Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-621/2021 19.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Neft Emalı zavodunun cavabdehlər Cavabdeh və X4 qarşı tikilinin sökülməsi tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçının vəkili Vəkil və cavabdeh X3 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiya sının 2(105)-1342/2020 nömrəli iş üzrə 22 iyul 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* №-li çıxarışının surətindən görünür ki, X ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaqlar kateqoriyasına aid olan 0,02 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə 12.06.2013-cü il tarixdə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daş ınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaqlar kateqoriyasına aid olan 0,02 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə 28.08.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ üzrə X3 adına dövlət qeydiyyatına alınmışdır. Abşeron rayon İcra Hakimiyyəti başçısı tərəfindən vətəndaş Cavabdeh ünvanlanmış 04 iyun 2019-cu il tarixli, 666-T saylı məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı Çıxarışı ilə x ərazisində sonuncunun mülkiyyətində olan 0,02 ha torpaq sahəsində inşası nəzərdə tutulmuş birmərtəbəli, zirzəmili fərdi yaşayış evinin (115,5 kv.m) tikinti layihəsinin mema rlıq-planlaşdırma bölməsi və ərazinin baş plan bölməsi razılaşdırılmışdır. “Heydər Əliyev adına BNEZ-dən Güzdək neft bazasına gedən Dş-300 mm TC-1 reaktiv mühərrik yanacağı borcu kəmərinin Böyük-Şor gölü sahilindəki hissəsinin yenidən qurulması” obyektində tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin başa çatması ilə əlaqədar 30 dekabr 2011-ci il tarixdə təsdiq edilmiş 07 nömrəli aktına əsasən istismara verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Neft Emalı zavodu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh inşa etdiyi tikili Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Neft Emalı zavodunun balansında olan ixrac neft bo ru kəmərinin mühafizə zonasında yerləşdiyindən həmin tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin məhkəmə gedişatı zamanı Cavabdeh məxsus torpaq sahəsinin X1 müəyyən edildiyindən, iddiaçı təşkilatın da razılığı ilə X6 cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Neft Emalı zavodunun nümayəndəsi X7 iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında qeydiyyatda olan Kazımov X5 rayonunun x şəhərində RX seriyalı, ******* nömrəli çıxarış əsasında özünə məxsus olduğunu iddia etdiyi 0.02 ha torpaq sahəsində yeni bina inşa edir. Həmin binanın inşa edildiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Neft Emalı zavodunun balansında olan boru kəmərləri nin mühafizə zonasında yerləşir. Cavabdeh mühafizə zonasının 38 metrliyində ev tikmişdir. Sözügedən tikili x ünvanında yerləşir. Cavabdeh 2 sot daxilində evi tikmişdir. İddiaçı tərəf cavabdehin həmin tikili üzərində hüququnu təsdiq edən çıxarışı mübahisələndirmir, onlar sadəcə tikiliyə etiraz edirlər, həmin tikili qanunsuzdur. İddiaçı təşkilat gələcəkdə həmin çıxarışın ləğvi ilə bağlı da məhkəməyə müraciət edəcəkdir. Bu günədək belə xarakterli işlər çox olmuşdur. Cavabdeh tikilini ən azından 12 metr geri çəkməlidir. Cavabdeh ilə əlaqə saxlayaraq inşa etdiyi tikilinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Neft Emalı zavodunun balansında olan boru kəmərlərinin mühafizə zonasında yerləşdiyi bildirilsə də, Cavabdeh buna məhəl qoymamış və tikinti-quraşdırma işlərini davam etdirmişdir. İddiaçı tərəf 2010-cu ildə qaz borusunu çəkəndə iddiaçı tərəfindən ərazi siyahıya alınmışdır. Həmin vaxt cavabdehə məxsus tikilinin adı siyahıda yox idi. Torpaq sahəsinə çıxarış verildikdə əvvəlcə Əmlak Komitəsi tərəfindən iddiaçı təşkilata sorğu verilir. Lakin sözügedən torpaq sahəsi ilə bağlı iddiaçı təşkilata sorğu daxil olmamışdır. Əmlak Komitəsinin çıxarışı tamamilə əsassızdır. İddiaçı tərəf cavabdehin köhnə tikilisini mübahisələndirmir, hazırda sözügedən evin sökülməsini tələb edir, iddia təşkilatı həmin ərazidə yerləşən köhnə tikililərin sökülməsini tələb edə bilməz. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, ünvan 5 ünvanında (8 nömrəli məktəbdən təqribən əlli metr aralıda) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 0202898, Reyestr nömrəsi **********94, Qeydiyyat nömrəsi 161301427, Qeydiyyat tarixi 12.06.2013 olan çıxarışına əsasən, əlavə olaraq, Abşeron rayon icra hakimiyyəti başçısının № 666-t 04.06.2019-cu il tarixli yazılı icazəsi ilə Abşeron rayon memarlıq və tikinti şöbəsinin verdiyi eskiz ilə, bir mərtəbəli ev inşa etdirmişdir. Bütün sənədləri qanuni və qaydasında olmasına baxmayaraq, SOCAR-ın maraqlarına düz gəlmədiyi üçün, ona borunun mühafizə zolağına yaxın olduğu bildirilmişdir. Onun inşa etdiyi ev boru olan küçədə belə yerləşmir. Əksinə boru olan küçəyə yaxın, Əlillər üçün bina, 4 mərtəbəli 16 mənzilli bina, çıxarışlı və çıxarışsız həyət evləri, villalar inşa edilmiş və edilməkdədir. Onun SOCAR-a heç bir borcu yoxdur. O, mübahisə pred meti olan ərazidə 10 ildir ki, yaşayır, mülkiyyətində olan 8 sot torpaq sahəsinin 6 sotuna 2008-ci ildən, qalan 2 sotuna isə 2013-cü il çıxarış almışdır. Torpağa qanuni sənədləri olmasına baxmayaraq, dəfələrlə torpaq sahəsində olan tikililərini əsassız olaraq sökmüşdürlər. Bununla əlaqədar hətta prokurorluğa da müraciət etmiş və əlində video görüntülər də vardır. O, maddi sıxıntıya düşmüş və məcbur qalıb torpağın bir hissəsini X2. Sözügedən tikili qanunidir, polis əməkdaşları da baxış keçirmişdir, həmin torpaq sahəsindəki tikili neft borusundan 40 metr aralıdadır və hətta neft borusunun olduğu küçədə belə deyildir. Abşeron Rayon Məhkəməsinin (hakim Elman Məmmədov) 08 oktyabr 2019-cu il tarixli, 2(012)-3506/2019 saylı qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heyd ər Əliyev adına Neft Emalı zavodunun cavabdehlər Cavabdeh və X4 qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan X ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaqlar kateqoriyasına aid olan 0,02 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli çıxarışı ilə 28.08.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ üzrə X3 adına dövlət qeydiyyatına alınmışdır və X3 mülkiyyətindədir. İddiaçının X3 mülkiyyətində olan X ünvanında yerləşən 0.02 ha ölçüdə torpaq sahəsinə hər hansı bir müdaxiləsi cavabdehin mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusi yasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Neft Emalı zavodu apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli, 2(012)-3506/2019 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Telman Quliyev - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə və Fuad Məmmədov) 22 iyul 2020-ci il tarixli, 2(105)1342/2020 saylı qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Neft Emalı zavodunun direktoru B.Məmmədovun verdiyi apelyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli, 2(012)-3506/2019 saylı iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Neft Emalı zavoduna münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab etmişdir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazır kı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Neft Emalı zavoduna münasibətdə apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 152.5-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2020-ci il tarixli qətnaməsinin lə ğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayarkən maddi və prosessual pozuntulara yol verilib ki, bu da nəticədə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olub. Birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayan məhkəmə kollegiyası iş üçün əhəmiyyətli olan, qəbul ediləcək qərarın hüquqi əsaslılığına və tərəflərin hüquqi vəziyyətinə birbaşa təsir edən və əhəmiyyət kəsb edən halların araşdırılması zərurətini nəzərə almadan qərar qəbul edib. İddia tələbinin əsasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 noyabr 2004-cu il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin Mühafizə Zonası”nın müəyyənləşdirilməsi qaydaları”-nın tələbləri pozulmaqla, neft kəmərinin mühafizə zonasında inşa edilməsi təşkil edir. Əgər həmin tikililər neft kəmərinin mühafizə zonasından kənarda inşa edilmiş olsaydı, bu halda həmin tikilinin sökülməsi barədə iddia irəli sürülməsinə ehtiyac olmazdı. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi mübahisəyə yalnız mülkiyyət hüququ prizmasından yanaşmış, mübahisəli tikililərin neft kəmərinin mühafizə zonasında inşa edilməsinə və həmin tikilinin iddiaçının neft kəmərindən təhlükəsiz istifadəsinə maneə yaratmasına isə əhəmiyyət verməmişdir. Hazırki mülki iş üzrə mübahisənin bu detalları - tikililərin mühafizə zonasına düşübdüşməməsi, tikililər üçün müvafiq icazələrin alınıb-alınmaması və s. məhkəmə tərəfindən araşdırılmadan qətnamə qəbul edilmişdir. Cavabdehlər tərəfindən inşa edilən tikililər dövlətin müstəsna səlahiyyətində olan iddiaçıya aid neft kəmərlərinin mühafizə zonasında yerləşən torpaq sahəsində inşa edilmişdir.. İnşa edilmiş tikilinin şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikildiyi, orada yaşayan sakinlərin həyat və sağlamlığı üçün təhlükə yaratdığını müəyyən etmək üçün iş üzrə müvafiq ekspertiza keçirilməmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil kassasiya şikayətinin d əlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası həmin şəxsin izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Respublikasında mülkiyyət toxunulmaz dır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Maddə 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Maddə 180.1. Tikinti məqsədl əri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafıq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmama sına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunm uş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı tərəfindən kassasiya şikayəti verilərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, bu zaman maddi və prossesual hüquq normalarının tələblərini pozmamışdır. İddiaçının sökülməsini tələb etdiyi ev cavabdehin mülkiyyətində olan torpaq sahəsində və Abşeron rayon İcra Hakimiyyəti başçısı tərəfindən layihəsi razılaşdırılmaqla inşa edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsi və yaşayış evinə dair hüquqmüəyyənedici sənədlər hazırki vaxta qüvvəsində olduğu və iddiaçı tərəfindən mübahisələndirmədiyi halda, iddiaçının fərdi yaşayış evi inşa edilən torpaq sahəsinin sənaye təyinatlı torpaq sahəsi olması və cavabdehin həmin torpaq sahəsində apardığı tikilinin qanunsuz olması barədə dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb, düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq mün asibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Neft Emalı zavodu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1342/2020 nömrəli iş üzrə 22 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.