Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-620/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı2 və digərlərinin Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-620/22 (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2021-ci il tarixli, 2(103)5495/2021 saylı qətnaməsindən İddiaçı2 kassasiya şikayəti üzrə işə 22 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşa ğıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəmədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia qaldıraraq, birgə mülkiyyətlərində olan Xaçmaz rayonu, Yergüc kəndində yerləşən 0,56 ha torpaq sahəsinin və orada inşa edilmiş 1825 kv.metr sahəsi olan əmlak kompleksinin 1/2 hissəsinə dair İddiaçı1lə Cavabdeh1 arasında notarial qaydada bağlanmış 16 iyun 2016-cı il tarixli bağışlama müqaviləsinin; habelə sözügedən torpaq sahəsinin və əmlak kompleksinin ½ hissəsinə dair İddiaçı2la Cavabdeh1 arasında notarial qaydada bağlanmış 16 iyun 2016-cı il tarixli alqı-satqı müqaviləsinin və həmin müqavilələrin yaratdığı sonrakı hüquqi nəticələrin etibarsız hesab edilməsi və əldən çıxmış faydaya görə cavabdehlərdən müştərək qaydada 40.000 manat pulun tutulu b onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş ediblər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim S.F.Cəfərov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Xaçmaz rayonu, Yergüc kəndində yerləşən, ümumi sahəsi 1825 kv.metr olan əmlak kompleksi kimi müəssisə və 0,56 ha torpaq sahəsi mülkiyyət hüquqları əsasında ½ hissədə bərabər payda iddiaçılara məxsus olub. 16 iyun 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı2 sözügedən əmlak kompleksində və torpaq sahəsində olan ½ payını Cavabdeh1 satıb, eyni zamanda İddiaçı1 sözügedən əmlak komplesində və torpaq sahəsində olan ½ payını Cavabdeh1 bağışla yıb. 21 iyun 2016-cı il tarixdə əmlak kompleksi kimi müəssisə və torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb. Bundan sonra, Cavabdeh1lə “X3 Şirkəti” QSC arasında “İştirakçılararası müqavilə” bağlanıb və Nizamnamə kapitalının 46,935 faizini təşkil edən əmlak kompleksindən ibarət maya qoyuluşu ilə birlikdə "xxxx" MMC təsis etmişlər. 2018-ci il tarixdə Cavabdeh1 “X3 Şirkəti” QSC müraciət edərək, "xxxx" MMC kapitalında ona məxsus olan 46,935 faiz payı satın almağı təklif edib, lakin “X3 Şirkəti” QSC tərəfindən alınmayıb, o da özünə məxsus payı X1, sonuncu isə həmin payla "xxxx" MMC təsisçisi olub, sonra isə öz payının bir hissəsini “X3 Şirkəti” QSC satıb. Göründüyü kimi, etibarsızlığı tələb edilən alqı-satqı və bağışlama müqavilələri qanunvericiliyin tələblərinə uyğun şəki ldə bağlanıb və həmin müqavilələrin və onların yaratdığı sonrakı hüquqi nəticələrin etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən edilmir. Həmçinin, iddiaçıların istinad etdiyi 08 may 2015-ci il tarixli “Əməkdaşlıq müqaviləsi” notarial qaydada təsdiq edilməyib. Digər tərəfdən, sözügedən müqavilə 08 may 2015-ci il tarixdə bağlandığı halda, "xxxx" MMC 26 iyul 2016-cı il tarixdə təsis edilib. Belə olan halda 08 may 2015-ci il tarixdə bağlanılmış müqavilə ilə tərəflərin təxminən 1 il, 2 aydan sonra təsis ediləcək olan "xxxx" MMC nizamnamə kapitalındakı payların nə qədər olacağı barəsində məlumatlı olmaları və bununla bağlı əvvəldən bağlanmış müqavilə ilə öhdəlik götürmələri ağlabatan hesab edilməməklə, həmin müqavilənin etibarlılığını şübhə altına alır. Beləliklə, sözügedən alqı-satqı v ə bağışlama müqavilələri qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanıb və həmin müqavilələrin etibarsız hesab edilməsinə əsas olan dispozisiya şərtləri mövcud deyil. Ona görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 88, 217.1-ci maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. İddiaçılar apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş ediblər. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov sədrlik edən, məruzəçi, T.S.Səmədov və İ.S.Şirinov) apellyasiya şikayəti q ismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iddia qismən təmin edilib. Ali məhkəmənin sədri təqdimatla müraciət edərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş edib. Təqdimat belə əsaslandırılıb ki, sözügedən əmlaklar "xxxx" MMC mülkiyyətində olduğu halda, sonuncu işə baxılmağa cəlb edilməyib və onun hüquq və vəzifələrinə dair məsələ həll olunub. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər E.Y.Şamayev sədrlik edən, məruzəçi, E.R.Vəliyeva və A.Ə.Abbasov) təqdimat təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov sədrlik edən, məruzəçi, Q.A.Əsgərov və A.N.İmanov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı2 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Üçüncü şəxslər "xxxx" MMC, “X3 Şirkəti” QSC və Pərviz Haqverdiyevin etiraz ərizəsində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş f ormaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407. 2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidi r. İddiaçı2 kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini özünə aid hissədə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız ona aid hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı2 kassas iya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, ona münasibətdə iddianın rədd edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Xaçmaz rayonu, Yergüc kəndində yerləşən, ümumi sahəsi 1825 kv.metr olan əmlak kompleksi kimi müəssisə və 0,56 ha torpaq sahəsi mülkiyyət hüquqları əsasında ½ hissədə bərabər payda iddiaçılara məxsus olub. 16 iyun 2016-cı il tarixli alqısatqı müqaviləsinə əsasən İddiaçı2 sözügedən əmlak kompleksində və torpaq sahəsində olan ½ payını Cavabdeh1 satıb, eyni zamanda İddiaçı1 sözügedən əmlak komplesində və torpaq sahəsində olan ½ payı nı Cavabdeh1 bağışlayıb. 21 iyun 2016-cı il tarixdə əmlak kompleksi kimi müəssisə və torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb. Bundan sonra, Cavabdeh1lə “X3 Şirkəti” QSC arasında “İştirakçılararası müqavilə” bağlanıb və Nizamnamə kapitalının 46,935 faizini təşkil edən əmlak kompleksindən ibarət maya qoyuluşu ilə birlikdə "xxxx" MMC təsis etmişlər. 2018-ci il tarixdə Cavabdeh1 “X3 Şirkəti” QSC müraciət edərək, "xxxx" MMC kapitalında ona məxsus olan 46,935 faiz pul olmayan əmlak şəklindəki payını satın almağı təklif edib, lakin “X3 Şirkəti” QSC tərəfindən alınmayıb, o da özünə məxsus payı X1, sonuncu isə həmin payla "xxxx" MMC təsisçisi olub, sonra isə öz payının bir hissəsini “X3 Şirkəti” QSC satıb. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiyası məhkəməsini n mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə İddiaçı2 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini arışdırıb haqlı olaraq qeyd etmişdir ki, etibarsızlığı tələb edilən alqısatqı və bağışlama müqavilələri qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanıb və həmin müqavilələrin və onların yaratdığı sonrakı hüquqi nəticələrin etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən edilmir. Həmçinin, iddiaçıların istinad etdiyi 08 may 2015-ci il tarixli “Əməkdaşlıq müqaviləsi” notarial qaydada təsdiq edilməyib. Digər tərəfdən, sözügedən müqavilə 08 may 2015-ci il tarixdə bağlandığı halda, "xxxx" MMC 26 iyul 2016-cı il tarixdə təsis edilib. Belə olan halda 08 may 2015-ci il tarixdə bağlanılmı ş müqavilə ilə tərəflərin təxminən 1 il, 2 aydan sonra təsis ediləcək olan "xxxx" MMC nizamnamə kapitalındakı payların nə qədər olacağı barəsində məlumatlı olmaları və bununla bağlı əvvəldən bağlanmış müqavilə ilə öhdəlik götürmələri ağlabatan hesab edilməməklə, həmin müqavilənin etibarlılığını şübhə altına alır. Beləliklə, sözügedən alqı-satqı və bağışlama müqavilələri qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanıb və həmin müqavilələrin etibarsız hesab edilməsinə əsas olan dispozisiya şərtləri mövcud deyil. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və iddiaçı Namiq Məmmədmuradovun kassasiya şikayətində göstərdiyi alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı dəlillərini əsassız sayıb hesab edir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilir. Həmçinin əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması zəruridir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı oldu qda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tut ulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Digər tərəfdən, kassasiya instansiyası məhkəməsi İddiaçı2 kassasiya şikayətində göstərdiyi digər dəlillərlə də razılaşmayıb qeyd edir ki, 07 sentyabr 2018-ci il tarixli alqısatqı müqaviləsinə əsasən, Cavabdeh1 sözügedən müəssisədəki 46,935 faiz pul olmayan əmlak şəklindəki payını 563.220 manat Pərviz Haqverdiyevə satıb. Göründüyü kimi tərəflər arasında hər hansı razılaşmanın olmasından "xxxx" MMC hazırki təsisçiləri nə “X3 Şirkəti” QSC-nin, nə də Pərviz Haqverdiyevin məlumatı olmayıb. Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mül kiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçisi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Maddənin mənasına görə, əmlakı başqa şəxsdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddalarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Eyni zamanda, Mülki Məcəllənin 140-ci maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və sair hüquqlarının olmasını istisna edir. Həmi n maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Daşınmaz əmlak barədə reyestrin məzmunun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirmişdir. İddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur. Əksinə o, buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Həmçinin, həmin Qərarda göstərilmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmi n olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tət biqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasında tarazlığa riayət olunsun. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi İddiaçı2 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiy mət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2021-ci il tarixli, 2(103)-5495/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-620/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-620/2022
22.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver