Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6210/2019 01.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X4, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “12 aprel 2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab olunmasına dair" ilkin iddiası, Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 may 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) İddiaçı Cavabdeh qarşı “12 aprel 2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab olunmasına dair" ilkin iddiası rədd edilmiş, Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia tələbi iddia tələbi təmin edilərək cavabdeh İddiaçı 32.000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 may 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən V.Baxışova, hakimlər V.Həsənov və N.Cəfərov) Yasamal rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı “12 aprel 2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab olunmasına dair iddiası rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək cavabdeh İddiaçı iddiaçı Cavabdeh xeyrinə 32.000 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 may 2018-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, 12.04.2017-ci il tarixdə Bakı şəhəri, 19 saylı notariat kontorunda 3M-158 reyestr nömrəsi ilə qeyd olunan, Cavabdeh ilə onun arasında bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda X1 X qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 32000 manat məbləğində pul vəsaitinin tutularaq, ona verilməsinə, ilk iddia tələbinin isə təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, 12 aprel 2017-ci il tarixli kredit müqaviləsi bağlanarkən tərəflərin bir-birinə borc vermək və borc almaq niyyəti olmamış, tərəflər arasında əslində öhdəliyin verilməsi haqqında razılaşma olmuşdur. Yəni Cavabdeh kreditor olaraq X6 tərəfindən ona ödənilməli olan pulun İddiaçı tərəfindən ödənilməsini yazılı ərizə təqdim edərək (iş mat. 54 v.) öhdəsinə götürmüş və bu razılaşmaya əsasən X2 öhdəliyi İddiaçı verilmişdir. Razılaşma əldə edildikdən sonra Cavabdeh X2 dələduzluğa görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə şikayət ərizəsini geri götürmüşdür. Tərəflər arasında onların könüllü iradə ifadəsi ilə belə bir raz ılaşma əldə edildiyi nə iddiaçı, nə də cavabdeh tərəfindən mübahisələndirilmir. İddiaçı tərəfindən mübahisələndirilən Bakı şəhəri 19 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 12 aprel 2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 32 000 manat məbləğində pul borc verilmişdir. Müqavilədə borc alanın krediti 12 oktyabr 2017-ci il tarixə kimi borc verənə qaytarmağı öhdəsinə götürdüyü qeyd edilmişdir. İddiaçı iddia ərizəsində həmin müqavilənin vacib əhəmiyyətli yanılma təsiri altında bağlanmış əqd olduğunu iddia edərək etibarsız hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Hazırkı halda İddiaçı 12 aprel 2017-ci il tarixli kredit müqaviləsi bağlanarkən hansı əqdi bağladığını (qarşı tərəflər kredit müqaviləsi bağladığını) və əqdin məzmununun nədən ibarət olduğunu (müqavilənin 32 000 manat məbləğində pul borc verilməsi barədə olduğunu) bildiyindən həmin müqaviləyə vacib əhəmiyyətli yanılma təsiri altında bağlanmış əqd kimi hüquqi qiymət verilə bilməz. Həm ilkin, həm də qarşılıqlı iddia ərizəsinin məzmunundan və Yasamal RPİ-nin İŞnin müstəntiqi X tərəfindən tərtib edilmiş 12 aprel 2017- ci il tarixli Protokoldan görünür ki, İddiaçı yeznəsi X5 cinayət məsuliyyətindən azad etmək üçün onun Cavabdeh vurduğu ziyanı (36784 ABŞ dolları) ödəməyi öhdəsinə götürmüş, həmin məbləğin bir hissəsi (30.000 manat) cavabdehə iddiaçı tərəfindən Yasamal RPİ-nin İŞ-nin müstəntiqi X iştirakı ilə nağd şəkildə ödənilmiş, qalan məbləğin ödənilməsinin təminatı olaraq tərəflər arasında 12 aprel 2017-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Həmin Məcəllənin 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağla nan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 12 aprel 2017-ci il tarixdə kredit müqaviləsi bağlayarkən tərəflər əslində öhdəliyin verilməsi barədə müqavilə bağlamağı nəzərdə tutduqlarından mübahisələndirilən kredit müqaviləsinin başqa əqdi pərdələmiş yalan əqd olduğu, tərəflərin həqiqi iradə ifadəsinin əslində 12 aprel 2017-ci il tarixdə öhdəliyin verilməsi barədə müqavilə bağlamaq olduğu müəyyən edilərək Mülki Məcəllənin 340.2-ci maddəsində nəzərdə tutulmuş qaydada bağlanmış müqaviləyə nəzərdə tutulan əqdə aid qaydalar tətbiq edilərək İddiaçı Cavabdeh xeyrinə 32.000 manat məbləği ndə pulun tutulması barədə qarşılıqlı iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış 12 aprel 2017-ci il tarixli kredit müqaviləsi etibarsız əqdlərin əhəmiyyətsiz əqdlər növünə aid olduğundan, əhəmiyyətsiz əqdlər isə məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız əqd hesab edildiyindən, o cümlədən həmin müqavilənin vacib əhəmiyyətli yanılma təsiri altında bağlanmış əqd olduğuna dair iddiaçının mülahizələri əsassız olduğundan 12 aprel 2017-ci il tarixli kredit müqaviləsinin məhkəmə tərəfindən etibarsız hesab edilməsi barədə ilkin iddia təmin edilməməlidir. Məhkəmə izah edir ki, Mülki Məcəllənin 354.1-cü maddəsinə əsasən əhəmiyyətsiz əqdlərlə bağlı yalnız həmin əqdlərin etibarsızlığının nəticələrinin tətbiqi haqqında iddia irəli sürülə bilər. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı dır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 may 2018-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6210/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6210/2019
01.10.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver