Məhkəmə qərarları › İş №2(102)-62/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-62/2019

31.01.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-62/2019 31.01.2019 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin MülkiKollegiyasının QƏRARİ 31 yanvar 2019-cuil İş№ 2(102)-62/2019 Bakışəhəri AzərbaycanRespublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Fərhadov Fuad Əlirza oğlunun iştirakı ilə, İddiaçı Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1674/2018 saylı 26 iyul 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏY YƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.N.Abbasov, iş № 2(025 )-50/2018) İddiaçı cavabdehlər Cavabdeh1, X11 və Cavabdeh2 qızına qarşı qonşuya törədilən qanunsuz və hədsiz təsirlərə qadağa qoyulması və yaşayış evi ilə yanaşı tikilmiş malheyvan tövləsinin sökülməsi tələbinə dair iddiası təmin edilməmiş, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pulun İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmiş, iddianın qaldırılması ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 iyul 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim M.A.Əsədli, hakimlər İ.F.Quliyev və Ə.T.Məcidov, iş № 2(107)1674/18) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 02 mart 2018-c i il tarixli, 2(025)-50/2018 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X11 onun yaşayış evinə 25 metrdən yaxın məsafədə mal- heyvan və quş saxlamağın qadağan edilməsi, onun yaşayış evinin yaxınlığında tikilmiş mal- heyvan tövləsinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X12 onun qonşusudur, D.Paşayevin mülkiyyətinə həyətyanı torpaq sahəsi onun həyətyanı torpaq sahəsinə bitişik verilmişdir. D.Paşayev həmin torpaq sahəsindən istifadə etməyə digər Cavabdeh1 razılıq vermişdir. Cavabdeh1 2016-cı ilin yaz aylarında on un ailə üxvləri ilə birlikdə yaşadığı evə çox yaxın, yəni 2,0-2,5 metr aralı mal tövləsi tikməyə başlamışdır. O, dərhal Elbirə narazılığını bildirsə də sonuncu ona əhəmiyyət vermədən tikintini davam etdirmişdir. Daha sonra tikintinin dayandırılması ilə bağlı 4 dəfə ərizə ilə Qəbələ rayon Polis şöbəsinə müraciət etmiş, şöbədən ona cavab məktubları göndərilərək tikintinin dayandırılması barədə Cavabdeh1 xəbərdarlıq edildiyi bildirilmişdir. Sonuncu bir müddət tikintini dayandırsa da sonra yenidən davam etdirmiş və tez bir zamanda yekunlaşdırmışdır. O, bu barədə Qəbələ rayon İcra Hakimiyyətinə məlumat vermiş, lakin oradan cavab verilmişdir ki, sözügedən tikili mövcud sanitar və yanğın normaları daxilində yerləşdirilmişdir. O, bununla razılaşmır, çünki mal tövləsinin onların yaşayış sahəsinə həddindən artıq yaxın olması mövcud sanitar normaları pozur və onların yaşayışlarına hədsiz təsir göstərir. Hazırda Cavabdeh1 həmin tövlədə mal saxlamağa başlamışdır. Gələcəkdə, xüsusən də isti aylarda həmin tövlədən gələn ağır qoxuların təsirinə dözmək mümkün olmayacaqdır. Bu onların sağlamlığına ciddi təhlükə törədər. Halbuki, cavabdehə məxsus həmin həyətyanı ərazi xeyli böyük və boşdur. Tövləni ərazinin digər yerlərində, yaşayış evindən xeyli aralı tikmək imkanları olsa da Cavabdeh1 məsələyə bilərəkdən qərəzli yanaşır. İddia tələbinə görə mal tövləsini həyətyanı sahədə digər yerdə asanlıqla inşa edə bildiyi halda Cavabdeh1 bilərəkdən müəyyən edilmiş sanitar və kənd məskunlaşma normalarını, azad və sağlam mühitdə yaşamaq hüquqlarını pozmaqla, onların etirazlarına məhəl qoymadan yaşayış e vinin bir addımlığında yerləşdirmişdir. Mübahisə məhkəmə instansiyaları tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və onun vəkili Rəcəbov Səbuhi Tapdıq oğlu kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərarqəbuledilməsinixahişetmişlər. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin buraxdığı səhvləri təkrarlayaraq işdə olan sübutları tam və hərtərəfli araşdırmamış, heç bir sübuta əsaslanmadan fərziyyə əsasında qətnamə qəbul etmiş, bununla da maddi və prosessual hüquq normalarını pozmuşdur. Halbuki, tövlənin 2,2 metrliyində olan otaq ya şayış otağıdır və həmin evdə iddiaçı ailə üzvləri ilə birlikdə 25 ildən artıqdır ki, yaşayır. Prosessual məsələlər: Məhkəməkollegiyasıiclasınınyerivəvaxtıbarədəlazımiqaydadaməlumatlandırılmasınabaxmaya raq,işdə iştirak edən şəxslər heçbirüzrlüsəbəbgöstərmədənməhkəməkollegiyasınıniclasınagəlməmişlər. Məhkəməkollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələ ri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş və bununla əlaqədar qəbul olunmuş qətnamə qanunsuz olmaqla aşağıdakı əsaslara görə ləğv edilməlidir. Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə görə, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məcəllənin 77.3-cü maddəsinin tələbinə görə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş işin faktiki hallarından görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixlıi, 11 saylı qərarına əsasən Qəbələ rayonu Tikanlı kəndində İddiaçı mülkiyyətinə 0,24 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmçinin, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixlıi, 11 saylı qərarına əsasən Qəbələ rayonu Tikanlı kəndində Cavabdeh2 qızının, X8, X1, X2, X5 və X6 ümumi birgə mülkiyyətinə 0,24 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı Qəbələ rayonu Tikanlı kəndində qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayır və ona məxsus olan həyətyanı sahədə 1974-cü ildə tikilmiş 103 kv.m olan fərdi yaşayış evi və 45 kv.m olan təndirxana tikilisi vardır. Apellyasiya instansiyası məhkəməsi, ekspert rəyinə istinad etməklə, Qəbələ rayonu Tikanlı kəndində Cavabdeh1 tərəfindən inşa edilmiş mal tövləsinin yerləşdiyi torpaq sahəsinin JN-066H nömrəli Şəhadətnamə əsasında Cavabdeh2 qızının mülkiyyətində olan torpaq sahəsində olduğunu, Cavabdeh1 tərəfindən inşa edilmiş mal tövləsi ilə İddiaçı məxsus fərdi yaşayış evi arasındakı məsafənin 24,21 metr, eləcə də mübahisəli mal tövləsi ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən, bir hissəsi təndirxana kimi, digər hissəsi isə yataq otağı kimi istifadə olunan tikili arasındakı ən yaxın məsafənin 2,22 metr təşkil etdiyini, Cavabdeh1 digər cavabdeh X8 razılığı ilə onun mülkiyyətində olan torpaq sahəsində mal tövləsi tikdiyini müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.8, 164.1, 169.1, 169.2, 170.1, 170.2, 172.1, 172.2-ci maddələrinə, “Dövlət şəhərsalma norma və qaydaları şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Qaydalarının 4.20-ci bəndinə istinad edib, yalnız mülki işin materiallarına əlavə edilmiş ekspert rəyinə əsaslanmaqla iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, qeyd etmişdir ki, Cavabdeh1 tərəfindən inşa edilmiş mal tövləsi ilə İddiaçı məxsus fərdi yaşayış evi arasındakı məsafə 24,21 metr təşkil edir, mövcud qanunvericiliyə əsasən isə bu məsafə 15 metrdən az olmamalıdır və ona görə də, iddiaçının apelyasiya şikayətində qeyd etdiyi, lakin əsaslan dırılmamış mülahizələr birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Məhkəmə kollegiyası ilk əvvəl qeyd edir ki, hazırki mübahisənin predmetini Qəbələ rayonu Tikanlı kəndində İddiaçı mülkiyyətinə ayrılmış 0,24 ha həyətyanı torpaq sahəsinin qonşuluğunda Cavabdeh2 qızının, X8, X1, X2, X5 və X6 ümumi birgə mülkiyyətinə ayrılmış 0,24 ha-dan ibarət həyətyanı torpaq sahəsində Cavabdeh1 tərəfindən inşa edilmiş mal-heyvan tövləsinin sökülməsi və iddiaçının yaşayış evinə 25 metrdən yaxın məsafədə mal- heyvan və quş saxlamağın qadağan edilməsi tələbi təşkil edir. Birinci instansiya məhkəməsi mübahisəyə baxarkən mübahisənin həllində maraqlı olan, işin nəticəsi birbaşa hüquqlarına təsir edəcək birgə mülkiyyətçilər Cavabdeh2 qızını, X3, X7, X9 və X10 işə cəlb etməmiş, məhkəmə iclaslarının vaxtı və yeri barədə onlara məlumat verməmiş, apellyasiya instansiyası məhkəməsi də bu prosessual pozuntuya əhəmiyyət verməmiş, şikayətin dəlillərindən asılı olmayaraq qətnaməni ləğv etməli olduğu halda bunu etməmişdir. Mülki Prosessual Məcəllənin 167.1 və 167.1.7-ci maddəsinə əsasən hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlayarkən işin nəticəsində maraqlı olan fiziki və hüquqi şəxslərə onun baxılma yeri və vaxtı barədə məlumat verir. Məcəllənin 387.2 və 387.2.4-cü maddələrinə görə, məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Hə min Məcəllənin 418.4, 418.4.5 və 418.4.6-cı maddələrinə əsasən işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa və məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etmişsə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Məcəllənin 213.2-ci maddəsinin tələbinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyə t) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 215.4-cü maddəsinin tələbinə görə hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Göründüyü kimi, məhkəmələr işə baxarkən qonşu torpaq sahəsinin digər mülkiyyətçilərini işə cəlb etməməklə onların mülkiyyətində olan daşınmaz əşya barəsində qənaətə gəlmiş, başqa şəxs tərəfindən tikilən tikintini ümumi mülkiyyətin bir mülkiyyətçisinin razılığı əsasında (hər halda bu da hər hansı mötəbər sübutla təsdiq olunmur) dolayı yolla qanuni saymışlar ki, bu hal kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Bundan başqa, işə baxılması nəticəsində, o cümlədən apellyasiya icraatı qaydasında qəbul olunmuş hər bir məhkəmə qətnaməsi məhkəmənin mübahisə üzrə gəldiyi nəticəni, işin hallarına dair hüquqi mövqeyini əks etdirir. Bununla əlaqədar olaraq Ali Məhkəmənin Plenumu “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 6.1-ci bəndində qeyd etmişdir ki, qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatlar əks etdirməlidir. Ali Məhkəmənin Plenumunun verdiyi izahdan belə nəticə çıxır ki, məhkəmə qətnaməsi vahid prosessual sənəddir. Qətnamənin əsasını məhkəmə araşdırılması zamanı yoxlanılmış, tədqiq və müəyyən olunmuş bütün faktlardan məntiqi olaraq irəli gələn nəticə təşkil etməlidir. Deməli qətnamənin nəticə hissəsindəki mövqe əsaslandırıcı hissəs indəki dəlillərə uyğun olmalıdır. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Barəsində şikayət verilmiş qətnamə məhkəmə aktına dair tələblərə cavab vermir. Qətnamənin nəticə hissəsindəki mövqe qətnamədə əks olunmuş dəlillərə və faktiki hallara uyğun deyildir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, məhkəmələr bir tərəfdən, yalnız ekspert rəyinə istinad edib sözügedən tövlənin Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsində tikildiyini müəyyən etmiş, digər tərəfdən heç bir sübuta əsaslanmadan tövlənin tikilməsinə cavabdeh Davud Paşayev tərəfindən icazə verildiyi qənaətinə gəlmişdir. Bundan başq a, Davud Paşayev birinci instansiya məhkəməsinin hazırlıq iclasında iştirak edərək iddia tələbini qəbul etdiyini bildirmiş və bu barədə məhkəməyə müvafiq ərizə də təqdim etmişdir. Məhkəmələr isə bu hala ümumiyyətlə qiymət verməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, bu halın mövcudluğu həmin tövlənin özbaşına tikili olduğu qənaətinə gəlinməsi üçün də əsas ola bilər. Mülki Məcəllənin 180-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, ic arəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fıziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Bundan əlavə, məhkəmələr hər hansı sübut olmadığı halda iddiaçıya məxsus təndirxana tikilisinə bitişik tikilini yaşayış otağı hesab etməmiş, bu barədə iddiaçının bildirdiklərini yerində müayinə edib yoxlamamış, öz mülahizələrinə əsasən həmin tikilinin sözügedən tövlədən sonra inşa edildiyi qənaətinə gəlmişdir. Həmçinin, məhkəmələr sözügedən tövlənin mövcudluğunun sanitar-gigiyenik baxımdan ondan 24,21 metr məsafədə yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə, o cümlədən 2,2 metr məsafədə yerləşən və özlərinin də müəyyən etdiyi kimi tövlədən əvvəl mövcud olmuş iddiaçıya məxsus təndirxana tikilisinə, habelə təndirxana tikilisinə bitişik tikiliyə mənfi təsir göstəribgöstərməyəcəyini müəyyən etmək üçün hər hansı tədbir görməmiş, müvafiq ekspertiza təyin edib bu halı aydınlaşdırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan hallar müəyyən edilərsə, sökülməsi tələb edilən tikili iddiaçıya mülkiyyətində sərbəst fəaliyyət göstərməsinə maneələr yaratmaqla yanaşı onun sağlam ətraf mühitdə yaşamaq hüququnu da poza bilər. Azərbaycan Respublikası Konstitusiyasının 39 cu maddəsinin birinci hissəsi nə əsasən hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ var. Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyət hüququ mülkiyyətçının təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağ andır. Beləliklə, sadalanan halların məcmusu ona işarə edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunsuz qətnamə qəbul edilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Maddi və prosessual hüquq normalarının pozulması və ya onların düzgün tətbiq olunmaması Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən mübahisəyə düzgün baxılmamasına dəlalət etməklə qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsi). Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «X15rşı» iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». İşin yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda qeyd olunan bütün halları qanunla müəyyən olunmuş qaydada araşdırmalı, Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı və təqdim olunmuş sü butlara müvafiq qiymət verdikdən sonra qanunun tələblərinə əsaslanan qətnamə qəbul etməlidir. Kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir və bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.3, 418, 419, 420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1674/2018 saylı 26 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar