Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-626/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əbülfəz oğluna, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X18 və Cavabdeh10nə qarşı mirasın qəbulu faktının müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mirasın qəbulu faktının müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı İddiaçı vəkili Vəkil3 YYYoğlunun işti rakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09.07.2021-ci il tarixli, 2(103)-5255/2021 nömrəli qətnaməsindən iş üzrə maraqlarına toxunan şəxs Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 fevral 2022ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ümumbirgə mülkiyyət kimi X60, X25, X26, X27 və X39 adlarına 170 nömrəli kitabda, 7299 nömrəli səhifədə qeydiyyatdan keçmişdir. X13 06.09.1956-cı il tarixdə, X14 13.06.1977-ci il tarixdə, X15 27.11.1981-ci il tarixdə, X19 06.02.1985-ci il tarixdə, X20 19.02.1993-c ü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Döylət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Yasamal Rayon Məhkəməsinin sorğusuna 23.07.2019-cu il tarixli, **********64 saylı cavab məktubundan görünür ki, ünvan 2 fərdi yaşayış evi tarixsiz olaraq X7, X28, X29, X27, X39 adlarına ilkin qeydiyyatdan keçmişdir. 14 saylı DNK-nın 4Ə/165 reyestr nömrəli 03.11.2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən evin 1 otağı 12.12.2001-ci il tarixdə X16 adına qeydiyyatdan keçmişdir. 14 saylı DNK-nın 03.11,2001-ci il tarixli 2v-165 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən 1/5 hissədən qalan hissə 10.04.2009-cu il tarixdə Cavabdeh8 Ələsgər qızının adına qeydiyyatdan keçmişdir. Cavabd eh10 30.05.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı 23.05.2019-cu il tarixli ərizəsinə cavab olaraq 13.06.1977-ci il tarixdə vəfat etmiş X1 ümumi paylı mülkiyyətlərində olmuş ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət miras əmlaka payların müəyyən edilərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi itə bağlı müraciətinə baxıldığı bildirilmiş, bununla əlaqədar miras qoyanın sonunçu yaşayış yeri, miras əmlakın vərəsələr tərəfindən qəbul edilməsi, qohumluq münasibətlərinin müəyyən edilməsi məqsədi ilə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “əmlakın miras kütləsinə daxil edilməsi, mirasın qəbulu faktının müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 sentyabr 1956-cı ildə Bakı şəhərində vəfat etmiş X4 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Sovetski küçəsi (hazırda ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindəki 1/5 payın vərəsələri X14, X20, X19 və X15 tərəfindən qəbul edilmiş hesab edilməklə, onlarının hər birinin həmin evdə 1/4 pay nisbətində mülkiyyət hüququnun tanınması, fərdi yaşayış evinin altındakı 244 kv.m torpaq sahəsinin miras kütləyə daxil edilməsi, fərdi yaşayış evi və altındakı torpaq sahəsinin 1/12 hissəsinə onun, 1/12 hissəsinə Cavabdeh1 Əzizağa qızının, 1/24 hissəsinə Cavabdeh2, 24hissəsinə Cavabdeh7, 1/8 hissəsinə Cavabdeh3, 1/24 hissəsinə Cavabdeh4, 1/24 hissəsinə Cavabdeh6, 1/24 hissəsinə Cavabdeh5, 1/4hissəsinə Cavabdeh8 və 1/2 hissəsinə Cavabdeh9 payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Sovetski küçəsi (hazırda ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarışa əsasən, mülkiyyət hüququ əsasında nənəsi X6, atası X32 YYY), əmiləri X33, X34 (YYY) və bibisi X45 (Babayeva) məxsus olmuşdur. Həmin fərdi yaşayış evinin bir hissəsi 1924-cü ildə nənəsi X13 tərəfındən satıldıqdan sonra, yerdə qalan hissə 244 kv.m torpaq sahəsində yerləşmişdir. Həmin torpaq sahəsini və üzərindəki mülkü hələ babası X36 08.08.1888-ci ildə X17 160 qızıl pula almışdır(alqı-satqı şəhadətnaməsinin notarial təsdiqli surətini və tərcüməsini əlavə edir). Nənəsi X13 06.09.1956-cı ildə vəfat etdikdən sonra, həmin daşınmaz əmlakdakı miras payı övladları – iddiaçının atası LLL, əmiləri X3, X19 və bibisi X47 qəbul etmişlər. Daşınmaz əmlaka olan çıxarışa əsasən, həmin əmlakda mülkiyyətçilərin pay bölgüsü müəyyən edilmədiyindən, paylar bərabər hesab edilir və tərəflərin hər birinin daşınmaz əmlakda1/5 payı olmuş və vərəsələr LLL, X3, X19 və X47 analarından qalan payı miras əmlak kimi faktiki cəhətdən qəbul etdiklərindən, onların daşınmaz əmlakdakı payları hər birinə 1/4 pay olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək göstərdi ki, iddia tələbində dəqiqləşmə edərək, məhkəmədən ünvan 1 ünvanda babaları X21 miras qalmış fərdi yaşayış evinin varisləri tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, qeyd olunan daşınmaz əmlakın 1/24 hissəsinə Cavabdeh1, 1/48 hissəşinə Cavabdeh2, 1/48 hissəsinə Cavabdeh7, 1/32 hissəsinə 000nın, 1/32 hissəsinə 000nın, 1/96 hissəsinə X11, 1/96 hissəsinə X22, 1/96 hissəsinə X9, 1/32 hissəsinə X8, 1/32 hissəsinə X35, 1/32 hissəsinə Cavabdeh3, 1/96 hissəsinə Cavabdeh4, 1/96 hissəsinə Cavabdeh6, 1/96 hissəsinə Cavabdeh5, 1/32 hissəsinə FFFnın, 1/4 hissəsinə Cavabdeh8, 1/4 hissəsinə Cavabdeh9 və 1/6 hissəsinə İddiaçı paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Yasamal rayon məhkəməsinin 2(004)-4397/2019 nömrəli, 12.09.2019-ci il tarixli qətnaməsi ilə İddia ərizəsi təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi (keçmiş Sovetski), dalan 1, ev 2 ünvanında X21 miras qalmış fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsi, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi (keçmiş Sovetski), dalan 1, ev 2 ünvanında X21 miras qalmış fərdi yaşayış evinin 1/24 hissəsinə Cavabdeh1, 1/48 hissəşinə Cavabdeh2, 1/48 hissəsinə Cavabdeh7, 1/32 hissəsinə 000nın, 1/32 hissəsinə 000nın, 1/96 hissəsinə X11, 1/96 hissəsinə X22, 1/96 hissəsinə X9, 1/32 hissəsinə X8, 1/32 hissəsinə X35, 1/32 hissəsinə Cavabdeh3, 1/96 hissəsinə Cavabdeh4, 1/96 hissəsinə Cavabdeh6, 1/96 hissəsinə Cavabdeh5, 1/32 hissəsinə FFFnın, 1/4 hissəsinə Cavabdeh8, 1/4 hissəsinə Cavabdeh9 və 1/6 hissəsinə İddiaçı vərəsəlik payları müəyyən edilməsi qət edilmişdir. Məhkəmənin mövqeyinə görə, X21 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin miras qalması, onun ölümündən sonr a həmin fərdi yaşayış evinin arvadı X13 və övladları – iddiaçının atası LLL, əmiləri X3, X19 və bibisi X47 tərəfindən qəbul edilərək adlarına müvafiq çıxarışın verilməsi, fərdi yaşayış evinin birgə paylı mülkiyyətçiləri olan X5, Dostəli- zadə Ələkbər Səfər oğlunun, X2, X10 və X30 vəfatından sonra miras əmlakın hazırki iddia üzrə İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh8 və Cavabdeh9 tərəfindən faktiki qəbul edərək idarə edilməsi faktı müəyyən edildiyindən iddia təmin edilməlidir. Məhkəmə öz mövqeyini əsaslandırarkən 01.09.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 552, 553, 563, hazırda qüvvədə olan Mülki Məcəllənin 1145, 1159, 1243, MPM-nin 14, 77, 307, 308-ci maddələrinə istinad etmişdir. Yasamal rayon məhkəməsinin 12.09.2019-cu il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsi apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, Rayon Məhkəməsi iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, mübahisəli fərdi yaşayış evinə dair hüquq müəyyənedici sənədlər mövcud deyil, buna görə də nə iddiaçıların, nə də cavabdehlərin həmin əmlaka heç bir subyektiv hüquqları yoxdur. Bundan başqa, İdarənin mütəxəssisləri iddia ərizəsində qeyd edilən ünvana baxış keçirən zaman qeyd edilən ünvanda torpaq sahəsinin zəbt edilməsi və qanunsuz tikililərin inşa edilməsi faktını aşkar etmişlər. Həmçinin paylı mülkiyyətçilərdən biri olan Babayeva Meyran Racı qızı məhkəmə tərəfindən hüquq və vəzifələrinə toxunulan şəxs kimi işə cəlb edilməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X12 (sədrlik edən və məruzəçi), X23 və X49 ) 09.07.2021-ci il tarixli 2(103)-5255/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 sentyabr 2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş mübahisəsiz halları kimi qeyd etmişdir ki, mübahisəli əmlak X21 miras qalmış, onun arvadı (iddiaçının nənəsi) və övladları (iddiaçının atası, əmiləri, bibisi) tərəfindən qəbul edilərək adlarına müvafiq çıxarış verilmişdir. Sonuncuların da vəfatından sonra həm in əmlak onların övladları olan iddiaçı və cavabdehlərə miras qalmış və sonuncular tərəfindən idarə olunmuşdur. DƏDRX Əİ apellyasiya şikayətində bildirmişdir ki, mübahisəli əmlaka dair hüquq müəyyənedici sənədlər mövcud deyil, buna görə də nə iddiaçıların, nə də cavabdehlərin həmin əmlaka heç bir subyektiv hüquqları yoxdur. Apellyasiya şikayətinin bu dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən verilmiş çıxarışa əsasən mübahisəli fərdi yaşayış evinə X60, X25, X26, X27 və X39 ümumbirgə mülkiyyət hüququ qeydiyyatdan keçmiş və onların adına çıxarış verilmişdir. Belə olan halda müəyyən edilir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, DƏDRX Əİ-nin mütəxəssisləri iddia ərizəsində qeyd edilən ünvana baxış keçirən zaman qeyd edilən ünvanda torpaq sahəsinin zəbt edilməsi və qanunsuz tikililərin inşa edilməsi faktını aşkar etmişlər. Bununla bağlı Məhkəmə kollegiyası qeyd etmişdir ki, qeyd edilən dəlilə istinad edən DƏDRX Əİ, həmin dəlildə qeyd edilən halları təsdiq edə biləcək hər hansı sübutu Məhkəməyə təqdim etməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09.07.2021-ci il 2(103)-5255/2021 nömrəli qətnaməsindən Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsi tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırı lmışdır ki, Birinci instansiya məhkəməsi tərəfindən müvafiq daşınmaz əmlakın paylı mülkiyyətçilərindən biri olan X31 payına münasibət bildirilməmiş, həmin şəxs məhkəmə tərəfindən işə cəlb edilməmişdir. X31 payına münasibət bildirilmədiyinə görə fərdi yaşayış evi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması mümkün olmadığından 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətində yuxarıda göstərilən məsələ diqqətə çatdırılmasına baxmayaraq Bakı Apellyasiya Məhkəməsi öz qətnaməsində həmin məsələyə öz münasibətini bildirməmişdir. Qeyd olunan halların düzgün və qanuna müvafiq qaydada yenidən araşdırılması məqsədilə X50 məhkəmə tərəfindən müvafiq mülki iş üzrə cəlb edilməlidir. Göründüyü kimi, yuxarıda qeyd olunan hallar və qanunvericiliyin tələblə ri birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul edilmişdir. Kassator kassasiya şikayətini əsaslandırarkən Mülki Məcəllənin 146, 178, 180, 213, 215, 222, 1133, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23, Torpaq Məcəlləsinin 111, MPM-nin 217-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinə qarşı İddiaçı tərəfindən etiraz daxil olmuşdur. İddiaçı etirazında qeyd etmişdir ki, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi ərizəsini belə əsaslandırmışdır ki, məhkəmənin yeni qətnaməsi ilə daşınmaz əmlakın yeni vərəsələr arasında bölüşdürülməsi 1 saylı Ba kı Ərazi İdarəsinin hüquq və maraqlarına toxunacaqdır. Halbuki, DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi müxtəlif əsaslarla qazanılmış mülkiyyət haqlarını qeydiyyata alan dövlət qurumudur. Hansısa mülkiyyətinin kimlər arasında hansı hissələrə bölüşdürülməsinin mahiyyət etibarı ilə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə heç bir aidiyyatı olmadığı kimi hər hansı bir əmlakla bağlı mövcud qeydiyyatın dəyişdirilməsi də DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin mənafeyinə heç bir ziddiyyətlik təşkil etmir. İddiaçı öz etirazını əsaslandırarkən MM-nin 139, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.5-ci maddələrinə istinad etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil3 şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini x ahiş etdi. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam y oxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 418.4.6. Məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə; apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən prossesual hüquq normalarının tələbləri pozulmuş, bu da düzgün olmayan qətn amənin qəbul olunmasına səbəb olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş DƏDRX tərəfindən daşınmaz əmlakın hüquqi vəziyyəti ilə bağlı arayışda göstərilmişdir ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 129,9 kv.m olan 7 otaqlı fərdi yaşayış evi (yerləşdiyi 0,02067 ha torpaq sahəsi üzərində mülkiyyət növü dövlət, hüququn növü - istifadə) paylı mülkiyyətdə olmaqla X27, X25, X29, X5 və X39 adına ilkin qeydiyyatdan keçmişdir. 14 saylı DNK-nın 4Ə/165 reyestr nömrəli 03.11.2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X29 1/5 hissəsindən 1 otaq (11,7 kv.m) X31 adına qeydiyyatdan keçmişdir. 03.11.2001-ci il tarixli 2v-165 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X29 1/5 hissədən qalan hissə 10.04.2009-cu il tarixdə Cavabdeh8 Ələsgər qızının adına qey diyyatdan keçmişdir. Yasamal Rayon İcra Hakimiyyətinin 346/g-12 saylı 10.06.2019-cu il tarixli məktubuna əsasən Cavabdeh8 Ələsgər qızının adına aparılmış qeydiyyat və hüquqları 02.06.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə ləğv olunmuşdur. Hal-hazırda müvafiq fərdi yaşayış evinin 1/5 hissəsi X27, 1/5 hissəsi X25, 1/5 hissədən 1 otaq (11,7 kv.m) X31, 1/5 hissəsi X5, 1/5 hissəsi isə X39 paylı mülkiyyətindədir. Cavabdeh8 Ələsgər qızının adına aparılmış qeydiyyat ləğv olunduğundan mərhum X29 mülkiyyətində olan fərdi yaşayış evinin 1/5 hissəsinin qalan hissəsi onun adına bərpa olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, nə birinci instansiya məhkəməsi tərəfindən, nə də apellyasiya şikayətinin müvafiq dəlilinin olmasına baxmayaraq apellyasiya məhkəməsi tərəfindən daşınmaz əmlakda v ərəsələrin payı müəyyən edilərəkən müvafiq daşınmaz əmlakın paylı mülkiyyətçilərindən biri olan X31 payına münasibət bildirilməmiş, həmin şəxs məhkəmə tərəfindən işə cəlb edilməmişdir. Halbuki məhkəmə qətnaməsi ilə vərəsələrin əmlakda paylarının müəyyən edilməsi və bu zaman X31 payına münasibət bildirilməməsi onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmaqla yanaşı,bu vəziyyətdə fərdi yaşayış evi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılmasının mümkün olmadığı apellyasiya şikayətində məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə öz qətnaməsində həmin məsələyə öz münasibətini bildirməmişdir. Qeyd olunan halların düzgün və qanuna müvafiq qaydada yenidən araşdırılması məqsədilə X50 məhkəmə tərəfindən müvafiq mülki iş üzrə cəlb edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09.07.2021-ci il tarixli 2(103)-5255/2021 nömrəli qətnaməsi ləğv edilərək, iş yeni baxışa göndərilməlidir. İşə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verilməli, gəlinən nəticələr qətnamədə əsaslandırılmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09.07.2021-ci il 2(103)-5255/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yeni baxışa göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-626/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-626/2022
07.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver