Məhkəmə qərarları › İş №2(102)-62/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-62/2025

23.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-62/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məzənnə fərqinə əsaslanan maddi zərərin ödənilməsi, borc müqaviləsi; icranın gecikdirilməsi səbəbi ilə əldən çıxmış fayda, faiz borcu, dəbbə pulu,) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-590/2024 nömrəli 1 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 02.07.2019-cu il tarixli borc müqaviləsinə əsasən İddiaçı "xxxx" MMC və Cavabdeh2 mülkiyyətinə, əməli idarəçiliyinə-6.650.000 (altı milyon altı yüz əlli min) avro, manatla kurs üzrə 7.547.750 (yeddi milyon beş yüz qırx yeddi min yeddi yüz əlli) manat borc vermiş, borc alan xx.xx.2010-cu il tarixədək həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə cavabdehlər "xxxx" MMC və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə əsas borc üzrə * ****** manat və dəbbə pulu üzrə ******* manat olmaqla, cəmi ******* manat tutulması qət edilmişdir. Qeyd olunan qətnamə əsasında icra vərəqəsi tərtib edilərək, icra edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışda qeyd edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC və Cavabdeh2 8.547.750 manat tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı cəmi ******* pul vəsaiti xx.xx.2019-cu il tarixdə tələbkar İddiaçı bank hesabına köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci insta nsiya məhkəməsində icraat

4. İddiaçı məhkəməyə iddia ərizəsi və iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 avronun manata məzənnə fərqi nəticəsində yaranmış maddi ziyana görə 4.955.580 (dörd milyon doqquz yüz əlli beş min beş yüz səksən) manat, Mərkəzi Bankın uçot faiz dərəcəsi üzrə 4.131.412,5 (dörd milyon yüz otuz bir min dörd yüz on iki manat, əlli qəpik) manat, dəbbə pulu üzrə 16.303 140 (on altı milyon üç yüz üç min yüz qırx) manat, mənəvi ziyana görə 1.000.000 (bir milyon) manat, əldən çıxmış faydaya görə 10.000.000 (on milyon) manat, ümumilikdə 36.390.132,5 (otuz altı milyon üç yüz doxsan min yüz otuz iki manat, əlli qəpik) manat məbləğində, habelə qətnamə qanuni qüvvəsini aldıqdan sonra hər gecikdirilmiş ay üçün 35.615,62 (otuz beş min altı yüz on beş manat, altmış iki qəpik) pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, MMC 19 may 2005-ci il tarixində dövlət reyestrində qeydə alınmışdır. Cəmiyyətin nizamnamə kapitalı 200 (iki yüz) paydan ibarət 200 (iki yüz) manatdan ibarət olmuşdur ki, ondan 190 (yüz doxsan) pay iddiaçıya, 10 (on) pay isə Cavabdeh2 məxsus olmuşdur. 24 sentyabr 2009-cu il tarixdə MMC-nin nizamnaməsinə dəyişiklik edilmiş və iddiaçının payı 95%, Cavabdeh2 payı isə 5% müəyyən edilmişdir. Cəmiyyətin nizamnaməsinə əsasən onun əsas fəaliyyət növü yaşayış və qeyri-yaşayış binalarının inşa edilməsi olmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 3014-cü məhəllədə "xxxx" MMC-nin təsdiq edilm iş layihə əsasında inşa edəcəyi 73768,32 kv.m. ümumi sahəsi olan 25 mərtəbəli binanın tikintisi üçün müvafiq torpaq sahəsini alaraq Cavabdeh2 vermişdir. Binanın tikintisinə başlamaq üçün Cavabdeh2 iddiaçıdan 2 iyul 2009-cu il tarixində notariat qaydada təsdiq edilmiş borc müqaviləsinə əsasən ******* (altı milyon altı yüz əlli min) avro - həmin dövr üçün mövcud olan məzənnə ilə ******* (yeddi milyon beş yüz qırx yeddi min yeddi yüz əlli) manat borc almış və 11 ay müddətinə qaytaracağını öhdəsinə götürmüşdür. Borc müqaviləsinin 2-ci bəndində alınmış borcun son qalığının xx.xx.2010-cu il tarixdən gec olmayaraq "xxxx" MMC tərəfindən qaytarılmalı olduğu qeyd edilmişdir. Bundan başqa, borc müqaviləsinin 3cü bəndinə əsasən borcalan borcun ödənilməsini gecikdirdiyi halda ödənişin gecikdirildiyi hər gün üçün əlavə göstərilən məbləğin 0,1% həcmində dəbbə pulu ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh2 aralarında bağlanmış notariat qaydada təsdiq edilən müqavilədən başqa, sadə yazılı qəbz tərtib edərək şahidlər Qayıbquliyev İmran və Yusif İsayevin iştirakı ilə ondan 6.650.000 (altı milyon altı yüz əlli min) avro aldığını qeyd etmişdir. Müqavilə üzrə müəyyən edilmiş müddət keçdikdən sonra dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər "xxxx" MMC və onun təsisçisi Cavabdeh2 borcu ödəməkdən boyun qaçırmışlar. Bundan sonra, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilmiş və həmin məhkəmənin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə əsas borc üzrə ******* (yeddi milyon beş yüz qırx yeddi min yeddi yüz əlli) manat və dəbbə pulu üzrə ******* (bir milyon) manat olmaqla, cəmi ******* (səkkiz milyon beş yüz qırx yeddi min yeddi yüz əlli) manat məbləğində pulun tutulması qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə mindikdən sonra icra vərəqəsi tərtib edilərək, icra edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə göndərilsə də, artıq 6 ildir ki, borclular icra vərəqəsinin icrasını təmin etməmiş və müxtəlif vasitələrlə bundan yayınmışlar ki, bu da qanunlu qorunan hüquq və mənafelərin pozulmasına, iddiaçının əlavə maddi və mənəvi zərərə məruz qalmağına səbəb olmuşdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi, Cavabdeh2 iddiaçıdan borc pulu avro olaraq götürmüş və borcu aldığı vaxt üçün müəyyən edilmiş məzənnə ilə Cavabdeh2 verdiyi ******* (altı milyon altı yüz əlli min) avro ******* (yeddi milyon beş yüz qırx yeddi min yeddi yüz əlli) manat təşkil edirdisə, bugünkü müəyyən olunmuş məzənnə ilə 12503330 (on iki milyon beş yüz üç min üç yüz otuz) manat təşkil edir. Beləliklə, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-nin öhdəliklərini vaxtında icra etməmələri, hətta qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasından uzun illərdir yayınmaları onu məzənnə fərqinə görə ******* (dörd milyon doqquz yüz əlli beş min beş yüz səksən) manat məbləğində maddi zərərə düçar etmişdir (12503330- 7547750=4955580). Bundan başqa, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-208/2014 saylı qətnaməsinə əsasən cavabdehl ər Cavabdeh2 və "xxxx" MMC-nin müştərək qaydada iddiaçıya ödəməli olduqları ******* (səkkiz milyon beş yüz qırx yeddi min yeddi yüz əlli) manat məbləğində pulu 6 ildir ki, özlərində qanunsuz saxlayaraq, onu qaytarmaqdan boyun qaçırmaqla ondan faydalanmağa görə qanunvericiliyin tələbinə görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir və bankın uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir ki, hazırda Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsi 7,25%-dir. Beləliklə, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-nin iddiaçıya məxsus ******* (səkkiz milyon beş yüz qırx yeddi min yeddi yüz əlli) manat məbləğində pulu 6 ildir ki, özl ərində qanunsuz saxlayaraq, onu qaytarmaqdan boyun qaçırmaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödməlidirlər ki, həmin məbləğ də ******* (üç milyon yeddi yüz on səkkiz min iki yüz yetmiş bir) manat təşkil edir (8547750 x illik 7,25% = 619711 x 6 il = 3.718.271). Eyni zamanda, Cavabdeh2lə aralarında bağlanmış xx.xx.2009-cu il tarixli borc müqaviləsinin 3cü bəndinə əsasən borcalan borcun ödənilməsini gecikdirdiyi halda ödənişin gecikdirildiyi hər gün üçün əlavə göstərilən məbləğin 0,1% həcmində dəbbə pulu ödəyəcəyi barədə öhdəlik götürmüşdür ki, dəbbə puluna görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-208/2014 saylı qətnaməsinin qəbulundan keçən 6 il müddət ərzində öhdəliklərini icra etməmələrinə görə 16303140 (on altı milyon üç yüz üç min yüz qırx) manat məbləğində pul ödəməlidirlər. (7547750 x 0,1% =7547,75 x 360 günə = ******* x 6 ilə = 16.303.140 manat). Bundan başqa, cavabdehlərin ******* (altı milyon altı yüz əlli min) avro məbləğində pulunu ələ keçirib uzun illərdir ki, qaytarmamaları iddiaçının dərin mənəvi iztirablar keçirməyinə, əsəb, stresə düçar olmağına səbəb olmuşdur ki, iddiaçıya dəymiş mənəvi zərəri də ******* (bir milyon) manat məbləğində dəyərləndirir.

6. Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(060)-6/2023 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 avro ilə manatın məzənnə fərqi nəticəsində yaranmış maddi ziyana görə 4.955.580 (dörd milyon doqquz yüz əlli beş min beş yüz səksən) manat, əldən çıxmı ş faydaya görə 3.915.318 (üç milyon doqquz yüz on beş min üç yüz on səkkiz) manat, cəmi 8.870.898 (səkkiz milyon səkkiz yüz yetmiş min səkkiz yüz doxsan səkkiz) manatın tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

7. Məhkəmə müəyyən etmişdir ki, "xxxx" MMC-dən və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə əsas borc üzrə 7.547.750 manat və dəbbə pulu üzrə 1.000.000 manat olmaqla, cəmi 8.547.750 manatın tutulması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi qanuni qüvvədədir.

8. Qeyd olunan qətnamə icra vərəqəsi tərtib edilərək, icra edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə göndərilsə də, artıq 9 ildir ki, borclular icra vərəqəsinin icrasını təmin etməmişlər və nətic ədə iddiaçıya zərər vurmuşlar.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı xarici fiziki şəxs olaraq xx.xx.2009-cu il tarixdə xx.xx.2010-cu il tarixədək cavabdehlərə 6.650.000 avro məbləğində borc vermişdir. Borc verilən tarixə 6.650.000 avro 7.547.750 manat təşkil etmişdir. Cavabdehlər borc öhdəliyini yerinə yetirmədikləri üçün iddiaçı məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə əsas məbləğ üzrə cavabdehlərdən onun xeyrinə 7.547.750 manat tutulması qət edilmişdir. Buna baxmayaraq, cavabdehlər öhdəliklərini icra etməmişlər. Hazırkı iddia qaldırılarkən yəni 2020-ci ilin fevral ayına Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə 1 Avro - 1,8802 manat təşkil etmişdir. Göründü yü kimi, cavabdehlər öhdəliklərini vaxtında icra etmədiyi üçün iddiaçı məzənnə fərqində zərər çəkmişdir. Belə ki, hazırda 6.655.000 Avro 12.503.330 manat təşkil edir, 2014-cü ildə isə 7.547.750 manat təşkil etmişdir, nəticədə iddiaçıya 12.503.3307.547.750 = 4.955.580 manat zərər dəymişdir.

10. Odur ki, cavabdehlərdən avro ilə manatın məzənnə fərqi nəticəsində yaranmış maddi ziyana görə 4.955.580 (dörd milyon doqquz yüz əlli beş min beş yüz səksən) manat tutularaq iddiaçıya ödənilməlidir.

11. İddia tələbinin Mərkəzi bankın uçot faiz dərəcəsi üzrə 4.131.412,5 manatın cavabdehlərdən iddiaçının xeyrinə tutulması ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, bu hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı göstərilən tələblə yanaşı əldən çıxmış fayda da tələb edir.

12. Məh kəmə müəyyən etmişdir ki, əldən çıxmış fayda kimi tələb etdiyi zərərlə uçot faiz dərəcəsi üzrə tələb etdiyi zərər eynilik təşkil edir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

13. Məhkəmə hesab etmişdir ki, 2014-cü il tarixli qətnamə ilə tutulmalı olan borcun ümumi məbləği ******* manat təşkil etmiş və həmin borcdan borclular tərəfindən tələbkara xx.xx.2019-cu il tarixədək heç bir ödəniş edilmə mişdir. Həmin borcun ödənilməməsi ilə əlaqədar gecikmə günlərinin sayı 2115 gün edir. 2115 günün hər günə düşən faiz məbləği (illik 5% hesablanmaqla) 1187,19 manat təşkil edir. İllik əldən çıxmış fayda məbləğini hesabladıqda 2.510.902 manat hesablanır. Borclular tərəfindən xx.xx.2019-cu il tarixində ******* rubl ödəniş edildikdən sonra yerdə qalan borc məbləği ******* manat təşkil etmişdir. İddia tələbinə əlavə ərizəsi verildiyi günə, yəni xx.xx.2023-cü ilədək qalıq qalan borc məbləğinin ödənilməməsi ilə əlaqədar gecikmə günlərinin sayı 1373 gün edir. 1373 günün hər günə düşən faiz məbləği (illik 5% hesablanmaqla) 1022,88 manat təşkil edir. İllik əldən çıxmış fayda məbləğini hesabladıqda 1.404.417 manat hesablanır. Əldən çıxmış faiz (illik 5% hesablanmaqla) məbləğləri toplam hesablandıqd a 2.510.902+1.404.417=3.915.318 AZN təşkil edir. Buna görə də iddia tələbi bu hissədə qismən təmin edilməlidir.

14. İddia tələbinin dəbbə pulu üzrə 16.303.140 manatın cavabdehlərdən iddiaçının xeyrinə tutulması ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, bu hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış borc müqaviləsinə əsasən müəyyən edilmiş dəbbə məbləği Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)208/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə 1.000.000 manat məbləğində tutulduğundan borc müqaviləsinə istinadən yenidən dəbbə tutulması yolverilməzdir.

15. İddia tələbinin mənəvi zərərin əvəzi kimi 1.000.000 manatın tutulması ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, bu hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, cavabd ehlərin öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi iş materialları ilə sübuta yetirilmir.

16. İddia tələbinin qətnamə qanuni qüvvəsini aldıqdan sonra hər gecikdirilmiş ay üçün 35615,62 manatın cavabdehlərdən iddiaçının xeyrinə tutulması ilə bağlı hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, bu hissədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

17. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21.1, 21.2, 385.1, 386.1, 399.3, 421.2, 422, 439.1, 439.2, 439.7, 442, 445.7, 448.1, 443.1, 443.2. 443.3, 443.4, 443.5, 443.6, 443.7, 443.8, 443.9, 443.10, 445.1, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 №li Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə hazırkı qətnaməsinin maddi hüququ əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 2 1.2, 385.1, 386.1 439.1, 439.2-ci maddələrinə əsaslanmışdır. Mübahisəyə qeyd olunan maddi hüquq normalarını tətbiq etməkdə məhkəmə haqlı olmamışdır. Belə ki, məhkəmə hazırkı iş üzrə heç bir araşdırma aparmadan, onun nümayəndəsi və vəkilinin məhkəmə iclasında iştirakını təmin etmədən, hazırkı iş üzrə qəbul edilmiş köhnə məhkəmə qərarlarına istinad edərək tərəflər arasında olan münasibətlərinə borc müqaviləsinin (kredit müqaviləsi) müddəalarını tətbiq etmişdir. İşə baxan məhkəmə diqqətdən qaçırmışdır ki, iş üzrə hər iki tərəf gəlir əldə etmək məqsədilə bina tikintisi ilə məşğul olmuşlar. İddiaçı "xxxx" MMC və onun mülkiyyətinə 6.650.000 (altı milyon altı yüz əlli min) avro, manatla kurs üzrə 7.547.750 (yeddi milyon beş yüz qırx yeddi min yeddi yüz əlli) manat məbləğində pulu heç vaxt verməmi şdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən pul verilən gün iddiaçı bu barədə kassa mədaxil orderi təqdim etməli idi. Müqavilə formal bağlandığı üçün həmin qəbz təqdim edilməmişdir. Məhkəmə iddia tələbini araşdırarkən borc məbləğinin verilməsinə səbəb olmuş notariat işini tələb edib araşdırmalı olduğu halda bunu məqsədyönlü şəkildə etməmişdir. Belə ki, qeyd olunan məbləğin həqiqətən də banka (notariusun depozit hesabına) mədaxil olubolmamasının, bununla bağlı kassa mədaxil orderinin olub-olmamasının, qanunla müəyyən olunmuş ödənişlərin tutulub-tutulmamasının böyük əhəmiyyəti vardır. Belə ki həmin xüsusatlar araşdırılmış olsa idi, bir daha təsdiq olunardı ki, qeyd olunan məbləğ cavabdehə verilməmiş, tərəflər arasında bağlanmış müqavilə tamamilə formal xarakterlidir. Tə rəflər arasında olan münasibətlər kommersiya münasibətləri olduğu halda ona ümumi məhkəmədə baxılmış və mediasiya seansında iştirak edilməmişdir.

20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-590/2024 nömrəli 1 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X1 (sədrlik edən və məruzəçi) X3 və X2) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(060)-6/2023 nömrəli qətnaməsi cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 avro ilə manatın məzənnə fərqi nəticəsində yaranmış maddi ziyana görə 4.955.580 (dörd milyon doqquz yüz əlli beş min beş yüz səksən) manat pulun tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmiş, qətnamə cavabdehlər "xxxx" MMC-d ən və Cavabdeh2 əldən çıxmış faydaya görə 3.915.318 (üç milyon doqquz yüz on beş min üç yüz on səkkiz) manatın tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilmiş, cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 əldən çıxmış faydaya görə 3.420.793,25 (üç milyon dörd yüz iyirmi min yeddi yüz doxsan üç manat iyirmi beş qəpik) manat tutularaq İddiaçı ödənilməsi qət edilmiş, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin avro ilə manatın məzənnə fərqinin tutulmasına dair hissəsi ilə razılaşmayaraq qeyd etmişdir ki, həmin hissədə məhkəmə əsassız olaraq iddia tələbini təmin etmişdir. Belə ki, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə ödənilməsi müəyyən edilən məbləğ mülki prosessual qanunvericiliyin və Azərbaycan Respublikası Konstitusiyasının tələbləri baxımından Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmuş və qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə 7.547.750 manat hesablanmışdır. Buna görə qətnamənin icra olunması üçün müəyyən edilmiş məbləğ Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə artıq manatla müəyyən edildiyindən, yenidən icra edilməməsi üçün məzənnə fərqini tələb etmək əsassızdır.

22. Cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 əldən çıxmış faydaya münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin hissədə birinci instansiya məhkəməsi məbləği düzgün hesablamamışdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin tələbinə əsasən də müəyyən edilir ki, faizdən faiz ödənilməsi yolverilməzdir. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi gecikdirilmiş borc üçün illik 5%-lik məbləği hesablayarkən təkcə Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə tutulmuş 7.547.750 manat əsas borca münasibətdə hesablamalı olduğu halda, əlavə olaraq ******* manat dəbbə pulunu da hesablamaqla düzgün olmayan nəticəyə gəlmişdir.

23. İcra sənədinin icrası ilə bağlı ******* pul vəsaiti xx.xx.2019-cu il tarixdə tələbkar İddiaçı bank hesabına köçürüldüyü halda, cavabdehlərin borc məbləği azalsa da, birinci instansiya məhkəməsi həmin tarixdən sonra borc məbləğinin azalmasını da tam düzgün hesablamadan əldən çıxmış faydaya görə artıq pul tutmuşdur.

24. Məhkəmə kollegiyası əldən çıxmış faydaya görə pul məbləğinin aşağıdakı qaydada hesablanmasını düzgün hesab etmişdir: 25. - Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehlər "xxxx" MMC və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə əsas borc üzrə 7.547.750 manat tutulması qət edilmişdir. İşin halları ilə müəyyən edilir ki, cavabdehlər məhkəmə qətnaməsini icrası məcburi olduğu halda icra etmədiklərindən iddiaçının əldən çıxmış faydaya görə gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində ödənilməsini tələb etmək hüququ vardır. Cavabdehlər tərəfindən xx.xx.2019-cu il tarixdə ******* pul vəsaiti ödənildiyindən qətnamə çıxdıqdan sonra həmin dövrə qədərki müddət 5 il 10 ay 15 gündür. Buna görə illik 5% hesablamaqla 7.547.750 manata münasibətdə həmin dövr üçün ümumi 29,3% tutulma qla cavabdehlər tərəfindən iddiaçıya əldən çıxmış faydaya görə 2.211.490,75 manat (7.547.750: 100 x 29,3) ödənilməlidir. xx.xx.2019-cu il tarixdə ******* pul vəsaiti ödənildikdən sonra cavabdehlərin 6.364.750 (7.547.750 – 1.183.000) manat borcu qaldığından ondan sonrakı hazırkı iddia ərizəsinin verildiyi tarixədək ödənilməli olan əldən çıxmış faydaya görə gecikdirilmiş vaxt üçün borc 3 il 9 ay 23 günə münasibətdə 19% tutulmalı olduğundan cavabdehlər tərəfindən iddiaçıya əldən çıxmış faydaya görə 1.209.302,5 manat (6.364.750: 100 x 19) borc ödənilməlidir.

26. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hazırkı iddia tələbinin kommersiya məhkəməsində baxılmalı olmasına dair dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin tələbləri nəzər ə alınmaqla iş əvvəllər mülki münasibətlərə aid olduğundan ümumi məhkəmədə - Nəsimi Rayon Məhkəməsində baxılmış və həmin qətnamə qanuni qüvvəsini almışdır. Hazırkı iddia tələbi isə həmin qətnamə ilə tutulmuş əsas borc məbləğinin icra edilməməsi ilə əlaqədardır. Buna görə də cavabdehin apellyasiya şikayətinin həmin dəlili əsassızdır.

27. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə hesab etmişdir ki, xx.xx.2019-cu il tarixə qədərki və ondan sonrakı ödənilməli olan vurulmuş ziyanla bağlı, yəni cavabdehlər tərəfindən əldən çıxmış faydaya görə gecikdirilmiş vaxt üçün 3.420.793,25 manat (2.211.490,75 + 1.209.302,5) ödənilməlidir.

28. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21.1, 21.2, 385.1, 386.1, 439.1, 439.2, 439.3, 439.7, 442, 443.1, 448.1, 443.2, 443.3, 443.4, 443.5, 443.6, 443.7, 443.8, 443.9, 443.10, 445.1, 445.7, 739.1, 739.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı kassasiya şikayəti verərək (Vəkil4) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd etmişdir ki, məhkəmə şikayət birinci instansiya məhkəməsinin qətnaməsinin bütövlükdə ləğvinə yönəldiyindən şikayətin dəlillərindən asılı olmayaraq qətnaməni tam yoxlayır. Başqa sözlə, qətnamə həm şikayətə, həm də iddia ərizəsinə münasibətdə yoxlanılmışdır. İddia tələbinə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş hissədə tam məhkəmə araşdırması aparılsa da, baxmayaraq ki, qətnamə bütünlükdə yoxlanılmışdır, təmin edilməmiş hissələrdə iddia tələbinə hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası hesab edə bilər ki, həmin hissələrdə iddiaçı tərəfindən apellyasiya şikayət verilməmişdir, bu səbəbdən də məhkəmə arbitr funksiyası yerinə yetirərək yalnız mübahisələndirilmiş hissələrdə hüquqi münasibət bildirməlidir. Lakin verilmiş apellyasiya şikayətinə baxdıqda aydın olur ki, apellyasiya şikayətinin dəlliləri yoxlanılmış hallara uyğun deyildir. Cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyi qeyd edilsə də, hansı maddi və prose ssual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi göstərilməmişdir. Apellyasiya instansiya məhkəməsi isə ümumiyyətlə, dəllilləri fərqli olan şikayətə öz mülahizəsinə uyğun dəlillərlə hüquqi qiymət vermişdir. Bu isə prosessual qanunvericiliyin tələblərinə ziddir. Hazırkı iddia ərizəsi ilə məhkəməyə 2020-ci ildə müraciət edilmişdir. Hazırda cavabdehlər tərəfindən qanunsuz olaraq iddiaçıya məxsus pul vəsaiti daha 4 ildir ki, özlərində saxlanılmaqla iddiaçıya maddi ziya vurulur. Məhkəmə kollegiyası bu halları nəzərə almadan 5 il müddətinə vurulmuş ziyanı (20142020-ci illər üçün gecikdirilmiş borc üçün illik 5%-lik məbləği hesablamaqla) müəyyən etmişdir. Belə çıxır ki, iddiaçı hazırkı iş üzrə yekun məhkəmə qətnaməsi çıxdıqdan sonra yenidən, növbəti dəfə 2020-2024-cü illər üçün g ecikdirilmiş borc üçün illik 5%-lik məbləği hesablamaqla maddi ziayanın ödənilməsinə dair iddia qaldırmalıdır. Bu isə prosessual qənaət prinsipinə ziddir. İddiaçı 10 ildir ki, məhz cavabdehlərin qanunsuz hərəkətlərinə əsasən ona verilməli olan vəsaitdən məhrum olub, istifadə edə, gəlir götürə bilmir. Aşağı instansiya məhkəmələri şəxsə maddi ziyan vurulmasını qətnaməsində təsdiq edir, lakin bütün bunların şəxsə mənəvi ziyan (neqativ emosiyalar, qorxu, alçalmaq, köməksizlik hissi, utanma, təşviş, həyəcan, ümidsizlik kimi hisslərin yaranması) vurmaması barədə yekun nəticəyə gəlir. Məhkəmənin bu mövqeyi anlaşılan deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

33. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

34. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlid ir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

37. Maddə 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.

38. Maddə 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı oldu ğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.

39. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

40. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəs i üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 48.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri b axımından şərh edilməsinə dair 2011-ci il 20 may tarixli qərarı Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Apellyasiya məhkəməsinin baxış həddini birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilən hissəsinin yoxlanılması, yəni avro ilə manatın məzənnə fərqi nəticə sində yaranmış maddi ziyana görə 4.955.580 manat, əldən çıxmış faydaya görə 3.915.318 manatın cavabdehdən tutulması təşkil etmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermədiyindən iddianın rədd edilən hissələri üzrə birinci inatsniya məhkəməsinin qətnamsəi qüvvəyə minmi.dir. Cavabdehin apellyasiya şikayəti əsasında apellyasiya məhkəməsinin qətnaməsi ilə avro ilə manatın məzənnə fərqi nəticəsində yaranmış maddi ziyana görə 4.955.580 manat hissəsində iddia rədd edilmiş, əldən çıxmış faydaya görə 3.915.318 manat hissəsində isə dəyişdirilərək 3.420.793 manat əldən çıxmış fayda tutulmuşdur.

53. Belə olan halda, iddiaçının kassasiya şikayəti əsasında kassasiya baxışının predmetini iddianın maddi ziyanla bağlı apellyasiya məhkəməsi tərəfindən rədd olunmuş hissələrinin qanuniliyinin yoxl anılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin yoxlanılan hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Kassasiya şikayətinin apellyasiya məhkəməsinin baxış hədləri ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin qərarlarında müəyyən etdiyi hüquqi mövqeyə görə apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilm əsini yalnız birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının mübahisələndirilən hissəsində yoxlamaq hüququna malikdir. Əks halda MPMin 327.6-cı maddəsi öz əhəmiyyətini itirmiş olardı. Maddi hüquq normalarından fərqli olaraq prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair 2011-ci il 20 may tarixli qərar)

56. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Apelyasiya və kassasiya şikayətləri nin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair xx.xx.2020-ci il tarixli qərardadında qeyd edilmişdir ki, mübahisə predmetinin bölünməz olduğu hallar istisna olmaqla, apellyasiya instansiyası məhkəməsinin yoxlaması şikayətin obyekti ilə, yəni qətnamənin mübahisələndirilən hissəsi ilə məhdudlaşsa da, məhkəmə həmin hissədə şikayətin predmetini təşkil edən maddi hüquq normasının pozuntusu ilə bağlı irəli sürülmüş dəlillərlə bağlı olmayıb, ondan kənara çıxma hüququna malik olmaqla mübahisələndirilən hissənin tam şəkildə təkrar hüquqi qiymətləndirilməsini keçirməlidir... Nəzərə alınmalıdır ki, qətnamənin mübahisələndirilməyən hissəsində yoxlanılması tərəflərin məhkəmə aktlarından şikayət vermək və əsaslandırılmış dəlillərini irə li sürmək kimi fundamental hüquqlarını məhdudlaşdırdığından qətnamənin ləğvinə əsas verən əhəmiyyətli prosessual pozuntudur.

57. Göründüyü kimi, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermədiyindən iddianın rədd edilən hissəsinin qanuniliyinin yoxlanılması apellyasiya baxışının obyekti olmamışdır. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd edilən hissələri ilə bağlı hazırkı kassasiya şikayətinin dəlillərinə qiymət verilməsi mümkün deyildir.

58. İddianın təmin edilən hissəsi üzrə qətnaməni yoxlayan apellyasiya məhkəməsi isə düzgün olaraq qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən asılı olmayaraq həmin hissədə maddi hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq səlahiyyətinə malik olmuş, mübahi sənin hüquqi qiymətləndirilməsini yenidən keçirmişdir. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.

59. Buna görə də, bu hissəyə dair kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir.

60. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə, yəni maddi ziyan tələbinin rədd olunması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasını n 2(105)-590/2024 nömrəli 1 avqust 2024-cü il tarixli qətnaməsi maddi ziyan tələbinin rədd olunması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar