Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6272/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitamın əsasları) 06.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və İsmayıl Xəlilov Kamil oğlundan ibarət tərkibdə, İddiaçı ASC Cavabdeh qarşı (Bakı şəhəri 8 saylı Notariat Ofisi maraqlı şəxs qismində cəlb edilməklə) daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5356/ 2022 nömrəli iş üzrə, 6 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 6 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri 8 saylı Notariat Ofisində tərəflər arasında bağlanmış 10 dekabr 2019cu il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" İKB ASC (İddiaçı ASC) mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 75,49 m2 olan fərdi yaşayış evini 5.000 manat ilkin ödəniş edilməsi, qalan 16.000 manatı isə xx.xx.2025ci il tarixədək ayda 250 manat ödənilməsi şərti ilə 21.000 manata (nisyə) Cavabdeh satmışdır.
2. Müqavilə bağlanandan sonra 12 dekabr 2019-cu il tarixdə Cavabdeh tərəfindən İddiaçı ASC-yə 5.000 manat ilkin ödəniş etmişdir.
3. Cavabdeh xx.xx.2020-ci il tarixdə 250 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 150 manat, xx.xx.2021-ci il tarixdə 150 manat, xx.xx.2021-ci il tarixdə 100 manat olmaqla, 950 manat ödəniş etmişdir.
4. Cavabdeh cəmi ödədiyi məbləğ 5.950 manat təşkil edir.Cavabdehin iddiaçıya nisyə alğı-satqı müqaviləsinə əsasən 15.050 manat borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ASC Cavabdeh qarşı (Bakı şəhəri 8 saylı Notariat Ofisi maraqlı şəxs qismində cəlb edilməklə) “daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "x xxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 8 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmiş 10 dekabr 2019-cu il tanxli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi; İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 75,49 m2 olan fərdi yaşayış evinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh arasında 10 dekabr 2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə Bakı şəhəri 8 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 75,49 m2 olan fərdi yaşayış evini nisyə alğı-satqı qaydasında 21.000 manata Cavabdeh satılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən İddiaçı göstərmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozduğuna görə onunla ilə bir neçə dəfə əlaqə saxlanılmasına, ona borcun ödənilməsinə dair müvafiq olaraq xx.xx.2021-ci il tarixli xəbərdarlığın göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir addım atılmamışdır. Cavabdeh ilkin olaraq 5.000 manat məbləğində pulu alğı-satqı müqaviləsi rəsmiləşdirilən gün satıcının – İddiaçı ASC-nin hesabına ödəyir, qalan 16.000 manatı isə hər ay 250 manat olmaqla xx.xx.2025-ci il tarixədək İddiaçı Açıq Səhmdar Cəmiyyətinə tam ödəməyi öhdəsinə götürmüşdür. C avabdeh tərəfindən 5.000 manat məbləğində vəsait İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənildikdən sonra ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 75,49 m2 olan fərdi yaşayış evi Cavabdeh istifadəsinə verilmişdir. Müqavilənin bağlanmasından xeyli müddət keşməsinə baxmayaraq Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamışdır, müqavilənin icrası ilə bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə lazımi qaydada ödəniş edilməmişdir. "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh arasında 10 dekabr 2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin şərtlərinə əsasən müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Həmçinin həmin müqavilənin digər şərtinə əsasən tə rəflərin bu müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Mübahisənin məhkəmədankənar qaydada həll olunması üçün yazılı xəbərdarlıq məktubu 17 dekabr 2021-ci il tarixdə Cavabdeh poçt vasitəsilə göndərilmişdir. Lakin buna baxmayaraq Cavabdeh oglu tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamış, müqavilənin icrası ilə bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə lazımi qaydada ödəniş edilməmiş, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 75,49 m2 olan fərdi yaşayış evi boşaldılaraq Banka təhvil verilməmişdir. Qeyd olunanlara əsasən hesab edirlər ki, "xxxx" İKB ASC ilə Cavabdeh oglu arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ləğv edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 75,49 m2 olan fərdi yaşayış evi boşaldılaraq banka təhvil verilməlidir.
7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-1155/2022 nömrəli iş üzrə 5 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia tələbi rədd edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia təmin edilə bilməz. Çünki, tərəflər arasında bağlanmış müqavilənin müddəti bitməmişdir. Digər tərəfdən, cavabdehin ödənişləri vaxtında və tam şəkildə etməməsi pandemiya ilə bağlı yaranan vəziyyətlə əlaqəli olmuşdur. Həmçinin, bank məhkəməyə müraciət edərkən, cavabdeh tərəfindən 5.000 manat ilkin ödəniş, daha sonra 950 manat ödəniş etməsini nəzərə almamış, qalıq borcun tutulmasını deyil, birbaşa müqavilənin ləğv edilməsi və əmla kın geri qaytarılmasını tələb etmişdir. Halbuki, mənzilin dəyərinin 1/4-i civarında ödəniş edilmiş və 15.050 manat qalıq borcu qalmışdır. Cavabdeh həmin məbləği hissə-hissə ödəməkdən boyun qaçırmır.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 600.4, Mülki Prosessual Məcəllənin 14.2, 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında tərəflər barışıq sazişini məhkəmə kollegiyasına təqdim edib, barışıq sazişinin təsdiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsinin 2(103)-5356/2022 nömrəli iş üzrə 6 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər (sədrlik edən və məruzəçi X.Sarıyev), N.Cəfərov və E.Mehdiyev) birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş, iş üzrə icraata xitam verilmişdir.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, barışıq sazişi tərəflərin hüquqlarını pozmur, qanuna zidd deyildir, ona görə də, barışıq sazişi təsdiq edilməklə, iş üzrə icraata xitam verilməlidir.
14. Məhkəmə kollegiyası mövqeyində Mülki Prosessual Məcəllənin 52.3, 191.1, 191.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək qərardadının lə ğv edilməsini, apellyasiya icraatına davam edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə aparılan danışıqlar zamanı razılaşma əldə edilmiş, apellyasiya icraatında barışıq sazişinin təsdiq edilmişdir. Daha sonra cavabdehi banka dəvət etməklə bərabər barışıq sazişinin şərtlərinə əsasən daha sonraki nisyə alğı-satqı müqaviləsi üzrə şərtlərdə qərara gəlmək məqsədilə əlaqə saxlamaq istənilmiş lakin buna nail olunmamışdır. Odur ki, cavab tərəfindən barışıq sazişinin şərtlərinin pozulmasına yönələ biləcək digər hərəkətlərin edilməsi ilə bərabər icra olunmayacaq barışıq sazişinin bankın mənafələrinə zidd olduğu qənaətinə gəlinmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
18. Maddə 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər.
19. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə d ə ifadə oluna bilər.
20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
21. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələ rək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdi rilməsi üçün əsas yoxdur.
25. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kassasiya şikayətində qeyd etdiyi hallar apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz.
26. Tərəflər arasında bağlanmış barışıq sazişinin qanuniliyi yoxlanılarkən müəyyən olunmuşdur ki, barışıq sazişi bağlanarkən tərəflərin fəaliyyət qabiliyyəti və iradə ifadələri ilə bağlı hər hansı şübhə doğuran məqam olmamışdır. Sazişin şərtləri tərəflərin hüquqlarının pozulması və ya əsassız məhdudlaşdırılması ilə nəticələnə bilməz.
27. Sazişin 6-cı bəndində bəndində tərəflər bu barışıq sazişinin icra edilməməsi ilə bağlı öz aralarında razılığa gəlmişdirlər. Həmin bənddə qeyd olunur ki, sazişin icra edilməməsi və ya lazımınca icra edilməməsi əmla kın boşaldılması və Banka təhvil verilməsi üçün icra icraatının başlanılmasına əsasdır.
28. Belə olan halda iddiaçı tərəfin barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə məhkəmənin qərardadını məhz bu əsaslarla mübahisələndirməsi qeyd etdiyi dəlillər yetərli olmamışdır. Bundan başqa, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəmə qərardadı qəbul edilərkən prosessual normaların pozulması halı da təsbit edilməmişdir.
29. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasları təşkil etmədiyindən qəbuledilən hesab edilmir.
30. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı d əyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.