Məhkəmə qərarları › İş №2(102)-62/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-62/2020

22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-62/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, cavabdehin vəkili Vəkil oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 31 iyul 2019-cu il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Xammal və X2 Mərkəzi Cavabdeh və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-719/19 saylı, 02 aprel 2019cu il tarixli qətnaməsi i lə “keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi, əsassız olaraq alınmış pul vəsaitinin geri qaytarılması və mənəvi ziyanın tutulması” barədə iddia təmin edilməmişdir. İddiaçının nümayəndəsi X məhkəmə kollegiyasının iclasında ərizə təqdim edərək yalnız onlardan Hərrac tərəfindən qanunsuz alınmış 2% hesabı ilə 4491 (dörd min dörd yüz doxsan bir) manatın geri qaytarılması barədə iddia tələbinin təmin edilməsini, digər iddia tələblərindən isə imtina etdiklərini bildirmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 2(103)-8272/19 saylı, 31 iyul 2019-cu il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin ərizəsi əsasında qətnamə İddiaçı cavabdeh Azərbaycan Respublikası Xammal və X2 Mərkəzi “xxxx” MMC-yə qarşı keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi və verilmiş mənəvi iztir aba görə 10000 manat təzminat ödənilməsi iddia tələblərinə aid hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 31 iyul 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi İ.Şirinov, hakimlər T.Səmədov və E.Kazımov, İş № 2(103)8272/2019) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-719/19 saylı, 02 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Xammal və X2 Mərkəzi “xxxx” MMC-dən 4491 (dörd min dörd yüz doxsan bir) manat pul vəsaiti və iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş (30+15) 45 (qırx beş) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Xammal və X2 Mərkəzi “xxxx” MMCyə qarşı keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi, əsassız olaraq alınmış pul vəsaitinin geri qaytarılması və mənəvi ziyanın tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-nin keçirdiyi qeyd olunan hərracların nəticələrini ləğv etməklə hüquqlarının bərpa edilməsini və qanunsuz alınmış 2% hesabı ilə 4491 (dörd min dörd yüz doxsan bir) manatın geri qaytarılması və verilmiş mənəvi iztiraba görə 10000 manat təzminat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh AR Xammal və X2 Mərkəzi “xxxx” MMC və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi 2% iştirak haqqının qanunda nəzərdə tutulmadığı əsasına söykənsə də bu yanaşma tamamilə yanlışdır. Belə ki, hərracın keçirilməsi zamanı şəxslərdən iştirak haqqının alınması ilə bağlı hər hansı qadağanedici norma yoxdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 31 iyul 2019-cu il tarixli 2(103)-8272/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil oğlu Bakı Apellyasiya Məhkəməsinin 31 iyul 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edi lməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 31 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni, işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Xammal və X2 Mərkəzi “xxxx” MMC-nin kassa məxaric orderlərinin surətləri əsasında müəyyən etmişdir ki, İddiaçı tərəfindən “Kia Sportage” markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 400 manat 2% iştirak haqqı, “Toyota Camry” markalı **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 360 manat 2% iştirak haqqı, “Kia Sportage” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 360 manat 2% iştirak haqqı, “Kia Sportage” markalı **AU-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 400 manat 2% iştirak haqqı, “Toyota Camry” markalı **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 360 manat 2% iştirak haqqı, “Kia Sportage” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 360 manat 2% iştirak haqqı, “Kia Sportag e” markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 400 manat 2% iştirak haqqı, “Toyota Camry” markalı **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 360 manat 2% iştirak haqqı, “Kia Sportage” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 360 manat 2% iştirak haqqı, “Toyota Camry” markalı **PR-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 540 manat 2% iştirak haqqı ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıdan cavabdeh tərəfindən hərracda 2% hesablanmaqla alınmış məbləğ qanunda nəzərdə tutulmadığından iddiaçının hazırki iddia tələbi əsaslıdır və təmin edilməlidir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən hərracla bağlı 2% hesablanmaqla alınmış məbləğin, yə ni 4491 manat pul vəsaitinin alınması üçün heç bir hüquqi əsas olmamışdır. Bu isə əsassız varlanma sayılır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq norması səhv təfsir olunduğundan, həmçinin iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, eləcə də prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilərək, iddiaçıdan əsassız alınmış məbləğ 4491 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakı maddi hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.1 -ci madd əsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.3-cü maddəsinə əsasən əgər bu məcəllədə və hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onun keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 415.4-cü maddəsinə əsasən hərracın iştirakç ıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. MM-nin 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır ('maddə 1092.1.). Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsasız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız v arlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; - üçüncü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə tətbiq etdiyi hüquq normaları düzgün olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, kassator kassasiya şikayətində iddiaçıdan hərracda iştirak haqqı tutulması əsa sı kimi Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 04.05.2017-ci il tarixli 82 saylı protokolu ilə təsdiq edilmiş “ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə hərracların keçirilmə Qaydaları” nın tələblərinə istinad etsə də qanunvericiliyin tələbləri baxımından əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən hərracla bağlı 2% hesablanmaqla alınmış məbləğin, yəni 4491 manat pul vəsaitinin alınması üçün heç bir hüquqi əsas olmaması barədə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün hüquqi əsas yaratmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Xammal və X2 Mərkəzi Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 31 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar