Məhkəmə qərarları › İş №2(102)-6245/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6245/2022

02.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6245/2022 02.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh4 və Cavabdeh5 Məhdud Məsuliyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Kassasiya şikayətinin geri qaytarılması. Kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər – Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh4 və Cavabdeh5 MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-159 7/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qərardadından verilmiş Cavabdeh4in kassasiya şikayətinə 2 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri Cavabdeh4 və Cavabdeh5 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 iyul 2017-ci il tarixli, 83-85-16a-131a 66-68-39a-112a nömrəli zəmanət müqaviləsinə əsasən ona məxsus olan ünvan 1 ünvanda inşa olunmuş yeni yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 97 kv.m olan 3 otaqlı 16a saylı mənzilə dair Cavabdeh4, "xxxx" MMC və Cavabdeh1 arasında bağlanmış 13 avqust 2018-ci il tarixli 83-85-16a saylı zəmanət müqavi ləsinin, Cavabdeh4, "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli 83-85-16a saylı zəmanət müqaviləsinin bağlandığı andan etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvanda inşa olunmuş yeni yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 97 kv.m olan 3 otaqlı 16a saylı mənzili qanunsuz olaraq başqa şəxsə satdıqlarına görə həmin mənzilin dəyəri olan 145.500 manat məbləğində pulun cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh4dən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1098/2021 nömrəli iş üzrə 19 noyabr 2021-ci i l tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia tələbi rədd edilmişdir.

4. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1597/2022 nömrəli iş üzrə 11 may 2022-ci tarixli qətnaməsi ilə (hakimlər – Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilmişdir.

6. Cavabdeh4 kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə apellyasiy a instansiyası məhkəməsinə müraciət edilmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə İcra Hakimiyyətinin işçisi tərəfindən alınmasına baxmayaraq, bu barədə rəhbərliyə məlumat verilmədiyindən, sözügedən qətnamədən kassasiya şikayəti verə bilməmişlər. Bununla da, qətnamədən şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Həmin işçi barəsində buraxdığı nöqsanlara görə müvafiq tədbirlər görülmüşdür.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1597/2022 nömrəli iş üzrə 12 oktyabr 2022-ci tarixli qərardadı ilə (hakimlər – Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) ərizə təmin edilməmiş, kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin 11 may 2022-ci il tarixli qətnaməsinin surəti xx.xx.2022-ci il tarixli məktubla Cavabdeh4ə göndərilmiş və xx.xx.2022-ci il tarixdə “Mustafayeva” soyadlı şəxs tərəfindən poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, MPM-nin 405-ci maddəsinin tələbinə görə bu qətnamədən kassasiya şikayətinin verilməsi üçün müddətin axımı, qətnamənin təqdim edildiyi tarixdən başlamışdır. Prosessual müddətin üzrlü səbəbdən buraxılması müəyyən edilmədiyindən, buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə ərizə təmin edilə bilməz və Cavabdeh4 tərəfdən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 405 və 408.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şika yətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh4 (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsini, qətnamədən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinin verilmə müddətinin üzürlü səbəbdən buraxıldığı üçün müddətin bərpa olunması barədə ərizəni təmin edərək kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Bakı şəhəri Cavabdeh4in işçisi tərəfindən alınmasına baxmayaraq, yeni gəlmiş rəhbərliyə qərəzli münasibət bəslədiyindən, bu barədə xəbər verməmiş və qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Həmin işçi barəsində buraxdığı nöqsanlara görə müvafiq tədbirlər görülmüşdür. Qeyd edilənlərə əsasən buraxılmış prosessual müddət məhkəmə tərəfindən üzürlü hesab olunaraq bərpa edilməsinə baxmayaraq məhkəmə tərəfindən bu hal nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

15. Maddə 405.0.1. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.

16. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:

17. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

18. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

19. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gəl ərək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Hazırkı kassasiya şikayətində qərardad Cavabdeh4 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılarkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kassasiya şikayətində qeyd edilən hallar qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi üçün üzrlü səbəb hesab edilə bilməz.

23. Belə ki, Cavabdeh4 inzibati orqan olmaqla şöbə, idarə və böyük işçi resurslarına malikdir və mülki mühakimə icraatında öz orqanları, səlahiyyətli nümayəndələri ilə təmsil olunur.

24. Ona görə də, kassasiya şikayətində qeyd edilən hal, yəni bir işçinin İdarəyə daxil olan məhkəmə sənədi barədə rəhbərliyə məlumat verməməsi kassasiya şikayətinin verilməsi müddətinin ötürülməsi üçün üzrlü səbəb deyildir.

25. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

26. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası, Qərara aldı: Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. B akı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1597/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar