Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6205/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “müqavilənin ləğv edilməsi və həmin müqavilə üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, ipoteka predmetinin ilkin satış qiyməti, ekspert rəyinin qiymətləndirilməsi, iddia tələbindən kənara çıxma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, Cavabdeh1, vəkilləri Vəkil və xxxoğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyun 2021-ci il tarixli, 2(103)715/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 23 iyun 2015-ci il tarixli 205/15/NF/PB saylı kredit müqaviləsi ilə "xxxx" ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq 23 iyun 2015-ci il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh1 mülkiyyətində olan ünvan 1saylı binanın 58 saylı mənzilini ipoteka ilə yüklü etmişdir. İpoteka daşınmaz əmlakın dövlət reyestrində qeyd iyyata alınmışdır. İpotekanın predmeti 40000 manat qiymətləndirilmişdir. İpoteka daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli qərarı ilə "xxxx" ASC-nin məcburi ləğv edilməsi barədə qərar qəbul olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 avqust 2016-cı il tarixli qərarı ilə məcburi ləğv prosesində olan "xxxx" ASC-nin hüquq varislik qaydasında yenidən təşkil olunmaqla Bank Olmayan Kredit Təşkilatına çevrilməsi, məcburi ləğv prosesində olan "xxxx" ASC-nin öhdəliklərinin və aktivlərinin yenidən təşkil olunan Bank Olmayan Kredit Təşkilatına köçürülməsinin (ötürülməsinin) bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması, məcburi ləğv prosesində olan "xxxx" ASC-nin Bank Olmayan Kredit Təşkilatına çevrilməsi ilə əlaqədar qeydiyyat orqanına verilməli olan müvafiq sənədlərin təqdim edilməsinin Bankın səhmdarlarına və ləğvedicisinə həvalə edilməsi qərara alınmışdır. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən Cavabdeh1 İddiaçı BOKT ASCyə 24 oktyabr 2019-cu il tarixə 23384,43 ABŞ dolları məbləğində əsas borcu, 32535,43 ABŞ dolları faiz borcu, 52293,54 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 108213,40 ABŞ dolları borcu var. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 26 fevral 2020-ci il tarixli rəyinə əsasən Cavabdeh1 23 iyun 2015-ci il tarixli 205/15/NF/PB saylı kredit müqaviləsi üzrə 23 iyun 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 25000 ABŞ dolları əsas borcu, 13158,97 ABŞ dolları faiz borcu, 17 yanvar 2019-cu il tarixə (maliyyə arayışını n tarixinə) 25000 ABŞ dolları əsas borcu, 13867,30 USD faiz borcu vardır. "xxxx" MMC-nin 11 fevral 2021-ci il tarixli rəyinə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanının likvid dəyəri 75000 manat, bazar dəyəri isə 81000 manat məbləğində müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və Cavabdeh1 arasında bağlanmış 23 iyun 2015-ci il tarixli 205/15/NF/PB saylı kredit müqaviləsi üzrə cavabdehdən 23384,43 ABŞ dolları məbləğində əsas borcunun, 32535,43 ABŞ dolları məbləğində faiz borcunun, 52293,54 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 108213,40 ABŞ dolları məbləğində pulun, 30 manat dövlət rüsumunun İddiaçı BOKT ASC -nin xeyrinə ödənilməsi, borcun əvəzi olaraq ipoteka predmeti kimi 40000 manata qiymətləndirilən ünvan 1 saylı binanın 2-ci mərtəbəsində yerləşən Cavabdeh1 mülkiyyətindəki 58 saylı mənzilə yönəldilməsi və mənzilin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, ünvan 1 saylı binanın 2-ci mərtəbəsində yerləşən Cavabdeh1 mülkiyyətindəki 58 saylı mənzildən orada yaşayan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan cavabdeh müqavilə üzrə kredit vəsaitindən istifadə etsə də, üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə borcu yaranmışdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(008)322/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 205/15/NF/PB saylı, 23 iyun 2015-ci il tarixli müqavilənin müddətinin bitmə sonuna olan 25000,00 ABŞ dolları məbləğində əsas borc, 13158,97 ABŞ dolları məbləğində faiz borcu, 5000 manat məbləğində cərimə borcu pul məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməsi, tutmanın kredit üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1 məxsus ünvan 2-ə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışından əldə olunan vəsaitin hesabına borcun ödənilməsinin təmin edilməsi, Cavabdeh1 məxsus ünvan 2-də yaşayan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzili boşaltmaları qət edilmişdir. b) Apelly asiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(008)-322/2020 nömrəli qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyun 2021-ci il tarixli, 2(103)-715/2021 nömrəli qətnaməsi ilə (hakim A.N.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.A.Əsgərovdan və V.N.Sadıqovdan ibarət tərkibdə) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(008)-322/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 20 5/15/NF/PB saylı, 23 iyun 2015-ci il tarixli müqaviləsi üzrə 25000,00 ABŞ dolları məbləğində əsas borcun, 13158,97 ABŞ dolları məbləğində faiz borcunun, 1000 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 39158,97 ABŞ dolları (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla) və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməsi, tutmanın kredit üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1 məxsus ünvan 2-ə yönəldilməsi və Cavabdeh1 məxsus ünvan 2-in hərracdan ilkin satış qiymətinin 75000 manat müəyyən edilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsinin təmin edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzildən çıxarılmaqla mənzil boşaldılması qət edilmişdir. Apellyasiya instansiyası ilk növbədə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib etməmiş, bilavasitə qanunun tələbi olmasına baxmayaraq ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirməmişdir. Başqa sözlə, iddiaçı tərəfindən irəli sürülmüş tələblərə natamam qiymət verilmiş və bununla “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehdən 5000 manat dəbbə pulunun tutulması hissəsində də qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, iddiaçı iddia tələbində dəbbə pulunu ABŞ dolları ilə tələb etsə də, məhkəmə iddia tələbindən kənara çıxaraq dəbbə pulunu manatla ifadə etmişdir. Bundan əlavə, 05 mart 2020-ci il tarix li iclas protokolu nə məhkəmə iclas katibi, nə də sədrlik edən hakim tərəfindən imzalanmamışdır. Göstərilənlərə əsasən apellyasiya məhkəməsi hesab etmişdir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mülki qanunvericiliyin normaları və müqavilə şərtləri baxımından iddiaçı bankla Cavabdeh1 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və həmin münasibətlər çərçivəsində adı çəkilən cavabdeh öhdəliklərini lazımınca icra etmədiyi üçün iddiaçının cavabdehə qarşı yönəlmiş ümumilikdə 108213,4 ABŞ Dolları borcun tutulması tələbi qismən təmin olunmalı, iddiaçı bankın xeyrinə cavabdehdən 25000,00 ABŞ dolları əsas, 13158,97 ABŞ dolları faiz, 1000,00 ABŞ dolları cərimə, olmaqla cəmi 39158,97 ABŞ dolları tutulmalıdır. Bu qənaətinə uyğun olaraq apellyasiya məhkəməsi, apellyatorun apellyasiya şikayətində irəli sürülən, borc məbləğlərinin düzgün hesablanmaması arqumenti ilə bağlı kollegiya qeyd etmişdir ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişlər. Əksinə Məhkəmə Ekspertiza Mərkəzinin 26 fevral 2020-ci il tarixli ekspert rəyinə əsasən, Cavabdeh1 23 iyun 2015-ci il tarixli 205/15/NF/PB saylı kredit müqaviləsi üzrə 23 iyun 2018-ci il tarixə (müqavilə müddəti nin sonuna) 25000 ABŞ dolları əsas borcu, 13158,97 ABŞ dolları faiz borcu, 17 yanvar 2019-cu il tarixə (maliyyə arayışının tarixinə) 25000 ABŞ dolları əsas borcu, 13867,30 ABŞ dolları faiz borcu vardır. Dəbbə pulu üzrə tələblə əlaqədar apellyasiya məhkəməsi MM-in 467-ci maddəsinə istinad etməklə hesab etmişdir ki, borcalanın 25000,00 ABŞ dolları əsas borcuna münasibətdə ondan 52293,54 ABŞ dolları cərimə tutulması əsaslı hesab oluna bilməz. Cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 1000 ABŞ dolları həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Apellyasiya məhkəməsi iddianın, “tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 1-də yerləşən 58 saylı mənzilə yönəldilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin daşınmaz əmlak Cavabdeh1 kredit öhdəliklərinin təm inatı olaraq ipoteka ilə yüklü edilmiş və ipotekanın dövlət qeydiyyatı həyata keçirilmişdir. Bu səbəbdən tələb ipoteka predmetinə yönəldilməli, həmin əmlak hərracda satılmalı, mənzilinin ilkin satış qiyməti "xxxx" MMC-nin rəyinə uyğun 75000 manat məbləğində müəyyənləşdirilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyun 2021-ci il tarixli, 2(103)-715/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının p ozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə iddia tələbindən kənara çıxaraq əsas borcu tələb olunan məbləğdən artıq tutmuşdur. Bundan əlavə məhkəmə cavabdehə borcun ABŞ dolları ilə deyil, manatla verilməsini, faiz və cərimə borcunun şişirdilməsini, ekspert rəyinin əsassız olmasını, cavabdehlərin ipoteka predmeti olan yaşayış sahəsindən çıxarılması ilə bağlı iddia qaldırmağa iddiaçının subyektiv hüququnun olmamasını nəzərə almamışdır. Həmçinin ipoteka predmetinin ilkin satış qiyməti aşağı müəyyən edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh1, vəkilləri Vəkil və xxxoğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkə mə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi və digər cavabdehlər gəlməmiş, vəkillərinin iştiraklarını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia qismən təmin edilsə də, iddiaçı və digər cavabdehlər həmin qətnaməni mübahisələndirməmişlər. Cavabdeh1 qətnaməni iddianın təmin olunmuş hissəsində mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə madd i və prosessual hüquq normalarına uyğun olmasının yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydad a qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən b orclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3-cü maddəsən əsasən ipot eka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tu tulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanun larda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəs inə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin birinci cümləsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntus u hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.2-ci maddəsinə əsasən kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmu ş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunsa da, iddia tələbindən kənara çıxdığından, kassasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyası ilk olaraq borcun şişirdilməsi və ekspertiza rəylərinin əsassız olmasına dair cavabdehin kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, onları əsassız hesab edir və qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gəlmək üçün keçirilmiş ekspert rəylərinə istinad etməklə düzgün nəticəyə gəlmişlər. İş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında keçirilmiş, alınmış rəyin mötəbərliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. O cümlədən cavabdeh borcun düz gün hesablanmaması ilə bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübutu (etdiyi, lakin ekspert tərəfindən nəzərə almadığı ödənişlə bağlı maliyyə sənədləri, alternativ ekspert rəyi və s.) təqdim etməmişdir. Eyni ilə ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı qeyd olunmalıdır ki, iş materiallarına əsasən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədi ilə apellyasiya məhkəməsi tərəfindən müstəqil qiymətləndirmə həyata keçirilmişdir. Müəyyən olunan ilkin satış qiyməti cavabdeh tərəfindən kassasiya qaydasında mübahisələndirilsə də, onun daha yüksək məbləğdə olmasını təsdiq edən sübut işin faktiki hallarını araşdıran apellyasiya məhkəməsinə təqdim olunmamışdır. Cərimə borcu ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəmə si tənasübsüz surətdə yüksək hesab etdiyi dəbbə pulunu səlahiyyətləri çərçivəsində MM-in 467-ci maddəsinə əsasən azaltmışdır. Məhkəmə kollegiyası müəyyən olunan dəbbə pulunu əsas və faiz borcuna uyğun hesab edir və onun daha da azaldılması üçün əsaslar müəyyən olunmur. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Qanununun 59cu maddəsi şərh edilərkən belə nəticəyə gəlmək olar ki, ipoteka predmeti olan yaşayış sahəsinin boşaldılması ipoteka predmetinə tutma yönəldilməsi prosedurunun bir ayrılmaz hissəsidir və ipoteka saxlayanın müvafiq tələbi olduğu halda bir icraatda həll edilməlidir. Qeyd olunan tələbin ipoteka predmetinə tutma yönəldilməsi prosedurundan ayrılması və yalnız yeni mülkiyyətçinin belə bir iddia tələbi olduğu halda təmin olunması qanunvericiliyin məqsədləri nə zidd olardı. Qanunun mənasına görə yaşayış evinin məhkəmə aktına əsasən satılması ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə onların məcburi çıxarılması üçün əsasdır. Bu səbəbdən iddiaçının bu tələblə məhkəməyə müraciət etməyə subyektiv hüquqa malik olmamasına dair kassasiya şikayətinin dəlili həmçinin əsassızdır. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən əsas və cəmi borc müəyyən edilərkən səhvə yol verilmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı iddia tələbində əsas borcun 23384,43 ABŞ dolları məbləğində tutulmasını xahiş etmişdir. Lakin apellyasiya məhkəməsi həmin borcu müəyyən edərkən ekspert rəyini əsas götürmü ş və cavabdehdən əsas kredit borcu olaraq daha yüksək – 25000 ABŞ dolları məbləğində pul tutmaqla, iddia tələbindən kənara çıxmışdır. Bununla da, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələblərini pozmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsas və cəmi borcunun müəyyən edilməsi hissəsində dəyişdirilməli, kredit müqaviləsi üzrə əsas borc iddia tələbi həcmində - 23384,43 ABŞ dolları, cəmi borc isə 37543,40 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyun 2021-ci il tarixli, 2(103)-715/2020 nömrəli qətnaməsi qismən, yəni əsas və cəmi borcun müəyyən edilməsi hissəsində dəyişdirilsin. 23 iyun 2015-ci il tarixli, 205/15/NF/PB saylı kredit müqaviləsi üzrə Cavabdeh1 tutulmalı olan əsas kredit borcu 23384,43 ABŞ dolları (iyirmi üç min üç yüz səksən dörd ABŞ dolları qırx üç sent), cəmi borc 37543,40 ABŞ dolları (otuz yeddi min beş yüz qırx üç ABŞ dolları qırx sent) məbləğində icra olunduğu günə olan Azərbaycan Respublikası manatının məzənnəsi ilə müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6205/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6205/2021
20.12.2021 · Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver