Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6253/2021 15.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi işə cəlb edilən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi və “Ba (Azərbaycan)” ASC olmaqla) qarşı “hərracın, hərracın nəticələrinə dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olması; iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegi yası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Qılıcova Sevda mübariz qızının katibliyi ilə, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli 2(103)-5966/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 15 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı
1. İddiaçı “Ba (Azərbaycan)” ASC-dən kredit almaqla ona məxsus olan Bakı şəhəri, ünvan, X2 döngəsi küçəsi 9A saylı fərdi yaşayış evini girov qoymuşdur. Ödənişlərin vaxtında yerinə yetirilməməsi əsası ilə bank məhkəməyə müraciət etmiş, qəbul edilmiş yekun məh kəmə aktına əsasən tərtib edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4296/2015 nömrəli 12.11.2015-ci il tarixli icra vərəqəsinə əsasən icra hərəkətləri aparılmış və ona məxsus əmlak hərraca çıxarılmışdır.
2. İddiaçı "xxxx" MMC-yə və “Ba (Azərbaycan)” ASC-yə qarşı hərracın etibarsız hesab edilməsi, verilmiş çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-yə (üçüncü şəxs kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi qeyd edilən və "xxxx" ASC cəlb edilən) qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan, X2 döngəsi küçəsi 9A saylı fərdi yaşayış evinə dair keçirilmiş hərracın etibarsız hesab edilməsi və "xxxx" MMC-nin hərracın nəticələrinə dair 14.06.2017-ci il tarixli Y-333 saylı protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Ba (Azərbaycan)” ASC dən kredit almaqla iddiaçıya məxsus Bakı şəhəri, ünvan, X2 döngəsi küçəsi 9A saylı fərdi yaşayış evini girov qoymuşdur. O, ödənişləri vaxtında yerinə yetir mədiyi üçün Bank məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4296/15 nömrəli, 12.11.2015-ci il tarixli icra vərəqəsinə əsasən icra hərəkətləri aparılmış və ona məxsus əmlak satışa çıxarılmışdır. Bildirmək istəyir ki, ona məxsus əmlak 450.000 manat qiymətləndirilməklə “İpoteka haqqında” Qanunun tələblərinə əsasən satılması üçün hərraca çıxarılmışdır. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin 63/8YQ saylı 20.09.2016-ci ilin sifariş məktubu ilə əmlakı hərraca çıxarılmışdır. İddia ərizəsinə əlavə edilmiş açıq hərracın keçirilməsinə dair 02 dekabr 2016-cı il tarixli 5369 saylı bildirişdən görünür ki, ilkin salış qiyməti 450.000 manat olmaqla 21.12.2016-ci il tarixdə Bakı şəhəri, ünvan, X2 döngəsi küçəsi 9A saylı fərdi yaşayış evinin açıq hərracda satılmasına dair bildir iş göndərilmişdir. Həmin hərrac barədə də onun məlumatı olmamışdır. Birinci hərrac baş tutmadığından "xxxx" MMC 25.01.2017-ci il tarixdə təkrar hərracın keçirilməsinə dair 23.12.2016-cı il tarixli 5760 saylı bildiriş göndərmiş, həmin bildiriş də ona çatmamışdır. Onun ümumiyyətlə bu hərracların necə və nə vaxt keçirilməsinə dair məlumatı olmamışdır. Ümumiyyətlə isə o, həmin evdə yaşamır, məktubların hamısı həmin evə göndərilmiş və onun tərəfindən heç biri alınmamışdır.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-145/2021 saylı 03 mart 2021-ci il tarixli qətnaməsi (hakim R.N.Qafarova) ilə iddia tələbi təmin edilməmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı mübahisə üzrə tərəflər (İddiaçı Xoğlu və cavabdeh "xxxx" MMC) əvvəlki mülki işdə iştirak etmiş şəxslər olduğundan, yuxarıda göstərilən qanuni qüvvəyə minmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10.09.2018-ci il tarixli, 2(009)-1399/2018 saylı qətnaməsi İddiaçı Xoğlu ilə üçüncü şəxs "xxxx" (Azərbaycan) ASC arasında bağlanmış kredit və ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Bakı şəhəri, ünvan, X2 döngəsi küçəsi 9A saylı fərdi yaşayış evinə dair tərtib edilmiş Y-333 nömrəli, 14 iyun 2016-cı il tarixli protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi ilə bağlı mübahisə üzrə çıxarılmaqla onlara aid olduğundan və həmin qətnamə ilə hazırkı iddia tələbi ilə mübahisələndirilən məsələyə hüquqi qiymət verildiyindən, həmin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan akt kimi qəbul edilməlidir. Belə olan halda həmin qətnamə ilə müəyyən edilmiş hallar hazırkı işdə mübahisələndirilə bilməz və həmin halların təkrarən sübut edilməsinə heç bir əsas yoxdur.
7. Məhkəmə üçüncü şəxs “Ba (Azərbaycan) ASC-in nümayəndəsi tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə, məhkəmə mübahisəsi üzrə tərəflərin iddiaçı və cavabdeh olduğunu, “Ba (Azərbaycan)” ASC-in isə hazırki işə cavabdeh qismində deyil, müstəq il tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyini nəzərə alaraq, onun tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirməyi məqsədə müvafiq hesab etməmişdir.
8. Birinci instansiya məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarına istinad edilərək əsaslandırılmışdır.
9. Qətnamədən narazı qalan İddiaçı a pelyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-145/2021 saylı 03.03.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5966/2021 saylı mülki iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsi (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi) Q.A.Əsgərov və V.N.Sadıqovdan) ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-145/2021 saylı 03 mart 2021-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlanılması qət edilmişdir.
11. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, biri nci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırkı mübahisə üzrə tərəflər (İddiaçı Xoğlu və cavabdeh "xxxx" MMC) əvvəlki mülki işdə iştirak etmiş şəxslər olduğundan, yuxarıda göstərilən qanuni qüvvəyə minmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10.09.2018-ci il tarixli, 2(009)-1399/2018 saylı qətnaməsi İddiaçı Xoğlu ilə üçüncü şəxs "xxxx" (Azərbaycan) ASC arasında bağlanmış kredit və ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Bakı şəhəri, ünvan, X2 döngəsi küçəsi 9A saylı fərdi yaşayış evinə dair tərtib edilmiş Y-333 nömrəli, 14 iyun 2016-cı il tarixli protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi ilə bağlı mübahisə üzrə çıxarılmaqla onlara aid olduğundan və həmin qətnamə ilə hazırkı iddia tələbi ilə mübahisələndiri lən məsələyə hüquqi qiymət verildiyindən, həmin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan akt kimi qəbul edilməlidir. Belə olan halda həmin qətnamə ilə müəyyən edilmiş hallar hazırkı işdə mübahisələndirilə bilməz və həmin halların təkrarən sübut edilməsinə heç bir əsas yoxdur. Məhkəmə üçüncü şəxs “Ba (Azərbaycan)ASC-in nümayəndəsi tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, məhkəmə mübahisəsi üzrə tərəflərin iddiaçı və cavabdeh olduğunu, “Ba (Azərbaycan)” ASC-in isə hazırki işə cavabdeh qismində deyil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyini nəzərə alaraq, “Ba (Azərbaycan)” ASC tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirməyi məqsədə müvafiq hesab etmir.
12. Apellyasiya kollegiyası iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 233.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarına istinad etmişdir.
13. İddiaçı (onun vəkili Vəkil) kassasiya şikayəti verərək, hazırkı iş üzrə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli 2(103)-5966/2021 saylı qətnaməsinin ləğv edilməsinə və işin təkrar apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Ba (Azərbaycan)” ASC-dən kredit almaqla ona məxsus Bakı şəhəri, ünvan,X2 döngəsi küçəsi 9A saylı fərdi yaşayış evini girov qoymuşdur. O, ödənişləri vaxtında yerinə yetirmədiyi üçün bank məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4296/15 nömrəli, 12.11.2015-ci il tarixli icra vərəqəsinə əsasən icra hərəkətləri aparmış və ona məxsus əmlak satışa çıxarılmışdır. Bildirmək istəyir ki, ona məxsus əmlak 450.000 manat qiymətləndirilməklə “İpoteka haqqında” Qanunun tələblərinə əsasən satılması üçün hərraca çıxarılmışdır. Bakı şəhəri Xəzər rayonunun İcra Şöbəsinin 63/8YQ saylı 20.09.2016-cı ilin sifariş məktubu ilə əmlakı hərraca çıxarılmışdır. İddia ərizəsinə əlavə edilmiş açıq hərracın keçirilməsinə dair 02 dekabr 2016-cı il tarixli 5369 saylı bildirişdən görünür ki, ilkin satış qiyməti 450.000 manat olmaqla 21.12.2016-ci il tarixdə Bakı şəhəri, ünvan, X2 döngəsi küçəsi 9A saylı fərdi yaşayış evinin açıq hərracda satılmasına dair bildiriş göndərilmişdir. Həmin hərrac barədə onun məlumatı olmamışdır. Birinci hərrac baş tutmadığından "xxxx" MMC 25.01.2017- ci il tarixdə təkrar hərracın keçirilməsinə dair 23.012.2016-cı il tarixli 5760 saylı bildiriş göndərmiş, həmin bildiriş də ona çatmamışdır.İddiaçının umumiyyətlə bu hərracların necə və nə vaxt keçirilməsinə dair məlumatı olmamışdır. Ümumiyyətlə isə o, həmin evdə yaşamır, məktubların hamısı həmin evə göndərilmiş və onun tərəfindən heç biri alınmamışdır.
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
17. Maddə 129.1 Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 15.2 Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
19. Maddə 82.3 Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
20. Maddə 261.0.2 Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.
21. Maddə 416 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
22. Maddə 417.1.5 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya baxışının hədləri
23. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
24. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraata xitam verilməli olduğu halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir.
26. Apellyasiya kollegiyasının iş üzrə gəldiyi nəticədən görünür ki, İddiaçı hazırkı iddia tələbi ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş Y-333 nömrəli, 14 iyun 2016-cı il tarixli protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10.09.2018-ci il tarixli, 2(009)-1399/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər “X" MMC-yə və “Ba (Azərbaycan)” ASC-yə qarşı “hərracın etibarsız hesab edilməsi, verilmiş çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan, X2 döngəsi küçəsi 9A saylı fərdi yaşayış evinə dair keçirilmiş hərracın etibarsız hesab edilməsi, Xnin hərracın nəticələrinə dair 14.06.2017-ci il tarixli Y-333 saylı protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, "xxxx" ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsi və onun m ülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10.09.2018-ci il tarixli 2(009)-1399/2018 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-202/2019 saylı 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermiş, Ali Məhkəmənin Mülki kollegiyasının 26 iyul 2019-cu il tarixli 2(102)-5211/2019 saylı qərarı ilə şikayətin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya kollegiyası eyni tərəflər arasında, eyni predmet barəsində və eyn i əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğunu qeyd etsə də, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin tələblərini nəzərə almadan hazırkı iş üzrə qətnamə qəbul etmişdir. Hazırkı mübahisə üzrə tərəflər (İddiaçı Xoğlu və cavabdeh "xxxx" MMC) əvvəlki mülki işdə iştirak etmiş şəxslər olduğundan, həmçinin eyni əsaslar üzrə eyni hərracın nəticələrini əks etdirən 14.06.2017-ci il tarixli Y-333 nömrəli protokolun etibarsız hesab edilməsi tələb edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mülki iş üzrə icraata xitam verilməlidir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, “X1 şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13.02.2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən mad di hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və m əhkəmələrdə yenidən baxılmasına yol vermir. Təsadüfi deyildir ki, MPM-nin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
29. Apellyasiya məhkəməsi mübahisəni artıq həll edən eyni tərəflər arasında eyni mübahisə ilə bağlı qətnamənin olmasına baxmayaraq hazırkı iş üzrə icraata xitam verməli olduğu halda, əsassız olaraq mülki işin icraatını davam etdirmiş, səhvən MPM-in 82.3-cü maddəsinə istinad etməklə işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qəbul etmişdir. Halbuki Mülki Prosessual Məcəlləsinin 261.0.2- ci maddəsi ilə müəyyən edilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardırsa iş üzrə icraata xitam verilməlidir.
30. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5966/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261, 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyun 2021-ci il tarixli, 2(103)5966/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (üçüncü şəxs lər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi və “Ba (Azərbaycan)” ASC olmaqla) “hərracın, hərracın nəticələrinə dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərar qəbul edildiyi andan qüvvəyə minir.