Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6209/2019 30.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin MK-nın 06 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.Əkbərov, iş № 2(003)-276/2018) iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddianın təmin edilməsi qə t edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov-sədrlik edən və məruzəçi, A.Hüseynov və A.İmanov, iş № 2(103)-5666/19) Cavabdeh apelyasiya şikayəti təmin edilmədən, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-276/19 saylı iş üzrə 08 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 33.794,47 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili Vəkil kassasiy a şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apelyasiya instansiya məhkəməsinin qətnaməsi hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir. Belə ki, “xxxx” ASC ona bildirmədən “xxxx” ASC-nin tələbini yerinə yetirməsi onu əlverişsiz vəziyyətə salmışdır. Ona görə də Bakı Apelyasiya Məhkəməsinin 06 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləy ib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 06 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və Apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmama sını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki iddiaçı ilə cavabdeh arasında bağlanmış 27 sentyabr 2012-ci il tarixli 16292 nömrəli mənzili alqı-satqı müqaviləsinə əsasən iddiaçı ünvan 1 ünvanda yerləşənümumi sahəsi 82,11 m2 olan mənzili cavabdehə satmağı, sonuncu isə mənzilin dəyərini müqavilə ilə müəyyən edilmiş qaydada i ddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Mənzilin qiyməti 78.736,48 manat məbləğində müəyyən olunmuş və cavabdeh mənzilin dəyərini hər ay 556,04 manat olmaqla 120 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. “xxxxı” ASC, iddiaçı və cavabdeh arasında bağlamış 01 oktyabr 2012-ci il tarixli İ12/120 nömrəli kredit müqaviləsinə əsasən, cavabdeh həmin bankdan 119 ay müddətinə 38.587,8 manat məbləğində kredit götürmüş, iddiaçı cavabdehin öhdəlikləri üzrə banka zaminlik təminatı vermişdir. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə görə, borclu davamlı olaraq 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə və ya 12 ay ərzində 3 dəfədən artıq müddətdə ödəməli olduğu əsas və faiz borcu ödənişlərini möhlət müddətindən 5 gün artıq gecikdirərsə, kreditorun ilk yazı lı müraciətinə əsasən zamin borclunun kreditora olan əsas və faiz borcunu 5 iş günü müddətində kreditora ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit öhdəliklərini lazımınca icra etmədiyinə görə 25.11.2015-ci il tarixə 32.980,95 manat əsas və 813,52 manat faiz olmaqla, cəmi 33.794,47 manat ödənilməmiş borcu qalmışdır ki, həmin borcu da zamin kimi iddiaçı tam ödəmişdir. 07.09.2018-ci il tarixli pretenziya ilə iddiaçı cavabdehdən sonuncunun əvəzinə banka ödədiyi 33.794,47 manat məbləğində pulun reqres qaydada geri qaytarılmasını tələb etmiş, əks təqdirdə məhkəməyə müraciyət edəcəyini bildirmişdir. Alqı-satqı müqaviləsi əsasında mənzilin pulunu tam ödəmədiyinə görə iddiaçı cavabdehə qarşı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək 27 sentyabr 2012-ci il tarixli, 16292 saylı müqavi lənin ləğv olunması, mənzilin boşaldılması və “xxxx” ASC-yə təhvil verilməsinə dair iddia qaldırmış, məhkəmənin 14 iyul 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 fevral 2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin 14 iyul 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 iyul 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 13 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırki iddia ilə iddiaçı zamin kimi iddiaçının əvəzinə banka ödədiyi pulun geri qaytarılmasını tələb edir, cavabdeh isə qüvvədə olan məhkəmə aktlarına əsasən mənzilin alqı-satqısına d air müqavilənin ləğv edilmədiyini və borcunun hissə-hissə ödənilməli olduğunu iddia edir. Apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halları əsasında gəldiyi nəticə ilə əlaqədar qeyd edir ki, hazırki tələbin hazırda qüvvədə olub-olmamasından asılı olmayaraq tərəflər arasında bağlınmış alqı-satqı müqaviləsinə heç bir aidyyəti yoxdur. Alqı-satqı müqaviləsi və kredit müqaviləsi ayrı-ayrı müstəqil müqavilələrdir və biri digərindən asılı deyildir. Kredit müqaviləsi, həmin müqavilə üzrə cavabdehin öhdəliklərinin icrasına iddiaçının zaminlik təminatı verməsi, daha sonra isə iddiaçı tərəfindən cavabdehin banka ödənilməmiş qalan borcunun ödənilməsi sonuncu tərəfindən mübahisələndirilməmişdir. Hazırda da iddiaçı məhz kredit müqaviləsi üzrə cavabdehin əvəzinə banka ödədiyi borcun reqres q aydada ona geri qaytarılmasını tələb edir. İddiaçı zamin olaraq cavabdehin bank qarşısında öhdəliklərini icra etdiyi üçün həmin öhdəlik üzrə tələb hüququ ona keçmişdir və cavabdehdən ödənilmiş məbləğin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır. Cavabdehin kassasiya şikayətində “xxxx” ASC ona bildirmədən “xxxx” ASC-nin tələbini yerinə yetirməsi onu əlverişsiz vəziyyətə salması barədə dəlilini məhkəmə kollegiyası subyektiv mülahizələr kimi qiymətləndirir və həmin dəlilləri qətnamənin ləğvi üçün əsaslı hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi işdə olan sübutlarla tərəflərin irə li sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin MK-nın iş üzrə 06 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6209/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6209/2019
30.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver