Məhkəmə qərarları › İş №2(102)-6262/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6262/2019

17.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6262/2019 17.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı vəkili Bünyad Orxan Əbülfət oğlunun, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin vəkili Kərimov Anar Abduləli oğlunun iştirakları ilə, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Açıq Səhmdar Cəmiy yəti Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh-yə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1) qarşı “depozit müqaviləsinə əlavənin etibarsız hesab edilməsi, əmanət məbləği və ona hesablanmış faiz məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 16 may 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən P.Hüseynov, iş 2(006)-1912/2017) iddia qismən təmin edilmiş, Cavabdeh-nin Sənaye filialı ilə İddiaçı və X1 arasında bağlanmış 19 yanvar 2007-ci il tarixli depozit müqav iləsinə əlavə etibarsız hesab edilmiş, İddiaçı ilə Cavabdeh-nin Sənaye fılialı arasında bağlanmış 15 yanvar 2007-ci il tarixli müddətli əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün) müqavilə üzrə 131100 manat əmanət məbləğin Cavabdeh-dən alınaraq İddiaçı verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manatın Cavabdeh-dən alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Həsənov (sədrlik edən və məruzəçi), V.Baxışova və N.Cəfərov, iş № 2(103)-9440/2017) Cavabdeh-nin apelyasiya şikayətinin təmin edilməməsi, İddiaçı apelasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2017-c i il tarixli, 2(006)-1912/2017 saylı qətnaməsi qismən, «15.01.2012-15.01.2017ci il tarixə illik 16,2 faizlə hesablanmış 106191 manatın, 15.01.2017-ci il tarixdən qətnamə icra olunan günədək illik 16,2 faiz olmaqla hər ay üçün 1.769.85 manat depozit faizinin» ödənilməsinin rədd edilməsi hissəsində ləğv edilməsi, Həmin hissədə iddianın qismən təmin edilməsi, Faiz məbləği olaraq 113270,4 manatın Cavabdeh-dən tutularaq İddiaçı ödənilməsi, «Qətnamə icra olunan günədək illik 16,2 faiz olmaqla hər ay üçün 1769,85 manat depozıt faizinin tutulması hissəsində» iddianın təmin olunmaması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2018-ci il tarixli qərarı ilə (hakimlər Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), M.Əhmədova və Ə.Rüstəmov, iş № 2(102)-555/2018) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), S.Hacıyev və R.Eyvazov, iş № 2(103)-3917/2018) İddiaçı apelyasiya şikayəti qismən təmin edilməsi, Cavabdeh-nin apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)1912/2017 saylı işi üzrə 16 may 2017-ci il tarixli qətnaməsinin iddianın təmin olunmamış (faiz məbləği) hissəsində qismən ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin edilməsi, faiz məbləğinin 103901,7 manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, auditor rəyinə görə xidmət haqqının məbləği olan 4000 (dörd min) manat məbləğdə pul vəsaiti Cavabdeh-dən tutularaq Azərbaycan Respublikası Auditorlar Palatasının hesabına köçürülməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13088 saylı 20 iyun 2018-ci il tarixli rəyinə görə ekspertiza xərci olan 179 manat məbləğdə pul vəsaitinin Cavabdeh tərəfindən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 23 yanvar 2019-cu il tarixli qərarı ilə (hakimlər E.Vəliyeva (sədrlik edən və məruzəçi), Q.Əsgərov və Ə.Əhmədov, iş № 2(102)-409/ 2018) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov, iş № 2(103)-4772/2019) İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 16 may 2017-ci il tarixli qətnaməsi faiz tələbinin təmin olunmayan hissəsində qismən ləğv edilmiş, həmin hissədə iddianın qismən təmin edilməsi, müddətli əmanət (depozit) hesabı haqqında müqavilə üzrə əmanətə hesablanmış 103901,7 manat faiz məbləğinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı verilməsi, cavabdeh “Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin apelyasiya şikayəti təmin edilməməsi, qətnamənin qalan hissələrdə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılması, auditor rəyinə görə xidmət haqqının məbləği olan 4000 (dörd min) manat məbləğdə pul vəsaitinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Auditorlar Palatasının hesabına köçürülməsi, işin apelyasiya baxışı zamanı təyin edilmiş ekspertiza üzrə 179 (yüz yetmiş doqquz) manat məbləğində ekspertiza xərcinin cavabdeh ‘Cavabdeh” Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu iltarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin vəkili Kərimov Anar Abduləli oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. İddiaçı vəkili Bünyad Orxan Əbülfət oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu iltarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 15 yanvar 2007-ci il tarixli müddətli əmanət (depozit) hesabı haqqında (fizki şəxslər üçün) müqaviləyə əsasən əmanətçidən daxil olmu ş 131100 manat məbləğində olan pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 19 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 60 ay müddətinə bağlanmışdır. Müqavilənin 2.2-ci bəndində bankın pul məbləğini əmanətçidən qəbul etməsi, habelə müqavilə ilə müəyyən olunan müddətdə və qaydada əmanəti və ona hesablanan faizləri əmanətçiyə qaytarmasını (ödəməsini) öhdəsinə götürməsi müəyyən edilmişdir. Müqavilənin 1.6-cı bəndinə əsasən bu müqavilənin müddətinin bitməsinə bir həftə qalmış əmanətçi depozitin qaytarılmasını bankdan tələb etməzsə, müqavilə əvvəl bağlanılan müddətə uzadılmış sayılır, bu şərtlə ki, bank müqavilənin müddətinin uzadılmasına razı olsun. Müqavilənin müddətinin uzadılma sı yeni müqavilənin bağlanılması kimi qəbul edilir. Cavabdeh ilə üçüncü şəxs X1 arasında bağlanmış 19 yanvar 2007-ci il tarixli 07 saylı kredit müqaviləsinə əsasən sonuncuya mənzillərin təmiri məqsədi ilə Bankdan illik 17% olmaqla, 12 ay müddətinə 130000 ABŞ dolları məbləğində kredit verilmiş, borcalan bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Bankla borcalan qismində X1, əmanətçi qismində iddiaçının qeyd olunduğu 19 yanvar 2007-ci il tarixli depozit müqaviləsinə əlavə mövcuddur. Həmin əlavəyə əsasən əmanətçinin bankdakı depozit hesabında olan 131100 manat məbləğində vəsait kredit müqaviləsi üzrə borcalana ayrılmış kreditin və bu vəsait üzrə hesablanacaq fa izlərin qaytarılmasının təminatı olaraq girov qoyulmuşdur. İddiaçının əmanətin qaytarılması və faizlərin ödənilməsi barədə Banka müraciətinə cavab olaraq 12.01.2017-ci il tarixli məktubla ona bildirilmişdir ki, əmanəti kreditin təminatı kimi girova qoyulduğu üçün yalnız kredit tam bağlandıqdan sonra qaytarıla bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2017-ci il tarixli, 7611 nömrəli ekspert rəyi ilə depozit müqaviləsinə əlavənin sonunda “Əmanətçi İddiaçı İmza” qrafasındakı imzanın - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Həmin Mərkəzin 20 iyun 2018-ci il tarixli, 13088 nömrəli ekspert rəyi ilə 15.01.2007-ci il tarixli Müddətli əmanət (depozit) hesabı haqqında müqavilədə “Əmanətçinin adından” qrafasında kı imza ilə həmin depozit müqaviləsinə 19.01.2007-ci il tarixli əlavədə “Əmanətçi” qrafasındakı imzanın - öz aralarında müxtəlif şəxslər tərəfindən icra olunduğu müəyyən edilmişdir. İş üzrə verilmiş audit rəyinə əsasən iddiaçının depozit xətti üzrə 11 iyul 2018 tarixinə cari hesabının qalığı 235001,70 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.3, 944.1, 949.1, 950.2, 948.1, 950.4-cı maddələrini tətbiq etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kolle giyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul et mək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilm əsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar