Məhkəmə qərarları › İş №2(102)-623/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-623/2022

08.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-623/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ № 2(102)-623/2022 (Açar sözlər: pul tələbi) Bakı şəhəri, 08 fevral 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı “sayğacın yenilənməsi və borcun silinməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8580/2021 nömrəli, 06.09.2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qə bul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İddiaçı həmin sahədə kafe və avtoyuma məntəqəsi inşa etmişdir. Həmin obyektlərin su təminatı üçün Cavabdeh ASC-nin Binəqədi rayonu Sukanalı İdarəsi tərəfindən su sayğacı quraşdırılsa da, sayğac istifadəyə yararsız olmuş, buna görə də, həmin idarənin əməkdaşları sudan istifadənin davamlılığını təmin etmək üçün su sayğacının içindən keçən klapanı açıq qoymuşdur. 2. 10.12.2020-ci il tarixdə İddiaçı su sayğacının əvəzləşdirilməsi üçün Cavabdeh ASC-yə müraciət etmiş, ASC isə bildirmişdir ki, 03.10.2013-cü ildən 25.10.2020-ci il tarixə kimi istifadə olunan su sərfiyyatına görə 6724 manat borc yaranmışdır. Həmin borc ödənilmədən, su sayğacı əvəz edilə bilməz.

3. İddiaçı yaranm ış borcu qanunsuz və əsassız hesab edərək məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC tərəfindən ona məxsus olan obyektin su sayğacının yenilənməsi və yaranmış 7000 manat məbləğində su borcunun silinməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(004)2150/2021 nömrəli qətnaməsi ilə (hakim O.Məmmədli) iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin su sayğacının yenilənməsi və yaranmış 6724 manat məbləğində borcun silinməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, mübahisəli borc Cavabdeh ASC tərəfindən hesablandığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdehin nümayəndəsi ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə İddiaçı 2020-ci il üçün hesablanılmış 6724 manat məbləğində borcun hansı səbəbdən yaranması barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia ərizəsi borcun silinməsi hissəsində qismən təmin edilməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus olan ünvan 2 ünvanında yaranmış 6724 manat məbləğində borc silinməlidir.

7. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, Cavabdeh ASC tərəfindən mübahisəli borcun necə yarandığı və ha nsı əsasla, hansı qaydalara, təlimata və ya hansı normativ sənəd əsasında aparılmasını cavabdeh tərəf əsaslandıra bilməmiş və borcun hesablanmasının mənbəyi məhkəmə iclasında müəyyən edilməmişdir.

8. Məhkəmə su sayğacının yenilənməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi, habelə zədələnmiş suölçən cihazın təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması fiziki şəxs olan istehlakçılara münasibətdə su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən həyata keçirilir.

9. Həmin qətnamədən Cavabdeh ASC apellyasiya şikayəti vermişdir. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (h akimlər V.Sadıqov sədrlik edən və məruzəçi, Q.Əsgərov və A.İmanov) 06 sentyabr 2021-ci il tarixli, 2(103)8580/2021 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(004)- 2150/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

12. Həmin qətnamədən Cavabdeh ASC kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh ASC apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi və kassasiya şikayətinin verilməsi üçün 50 manat dövlət rüsumunun iddiaçıdan tutulmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırılmışdır ki, borc məbləği hesablanarkən hesabat su sayğacının göstəricisinə əsasən aparılmışdır. Məhkəmə həmin halı nəzərə almamışdır. Sayğacın işləməməsi barədə iddiaçı tərəfindən ASC-yə məlumat verilməmişdir. Yalnız Cəmiyyətin əməkdaşları tərəfindən sayğaca baxış keçirilərkən gətirilməsi üçün abonentə təhvil verilmişdir. 28.09.2020-ci il tarixli rəyi ilə elektron platanın və batareyanın işləmədiyi müəyyən edilmişdir. Normanın tələbinə görə isə, sayğacın işlək vəziyyətdə saxlanılmasına və hər hansı bir nasazlıq bağ verdikdə məlumat verməsi istehlakçının vəzifəsidir. Lakin, məhkəmə bu normaları da nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı İddiaçı etirazı daxil olmuşdur. Tətbiq edilən hüquq: “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu:

15. Maddə. 30.1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İst ehlakçıların Qanunu: hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası

16. Maddə.

3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.

17. Maddə.

18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydaları:

18. Maddə. 6.1. STKM ilə istehlakçı arasınd a suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – AİBNDA) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində AİBNDAnın və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Həmin tələblərə cavab verməyən suölçən cihazların və digər ölçmə vasitələrinin quraşdırılması qadağandır.

19. Maddə. 6.5. İstehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hə r hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir.

20. Maddə. 6.6. Suölçən cihazlar AİBNDA-nın müəyyən etdiyi dövlət standartlarının tələblərinə uyğun olaraq STKM tərəfindən dövlət yoxlamasından keçirilir.

21. Maddə. 6.7. Suölçən cihazların növbəti dövlət yoxlaması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir.

22. Maddə. 6.10. Zədələnmiş suölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu bar ədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində bu Qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş suölçən cihazın təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına STKM tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

31. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir ki, həmin dəlillər apellyasiya məhkəməsi tərəfindən ətraflı araşdırılmaqla qiymət verilmişdir.

32. Kassasiya şikayətinin dəlillərinə münasibətdə kassasiya kollegiyası qeyd edir ki, su sayğacının istifa dəyə yararsız olması, buna görə də, iddiaçının sudan istifadəsinin davamlılığını təmin etmək üçün su sayğacının içindən keçən klapanın cavabdeh Cəmiyyətin əməkdaşları tərəfindən açıq qoyulması və sudan istidadəyə görə iddiaçı tərəfindən mütəmadi ödənişlərin edilməsi məhkəmələr tərəfindən müəyyən edilmişdir.

33. Belə olan halda, apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının sayğacında nasazlığın olması cavabdeh təşkilata məlum olmuş, lakin cavabdehin əməkdaşları bu nasazlığı aradan qaldırmaq (sayğacı təmir etmək və ya yenisi ilə əvəz etmək) əvəzinə sayğaca özləri qanunsuz müdaxilə edərək, artıq sərfiyyəta şərait yaratmışlar (əgər belə bir hal baş vermirşə). İddiaçı qanunsuz sudan istifadədə maraqlı olmamış, mütəmadi olaraq ödənişləri etmişdir. Hazırda cavabdeh m ötəbərliyini sübut edə bilmədiyi əsasla iddiaçıdan əlavə ödəniş tələb edir ki, bu da təmin oluna bilməz. İddiaçı sudan istifadəyə görə mütəmadi ödənişlər etmiş, tələb olunan məbləğin mənbəyi, hansı qaydada hesablanması, konkret məbləğin necə müəyyən edilməsi, tələbkarın sudan istifadəsinin pandemiya şəraitində hansı qaydada hesablanması, bu zamanı neçə saat iş vaxtınrın əsas götürülmiəsi, hesablanmış sərfiyyatın ödənilmiş sərfiyata hansı əsaslarla uyğun gəlməməsi aydın deyil. Ona görə belə iddia təmin oluna bilməz.

34. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi). 35. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

36. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri formal olmaqla, apellyasiya instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməs inin ləğvi üçün əsas ola bilməz.

37. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

38. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmi n edilməməlidir.

39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8580/2021 nömrəli, 06.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar