Məhkəmə qərarları › İş №2(102)-6223/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6223/2019

13.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6223/2019 13.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Rzayev Ramin Alik oğlunun iştirakı ilə, Cavabdeh, nümayəndəsi və vəkili Rzayev Ramin Alik oğlunun Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-3279/2019 nömrəli iş üzrə 10 may 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim G.A.Əsə dova) 2(005)-806/2018 nömrəli, 30 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2017-ci il tarixli öhdəlik müqaviləsinə xitam verilməsi, Cavabdeh 22.000 (iyirmi iki min) manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim İ.Ş.Vəliyev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) 2(103)-3976/2018 nömrəli, 18 aprel 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər A.Ə.İsgənd ərov (sədrlik edən və məruzəçi) Ə.A.Əhmədov və İ.K.Dəmirov) 2(102)-6210/2018 nömrəli iş üzrə 25 sentyabr 2018-ci il tarixli qərarı İddiaçı kassasiya şikayəti təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 aprel 2018ci il tarixli, 2(103)-3976/18 saylı qətnaməsi mübahisələndirilən 5000 manat əldən çıxmış fayda tələbinə aid hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), V.T.Həsənov və N.Ş.Şəfərov) 2(103)-3279/2019 nömrəli, 10 may 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı “öhdəlik müqaviləsinə xitam verilməsi və pul vəsaitin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 23 noyabr 2017-ci il tarixli öhdəlik müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən cavabdeh ondan aldığı 22.000 (iyirmi iki min) manat pulun müqabilində ünvan 1i ünvanında 0,15 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 286,58 kv.metr olan fərdi yaşayış evini özəlləşdirərək iki ay müddətində onunla alqı-satqı müqaviləsi bağlamalı idi. Cavabdehə pretenziya qaydasında müraciət etmiş, lakin cavabdehin ona etdiyi zəngdən məlum olmuşdur ki, cavabdeh öhdəliyini yerinə yetirə bilmir və məsələnin qanun cərçivəsində həll olunmasını istəyir. Buna görə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda pulun vaxtında qaytarılmaması nəticəsində adi mülki dövriyyə şəraitində həmin pulla əldə edə biləcəyi gəlirlərin müqabilində cavabdehdən əldən çıxmış fayda şəklində pulun tələb edilməsində özünü kifayət qədər haqlı sayır. Hesab edir ki, cavabdeh Bakı şəhəri ünvan1 rayonunun inzibati ərazisində qeydiyyatda olduğundan iddia üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən, Cavabdeh ilə bağlanmış 23 noyabr 2017-ci il tarixli öhdəçilik müqaviləsinə birtərəfli qaydada xitam verilməsi, həmin müqavilə üzrə ödədiyi 22.000 (iyirmi iki min) manat məbləğində pulun, adi mülki dövriyyə şəraitində həmin pulla əldə edəcəyi və cavabdehin təqsiri ucbatından məhrum olduğu 5.000 (beş min) manat məbləğində əldən çıxmış fayda qismində zərərin və iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh, nümayəndəsi və vəkili Rzayev Ramin Alik oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3279/2019 nömrəli iş üzrə 10 may 2019-cu il tarixli qətnaməsini ləğv edib, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiy asına kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Rzayev Ramin Alik oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-3279/2019 nömrəli iş üzrə 10 may 20 19-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi fa ktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 23 noyabr 2017-ci tarixli öhdəlik müqaviləsinin şərtlərinə görə Cavabdeh oglu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasporta əsasən adına olan ünvan 1ində 0,15 ha torpaq sahəsində yerləşən ümümi sahəsi 286,58 kv.metr olan fərdi yaşayış evinin özəlləşdirilməsini, özəlləşdirdikdən sonra 2 (iki) ay müddətində alqı-satqı müqaviləsi bağlamaqla İddiaçı adına keçirməyi öhdəsinə götürmüş və bunun müqabilində İddiaçı 22.000 (iyirmı iki min) manat məbləğində pul almışdır. Müqavilə şərtləri yerinə yetirilmədiyinə görə İddiaçı Cavabdeh qarşı hazırkı iş üzrə iddianı qaldırmışdır. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış müraciətin surətindən görünür ki, iddiaçının qeyd edilən fərdi yaşayış evinin özəlləşdirilməsi üçün ödədiyi 22.000 manat məbləğində pulun Cavabdeh öz öhdəliyini yerinə yetirə bilmiyəcəyini bildiridiyi üçün ona geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Göstərilən Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı ilə öhdəlik müqaviləsi bağlanmış, müqavilə üzrə götürdüyü öhdəliyi icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu nunla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sözügedən müqavilə üzrə Cavabdeh öhdəliyin icrası üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəlik müqaviləsi üzrə aldığı pul vəsaitini, 22.000 manat məbləğində pul vəsaitini iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tari xli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3279/2019 nö mrəli iş üzrə 10 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh, nümayəndəsi və vəkili Rzayev Ramin Alik oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3279/2019 nömrəli iş üzrə 10 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar