v erməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki h allarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiy i və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılı r. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübu tlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikay ət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya in stansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və ikinci apellyasiya baxışı zamanı müəyyən olunmuş hallara hüq uqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahsələndirilən mənzilin hazırki mülkiyyətçisi MM-in 140-cı maddəsinə əsasən vicdanlı alıcı olduğundan hərrac “İcra haqqında” Qanunun tələblərinin pozulması ilə keçirilməsini qəbul etsək də belə, iddia təmin oluna bilməz. Həmçinin ipoteka predmetinin ilkin satış qiyməti qanuni qüvvəyə minmiş başqa məhkəmə aktı ilə müəyyən olunduğundan, hazırda mübahisələndirilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanun i və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 iyun 2021-ci il tarixli, 2(104)-1062/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar