Məhkəmə qərarları › İş №2(102)-621/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-621/2024

20.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-621/2024 20.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (X2, Bakı şəhəri 35 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-621/2024 (Açar sözlər: kassasiya şikayətindən imtina, kassasiya icraatına xitam verilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (X2, Bakı şəhəri 35 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pay hüququnun tanınması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4676/2023 nömrəli, 16 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 20 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (X2, Bakı şəhəri 35 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Əra zi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, mərhum X3 ilə birgə nikah dövründə əldə etdikləri ünvan 1, mənzil 5, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ev 108, giriş D, mənzil 2 və ünvan 2, mənzil 3-ün 1/2 hissəsi üzərində X1, 1/2 hissəsi üzərində onun pay hüquqlarının tanınmasına, mərhum X3 ilə birgə nikah dövründə əldə etdikləri “Toyota Prius” minik markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 bir hissəsi üzərində X1, 1/2 hissəsi üzərində onun pay hüquqlarının tanınması, onun əmlaklar üzərində 1/2 pay hüququ müəyyən edildikdən sonra yerdə qalan 1/2 payın məcburi qaydada vərəsələr arasında, yəni İddiaçı, Məmmədova (Musabəyo va) Nigar Alik qızı və Cavabdeh2 oglu arasında bölünməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(005)-421/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia qismən təmin edilmiş, İddiaçı ünvan 1 ünvanında yerləşən 2 saylı, ünvan 1 ünvanında yerləşən 5 saylı və ünvan 2 ünvanında yerləşən 3 saylı mənzillər üzərində 1/2 hissədə payı müəyyən edilməklə mülkiyyət hüququnun tanınması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

3. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti və əlavə verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsi, iddianın baxılmamış saxlanılmasına dair qərar dad qəbul olunmasını xahiş edilmişdir.

4. Qətnamədən həmçinin üçüncü şəxs Mehriban Əkbərova tərəfindən də apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsi, iddianın bütövlükdə rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-4676/2023 nömrəli, 16 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Vahid Sadıqov) Cavabdeh2 apellyasiya şikayəti qismən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Mehriban Əkbərovanın apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələnd irilən hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin olunmamışdır.

6. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

7. Cavabdeh2 və üçüncü şəxs Mehriban Əkbərova kassasiya şikayətinə qarşı etiraz verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər.

8. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə ərizə təqdim edərək kassasiya şikayətindən imtina etdiklərini bildirmiş və kassasiya şikayəti üzrə kassasiya icra atına xitam verilməsini xahiş etmişdir.

9. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətindən imtina barədə ərizə qəbul edilməli, kassasiya icraatına xitam verilməlidir.

10. Azərbaycan Respublikası MPM-nin 410.1-ci maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır.

11. Həmin Məcəllənin 410.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Məcəllənin 410.3-cü maddəsin əsasən kassasiya instansiyasında icraata xitam verilməsi b arədə kassasiya məhkəməsi qərar çıxarır.

12. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətindən imtinanın məhkəmə kollegiyası tərəfindən qəbul edilməməsi üçün əsaslar yoxdur. Belə olan halda ərizə təmin edilməklə kassasiya şikayətindən imtina qəbul olunmalı və iş üzrə kassasiya instansiyasında icraata xitam verilməlidir.

13. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 410-cu maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4676/2023 nömrəli, 16 oktyabr 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtinası qəbul edilsin. İş üzrə kassasiya icraatına xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar