Məhkəmə qərarları › İş №2(102)-6248/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6248/2022

06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6248/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Şəmkir Rayon İcra və Probasiya Şöbəsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-6248/22 (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü məsələləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Şəmkir rayon icra və probasiya şöbəsi və "xxxx" MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki k ollegiyasının 2(104)-1607/2022 nömrəli, 6 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 6 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı (bundan sonra - iddiaçı) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" MMC tərəfindən keçirilmiş hərracın, həmin tarixdə hərracın keçirilməsi barədə 15/01-2 saylı protokolun və həmin protokol əsasında verilmiş bütün sənədlərin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 8 fevral 2022-ci il tarixli, 2(076)-192/2022 nömrəli qətnaməsi ilə (hakim Könül Məmm ədov) iddia təmin edilmişdir.

3. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 6 iyul 2022-ci il tarixli, 2(104)-1607/2022 nömrəli qətnaməsi ilə (hakimlər R.Ş.Muradov (sədrlik edən və məruzəçi), Ə.İ.Məmmədov və F.Ə.Mehtiyev) iddia təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 8 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarlmaqla iddia tələbi təmin edilməmişdir.

5. İddiaçı qətnamədən kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qə tnaməsinin qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 oktyabr 2022-ci il tarixli, 2(104)-1607/2022 nömrəli qərardadı ilə (hakimlər R.Ş.Muradov (sədrlik edən və məruzəçi), Ə.İ.Məmmədov və F.Ə.Mehtiyev) kassasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı kassasiya şikayətini yalnız işin faktiki halları ilə əsaslandırmışdır. Kassasiya şikayətində qeyd olunan maddi və prosessual hüquq normalarının pozulmasının hazırki işdə konkret nədə ifadə olunması, hazırki mübahisəyə aidiyyəti, eləcə də, maddi və prosessual hüquq normalarının pozulmasının yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir.

8. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi n əticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1, 403.1, 407, 408.1.5, 408.3 və 414.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 oktyabr 2022-ci il tarixli qərardadın ləğv edilərək, işə mahiyyəti üzrə baxılması və Gəncə Apellyasiya Məhkəməsinin 6 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad tam qanunsuz və əsassız olmaqla ləğv olunmalıdır. Belə ki, qərardadda şikayətin geri qaytarılması üçün aidiyyəti olmayan maddələr olduğu kimi sadalanmışdır. Kassasiya şikayətində sözügedən qərardadda sadalanan maddələrdə göstərilən hallar pozulmamışdır. Həmin maddələr sadəcə qərardadı formalaşdırmaq məqsədilə sadalanmışdır. Hazırki kassasiya şikayətində hər bir maddənin qarşısında şərh verilsə də, hesab edir ki, bu maddələrə şərh verməyə ehtiyac yoxdur. Çünki, qeyd olunan maddələrə daha yuxarı instansiya məhkəməsi qiymət verərək onların apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün tətbiq edilib edilməməsinə aydınlıq verəcəkdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı Cavabdeh1 tərəfindən etiraz daxil olmuşdur. Cavabdeh kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

12. Maddə 1.1. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommers iya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir.

13. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

14. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəz ərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

15. Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 407.1.3. şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; 407.1.4. şikayəti ve rən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; 407.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı.

16. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

17. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanun i nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

18. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.

19. Maddə 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

20. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

22. Mad də 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.

26. Belə ki, Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə, verilmiş kassasiya şikayətinin həmin Məcəllənin 402, 405 və 407-ci maddələrində irəli sürülmüş tələblərə uyğunluğunu yoxlamaq, apellyasiya instansiyası məhkəməsinin vəzifəsidir. Kassasiya şikayətinin MPM-nin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verməməsi, kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticə törədir.

27. Kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozun tularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Buna görə də kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassatordan maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin nədən ibarət olmasını əsaslandırmaq tələb olunur (MPM-nin 407.1.4-cü maddəsi).

28. Baxılan işdə də apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin MPM-nin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamış, iddiaçının kassasiya şikayətində yalnız maddi və prosessual hüquq normalarını və işin faktik hallarını sadaladığı, maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının göstərilmədiyi müəyyən edilmişdir.

29. Bu prosessual vəziyyət, kassasiya şikayətinin geri qaytarılması üçün MPM-nin 408.1.5-ci maddəsində nəzərdə tutulmuş əsası təşkil edir və apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur.

30. Kassatorun «Kassasiya şikayətində hər bir maddənin qarşısında şərh verilsə də, hesab edir ki, bu maddələrə şərh verməyə ehtiyac yoxdur» dəlili əsassızdır. Çünki MPM-nin 407.1.4-cü və 408.1.5-ci maddələrinin birgə təhlili o nəticəyə gəlməyə əsas verir ki, kassasiya şikayətində təkcə pozuntuya yol verilməsi hesab edilən maddi və ya prosessual hüquq normasının qeyd olunması kifayət etmir. Kassator eyni zaman da həmin normanın pozuntusunun nədən ibarət olmasını da əsaslandırmalıdır.

31. Hazırki iş üzrə kassasiya şikayətindən görünür ki, şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş formada tərtib edilməmişdir. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməsinin nədən ibarət olması göstərilməyib.

32. Kollegiya bildirir ki, kassasiya şikayətini geri qaytarmaq səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən bu əsaslar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

33. Məhkəmə kollegiyası xatırladır ki, MPM-nin 408.5-ci maddəsinə əsasən kassasiya şikayəti verən şəxs, kassasiya şikayətinin ger i qaytarılması üçün əsas olmuş nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət etmək hüququna malikdir.

34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1607/2022 nömrəli, 6 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar