Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-621/2020 03.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Müabriz qızının katibliyi ilə, İddiaçı1 vəkili Əsədov Samir Ağaəli oğlunun, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-9264/2019 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ə rizələrlə cavabdehlər Cavabdeh1, Bakı şəhəri 21 saylı Notariat kontoru, Bakı şəhəri 9 saylı Notariat kontoru, ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh6, Cavabdeh7, X6, Cavabdeh8 və Cavabdeh10nə qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 97 saylı mənzil barəsində ünvan 3vabdeh1 verilən xx xxxxxx 2017-ci il tarixli, 2V-345 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında X13 Dövlət Komitəsi yanında DƏDRX tərəfindən Cavabdeh1 verilən çıxarışın etibarsız hesab edilməsi, “Nissan Navara” markalı ** BA *** (** CM ***) dövlət qeydiyyat nişanlı avtomobil barəsində Cavabdeh1 ilə Cavabdeh6 arasında olan xx.xx.2017-ci il tarixli, Cavabdeh6 ilə Cavabdeh7 arasında olan xx.xx.2017-ci il tarixli, Cavabdeh7 ilə X6 arasındakı xx.xx.2018-ci il tarixli, X6 ilə Cavabdeh8 arasında olan xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və Cavabdeh8 verilən AD414756 saylı şəhadətnaməsinin etibarsız hesab edilməsi, “Nissan Navara” markalı ** BA *** (** CM ***) dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E200” markalı ** BG *** (** CP ***) dövlət qeydiyyat nişanlı və Cavabdeh1 (ərarvadın birgə mülkiyyəti olan) avtomobillərdən məhrum atası X7 ər kimi ½ payına münasibətdə İddiaçı1 çatan 1/6 payın, İddiaçı2 çatan 1/6 payın (miras əmlakın) müəyyən olunması, ünvan 1 ünvanında yerləşən və sağlığında X7 adına olan 97 saylı mənzildən mərhum atası X7 ¾ payına münasibətdə İddiaçı1 çatan ümumi mənzilin ¼ hissəsi qədərində payın, İddiaçı2 çatan ümumi mənzilin ¼ hissəsi qədəri ndə payın müəyyən olunması, həmin əmlaklara dair vərəsəlik şəhadətnaməsi verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(005)-146/2019 saylı qətnaməsi ilə (hakim R.N.Quliyev) iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 97 saylı mənzil barəsində ünvan 3vabdeh Cavabdeh1 verilmiş xx.xx.2017-ci il tarixli, 2V-345 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 97 saylı mənzildən İddiaçı1 ¼ hissədə və İddiaçı2 ¼ hissədə miras pay hüquqlarının müəyyən edilməsi, həmin əmlaka dair iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh1 paylarına münasib yeni vərəsəlik şəhadətnamələrinin verilməsi, “Nissan Navara” markalı, **-BA-*** (**-CM-***) dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı1 1/6 hissədə miras pay hüquqlarının olmasının müəyyən edilməsi və onlara Cavabdeh1 tərəfindən sözügedən mübahisəli avtomaşının ilk dəfə özgəninkiləşdirilməsi zamanı əldə etdiyi məbləğdən paylarına münasib pul tələbi üzrə iddia qaldırmaq hüquqlarına malik olmalarının izah edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh1 apellyasiya şikayəti verərək Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(005)-146/2019 saylı qətnamə sinin qismən-iddia tələblərinin təmin edildiyi hissədə ləğv edilməsi və iddia tələblərinin bütünlüklə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçılar apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-146/2019 saylı iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsinin iddianın təmin olunmaması hissəsində ləğv edilərək iddia ərizəsinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-9264/2019 nömrəli qətnaməsi ilə (hakimlər X14, X5 və X9) iddiaçılar İddiaçı2, İddiaçı1 və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(005)- 146/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-9264/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın tam rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instanisya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət verməmiş, qətnaməni əsaslandırmamışdır. Bundan əlavə, iddiaçılar qanunla müəyyən edilmiş müddətdə mübahisələndirdikləri əmlakı nə formal üsulla nədəki qeyriformal üsulla qəbul etməmiş, miras əmlakın qəbulu ilə bağlı Notariat Kontoruna müraciət etməmiş, vərəsəlik işini açılmasından imtina barədə notariusun hərəkətlərini mübahisələmdirməmiş, iddia müddətini ötürmüşlər. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkili Əsədov Samir Ağaəli oğlu kassasiya şikayətinə etiraz edərək onun rədd, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Digər iddiaçı və cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: A zərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(005)146/2019 saylı qətnaməsini Nissan Navara avtomobili ilə bağlı tələbin təmin edilmiş hissəsində dəyişdirmədən saxlayarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, həmin hissədə iş üzrə qismən səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçıların mərhum atası X1 Afət Aydın qızı ilə birgə nikahda olmuş, uzun sürən xətə likdən sonra xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İddiaçılar X7 əvvəlki nikahdan olan övladlarıdır. Onlar hər biri ayrı-ayrılıqda X3 miras qalmış əmlaklardan onlara çatmalı olan payların qəbul edilməsi üçün Naxçıvan şəhər 1 saylı notariat kontorunda və Bakı şəhəri 30 saylı notariat kontorunda ərizələrini təsdiq etdirməklə mirasın qəbulu barədə xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontoruna ərizə ilə müraciət etmişlər. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən aşağıdakıları qeyd etmişdir. İddiaçılar iddia edirlər ki, atalarından qalan miras əmlaklar əvvəllər atalarının adına olmuş, sonradan atalarının həyat yoldaşı olan Cavabdeh1 adına alqı-satqı müqaviləsi ilə qeydiyyata alınmış “Nissan Navara” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı və birgə nikah dövründə Cavabdeh1 adına qeydiyyatdan keçmiş “Mercedes Benz” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobillər, həmçinin mərhumun öz adına olan ünvan 4 ünvanındakı evdən ibarətdir, atalarından miras qalmış əmlaklardan onlara çatan paylardan məhrum olmuşlar. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh isə öz etirazını iddiaçıların qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirdikləri miras əmlakları nə formal üsulla, nə də ki, qeyriformal üsulla qəbul etməməsi ilə əsaslandırır. Apellyasiya instanisyası məhkəməsi qeyd etmişdir ki, ünvan 5 ünvanındakı mənzilin ½ hissəsi iddiaçıların ataları ilə Cavabdeh1 nikahından əvvəl əldə olunduğuna görə sonuncunun həmin hissədə arvad kimi birgə mülkiyyət payı yoxdur. Mənzilin X4 mülkiyyətində olan hissəsi tərəflərin birgə nikahı dövründə əldə olunduğundan, həmin mənzilin ¼ hissəsi Cavabdeh1 mülkiyyəti hesab edilir. Mənzilin digər ½ hissədə, yəni konkret olaraq mənzilin ¼ hissəsi ər-arvad kimi Cavabdeh1 mülkiyyəti olduğundan, buna müvafiq olaraq mənzilin ¾ hissəsinə münasibətdə iddiaçılar və Cavabdeh1 arasında bərabər şəkildə bölünməli və hər birinə ümumi mənzildən ¼ hissədə pay hüququ tanınmalıdır. İddia tələbində qeyd olunan “Mercedes Benz” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil bağışlama müqaviləsi əsasında Cavabdeh1 adına qeydiyyata alındığı və iddiaçıların mərhum ataları X7 mülkiyyətində olmadığı, Cavabdeh1 şəxsi mülkiyyəti olduğu üçün Qulu Qasımovun ölümündən sonra qalmış miras kütləsinə aid deyildir. İddia tələbində qeyd olunan digər avtomobil “Nissan Navara” ma rkalı avtomaşın iddiaçıların mərhum ataları X7 mülkiyyətində, eləcə də onun ölümündən sonra qalmış miras kütləsinə aid olmasa da iddiaçıların həmin avtomaşına münasibətdə (yarı hissədə) vərəsəlik hüquqları olmuşdur. Cavabdehin sözügedən avtomaşının öz adına olmasından istifadə edərək onun özgəninkiləşdirilməsi ilə iddiaçıların bu daşınar əmlaka münasibətdə vərəsəlik hüquqları pozulmuşdur. Belə olan halda isə iddiaçılar İddiaçı1 və İddiaçı2 atalarının ölümündən sonra onun mülkiyyətinə münasibətdə hər biri 1/6 paya malik olduqları üçün məhkəmə iddia tələbini bu hissədə, yəni “Nissan Navara” markalı avtomaşına münasibətdə pay hüquqlarının müəyyən olunmasını mümkün sayır. İddiaçılar “Nissan Navara” avtomaşına münasibətdə pay hüquqlarının müəyyən olunmasına baxmayaraq bu hal iddianın “Nissan Na vara” markalı, **-BA-*** (**-CM-***) dövlət qeydiyyat nişanlı avtomobil barəsində Cavabdeh1 ilə Cavabdeh6 arasında olan xx.xx.2017-ci il tarixli, Cavabdeh6 ilə Cavabdeh7 arasında olan xx.xx.2017-ci il tarixli, Cavabdeh7 ilə X8 arasında olan xx.xx.2018-ci il tarixli, X8 ilə Cavabdeh8 arasında olan xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə və Cavabdeh8 verilən AD414756 saylı şəhadətnamənin etibarsız hesab eilməsinə hazırkı vəziyyətdə hüquqi əsas yaratmır. Cavabdeh1 həmin avtomaşına münasibətdə həm də mərhum ərinin də mülkiyyət payının olmasını bildiyi halda, onu tam öz əmlakı kimi ilk dəfə özgəninkiləşdirməklə tərəfindən qanun pozuntusuna yol verilmiş və nəticədə bu avtomaşın dəfələrlə digər şəxslər tərəfindən əldə edilmişdir. Bu daşınar əmlakı əldə edən şəxslər vicdanlı əldə edən statusuna malik şəxslərdir və həm də iddiaçılar da həmin müqavilələrin etibarsızlığını mübahisələndirməyə subyektiv hüquqlara malik şəxslər kateqoriyasına aid deyildirlər. İddiaçıların “Nissan Navara” markalı avtomaşına münasibətdə pay hüquqlarının müəyyən olunmasını nəzərə alaraq məhkəmə onların bu əmlak üzərinə vərəsəlik hüquqlarının bərpa edilməsi baxımından qeyd etmişdir ki, Cavabdeh1 mübahisəli avtomaşının ilk dəfə özgəninkiləşdirilməsi zamanı əldə etdiyi məbləğdən paylarına münasib pul tələbi üzrə iddia qaldırmaq hüquqlarına malik olmaları iddiaçılara izah edilməlidir. İddiaçılar İddiaçı2 və İddiaçı1 mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddətə riayət etmişlər. Fiziki şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil o lmur. Qanunun normasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə vərəsələrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Apellyasiya instanisyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 1133.1, 1333.2, 1134.1, 1145, 1146, 1159.1.1, 1243.2. 1243.3, 1246, 1248.1, 1255, 1322, Ailə Məcəlləsinin 32.1 və 32.2.2-ci maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə əsaslı nəticəyə gəlmişdir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin “Nissan Navara” markalı avtomobili ilə bağlı hissəsi istisna olmaqla qalan hissəsi ilə razılaşır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki halı kimi müəyyən etmişdir ki, mübahisə predmetini təşkil edən “Nissan Navara” markalı avtomobil iddiaçıların atası ilə Cavabdeh1 birgə nikah dövründə sonuncunun adına əldə edilsə də, alqı-satqı kənar şəxslə deyil, elə ərlə-arvad arasında olmuşdur. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin avtomobili ər-arvadın ümumi birgə mülkiyyət kimi qiymətləndirərkən Cavabdeh1 alqı-satqı müqaviləsi üzrə ərinə ödədiyi pulun ümumi gəlir hesabına qazanılmış vəsaitdən ödənilibödənilmədiyi aydınlaşdırılmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi “Nissan Navara” markalı avtomobillə bağlı qənaətə gələrkən həmin avtomobilin nikah dövründə mərhumun mülkiyyətindən Cavabdeh1 mülkiyyətinə məhz alqı-satqı müqaviləsi üzrə keçməsi baxımından ödənilən məbləğin ümumi gəlir hesabına qazanılmış vəsaitdən ödənilib- ödənilmədiyi aydınlaşdırmamışdır. Halbuki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadı n ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Bu baxımdan kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilsin, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi “Nissan Navara” markalı, **-BA-*** (**-CM-***) dövlət qeydiyyat nişanlı avtomobil vərəsəlik hüququnun tanınması və tanınmış paya mütanasib olaraq özgəninkiləşdirilməsi zamanı əldə edilmiş vəsaitin tutulması hissəsində yenidən baxılması üç ün yeni apellyasiya baxışına göndərilməli, iddianın təmin edilmiş qalan hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 417.1.3.-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya kollegiyası hesab edir ki, işə yenidən baxılan zaman sübutetmə yükü hazırki işin hallarının özəlliyini nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Belə ki, adi halda nikah dövründə əldə edilmiş əmlakın ümumi deyil, məhz ər və yaxud arvadın şəxsi gəliri hesabına əldə edilməsi sübut edilməli olduğu halda, habelə bu hal üzrə sübutetmə yükünün əmlakın ona aid olmasını bildirən tərəfin üzərinə düşüdüsə, hazırki işdə ər avtomobili nikah dövründə arvadına məhz alqı-satqı müqaviləsi üzrə satdığından əksinə olaraq vəsaitin ümumi gəlir hesabına alındığı sübut edilməli, habelə bu hal üzrə sübutetmə yükü sübutetmə yükü sağlığında qarşı tərəfin, hazırda isə iddiaçıların üzərinə düşür. Eyni zamanda qeyd edilməlidir ki, məhkəmə mübahisəni həll edərkən nikah dövründə əmlakın ər və yaxud arvaddan digərinin mülkiyyətinə məhz əvəzli əqdin bağlanması yolu ilə keçirilməsinin həmin əmlakın tam şəkildə qarşı tərəfin mülkiyyətinə verməklə, gələcəkdə miras əmlak siyahısına düşməsindən sığortalamaq məqsədi ilə bağlı formalaşmış işgüz ar münasibətlərin olmasını da nəzərə almalıdır. Kassasiya kollegiyası kassasiya şikayətinin iddia müddətinin ötürlməsi ilə bağlı dəlilləri ilə razılaşmayaraq, hesab edir ki, apellyasiya isntansiyası məhkəməsi bu hissədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)9264/2019 nömrəli qətnaməsi qismən, “Nissan Navara” markalı, **-BA-*** (**-CM-***) dövlət qeydiyyat nişanlı avtomobil vərəsəlik hüququnun tanınması və tanınmış paya mütanasib olaraq özgəninkiləşdirilməsi zamanı əldə edilmiş vəsa itin tutulması hissəsində ləğv edilsin, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-9264/2019 nömrəli qətnaməsi iddianın təmin edilmiş qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-621/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-621/2020
03.02.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver